1.
YAİİDP-də strateji istiqamətlər
2003-2005-ci il YAİİDP bu əməkdaşlıq prosesinin məhsuludur. Bu proqram
Azərbaycanda yoxsulluğun ölçülərini təhlil etməklə başlayan və özündə demoqrafik vəziyyəti;
yoxsulluq hallarının təhlilini, onun kənd/şəhər ölçüləri və sağlamlıq, təhsil, məşğulluq kimi
müxtəlif sektorlarda yoxsulluğun özünü biruzə verməsi yolları; və gender və yoxsulluğa dair
yarımbəndləri birləşdirən yaxşı tərtib edilmiş bir sənəddir. Daha sonra o, keçid prosesinin
zamana göstərdiyi təsirləri, bu günə kimi əldə edilmiş nailiyyətləri və gələcəkdə ortaya
çıxacaq əsas çətinlikləri tədqiq edən iqtisadi təhlillə də təmin edilib.
Ölkə Üzrə Gender Qiymətləndirilməsi - Azərbaycan
Bu təhlillərə müvafiq olaraq, proqramın əsas məqsədinə - ümumi yoxsulluğun
azaldılmasına və iqtisadi inkişafa nail olmaq üçün YAİİDP çərçivəsində altı strateji istiqamət
müəyyənləşdirilmişdir:
•
gəlir əldə etmək imkanlarının artırılması üçün əlverişli mühitin yaradılmasına kömək
edilməsi;
•
makroiqtisadi sabitliyin saxlanılması;
•
əsas səhiyyə və təhsil xidmətlərinin keyfiyyətinin və onlardan ədalətli şəkildə
yararlana bilmək imkanlarının yaxşılaşdırılması;
•
infrastrukturun (o cümlədən, yolların, kommunal xidmətlərin, kommunikasiyaların
və irriqasiya sisteminin) yaxşılaşdırılması;
•
həssas qrupların daha effektiv müdafiəsini təmin etmək üçün cari sosial müdafiə
sistemində islahatlar aparılması; və
•
Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar 1 milyon MK/qaçqınlar üçün yaşayış
şəraitlərinin və imkanların yaxşılaşdırılması.
Bu strateji məqsədlərə nail olmaq üçün faktiki tədbirlərin detalları növbəti fəsillərdə
təsvir edilmişdir; bu tədbirlər yoxsulluğun azaldılması üçün tələb edilən sosial və iqtisadi
siyasətləri, eləcə də dövlət idarəçiliyi, hüquqi islahatlar və əks mərkəzləşdirməni göstərən
müvafiq institusional çərçivə yaradılmasını və korrupsiya ilə mübarizənin vacibliyini əks
etdirir. Gender məsələləri sosial siyasətdən bəhs edən fəsilə daxil edilmişdir. YAİİDP-in
əsas, lakin bir qədər haşiyəyə çıxardılmış hissəsi bu ÖGQ-nin Əlavə 1-də təqdim olunmuş
və hər bir strateji məqsədə nail olmaq üçün hər bir detalı dəqiq müəyyənləşdirilmiş tədbir
və fəaliyyətləri, tətbiq edilmə cədvəli, işə məsul olan orqanları, nailiyyətləri ölçmək
üçün göstəriciləri və maliyyələşdirməni təsvir edən “Siyasət Matrisi”dır. Göstəricilərin
müəyyənləşdirilməsi ilə bağlı bir neçə boşluq və çatışmazlıqlara və miqyasına görə həddən
artıq iddialı olmasına baxmayaraq, Siyasət Matrisi YAİİDP-in icra müddəti üçün Hökumətin
təklif etdiyi fəaliyyətlərin ən geniş icmalını təqdim edir.
2.
Gender və 2003-2005-ci illər üçün YAİİDP
Gender məsələləri YAİİDP sənədinin əsasən iki ayrıca bölməsində əks olunur:
Azərbaycanda yoxsulluğun diaqnostikası bölməsində (“Gender və Yoxsulluq” bölməsində
bir səhifə - Bölmə 1.6) və “Yoxsulluğun Azaldılmasına yönəlmiş Sosial Siyasətlər”dən bəhs
edən bölməyə daxil edilmiş “Gender Siyasəti” bölməsində (Bölmə 3.8). Sənədin əvvəlində
“matrisdə qeyd edilən bütün fəaliyyət və siyasətlərdə gender amillərinin nəzərə alındığı”
bəyan olunsa da , “Siyasət Matrisi” gender məsələlərini heç də xüsusi olaraq əks etdirmir
(Azərbaycan Respublikası 2003: 159).
Lakin bütün 2003-2005 YAİİDP sənədinin təhlili aşkar edir ki, nə yoxsulluğun
müxtəlif ölçülərinin təhlili və diaqnostikasından bəhs edən birinci hissədə, nə də yoxsulluq
probleminin həll edilməsi məsələlərini əks etdirən ikinci hissədə gender yanaşması effektiv
tətbiq edilməyib. Nəticədə, gender fəslindən kənarda gender problemləri parçalanmış və
qırıq-qırıq şəkildə ortaya çıxır.
Yoxsulluğun azaldılmasına dair milli siyasət və proqramlar
Belə ki, 2003-2005 YAİİDP-in diaqnostika hissəsində yalnız əmək bazarı seqreqasiyası
və qadın işsizliyinin yüksək səviyyələri kimi məşğulluq məsələləri əks olunur, lakin qeyri-
formal sektorun gender və yoxsulluq ölçüləri və zəifləmiş sosial müdafiə sisteminin qadınlara
təsiri kimi çox əhəmiyyətli, lakin indiyə kimi tədqiq olunmamış məsələlər tamamilə kənarda
qalır. Eyni zamanda, “gender siyasəti” bölməsi məşğulluq, təhsil, sağlamlıq kimi sektorlarda
əsas gender məsələlərini vurğulamağa cəhd göstərsə də, bu bölmə sənədin başqa hissələri
ilə bağlı deyil, xüsusi fəaliyyətin həyata keçirilməsi üçün icra müddəti göstərilməyib, məsul
agentliklər müəyyən edilməyib, onların həyata keçirilməsi üçün büdcə əlavə edilməyib
və nailiyyətləri qiymətləndirmək üçün göstəricilər müəyyənləşdirilməyib. Əlavə 1-də də
YAİİDP-in hər fəsil və bölməsində gender məsələlərinin əks olunmasının miqyası göstərilir və
qeyd edilir ki, gender məsələlərindən yalnız “gender bərabərliyi”ndən bəhs edən bölmələrdə
və həm də 43 bölmədən yalnız 7-də qısaca danışılır.
Yoxsulluğun Monitorinqi Bölməsində Gender üzrə məsul şəxsin təyin olunmasına
baxmayaraq, bu yalnız bir sahəyə aid təyinat deyil, bu şəxs gender məsələlərindən əlavə,
YAİİDP-də digər sahələrin icrasına da məsuldur. Bu işin ağırlığı məsul şəxsin gender
yanaşmasının effektiv surətdə həyata keçirilməsinin əhatə dairəsini xeyli məhdudlaşdırır və
üstəlik də, məsul şəxsin öz vəzifələrini (məsələn, genderlə bağlı təşəbbüslərin monitorinqi)
həyata keçirməsi üçün əlavə maliyyə və insan resurslarının məhdud olması da problemi
çətinləşdirir.
B.
Gender yanaşmasının tətbiq edilməsi və YADİDP
2006-2015 YADİDP-ın hazırlanması 2003-2005 YAİİDP-nı məlumatla təmin edən
proseslərdə qadınların iştirakı əsasında qurulmalı və onu təkmilləşdirməli və yoxsulluğun
(sektor) ölçüləri haqqında məlumatlı təhlili və eləcə də müəyyən edilmiş fəaliyyətləri həyata
keçirmək üçün tələb olunan maliyyələşdirmə mənbələrinin ətraflı surətdə qiymətləndirilməsini
təmin etməlidir. Bu hazırlıq prosesi gender yanaşmasının tətbiq edilməsi proseslərində
qadınların iştirakının (eləcə də YADİDP sənədinin özündə) nəzərə alınmasına vaxtında
təminat yaradır. 2003-2005 YAİİDP-də gender yanaşmasının tətbiq edilməsi effektivliyinin
və təsirinin qiymətləndirilməsi həm siyasət, həm də proqram hazırlığı səviyyəsində əldə
edilmiş dərslərin və düzəlişlərin müəyyənləşdirilməsinə imkan verən bu proses üçün
başlanğıc olmalıdır. YAİİDP-də və YADİDP üçün gender yanaşmasının tətbiq edilməsi üzrə
əsas müddəalar Əlavə 2-də verilib.
YADİDP-də gender yanaşmasının tətbiq edilməsinin yaxşılaşdırılması üçün əsas
məsələ qadınların prioritetləri və onları narahat edən problemlər, həmçinin ən təxirəsalınmaz
məsələlərin həll edilməsi üçün təklif olunan strategiyalar barədə onların özləri ilə
məsləhətləşməkdir. 2003-2005 YAİİDP-də əməkdaşlıq prosesi YASS yaradılması üçün
nümunə kimi qəbul edilsə də, Hökumət etiraf etmişdi ki, qadınların bu işdə iştirak səviyyələri
adekvat olmayıb. Sorğuların ilk iki raundunda respondentlərin 38%-i qadın idi və fokus
qrup müzakirələrində yalnız 10% qadın iştirak etmişdi. Beləliklə, 2006-2015 YADİDP-in
hazırlanması prosesində gender balansının yaxşılaşdırılması əsas prioritet olmalıdır. Bu
Ölkə Üzrə Gender Qiymətləndirilməsi - Azərbaycan
iş alternativ iştirak mexanizmlərinin (məsələn, yalnız qadınlardan ibarət fokus qrupları,
qadın QHT-ləri ilə görüşlər, icmalarda qadınlar üçün münasib olan vaxtda görüşlər) inkişaf
etdirilməsini və qadın auditoriyalarını effektiv surətdə cəlb edə bilmək üçün informasiya
kampaniyalarının genişləndirilməsini tələb edə bilər. (Red. qeydi: 2004-cü ildə keçirilmiş
regional ictimai görüşlərdə iştirakçılarının 29%-i qadı idi, 2005-ci ildə isə 37%).
Bundan əlavə, QPDK-nın 2003-2005 YAİİDP işçi qrup prosesinə daxil edilməsi
və bir neçə SİQ-də fəal iştirak etməsinə baxmayaraq, heyət üzvlərinin sayının məhdud
olması onun potensialının SİQ-ə tam şəkildə cəlb edilməsini, və gender məsələlərinin
bütün SSQ-a effektiv daxil edilməsinin təmin edilməsini məhdudlaşdırmışdı. YADİDP-in
hazırlanma prosesində Gender üzrə ayrıca SİQ yaradılması irəliyə doğru müsbət addımdır,
lakin QPDK-nın hazırlanma prosesinin bütün aspektlərində, o cümlədən bütün SİQ-lərdə və
SSQ-lərin hazırlanmasında (yaxud onların ekvivalentində) tam iştirak etməsi üçün xüsusi
mexanizm yaradılmasına ehtiyac var. Bununla yanaşı, YADİDP-də müəyyən edilmiş gender
təşəbbüsləri Qadın Problemləri üzrə Milli Fəaliyyət Planına (MFP) uyğun gəlməli və onu
tamamlamalıdır. Aydın şəkildə ifadə edilmiş və müvafiq büdcə ilə təmin olunmuş məqsədlər,
hədəflər, tədbirlər və göstəriciləri özündə əks etdirən bu Fəaliyyət Planına 2005-ci ildə
yenidən baxılması nəzərdə tutulub.
Bu tapşırıqlar üçün QPDK və YAİİDP Katibliyi tərəfindən bu işə sadiq insanların
təyin olunması və həm strateji, həm də sektor prioritetlərinin yaradılması səviyyələrində
onların sıx əməkdaşlıq prosedurlarının yaradılmasının təmin edilməsi çox vacibdir. YAİİDP
Katibliyində bütövlüklə gender məsələlərinə məsul bir nəfərin olması tələb edilir ki, o, əsas
gender məsələlərinin və YADİDP daxilində əsas strateji müddəaların müəyyənləşdirilməsi
və onların həll edilməsində QPDK, Gender üzrə məsul şəxslər, Əlaqələndirmə Şurası və
vətəndaş cəmiyyəti qrupları arasında əlaqələndirici kimi fəaliyyət göstərsin.
C.
Minilliyin İnkişaf Məqsədləri: milli məqsəd və hədəflərin inteqrasiyası
MİM-lər üçün müvafiq milli hədəf və göstəricilərin yaradılmasına və
əlaqələndirilməsinə YAİİDP Katibliyi rəhbərlik edir və o, MİM prosesinin koordinasiyası
üçün Hökumət daxilində mərkəzi məsul orqan olaraq qalır. Son 12 ay ərzində Katiblik
bu işi davam etdirir. Hədəf və göstəricilərin siyahısının layihəsinin 2005-ci ilin axırında
tamamlanması gözlənilir.
(Red. qeydi: Milli məqsəd və hədəflərinin müəyyənləşdirilməsi üzrə
iş hal-hazırda başa çatıb və onların Hökumət tərəfindən təsdiqlənməsi gözlənilir). BMT-nin
agentlikləri də MİM-lərin hədəf və göstəriciləri üzrə milli səviyyədə müzakirələrin təmin
edilməsində aktiv rol oynayır. BMTƏF MİM #3 və #5 üçün, UNİCEF MİM #2, #4 və #6 və
BMTİP MİM #1, #7, #8 üçün rəhbərliyi öz üzərinə götürüb. 3-cü Əlavə Azərbaycan üçün
beynəlxalq və milli MİM-lərin xülasəsini təqdim edir.
Bu milli hədəflər ətrafında ümumi razılaşmanın əldə olunmasına baxmayaraq, milli
səviyyədə müvafiq göstəricilərin yaradılması işi çətin məsələdir və statistik çətinliklərlə,
o cümlədən, müvafiq etalon məlumatın çatışmazlığı, cari statistik məlumat toplularının
zəifliyi (o cümlədən, cinslərə bölünmüş məlumatda əhəmiyyətli boşluqların olması) və
Yoxsulluğun azaldılmasına dair milli siyasət və proqramlar
ənənəvi rəsmi statistika ilə müstəqil müayinələrin, xüsusilə də əsas sağlamlıq statistikasının
arasında olan fərqlərlə daha da mürəkkəbləşir. (Xüsusilə 2001-ci ilin Çoxgöstəricili Klaster
Sorğusu [ÇGKS] [UNİCEF/DSK 2000] və körpə, 5 yaşdan aşağı üşaq və ana ölümü kimi
əsas göstəriciləri ilə hökumətin statistik məlumatları arasında fərqlər çox böyükdür).
Hökumət MİM-lər və daha geniş YAİİDP monitorinqi üçün milli statistika potensialının
gücləndirilməsi ehtiyacını dərk edir.
Əlavə 3 bunları aşağıda verilən müzakirələrdə qısa şəkildə qeyd edilən milli hədəf
və göstəricilərin gender ölçülərini işıqlandırmaqla nəzərdən keçirir. MİM-lərin, hədəflərin
və göstəricilərin dövlət səviyyəsində sonrakı müzakirələri prosesində Azərbaycan bir çox
MİM-lər və hədəflər üçün əlavə göstəricilər hazırlayır. Çalışmaq lazımdır ki, bu göstəricilər
gender ölçülərini mümkün qədər geniş əhatə etsin və müvafiq məlumatın toplanmasına
imkan yaratmaq üçün lazım olan dəstək (maliyyə və inzibati) təmin edilsin.
1. MİM #1. İfrat yoxsulluq və aclığın kökünün kəsilməsi
1-ci fəsildə qeyd edildiyi kimi, mütləq yoxsulluq 44,7%-ə qədər azalmış, nisbi və
ifrat yoxsulluq müvafiq olaraq 12% və 10% artmışdır (Red. qeydi: 2005-ci ilin ETBM-ə
əsasən mütləq yoxsulluq 29,3%-ə qədər aşağı enib, nisbi və ifrat yoxsulluq müvafiq olaraq
6,1% və 2,2% təşkil etmişdir). Bundan əlavə, şəhər yoxsulluq səviyyəsi 3,7 %-ə qədər
azalmış, kənd səviyyəsi yalnız cüzi şəkildə azalmışdır. Ümumi yoxsulluq dərəcəsi hal-
hazırda kəndə ərazilərində (45,3%) şəhər ərazilərinə (44,1%) nisbətən daha yüksəkdir.
Azərbaycan qeyd etmişdir ki, neft gəlirlərinin səmərəli istifadə olunacağı, qeyri-neft
sektorunun təkmilləşdirilmiş sərmayə və biznes mühitin vasitəsilə inkişaf edəcəyi və iqtisadi
artımın gəlirlərinin ədalətli paylanması təmin edildiyi halda MİM-ə nail olmaq üçün əksər
Müstəqil Dövlətlər Birliyinin (MDB) ölkələrinə nisbətən daha çox imkanları olacaq. Mütləq
yoxsulluq səviyyəsinə nəzarətə əlavə olaraq, Azərbaycan üçün ölkə daxilində daimi gəlir
bərabərsizliyinin miqyasına nəzarət etmək, iqtisadi artım gəlirlərinin ədalətli paylanması
üçün müvafiq tədbirlərin görülməsi vacibdir.
Beynəlxalq MİM-lərə Məqsəd #1 üçün 5 yaşdan aşağı uşaqlar arasında azçəkili
uşaqların çox olması və istehlak səviyyəsi minimumdan aşağı olan əhalinin nisbəti üzrə
bir neçə göstəricilər daxil edilib. Əvvəldə göstərildiyi kimi, 2000-ci ildə UNİCEF ÇGKS
Azərbaycanda bu yaş həddi arasında boyu və çəkisi az olanların sayının yüksək səviyyədə
olduğunu aşkar etmişdi. Bu problemin həll edilməsi geniş həcmli yanaşma, o cümlədən ilkin
səhiyyə xidməti (İSX) sisteminin gücləndirilməsi, və bu xidmətlərin çatdırılması və eləcə
də icma üzvlərini səfərbər etməklə gənclər arasında sağlam həyat tərzini və uşaqların yaxşı
inkişaf etməsi sahəsində effektiv təbliğat proqramlarının həyata keçrilməsini tələb edir.
2. MİM #2. Ümumi ibtidai təhsilə nail olunması
Azərbaycanda əsas təhsilə (1-9 siniflər) cəlb olunma səviyyəsi 100%-ə yaxındır,
lakin buna baxmayaraq məktəbi tərk edənlərin səviyyəsi yoxsullar arasında qeyri-yoxsullara
nisbətən yüksəkdir. Bu sektorun problemləri daha çox keyfiyyətlə, o cümlədən, iqtisadiyyatın
Ölkə Üzrə Gender Qiymətləndirilməsi - Azərbaycan
get-gedə artan qloballaşması şəraitində meydana çıxan çətinliklərin öhdəsindən gələ
bilmək üçün lazım olan bilik və bacarıqların artırılmasına olan ehtiyacla bağlıdır. Odur
ki, bu milli MİM-ə nail olunması diqqətin təhsilin keyfiyyətinin yaxşılaşdırılmasına, o
cümlədən təhsilin nəticələrinə yönəldilməsini tələb edir. Cinslər üzrə ayrı-ayrı məlumatın
yığılmasının təkmilləşdirilməsi də vacibdir. Xüsusilə də, məktəbə cəlb olunmanın ümumi
sayının hesablanması, həmçinin qızların və oğlanların dərslərə davamiyyəti üzrə mütəmadi
araşdırmaların keçirilməsi böyük əhəmiyyət daşıyır. Tədris materialları da gender məsələlərinə
həssas olmalıdır və hazırda işçi qüvvəsində əhəmiyyətli dərəcədə seqreqasiyanın mövcud
olduğunu nəzərə alaraq, bu materiallar qadınları müxtəlif sahələrdə təsvir etməklə, qızların
təhsil və peşə arzularını daha da artırmalıdır.
3. MİM #3. Gender bərabərliyinin təmin edilməsi və qadınların imkanlarının
genişləndirilməsi
Yuxarıda qeyd edildiyi kimi, ibtidai təhsil mərhələsində məktəbə cəlb olunmanın
dərəcəsi ümumi təhsilə yaxındır və bu mərhələdə o qədər də böyük gender fərqləri yoxdur, lakin
buna baxmayaraq, orta təhsil mərhələsində qadınların davamiyyəti, xüsusilə də yoxsul kənd
qızları arasında, narahatlıq doğurur. Peşə təhsili sektorunda da böyük fərqlər var. Peşə təhsili
müəssisələrində qadınların sayı (30,5%) kişilərə nisbətən iki dəfə (69,5%) azdır. qadınların
üstünlük verdiyi az ödənişli təhsil, səhiyyə və təbii elmlər və kişilərin daha çox müraciət etdiyi
geologiya, mühəndislik və iqtisadiyyat kimi yüksək ödənişli təhsil sahələrində əhəmiyyətli
dərəcədə gender seqreqasiyasına baş rast gəlinir. Bu MİM-ə nail olmaq üçün qadınların ali
təhsil sektoruna daha çox cəlb edilməsi və onların ixtisas seçimlərini genişləndirmək üçün
müdaxilə tədbirləri hhazırlanmalıdır. Qadınları yiyələndikləri peşə üzrə işlələyə bilmək
imkanları ilə təmin etmək üçün əmək bazarının da uyğunlaşması tələb ediləcək. Beləliklə,
bu MİM-ə nail olmaq üçün qadınlar arasında qeyri-fəallığının və işsizliyin kişilərə nisbətən
daha yüksək səviyyədə olmasını nəzərə almaq çox vacibdir.
4. MİM #4. Uşaq ölümü hallarının azalması
Məlumatların qeyri-müəyyənliyi və uyğunsuzluğu üzündən bu MİM üzrə inkişaf
monitorinqini keçurmək çətindir. Məsələn, DSK-nın 2001-ci il üçün baza göstəricisinə görə
1000 diri doğulan uşağa 24,8 ölüm və 2003-cü ildə 19,9 ölüm müəyyən edilsə də, Azərbaycan
RSM (1996-2000) bu rəqəmin daha yüksək -- 1000 diri doğulanlana 88,4 ölüm göstərir.
Baza göstəricilərinin rəqəmləri qəbul edilsə də, rəsmi məlumatların RSM kimi müntəzəm
və oxşar müayinə nəticələri ilə tamamlanması vacibdir. Əldə edilə bilən məlumatlarla bağlı
əsas çətinlik ölüm hallarının gender ölçülərinə effektiv surətdə nəzarət etməyə imkan verən
cinslər üzlər ayrı-ayrı məlumatın az olmasıdır.
Buna baxmayaraq, əldə edilən rəqəmlərdən aydın olur ki, uşaq (ana) ölümü
Azərbaycanda xəstələrə qayğı göstərənlərin xəstəlik və infeksiyaların təhlükəli əlamətləri
haqqında biliklərinin çatışmaması və bu təhlükəni erkən aşkarlaya bilməmələri ilə
əlaqədardır və deməli, xəstələrə qulluğun keyfiyyəti yaxşılaşdırılarsa, bu problemin qarşısı
alına bilər. Məsələn, ÇGKS (UNİCEF 2000) göstərdi ki, qayğı göstərənlərin yalnız 34%-i
Yoxsulluğun azaldılmasına dair milli siyasət və proqramlar
üşaq xəstəliklərinin heç olmasa iki təhlükəli əlamətini bilirlər, lakin Mercy Corps təşkilatının
tədqiqatına əsasən (2002) ailələrin 5%-dən azı təhlükəli əlamətlərdən xəbərdardır. Bundan
əlavə, Azərbaycanda erkən (20 yaşa qədər) hamiləliyin artması
da narahatlıq doğuran
problemdir, çünki belə hamiləliklər həm ana, həm də uşaq üçün uşaqların az çəki ilə doğulması,
vaxtından əvvəl doğuşlar, ölü doğulma, neonatal hallar (serebral zədələnmə), infeksiyalar,
qanaxmalar, anemiya və ölüm kimi təhlükələr törədir. Beləliklə, bu MİM-ə nail olmaq üçün
əsas uşaq xəstəlikləri və uşaq ölümü problemlərinə müraciət edərkən icmalarda və ailələrdə
preventiv (önləyici) və müalicəvi sağlamlıq tədbirlərinin həyata keçirilməsi təmin edilməli,
həmçinin keyfiyyətli pre- və postnatal qayğıdan yararlanma imkanları yaxşılaşdırılmalıdır.
5. MİM #5. Anaların sağlamlığının yaxşılaşdırılması
Bu MİM-in nailiyyətlərinə nəzarət etmək məlumatların qeyri-müəyyənliyi və
uyğunsuzluğuna görə çətindir. Hal-hazırda əldə edilə bilən yeganə sorğu məlumatı ÇGKS
UNİCEF 2000-ci il araşdırmalarının nəticələridir. Bu nəticələrə əsasən1988-ci ildə ana hər
100 000 doğuşa 79 ana ölümü düşürdü. 2000-ci ildə rəsmi ana ölümü əmsalı (AÖƏ) 100
000 doğuş üçün 37,6 idi, 2004-cü ildə isə DSK 100 000 doğuş üçün 25,8 rəqəmi göstərirdi.
2003/2004 YAİİDP İcra Hesabatında qeyd edildiyi kimi, “ana ölümünün real səviyyəsi üzrə
rəsmi göstəricilər araşdırma qiymətləndirilməri ilə, güman ki, uyğun gəlmir” (Azərbaycan
Respublikası 2005b: 43). Bu rəqəmlər müntəzəm və oxşar müayinə məlumatları ilə
tamamlanmalıdır. Xüsusilə də həm rəsmi dövlət, həm də tədqiqat məlumatları AÖƏ haqqında
gəlir qrupları, ərazi (yəni, kənd/şəhər və regional) üzrə və ümumi əhali ilə MK/qaçqın əhali
arasında fərqlərə dair məlumatlarla təmin edilməlidirlər.
2015-ci ilə qədər Azərbaycan səhiyyə xərclərinin artırılması, xüsusilə kənd
ərazilərində İSX-nin və ana və uşaq sağlamlığının qayğısı proqramlarının gücləndirilməsi
yolu ilə AÖƏ-nı dörddə üç qədər azalda bilərdi (yəni, 100 000 diri doğulan üçün 9,3). Həm
rəsmi dövlət, həm də tədqiqat məlumatlarının müəyyənləşdirilməsi diqqətin xüsusilə həssas
qruplara (yəni yoxsul kənd qadınları, MK/qaçqın qadınlar) cəlb olunmasına imkan yaradardı.
Bundan əlavə, yoxsul və qaçqın qadınlar arasında doğuşa yardım edilməsi sahəsində yüksək
səviyyəli təlimlərin keçirilməsi də bu qrupda AÖƏ-nin azalmasına müsbət təsir edə bilərdi.
6.
MİM #6. İİV/QİÇS, malyariya və digər xəstəliklərlə mübarizə
İİV-ə yoluxan Azərbaycan vətəndaşlarının sayının regional standartlara əsasən
az olması ehtimal olunur, lakin xəstəliyin faktiki yayılma səviyyəsi məlum deyil, belə ki,
xəstəliyin qeyri-fəal vəziyyəti haqqında dəqiq tədqiqatlar məhduddur və xəstəliyin özünü
büruzə verməsi barədə məlumat çatışmır. UNAİDS/ÜST 2004-cü ildə 2800-ə yaxın
böyüklərin və uşaqların İİV-ə yoluxmuş olduğu ehtimalını irəli sürmüşdü, lakin bu rəqəm
kiçildilmiş də ola bilər (UNAİDS/ÜST 2004).
RSM 2001, ilk dəfə 20 yaşından əvvəl doğan qadınların nisbətinin, hazırda 40-44 yaşda olan
qadınlar arasında 12%-dən 20-24 yaş arasında olan qadınlarda 22%-ə qədər artmasını qeyd etmişdir.
Ölkə Üzrə Gender Qiymətləndirilməsi - Azərbaycan
Dərc olunmuş məlumat az olsa da, əldə edilmiş sübutlar təsdiq edir ki, miqrasiya (o
cümlədən müvəqqəti əmək miqrasiyası) İİV-ə yoluxma təhlükəsini artırır. Yaxın illərdə alverə
məruz qalmış qadın və qızların sayının artması xüsusilə narahatlıq doğurur, çünki onların
çoxu təyinat ölkələrində seks işi ilə məşğul olmağa məcbur edilirlər və bu da onları İİV və
CYYX-ə yüksək dərəcədə həssas edir. Qadınların İİV/QİÇS haqqında məlumatlarının çox
az olması da problemdir. 2001-ci ilin RSM nəticəsində müəyyən edilmişdi ki, azərbaycanlı
qadınların dörddə biri heç vaxt İİV/QİÇS haqqında eşitməyib və qadınların 72% İİV
infeksiysınadan qorunmaq üçün heç bir əsas üsulun adını çəkə bilmir (ABŞBİA/XNM/
BMTƏF və b. 2003: 282-283).
Azərbaycan bu MİM-i uğurla həll etmək üçün əhalinin İİV/
QİÇS haqqında məlumatlılığını artırmalı, o cümlədən preventiv tədbirlər görməli, əsas həssas
qrupları (məsələn, müvəqqəti əmək miqrantları, seks işçiləri, iynə vurmaqla narkotiklər qəbul
edənlər) müəyyənləşdirməli və onlarla iş aparmalı, və habelə məxfi yoxlama imkanlarını
artırmalıdır.
ÜST-nın Vərəmə Nəzarət Qlobal Proqramına əsasən, Azərbaycan Bilavasitə Müşahidə
edilən Qısa-kurslu Müalicə üzrə 2-ci Kateqoriyalı, ilkin fazada və 10%-dən az əhatə dairəsi
olan ölkə kimi müəyyən olunub. Yoluxmanın qarşısının alınmasına dair MİM-ə nail olmaq
məqsədilə, əhatə dairəsini hazırki 4%-dən 100%-ə qədər artırmaq üçün siyasi öhdəlik və
əlavə resurslara ehtiyac var.
Dostları ilə paylaş: |