Ölkə Üzrə Gender Qiymətləndirilməsi - Azərbaycan
sistemlərinin verdiyi maddi yardımın növünün və miqdarının azalması ilə bərabər, təhsil və
tibbi xidmət üçün tələb olunan əhəmiyyətli dərəcədə yüksək “qeyri-rəsmi” ödəmələr sistemi
bir çox ailənin iqtisadi cəhətdən təhlükəlilik həddinin daha da artmasına səbəb olur. Qadın
və qızların alveri hallarının artması gəlir təhlükəsinin başqa bir cəhətidir (BMqT 2002: 36),
üstəlik, alver qurbanı olmuş qadınlar və qızlar fiziki təhlükəyə, fiziki və mənəvi zorakılığa
və zorlanmaya da məruz qalırlar. Məişət zorakılığının çox geniş yayıldığı məlumdur, lakin
Azərbaycanda bu barədə çox məlumat verilmir, çünki bu hələ də “şəxsi iş” hesab edilir və
çox vaxt gizlədilir.
Qadınların iş tapa bilmək imkanlarını çoxaltmaq və qadın sahibkarlığını lazımi
dəstəklə təmin etməkdən əlavə, qadınların iqtisadi cəhətdən təhlükəsizliyinin artırılması tələb
edir ki, sosial müdafiə sistemi qadınları və onların ailələrini gözlənilməz iqtisadi şoklardan
qorumağa adekvat müdafiə tədbirləri təqdim edə bilsin. Bundan başqa, sistemin təklif etdiyi
islahatlara, xüsusilə də təqaüd məsələləri kimi əsas sahələrdə, mütəxəssislər tərəfindən
yenidən baxılmalıdır ki, burada qadınlara qarşı ayrı-seçkiliyə yol verilməsin, onlara zərər
vurulmasın, və islahatlarda qadınların iqtisadi təhlükəsizliyinə mənfi təsir göstərə biləcək
gender əyintiləri olmasın. Eyni zamanda, qadınların əmlakdan bərabər surətdə yararlanmaq
hüququ da təsdiqlənməlidir, özü də təkcə bu bərabərliyi təmin edən qanunvericiliyin
həyata keçirilməsi ilə yox, həm də dövlət sektorunda və şəxsi sektorda, eləcə də vətəndaş
cəmiyyətində bu hüquqlar barədə məlumatlandırma işi aparmaq yolu ilə. Effektiv hüquqi
strukturların öz yerində olmasının və bu strukturların qadınlara qarşı zorakılığa və qadın
alverinə qarşı mübarizəyə yönəldilməsinin təmin edilməsi qadınların üzləşdiyi fiziki
təhlükələrin səviyyəsinin aşağı endirilməsi üçün əsas şərtdir. Bütün bunlar insan alveri və
zorakılıq problemləri ilə məşğul olan məhkəmə və hüquq orqanları, tibb işçiləri, polis və
mühacirət xidmətləri, müntəzəm dövlət informasiya kampaniyaları (o cümlədən, məktəblər
və universitetlər) tərəfindən aparılan təlimlər, eləcə də təhlükəsiz evlərin, psixoloji yardımın
təşkili və hüquqi məsləhətlərin verilməsi yolu ilə həyata keçirilə bilər.
Qadınlar ictimaiyyət arasında inamsızlıqla da rastlaşıblar. Onların siyasi strukturlarda
və administrativ qərarqəbuletmə orqanlarında təmsil olunmaları xeyli dərəcədə azalıb, və bu
da keçmiş Sovet İttifaqındakı 33%-lik kvota sisteminin ləğv edilməsinin nəticəsidir. 1989 və
2005-ci illər arasında qadınların Parlamentdə iştirak etmələri 40%-dən 6%-ə düşdü (və ya
hazırkı Milli Məclisin 125 üzvündən 14-ü). Qadınların yerli səviyyədə də təmsil olunmaları
çox aşağıdır; 2004-cü ilin Bələdiyyə seçkilərində seçilmiş üzvlərin yalnız 4%-i qadınlar idi
(QPDK 2005; məlumat sorğu ilə əldə edilib). Qadınlar yüksək dövlət vəzifələrində də çox
az təmsil olunurlar, bütün nazirliklərin qərarqəbuletmə səviyyələrində gender bərabərsizliyi
nəzərə çarpır. 2005-ci ilin göstəricilərinə əsasən, mülki xidmətlərdə yüksək vəzifə tutanların
hər on nəfərindən doqquzu kişi olub və 29 Nazir/Komitə başçısının yalnız biri qadın olub, o
da Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədri.
Qadınların siyasətlə məşğul olma faizinin artırılması qarşıya müəyyən məqsədlər
qoymaqla mümkündür, lakin bu iş dövlət səviyyəsində, regional və kəndlər səviyyəsində
idarəetmə strukturlarının bütün qatlarında qadınların iştirakını həvəsləndirməyə və artırmağa
yönəlmiş müəyyən siyasətin həyata keçirilməsi yolu ilə möhkəmlənməlidir; bundan əlavə,
xv
Xülasə
həmin strukturların bütün qatlarında çalışanlar üçün gender sahəsində təlimat aparılmalıdır.
İşə düzəlmə sahəsində bərabər imkanlar verən, daim təzələnən və effektli məcburi xarakterə
malik qanunvericiliyin təsdiq edilməsi qadınlar üçün iş yerlərində bərabər hüquqlar təmin
edən sanballı bir hüquqi strukturun qarantiyası ola bilərdi. Ərə gedəndən və uşaq doğandan
sonra qadınların iş tapmaqlarını və işdə irəli çəkilmə perspektivlərini məhdudlaşdıran
ənənəvi münasibət və inancların dəyişilməsi iş yerləində şüurluluğun artırılması və həm
dövlət sektorundə, həm də özəl sektorda təlimat aparılmasını nəzərdə tutan uzunmüddətli
strategiyanın həyata keçirilməsini tələb edəcək.
Hökumətin straregiyaları
Hökumətin bəzi siyasi xətləri və proqramları müəyyən dərəcədə gender məsələlərinə
toxunsa da (məsələn, təhsil və səhiyyədə), hal-hazırda strateji siyasətin müəyyənləşdirilməsi
və inkişafı səviyyəsində gender yanaşması gündəlik işdə tətbiq edilmir. Hökumətin gender və
yoxsulluq problemlərinin bəzi detallarını nəzərdə tutan üç siyasi sənəd bunlardır: Azərbaycan
Respublikasının yoxsulluğun azaldılmasına yanaşmasını müəyyənləşdirən əsas siyasi
sənəd olan Yoxsulluğun Azaldılması və İqtisadi İnkişaf
Dövlət Proqramı (YAİİDP); Qadın
Poblemləri üzrə Milli Fəaliyyət Planı, 2000-2005 (MFP); Minnilliyin İnkişaf Məqsədləri
(MİM) - hədəflər və öhdəliklər.
Doğrudur, 2003-2005-ci illəri əhatə edən ilk YAİİDP-da bu qiymətləndirmənin
gender məsələləri üzrə müəyyənləşmiş ayrıca fəslində və təhsil və səhiyyə kimi bəzi sektor
proqramları çərçivəsində bir sıra gender problemlərinə baxılır, lakin qeyd edilməlidir ki,
sənədin təhlili boyu və yoxsulluğun ölçülərini müəyyən edərkən, və ya siyasətin formasında
və büdcədə davamlı olaraq gender yanaşması tətbiq olunmur. Respublikanın gender
siyasətini müəyyənləşdirən Milli Fəaliyyət Planı (MFP) Azərbaycanda təxirəsalınmaz
gender problemlərini və onların həll edilməsi yollarını göstərir (baxmayaraq ki, çoxunun
bunları tətbiq etmək üçün xüsusi vaxt çərçivəsi yoxdur), ya da ki, göstəriciləri və nəticələri
müəyyənləşdirir ki, bunların da gedişi üzrə monitorinq aparmaq mümkündür. Hökumətin
2000-ci ildə Minilliyin Bəyannaməsində nəzərdə tutulan səkkiz məqsədinə çatmağa dair
götürdüyü öhdəliklər və yanaşma müvafiq milli hədəflər və göstəricilər əlavə etməklə
dəyişdirilərək tamamlanır (bax Cədvəl №2). Qəbul edilib ki, bu hədəflər və göstəricilər
2006-2015-ci illər üçün YADİDP-dakılarla vəhdət təşkil etməli və tam halında həyata
keçirilməlidir.
Bu qiymətləndirilmə yoxsulluğun azaldılmasına yönəlmiş hökumət strategiyası
çərçivəsində gender yanaşmasının yaxşılaşdırmağı nəzərdə tutan bir sıra tövsiyələr təklif
edir ki, bunlar da müxtəlif sektorlarda verilən tövsiyələrlə birlikdə götürülərsə, qadınların
imkanlarını yaxşılaşdırar, onların qabiliyyətlərini möhkəmləndirər, onlara qərarqəbuletmə
institutlarında daha effektiv iştirak etmək və qərarqəbuletməyə təsir göstərə bilmək hüququ
verər və öz fiziki və iqtisadi təhlükəsizliklərini artırmaq imkanı yaradardı. Bu tövsiyələr
aşağıdakılardır:
•
YADİDP-də
tətbiq edilməli olan gender yanaşması mexanizmini və fəaliyyətini
xvi
Ölkə Üzrə Gender Qiymətləndirilməsi - Azərbaycan
müəyyənləşdirmək və inkişaf etdirməzdən əvvəl 2003-2005-ci illərin YAİİDP-
də
genderə dair təşəbbüslərin tətbiq edilməsinin gedişi və bu proqramın gender
məsələlərinə təsiri qiymətləndirilməlidir.
•
YADİDP-da gender elə yer almalıdır ki, qiymətləndirmənin hər sektorunda,
eləcə də makro səviyyədə gender məsələlərinə müraciət edilsin və onlar nəzərə
alınsın. 2006-2015-ci illəri əhatə edən və doqquz sektor üzrə işçi qrup (SİQ)
, eləcə də gender üzrə xüsusi qrupun köməyi ilə tərtib edilən YADİDP bütün
sektorlarda gender məsələlərinin əhatə edilməsinə geniş imkanlar yaradır və
həyata keçirilməli olan siyasət və tədbirlər proqramı üçün lazımi resursların
olmasına təminat verir.
•
Gender bərabərliyinin məqsədləri və dövlətin başlıca siyasi sənədlərinin vəzifələri
elə müəyyənləşdirilməlidir ki, bu məqsəd və vəzifələrin üst-üstə düşdüyü və
onların müvafiq, ölçüyə gələ bilən tətbiq edilmə göstəriciləri olduğu aydın
görünsün; əldə ediləcək nəticələr müəyyən edilməli və bütün bunların həyata
keçirilməsi üçün məsul olan şəxslər və vaxt çərçivəsi dəqiq göstərilməlidir.
YADİDP-nin gedişi ona daxil olunan hər bir bəndin bu müxtəlif siyasi sənədlər
arasında vəhdət yaratmasını təmin edir.
•
Qadın Problemləri üzrə Dövlət Komitəsi ilə Gender məsələləri üzrə məsul işçilər
Şəbəkəsinin səlahiyyətləri müəyyən edilməli, və onlar öz mandatları çərçivəsində
effektiv surətdə fəaliyyət göstərə bilmələri üçün kifayət edəcək vəsaitlə təmin
edilməlidirlər.
•
Hər bir hədəf çərçivəsində əsas gender məsələlərini müəyyən etməklə Minnilliyin
İnkişaf Məqsədləri toplanmalı, monitorinq keçirmək üçün siyasət və proqram
səviyyəsində daxil olan bəndlər və ölçülə bilən göstəricilər ayrılmalıdır.
•
Əlaqələndirmə Şurası gücləndirilməlidir ki, o da yeni Milli İnkişaf Planında (MİP),
YADİDP prosesində və Minilliyin İnkişaf Məqsədlərinin müəyyənləşdirilməsində
iştirak edə bilsin. Çalışmaq lazımdır ki, Şuraya Hökumətin tərkibində müəyyən
səlahiyyəti olan, qərarların qəbul edilməsinə təsir göstərə bilən yüksək rütbəli
bir şəxs sədrlik etsin.
•
Ara-bir genderə dair lazımi məlumatların təhlili aparılmalı, bütün sektorlarda
cins zəminində ayrı-seçkiliyə dair statistik məlumatların və göstəricilərin
toplanmasının keyfiyyəti və həcmi yaxşılaşdırılmalıdır.
Asiya İnkişaf Bankının (AİB) gender strategiyası
AİB-nın Azərbaycanda borc əməliyyatlarının ilk mərhələsi ölkə proqramlarının həm
strateji, həm də operativ sahəsində effektiv surətdə gender yanaşmasını
həyata keçirmək üçün
xeyli imkanlar yaratdı. Bu gün Yeniləşdirilmiş Ölkə Strategiyasını və Proqramları (YÖSP
2005-2006)) dörd strateji focus sahəsini əhatə edir: (i) MK-lara yardım, (ii) kənd təsərrüfatı və
kəndlərin inkişafı (daşqınların qarşısının alınması, kənddə inkişafa mikro-maliyyə yardımı),
(iii) sosial infrastruktur (su təchizatı və sanitariya şəraitinin yaxşılaşdırılması), və (iv)
nəqliyyat. Bundan əlavə, Asiya İnkişaf Bankı (AİB) diqqəti texniki yardımı təmin etməklə
YADİDP-nın hazırlanması və həyata keçirilməsinə kömək etməyə yönəldib. Texniki Yardım
xvii
Xülasə
Hökumətə Minnilliyin İnkişaf Məqsədlərinin (MİM) nailiyyətlərini öz inkişaf planlarına
və bu planları tətbiq etmə prosesinə daxil etməyə kömək göstərəcək. Texniki Yardımın
nəticələrindən biri işçi qrupa YADİDP üçün gender fəaliyyət planı hazırlamağa və gender
göstəricilərini MİM-nin monitorinq sisteminə daxil etməyə kömək etməsidir .
Bu qiymətləndirilmədə yer alan gender problemləri və gender baxımından narahatlıq
doğuran digər məsələlər birbaşa AİB-nın 2006-2010-cu illər üçün (AİB 2004a) Ölkənin
Strateji Proqramı (ÖSP) çərçivəsində strateji diqqət sahəsində sektor işi ilə əlaqədardırlar;
bu hər imkan şəraitində operativ planlaşdırılmada nəzərə alınmalıdır.
Ölkədə ən yoxsul və ən əlverişsiz qrup hesab edilən MK-lara yardım edilməsi
Ölkənin Yeniləşdirilmiş Strateji Proqramında (2005-2006) başlıca strateji diqqət sahəsi kimi
müəyyənləşdirilib. Ölkə üzrə Gender Qiymətləndirilməsində (ÖGQ) qeyd edildiyi kimi, MK/
qaçqın əhali arasında çox mühüm gender problemləri mövcuddur: bunlar işsizliyin yüksək
həddə çatması, qaçqın qadınların və uşaqların səhhətinin pis olması, əlverişsiz məktəb şəraiti
üzündən və ya işləmək və ya ərə getmək məcburiyyətindən məktəbi atan qızların sayının
artmasıdır.
AİB-nın kənd təsərrüfatının və kəndlərin inkişafı sektorunda diqqət mərkəzində duran
əsas sahələri daşqınların vurduğu ziyanın azaldılması və mikro- maliyyə və kəndlərə maliyyə
yardımının inkişafıdır. Daşqınların vurduğu ziyanın azaldılması və reabilitasiya layihələrində
effektiv gender yanaşmasının həyata keçirilməsi qadınların kənd təsərrüfatı sektorunda
çoxşaxəli rolunun və məsuliyyətlərinin tanınmasını və buna müvafiq iş görülməsini tələb
edir.
Xeyli sayda qadın formal sektorda müvəffəqiyyətlə mikro-kredit almağa nail olsa
da, kənd ərazilərində də qadınlar üçün belə bir imkan yaratmaq və onlara kiçik və orta
sahibkarlıqla məşğul olmağa kömək etmək imkanlarını artırmaq üçün əhəmiyyətli dərəcədə
əlverişli şərait var. Kənddə inkişafa mane olan az inkişaf etmiş maliyyə xidmətləri probleminə
müraciət edən AİB kənd yerlərində və Bakının ətraf icmalarında bank və mikro-maliyyə
fəaliyyətlərinin artırılmasına yardım edir. Bu yardım rayonlarının inkişaf etdirilməsinə
dair son Fərmanla əlaqədardır; o, yoxsulluğun azaldılmasına yönəlmiş xüsusi bir ölçü kimi
YAİİDP-ə daxil edilib və Hökumətin xüsusi prioritet təşkil edən bir məsələsi kimi qəbul
edilib.
Su çatışmazlığı və müvafiq sanitariya şəraitinin olmaması yoxsullara, xüsusilə də
qadınlara daha çox təsir edir. Su əldə etmək, onu yığıb saxlamaq, daşımaq, anti-gigienik
su və sanitariya şəraiti üzündən xəstələnən ailə üzvlərinin qayğısına qalmaq qadınların
öhdəsinə düşür. Həm suyun sahibi, həm də istehlakçısı olan qadınlar adətən su ilə bağlı
problemləri yaxşı bilirlər və onların bu problemlərin yaxşılaşdırılması üçün konkret təklifləri
var. AİB-nın su təchizatı və sanitariya xidməti sahəsində fəaliyyət göstərməsinin məqsədi
infrastrukturu genişləndirmək və təkmilləşdirmək, mərkəzləşdirilmiş təchizat xidməti
sahəsində nəzərdə tutulan islahatları dəstəkləmək və müvafiq iş və idarətmə qabiliyyətinə
malik yeni su qurğuları yaratmaqdır.
xviii
Ölkə Üzrə Gender Qiymətləndirilməsi - Azərbaycan
AİB-nın Erkən Uşaqlığın İnkişafı (EUİ) yarımsektoru ilə məşğul olması YAİİDP-
də uşaqların sağlamlığı və təhsili ilə bağlı narahatlıq doğuran məsələlərə müraciət etməyin
prioritet təşkil etməsindən irəli gəlir və bu, EUİ-də pis qidalanma, xəstəliklərə qarşı həssaslıq
və ölüm hallarının sayı kimi problemlərə dair MİM-nin sağlamlıqla bağlı əsas məqsədlərinə
doğru inkişaf prosesinə kömək edəcək.
1-ci fəsil
Azərbaycanda gender və yoxsulluq
A.
Azərbaycanda yoxsulluq
Azərbaycan sahəsi təqribən 86 000 kvadrat kilometr olan və Qafqaz regionunun cənub-
şərq ərazisində yerləşən müstəqil respublikadır; o, cənubda İranla, qərbdə Ermənistanla,
şimalda Gürcüstan və Rusiya ilə, şərqdə isə Xəzər Dənizi ilə həmsərhəddir. 11 inzibati
rayondan ibarət olan paytaxt Bakıdan kənarda, ölkə 65 inzibati vahidə (o cümlədən 59 rayon
və 6 şəhər) və Naxçıvan Muxtar Respublikasına (6 rayon və paytaxt Naxçıvan şəhərindən
ibarət olan) bölünür. Azərbaycan 1991-ci ildə müstəqillik əldə etmişdir. Böyük neft və qaz
ehtiyatlarına malik olan Azərbaycan təbii sərvətlərlə də zəngin olan bir dövlətdir və yaxın
gələcəkdə həm neftin, həm də təbii qazın əsas ixrac gəlirlərinin mənbəyi olmaqda davam
etməsi gözlənilir.
Azərbaycanın əhalisi 8,2 milyondur. Üstünlük təşkil edən etnik qrup olan
Azərbaycanlılar əhalinin ümumi sayının 89%-i qədərdir; ruslar (3%), dağıstanlılar (3%) və
ermənilər (2%) ən böyük etnik azlıqlardır (ABŞBİA, 2005). Ölkə əhalisinin təqribən 51%-i
şəhər ərazilərində yaşayır. Əhalinin təxminən dörddə bir hissəsi 15 yaşdan aşağı və 6%-i 65
yaşdan böyükdür. Qadınlar əhalinin 51%-ni təşkil edirlər. Son iyirmi ildə ömrün uzunluğu
artmışdır; 2004-cü ildə kənd/şəhər əhalisi arasında bir o qədər də fərq olmadan, ömrün
uzunluğu qadınlar üçün 75 yaş, kişilər üçün isə 70 yaş olmuşdur (DSK 2005a: 14-16).
1991-ci ildə Sovet İttifaqı dağıldıqdan sonra Dağlıq Qarabağ ərazisi uğrunda
uzunmüddətli müharibəyə cəlb edilən keçmiş Sovet respublikaları olan Azərbaycan və
Ermənistan, 1994-cü ildə atəşkəs razılaşmasına nail oldular. Ermənistan Azərbaycan
ərazisinin 20%-ni işğal edib. Müharibənin nəticəsində Azərbaycanda 790 000 məcburi
köçkün və qaçqın meydana gəlib; Dağlıq Qarabağ və ətraf işğal olunmuş ərazilərdən köçmüş
570 000 milliyyətcə azərbaycanlı və müharibə başlayanda Ermənistandan qaçmış 220 000
azərbaycanlı Azərbaycanda məskunlaşıblar. Əhalinin təqribən 10%-ni təşkil edən məcburi
köçkün/qaçqınlar Qafqaz regionunda bir ölkədə cəmləşmiş MK/qaçqınların ən böyük
köçkün/qaçqın əhali kütləsidir (BMTQAK, 1999).
Neft və təbii qaz ehtiyatları ilə zəngin olmasına baxmayaraq, yoxsulluğun azaldılması
Azərbaycan üçün əsas problemdir. 2003-cü ildə keçirilmiş Ev Təsərrüfatlarının Büdcə
Müayinəsinə (ETBM) əsasən, 3,7 milyon insan və ya təqribən ümumi əhalinin 44,7%-i 2003-
cü ildə yoxsulluq içində yaşayırdı, ayda adam başına 178 850 AZM ($36,50) xərclənirdi.
Onların 800 000 nəfəri və ya ümumi əhalinin 9,6%-i ifrat dərəcə yoxsul idi, aylıq xərcləri isə
124 137 AZM-dan ($25,50) da aşağı idi (Azərbaycan Respublikası, 2003). Mütləq
yoxsulluq
içində yaşayan əhalinin nisbəti 2002-ci ildəki 46,7%-dən 44,7%-ə düşsə də, nisbi yoxsulluq
“Nisbi yoxsulluq həddi” 2003-cü ilin ETBM-ə görə 129 684 AZM müəyyən edilmişdir və bu da orta
istehlak xərclərinini 70%-ni təşkil edir.
Ölkə Üzrə Gender Qiymətləndirilməsi - Azərbaycan
2002-2003 illər ərzində 8,8%-dən 12%-ə qalxıb (Red. qeydi: 2005-ci ildə keçirilmiş ETBM-
ə əsasən mütləq yoxsulluq 29,3%, nisbi yoxsulluq 6,1%, ifrat yoxsulluq isə 2,2% təşkil
edirdi).
Yoxsulluq dərəcələri 2001-ci ildən kənd/şəhər əraziləri arasında dəyişilib. 2001-ci ildə
keçirilən ETBM şəhər ev təsərrüfatları arasında gəlir yoxsulluğunun daha yüksək olduğunu
qeyd etdi, bu tendensiya 2002-ci ildə də davam etdi (şəhərdə 47,8% və kənd yerlərində
45,4%).
Lakin 2003-cü ildə ETBM şəhərlər (44,1%) və əhalinin əsas hissəsinin yerləşdiyi
paytaxt Bakı (35,4%) ilə müqayisədə kənd yoxsulluğunun bir qədər yüksək olduğunu
(45,3%) müəyyən edib. Bu rəqəmlərə əsasən belə nəticəyə gəlmək olar ki, son 2 il ərzində
şəhərdə yoxsulluq dərəcəsi azalıb, kənd yerlərində isə yoxsulluğun vəziyyəti dəyişilməyib.
Azərbaycanda yoxsulluğun möhkəm regional ölçüsü var. Naxçıvan (59,2%) və
Muğan-Salyan (52,9%) kimi regionlarda mütləq yoxsulluq dərəcəsi Şəki-Zaqatala (40,3%)
kimi şimal və ya Lənkəran-Astara (42,3%) kimi cənub regionlarına nisbətən əhəmiyyətli
dərəcədə yüksəkdir (Cədvəl 1). 2003-cü ildə Naxçıvanda təqribən beş nəfərdən biri ifrat
dərəcə yoxsulluq içində yaşayırdı və həmin müddətdə ifrat dərəcə yoxsulluq həddi Abşeron-
Quba, Şirvan və Gəncə-Qazax regionlarında 10%-dən yuxarı, Bakıda isə xeyli aşağı idi
(6,8%) (Azərbaycan Respublikası, 2005a: 27).
Cədvəl 1. Əhalinin (fərdlərin) kateqoriyaları üzrə yoxsulluğun yayılma göstəriciləri
Əhalinin kateqoriyaları
Yoxsulluğun səviyyələri (%-lə)
Mütləq yoxsulluq
həddi
(178,850 AZM)
Nisbi yoxsulluq
həddi
(129,684 AZM)
İfrat yoxsulluq
həddi
(124,137 AZM)
Ümumi əhali
44.7
12.0
9.6
Şəhər
44.1
13.5
11.2
Kənd
45.3
10.3
7.9
Naxçıvan MR
59.2
21.2
16.9
Abşeron-Quba
45.7
15.2
13.9
Muğan-Salyan
52.9
10.7
8.2
Gəncə-Qazax
49.1
13.9
10.8
Şəki-Zaqatala
40.3
11.5
7.8
Lənkəran-Astara
42.3
7.4
5.4
Şirvan
51.6
14.6
12.9
Qarabağ-Mil
44.2
11.3
9.1
Bakı
35.4
9.0
6.8
AZM = Azərbaycan Manatı
Mənbə: Azərbaycan Respublikası, 2005a: 27.
Həm mütləq, həm də ifrat yoxsulluq təhlükəsi ailələrin ölçüsünə müvafiq olaraq
artır. Ən aşağı yoxsulluq dərəcəsi bir nəfərdən ibarət olan ailələr (5,4%) arasındadır və ailə
üzvlərinin sayının artması ilə bu təhlükə də əhəmiyyətli dərəcədə artır, beş üzvdən ibarət
ailələr üçün 45,8%, altı və ya daha çox üzvdən ibarət ailələr üçün 57%-dir. Uşaqsız ailələrdə
uşaqlı ailələrlə müqayisədə yoxsulluq həddi daha aşağıdır. 3 uşaqlı ailə üçün bu rəqəm 55,4%
Azərbaycanda gender və yoxsulluq
və 4 və ya daha çox uşaqlı ailələr üçün 62,7% təşkil edir. ETBM həmçinin aşkar etdi ki,
uşaqsız ailələrdəki 23,2% ilə müqayisədə 47,4% uşaqlı ailələr mütləq yoxsulluq həddindən
aşağıda yaşayırlar (Azərbaycan Respublikası, 2005a: 28).
Yoxsulluq və ailə başçısının aldığı təhsil arasında bağlılıq var. Orta təhsildən aşağı
təhsil alanlar arasında mütləq yoxsulluq içində yaşayanların sayı daha çoxdur (28,6% ali
təhsili olanlarla müqayisədə 45%), və onların son dərəcə yoxsulluq içində yaşamaq ehtimalı
iki dəfə artıqdır (müvafiq olaraq 10% və 4,4%). Bu rəqəmlər 2001 və 2002 ETBM-də
yer
alıb.
YAİİDP-nin
İcra Hesabatı başçısı kişi və qadın olan ev təsərrüfatları arasında
əhəmiyyətli fərqlər qeyd edir. Ailə başçısı kişilər olan ev təsərrüfatlarının BQET (28,5%) ilə
müqayisədə mütləq yoxsulluqda (40,3%) yaşama ehtimalı daha böyükdür. İstifadə olunmuş
məlumatın tədqiq edilməsi nəticələrin əsas səbəblərindən bəzilərini müəyyən etdi. Birincisi,
BQET-lərin yalnız az bir hissəsi (19,4%) ETBM-də nümunə kimi istifadə olunub. İkincisi,
BQET-lərin ölçüsü ETBM nümunələrində nisbətən kiçikdir (BQET-lərin 70%-də ailə
üzvlərinin sayi üç nəfərdən çox deyil və ümumi yoxsulluğun səviyyəsi də üç nəfərdən ibarət
ailələr üçün müvafiq olaraq aşağıdır-- 21,4%) (Azərbaycan Respublikası, 2005a: 28-29).
Bu nəticə bir daha sübut edir ki, yoxsulluq təhlükəsini daha çox artıran amil ev təsərrüfatı
başçısının cinsi deyil, ailə üzvlərinin sayıdır.
Azərbaycanda gəlir yoxsulluğunun yüksək səviyyəsinə əlavə olaraq, keyfiyyətli
xidmətləri əldə edə bilməyin çox vaxt mümkün olmaması nəticəsində meydana çıxan gəlirsiz
yoxsulluq get-gedə daha çox narahatlıq doğurur. Azərbaycanda ibtidai təhsil səviyyəsində
uşaqların 100% məktəbə cəlb olunmaları yolu ilə təhsil sahəsində nailiyyətlərin yüksək
səviyyəsi saxlansa da, hökumətin bu sahəyə ayırdığı xərclər çox aşağıdır və vaxtaşırı
tələb olunan xərclər, kitabxana kitabları və digər tədris materialları üçün maliyyə dəstəyi
valideynlər tərəfindən təmin edilir. Bu təhsilin “qeyri-rəsmi” xərcləri ailələrin, xüsusilə də
yoxsul ailələrin çiyninə ağır yük qoyur. Sağlamlıq sektorunun icmalı göstərir ki, bir çoxları
üçün maddi imkanları daxilində keyfiyyətli xidmətlərdən istifadə edə bilmək mümkün olmur
və sistem ciddi təzyiqlərə məruz qalır. Səhiyyə sahəsində qeyri-rəsmi xərclərin artması
1995-ci ildən bəri hökumətin bu sahəyə ayırdığı xərclərin durmadan azalması üzündən çətin
vəziyyətə düşən sistemin xüsusiyyətidir. Belə vəziyyət istehlakçılar üçün böyük maliyyə
çətinlikləri yaradır, bu əlavə xərcləri ödəmək yoxsullar üçün xüsusilə ağır olur.
MK/qaçqınlar həm gəlirli, həm də gəlirsiz yoxsulluğun yaratdığı bir sıra çətinliklərlə
daha çox üzləşməli olurlar. Bu yaxınlarda Dünya Bankı/BMT-nin İnkişaf Proqramı (BMTİP)
tərəfindən keçirilən Sorğuya əsasən, MK/qaçqınların təqribən hər iki nəfərindən biri işsizdir;
işsizlik səviyyəsi Bakıdan kənarda daha yüksəkdir (Dünya Bankı 2003-ə istinadən). Bir çoxları
qeyri-rəsmi sektorda işləyirlər, burada onlar istismara və çox vaxt pis şəraitdə uzun saatlarla
işləməyə məcbur olurlar. MK/qaçqınlar əhalinin çox az mülkiyyətə malik bir qrupudur; onların
kənd təsərrüfatı torpaqlarına sahib olmaq imkanları çox məhduddur; bu adamlar hökumətin
ödəmələri və güzəştlərindən yüksək dərəcədə asılıdırlar; mənzil şəraitləri standartlardan çox
aşağıdır; sanitariya və birbaşa su təchizatından istifadə edə bilmək imkanları məhduddur;
|