2. İnstitutun fəaliyyətinin məqsədi və istiqamətləri
2.1. İnstitutun fəaliyyətinin əsas məqsədi insanların həyat və sağlamlığının qorunması üçün qida təhlükəsizliyinin daha səmərəli təşkilini təmin etməkdən ibarətdir.
2.2. İnstitut aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir:
2.2.1. qida təhlükəsizliyi sahəsində elmi-praktiki araşdırmaların və tədqiqatların aparılması;
2.2.2. malın (xidmətin, işin), prosesin, idarəetmə sisteminin və işçi heyətinin müvafiq standartla, texniki reqlamentlə və digər normativ hüquqi aktlarla müəyyən olunmuş tələblərə uyğunluğunun qiymətləndirilməsinin həyata keçirilməsi;
2.2.3. qida təhlükəsizliyi sahəsində risk qiymətləndirilməsinin elmi əsaslarının formalaşdırılması və elmi prinsiplərə əsaslanan risk qiymətləndirilməsinin həyata keçirilməsi;
2.2.4. elmi cəhətdən əsaslandırılmış və qida təhlükəsizliyinə dair mövcud beynəlxalq standartların, norma və qaydaların tələbləri nəzərə alınmaqla, qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların (sanitariya norma və qaydalarının, habelə gigiyena normativlərinin) və digər normativ hüquqi aktların layihələrinin işlənilib hazırlanması;
2.2.5. qida təhlükəsizliyinə dair beynəlxalq standartların qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən subyektlər tərəfindən könüllü tətbiq edilməsi ilə bağlı tövsiyələrin hazırlanması, məsləhətlərin verilməsi, tələb olunan sənədlərin hazırlanması və təlimlərin keçirilməsi;
2.2.6. qida məhsullarının təhlükəsizlik və minimum keyfiyyət göstəriciləri üzrə laboratoriya analizi, ekspertiza və tədqiqat (ölçmə) xidmətlərinin göstərilməsi;
2.2.7. qida təhlükəsizliyi sahəsində mütəxəssislərin hazırlanması məqsədi ilə təlim və tədrislərin təşkili;
2.2.8. elmi-praktiki konfransların, simpoziumların, seminarların, yığıncaqların və görüşlərin təşkili;
2.2.9. qida təhlükəsizliyi sahəsində əhalinin məlumatlandırılması məqsədi ilə maarifləndirmə işlərinin həyata keçirilməsi;
2.2.10. fəaliyyət istiqamətlərinə uyğun olaraq qida təhlükəsizliyi sahəsinin inkişafı ilə bağlı tədbirlər görür. [3]
Dostları ilə paylaş: |