3. İnstitutun vəzifələri
3.1. İnstitut bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:
3.1.1. qida təhlükəsizliyi sahəsinin elmi əsaslarını işləyib hazırlayır və Agentliyə təkliflər verir; [4]
3.1.2. hüquqi və fiziki şəxslər üçün qida təhlükəsizliyi göstəriciləri üzrə tədqiqat xidmətləri göstərir;
3.1.3. Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə tənzimlənən və İnstitutun səlahiyyətinə aid olan məsələlər üzrə Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin edir; [5]
3.1.4. elmi cəhətdən əsaslandırılmış və qida məhsullarının təhlükəsizliyinə dair mövcud beynəlxalq standartların, norma və qaydaların tələbləri nəzərə alınmaqla, qida təhlükəsizliyi sahəsində qanunvericilik aktlarını, o cümlədən texniki normativ hüquqi aktları (sanitariya norma və qaydalarını, habelə gigiyena normativlərini), inkişaf konsepsiyalarını və məqsədli proqramları işləyib hazırlayır və Agentliyə təqdim edir, habelə onların həyata keçirilməsində iştirak edir; [6]
3.1.5. qida təhlükəsizliyi sahəsində risk qiymətləndirilməsinin və risklərin idarə edilməsinin elmi əsaslarını işləyib hazırlayır və Agentliyə təkliflər verir;
3.1.6. risk qiymətləndirilməsi zamanı insanların həyat və sağlamlığı üçün mövcud və ya gələcəkdə yarana biləcək təhlükələri araşdırır və həmin təhlükələrin qarşısının alınması istiqamətində Agentliyə təkliflər verir;
3.1.7. Nizamnaməsinə uyğun olaraq dövlət orqanları və qurumlarının, yerli özünüidarəetmə orqanlarının, hüquqi və fiziki şəxslərin qida təhlükəsizliyi sahəsi üzrə fəaliyyətini əlaqələndirir; [7]
3.1.8. qida təhlükəsizliyinə dair beynəlxalq standartların tətbiq edilməsi üzrə məsləhətlər verir və təlimlər keçirir;
3.1.9. rasional fizioloji normaların, habelə qida təhlükəsizliyi baxımından insanlar üçün qida mənbəyi olan heyvanların və bitkilərin sağlamlığına, habelə insan üçün qida mənbəyi olan heyvanların yemlənməsində istifadə olunan yem və yem əlavələrinə dair texniki normativ hüquqi aktların hazırlanmasında iştirak edir;
3.1.10. qida məhsulları və onların təhlükəsizliyi sahəsində əhalinin, habelə qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən subyektlərin məlumatlandırılması məqsədi ilə məktəbəqədər və orta təhsil müəssisələrində və digər yerlərdə düzgün qidalanma, qida mədəniyyəti və s. məsələlərlə bağlı maarifləndirmə işlərini həyata keçirir;
3.1.11. qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, qida məhsullarının təhlükəsizliyi sahəsində elmi-texniki nailiyyətlərin tətbiqinin təmin olunması, habelə qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən subyektlər tərəfindən qabaqcıl beynəlxalq idarəetmə sistemlərinin tətbiq edilməsi ilə bağlı təkliflər verir;
3.1.12. fəaliyyət istiqamətləri üzrə beynəlxalq təşkilatlarla əməkdaşlıq edir, beynəlxalq elmi-praktiki konfranslar, seminarlar və sair bu kimi tədbirlər təşkil edir; [8]
3.1.13. qida təhlükəsizliyi sahəsində elmi, texniki və praktiki məsləhət xidmətlərinin göstərilməsini həyata keçirir;
3.1.14. qida təhlükəsizliyi sahəsində laboratoriya sisteminin inkişafı ilə bağlı təkliflər verir;
3.1.15. Agentliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq, təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə laboratoriya analizi, ekspertiza və tədqiqat (ölçmə) xidmətləri göstərir, habelə milli istinad laboratoriyası funksiyalarını həyata keçirir;
3.1.16. tabeliyindəki akkreditasiya olunmuş laboratoriyalarda Agentliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq götürülmüş nümunələrin vahid metodika əsasında qiymətləndirilməsini təmin edir, aşkarlanmış pozuntuların aradan qaldırılması üçün Agentliyə təkliflər verir;
3.1.17. qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən subyektlərdə qida təhlükəsizliyi göstəriciləri üzrə tədqiqatların aparılması ilə bağlı xidmətlərin göstərilməsini təşkil edir;
3.1.18. dövlət və kommersiya sirrinin qorunması, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər görür;
3.1.19. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin edir;
3.1.20. qida təhlükəsizliyi sahəsində peşəkar mütəxəssislərin hazırlanması və tədris proqramlarının tərtibi ilə bağlı təkliflər verir və onların həyata keçirilməsində iştirak edir; [9]
3.1.21. yüksəkixtisaslı kadrların qida təhlükəsizliyi sahəsində elmi-praktiki araşdırma və tədqiqat işlərinin aparılmasına köməklik göstərir;
3.1.22. fəaliyyəti ilə bağlı arayış və hesabatlar hazırlayır, Agentliyə təqdim edir;
3.1.23. kargüzarlığı, vətəndaşların qəbulunu, onların təklif, ərizə və şikayətlərinə baxılmasını normativ hüquqi aktların tələblərinə uyğun təşkil edir; [10]
3.1.23-1. İnstitutun fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə Azərbaycan Respublikasının “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” qanunlarına uyğun olaraq baxır və qanunla müəyyən edilmiş qaydada tədbirlər görür; [11]
3.1.23-2. İnstituta ayrılan büdcə vəsaitindən, kredit, qrant və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin edir;
3.1.23-3. İnstitutun informasiya təminatını təşkil edir və onun təhlükəsizliyini təmin edir;
3.1.23-4. strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər görür;
3.1.23-5. qida təhlükəsizliyi sahəsində cinayət əlamətləri aşkar etdikdə aidiyyəti üzrə məlumat verir.
3.1.24. Azərbaycan Respublikası Prezidentinin aktları və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirir.
Dostları ilə paylaş: |