4. İnstitutun hüquqları
4.1. İnstitut öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:
4.1.1. fəaliyyət istiqamətlərinə və vəzifələrinə uyğun olaraq, dövlət orqanlarına və qurumlarına, yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək, onlardan belə məlumatları (sənədləri) almaq, təhlillər, ümumiləşdirmələr və müşahidələr aparmaq, rəylər vermək, təklif və arayışlar hazırlamaq; [12]
4.1.2. fəaliyyət istiqamətləri üzrə təlimlər, seminarlar, elmi-praktiki konfrans və simpoziumlar keçirmək, habelə xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;
4.1.3. fəaliyyət istiqamətləri üzrə analitik materiallar hazırlamaq, tədqiqatlar aparmaq, təkliflər vermək; [13]
4.1.4. Agentliyin razılığı ilə təsərrüfat cəmiyyətləri yaratmaq və onlarda iştirak etmək, filial, nümayəndəlik və idarələr yaratmaq; [14]
4.1.5. Agentliyin razılığı ilə beynəlxalq və regional təşkilatlarda Agentliyi təmsil etmək;
4.1.6. fəaliyyət istiqamətləri üzrə müqavilələr bağlamaq, onların yerinə yetirilməsinə nəzarət etmək;
4.1.7. müstəqil ekspert, mütəxəssis və məsləhətçiləri öz fəaliyyətinə cəlb etmək;
4.1.7-1. qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktın layihəsinin qəbul olunması, aktda dəyişikliklər edilməsi, aktın şərh edilməsi, qüvvəsinin dayandırılması və ya ləğv edilməsi haqqında aidiyyəti üzrə təklif vermək; [15]
4.1.7-2. qida təhlükəsizliyi sahəsində beynəlxalq müqavilələrə Azərbaycan Respublikasının tərəfdar çıxması barədə təkliflər vermək;
4.1.7-3. beynəlxalq təcrübənin tətbiqi imkanlarının araşdırılması məqsədi ilə beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək;
4.1.7-4. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı araşdırmalar aparmaq, işçi qrupları və komissiyalar yaratmaq;
4.1.7-5. əməkdaşlarının dövlət təltiflərinə və digər mükafatlara təqdim edilməsi ilə bağlı Agentliyə təkliflər vermək, onların həvəsləndirilməsi üçün tədbirlər görmək;
4.1.8. Azərbaycan Respublikası Prezidentinin aktları və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.
Dostları ilə paylaş: |