- turist bazaları turistləri və səyahətçiləri yerlə, yeməklə təmin edən, turist-
səyahət və idman-sağlamlıq xidmətləri göstərən müəssisələrdir. Öz ölkəsinin
hüdudlarındakı turist gəzintiləri daxili (milli) turizm, hüdudlardan kənarda isə - xarici
(beynəlxalq) turizm anlayışlarına aid edilir.
Tibbi və sanitar xidmətləri özündə müalicə-poliklinika müəssisələrini
(xəstəxanaları, poliklinikaları, dispanserləri və s.), sanitar-profilaktika müəssisələrini
və digər tibb müəssisələrini birləşdirir. Xidmətə tibb xidmətləri (daxili xəstəliklər, diş
müalicəsi və s.), analizlər, tibb bacılarının qulluğu, ineksiyalar, qida və dərmanlar,
sanitar xidmətləri daxildir. Tibbi və sanitar xidmətləri müqayisə məqsədi üçün
xəstəxanadan kənar xidmətlərə və xəstəxanalarda xidmətlərə bölünür. Xəstəxanadan
kənar tibb xidmətləri ambulator-poliklinika müəssisələrinin, dispanserlərin, xəstəxana
müəssisələrinin poliklinika bölmələrinin, təcili və təxirəsalınmaz tibbi yardım
müəssisələrinin, ana və uşaqların qorunması müəssisələrinin xidmətlərini və s. əhatə
edir.
Dostları ilə paylaş: |