Microsoft Word rustamli konul docx


-  sanatoriya-profilaktoriyalar



Yüklə 489,76 Kb.
Pdf görüntüsü
səhifə37/42
tarix25.12.2016
ölçüsü489,76 Kb.
#2901
1   ...   34   35   36   37   38   39   40   41   42
-  sanatoriya-profilaktoriyalar  müəssisənin,  təşkilatın  nəzdində  fəaliyyət 

göstərərək əsasən işçiləri işdən ayırmadan, işdən asudə vaxtlarda sanatoriya müalicəsi 

və profilaktiki tədbirlər keçirən müalicə profilaktika müəssisələridir. Bu müəssisələrdə 

hesabat ilinin sonuna faktiki mövcüd olan çarpayılar nəzərə alınır;  



-  istirahət  evləri,  pansionat,  baza  və  digər  istirahət  müəssisələri  əhalinin 

istirahəti üçün nəzərdə tutulmuş, istirahət edənlərin müəyyən dövrdə yerlə və yeməklə, 

yaxud  yalnız  yerlə  təmin  olunduğu  müəssisələrdir.  stirahət  müəssisələri  bütün  il 

ə

rzində  və  ya  mövsümi  fəaliyyət  göstərir,  müvafiq  surətdə  onlardakı  çarpayıların 



(yerlərin)  sayı da həm  illik, həm  də  onların  maksimum  istifadə  olunduğu  dövrə görə 

uçota alınır;  

Stasionar xidmətlərin uçotu xəstəxana müəssisəsində xəstənin sutka və gün 

ə

rzində stasionarda olmasını və çarpayı fondunun hərəkətinin gündəlik uçotu 



vərəqəsinin köməyilə aparılır. Vərəqəni böyük tibb heyəti doldurmalıdır. Bu sənəddə 

xəstəxananın tərkibində ayrılmış hər bir şöbədə maliyyələşmə mənbələri açıqlanmış 

şə

kildə göstərilməlidir. Əvvəllər qeyd etdiyimiz kimi, qeyri-dövlət tibb təşkilatları bir 



neçə maliyyələşmə mənbələrinə malikdir: könüllu və icbari tibbi sığorta sisteminin 

с

ığorta haqqları, büdcə vəsaiti, hüquqi şəxslərin vəsaiti və vətəndaşların şəxsi vəsaiti. 



Azərbaycanda özəl müalicə profilaktika müəssisələrində maliyyələşmənin başlıca 

mənbəyi həmin müəssisələrdən kömək alan əhali hesab olunur. Əhaliyə pullu tibbi 

xidmət göstərilməsinə görə ödənişlər adətən tibb müəssisəsində həyata keçirilir. Tibbi 

xidmətlərin göstərilməsinə görə hesablaşmalar nəzarət-kassa maşınlarını tətbiq 

etməklə aparılır. Tibb müəssisəsi nəzarət-kassa maşınlarını tətbiq etmədiyi hallarda 



 

69 


müəyyən qaydalara əməl etməklə təsdiq olunan ciddi hesabat blanklarından istifadə 

edə bilər. Tibb müəssisəsi xəstəyə göstərilən xidmətə görə ondan nağd pulun 

alınmasını təsdiq edən kassa çeki verməlidlir. Tibbi xidmətlərin qabaqcadan və 

sonradan nağdsız qaydada ödənilməsi üçün tibb müəssisəsində unifikasiya olunan 

formada hesab yazilir və bu sənəddə müqavilənin nömrəsi və tarixi göstərilir. 

Xəstəxana müəssisələrində, xəstələrin olub-olmamasından asılı olmayaraq, 

lazımi avadanlıqla təchiz olunmuş və xəstə qəbul etməyə hazır olan çarpayıların sayı 

da uçota alınır. Əhalinin xəstəxana yardımı ilə (xəstəxana çarpayıları ilə) təminatını 

müəyyən etmək üçün ilin sonuna əhalinin sayına görə “Əhalinin hər 10000 nəfərinə 

düşən xəstəxana çarpayılarının sayı” göstəricisi hesablanır.  

  Stasionar səhiyyə müəssisələrinin saxlanması xərclərinin hesablanması 

çarpayılarına artırılması müddətindən asılı olaraq, çarpayıların orta illik miqdarı 

göstəricisi əsasında, aşağıdakı formula üzrə aparılır:

  

C



ort

 = C


1

± C


n

-A



                            12 

Burada C


orta

- çarpayıların orta illik miqdarı;  

C1 – ilin əvvəlinə çarpayıların miqdarı;  

Cn – il ərzində istifadəyə verilən ( ixtisar olan) çarpayıların miqdarı;  

An – yeni artırılmış( ixtisar edilmiş) çarpayıların fəaliyyət göstərdiyi ayların 

sayıdır. 

Ə

halinin tibb kadrları, poliklinikalar, xəstəxana çarpayıları (cəmi və ixtisaslaşma 



üzrə) ilə təminatı səviyyəsinin qiymətləndirilməsi üçün müvafiq normativlərdən 

istifadə edilir.  




Yüklə 489,76 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin