Microsoft Word rustamli konul docx



Yüklə 489,76 Kb.
Pdf görüntüsü
səhifə38/42
tarix25.12.2016
ölçüsü489,76 Kb.
#2901
1   ...   34   35   36   37   38   39   40   41   42
1.Xəstəxanada yerləşdirilmə səviyyəsi (%): 

 

  l ərzində xəstəxanalarda  yerləşdirilənlərin  sayı    



x 100 %

 

                                    



 Əhalinin  orta  illik  sayı 

 


 

70 


2. ş  günlərinin  (il  ərzində  xəstəxana  çarpayısından  istifadənin,  onun 

tutulmasının) orta sayı: 

 

  l ərzində xəstələrin keçirdiyi çarpayı – günlərin sayı  

                        

Çarpayıların orta  illik  sayı 



 

3. Xəstənin çarpayıda keçirdiyi orta müddət ( günlər): 

 

l  ərzində xəstələrin keçirdiyi çarpayı – günlərin sayı 



       Getmiş (evə yazılmış və ya  ölmüş) xəstə 

 

Müalicə-profilaktika müəssisələrinin qeydiyyatında olan xəstələrin sayı 

ilin axırına xəstəlik göstəricisini səciyyələndirir. Həm cari ildə, həm də əvvəlki illərdə 

ambulator-poliklinika müəssisələrinə müraciət etmiş (xəstələrin kontingenti) həmin 

xəstəliyə tutulmuş bütün xəstələrin məcmusu həmin anlayışa daxil edilir. Xəstəlik 

göstəricisi xəstəliyin yayılmasını səciyyələndirir və hesabat ilinin axırına tibb 

müəssisələrinin uçotunda olan həmin xəstəliyə tutulanların sayının cəminin əhalinin 

sayına nisbəti ilə müəyyən olunur. Alınan nəticə 10000-ə vurulur. Hazırda tibb 

müəssisələrinin idarə olunmasının effektivliyinin yüksəldilməsinə iqtisadi informasiya 

sisteminin tətbiqi və gələcəkdə təkmilləşdirilməsi yolu ilə nail olmaq mümkündür. 

Qəbul edilən idarəetmə qərarlarının keyfiyyətinə tələbatın daima artması və onların 

qəbul olunması müddəti maliyyə və idarəetmə uçotunun avtomatlaşdırılmış sisteminin 

tətbiqini zəruri edir. Hazırda bazarda tibb təşkilatlarında hesablama texnikasından 

istifadə etməklə maliyyə və idarəetmə uçotunun təşkilinə imkan verən çoxsaylı 

proqram məhsulları təklif olunur. Bu proqramların köməyilə əmək haqqının 

hesablanmasını, təşkilatın əməkdaşlarının yerdəyişməsinin uçotunu, əməkdaşların kadr 

hesablama məlumatlarındakı dəyişikliklərin qeydiyyatı, əməkdaşların əmək haqqı 

fondunun təhlili, tarifikasiya cədvəllərinin formalaşması poliklinikanın, xəstəxanaların, 

hərbi hospitalların, tibb mərkəzlərinin və digər səhiyyə təşkilatlarının xüsusiyyətini 

nəzərə alan hesabatların əldə olunması və s. məsələlərin uçotunun avtomatlaşdırılması 




 

71 


mümkündür. Müasir proqramlar həmçinin idarəetmə uçotunun aşağıdakı vəzifələrinin 

həllinə də müsbət təsir göstərmək imkanına malikdir: tibbi yardımın həcminin 

planlaşdırılması; maliyyə planlaşması; sonrakı idarəetmə qərarlarını qəbul etmək üçün 

tibbi heyətin fəaliyyətinin səmərəliliyinin daha da qiymətləndirilməsi ilə bağlı tibbi 

kömək göstərilməsi planlarının yerinə yetirilməsinə nəzarət; dərman təminatına çəkilən 

xərclərin optimallaşdırılması üçün dərman vasıtələrinə və sərf olunan material 

resurslarına əsaslı tələbatın formalaşması; tibb təşkilatının fəaliyyət göstəricilərinin 

təhlili. Eyni zamanda yeni avtomatlaşdırılmış proqramların aşağıdakı funksional 

imkanları mövcuddur: xəstəxana daxili apteklərin fəaliyyətinin avtomatlaşdırılması; 

maliyyə planlaşması – büdcələr, pul vəsaitlərinin axınları, kredit və kassa planları, 

maliyyə nəticələri; maliyyə təhlili - maliyyə göstəricilərinin hesablanması, digər 

dövrlərlə müqayisəli şəkildə dinamika; mühasibat və vergi uçotu – təşkilatın maliyyə 

fəaliyyətinin uçotu, reqlamentləşdirilən hesabat; təsdiq edilən və orijinal metodikalar 

üzrə tibbi köməyin həcminin uçotu vahidinin maya dəyərinin hesablanması; heyətin 

idarə olunması – iddiaçılarla iş, əməkdaşlar haqqında məlumatların idarə edilməsi, 

tibbi xüsusiyyətləri nəzərə almaqla ixtisas sistemləri, vəzifə təlimatları, əmək ödənişi 

sistemləri, əmək haqqının hesablanması. 

 

 



 

 

 




Yüklə 489,76 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin