1
AZƏ RBAYCAN RESPUBL KASI TƏ HS L NAZ RL Y
AZƏ RBAYCAN DÖVLƏ T QT SAD UN VERS TET
MAG STRATURA MƏ RKƏ Z
Əlyazması hüququnda
Bağ ırov Söhrab Sə mə d oğ lu
(MAG STRANTIN A.S.A)
“Xə stə lik və zə rə rvericilə rin narın istehlak xassə lə rinə tə siri və keyfiyyə tin
ekspertizası” mövzusunda
MAG STR D SSERTAS YASI
Истигамятин шифри вя ады: 060644 stehlak mallarının eksperizası və
marketinqi
Ихтисасlaşma: Истещлак малларынын кейфиййят
експертизасы
Елми рящбяри: Маэистр прогамынын рящбяри:
dos.b.e.n.M.A.Əhmədov dos.b.е.н.M.A.Əhmədov
Kafedra müdiri prof.Ə .P.Hə sə nov
_________________________
BAKI - 2016
2
MÜNDƏR CAT
Giriş.....................................................................................................7
I Bölmə . Ə də biyyat xülasə si
1.1. Narın meyvəsinin quruluşu, kimyəvi tərkibi, qidalılıq dəyəri və
əhəmiyyəti.....................................................................................12
1.2. Narın sortları, yetişməsi və meyvələrin yığılması............................23
1.3.Narın daşınma şəraitinin meyvələrin saxlanmasına təsiri.................30
1.4.Nar meyvələrinin saxlanmasına təsir edən amillər, onun saxlanma şəraiti
və müddəti........................................................................................31
1.5.Normativ sənədlər.............................................................................35
1.6.Nar meyvələrinin standart keyfiyyət göstəriciləri..............................36
1.7.Nar üzərində tətbiq edilən pestisidlərin təhlükəsizlik göstəriciləri......37
1.8.Narın xəstəlik və zərərvericilərinin keyfiyyətə təsiri...........................38
II Bölmə. şin təşkili və tədqiqatın üsulları.
2.1.Ekspertizanın obyekti və onun səciyyələndirilməsi.............................42
2.2. Nümumənin götürülməsi və onun analizə hazırlanması......................42
2.3.Tədqiqatın üsulları və onun qısa halda səciyyələndirilməsi.................44
III Bölmə. Eksperimental hissə.
3.1.Narın meyvələrinin keyfiyyət gösətricilərinin orqanoleptiki
ekspertizası.........................................................................................46
3.2.Nar meyvələrinin keyfiyyət gösəticilərinin fiziki-kimyəvi
ekspertizası..........................................................................................47
3.3.Ruyazi-statistik üsulla analizin nəticələrinin işlənməsi və onun
müzakirəsi...........................................................................................63
Nəticə və təkliflər.......................................................................................66
Ə
dəbiyyat siyahısı.....................................................................................69
3
REFERAT
Ə
halinin nar meyvələri məhsullarına olan tələbatına olan tələbatını təmin
etmək, onları bütün il boyu təzə, keyfiyyətli nar məhsulu ilə təmin etməyin böyük
ə
həmiyyəti vardır. Eyni zamanda onun keyfiyyətinin, qidalılıq və bioloji dəyərinin
yüksəldilməsi də çox vacibdir. Nar meyvələri əhali tərəfindən kütləvi halda
istehlak olunan məhsullar sırasına daxildir. Bu baxımdan nar meyvələrinin
zərərverici və xəstəliklərdən qoruyub saxlamaq, onu öyrənmək, tədqiq etmək və
ekspertizasını aparmağın əhəmiyyəti böyükdür.
şin aktuallığı.
Nar meyvələri Azərbaycanda geniş yayılmış və kütləvi halda istehlak olunan
ə
rzaq məhsulu hesab olunur. Onun bir çox sortları təzə halda yeni ilə kimi
saxlanılır. Qidalanma institutunun məlumatına görə, elmi əsaslanmış, fizioloji
normaya əsasən hər bir insan üçün illik meyvə-giləmeyvə norması 106-113 kq,
subtropik meyvələr 6-7 kq, sutkalıq norma isə 350-400 qram təşkil edir. Bu
baxımdan yuxarıda qeyd edilən mövzunun öyrənilməsi aktual olmaqla bərabər,
eyni zamanda nəzəri, təcrübi və xalq təsərrüfatı əhəmiyyətinə malikdir.
Problemin öyrənilmə vəziyyəti.
Dissertasiyada problemin öyrənilmə səviyyəsi qısa halda şərh edilir. Bu
məsələ hal-hazıra qədər ətraflı şəkildə öyrənilməmiş və bizim tərəfimizdən ilk
dəfədir ki, tədqiq edilir.
şin məqsədi.
4
Azərbaycanda becərilən nar meyvələri vegetasiya dövründə və saxlanılma
zamanı xəstəlik və zərərvericilərlə zədələnməyə məruz qalır. Tədqiqat işinin
məqsədi “Xəstəlik və zərərvericilərin narın istehlak xassələrinə təsiri və
keyfiyyətin ekspertizası” hesab edilir.
Tədqiqatın obyekti.
Nar meyvələrinin müxtəlif sortlarıdır.
Tə dqiqatın predmeti.
Tədqiqatın predmeti nar meyvələrinin istehlak xassələrinin ekspertizasıdır. Bu
məsələləri həll etmək üçün 2014-2016-cı illər ərzində bizim tərəfimizdən aşağıdakı
məsələlər tədqiq edilmişdir. Narın meyvəsinin quruluşu, kimyəvi tərkibi, qidalılıq
dəyəri və əhəmiyyəti, narın sortları, yetişməsi və meyvələrin yığılması, narın
daşınma şəraitinin meyvələrin saxlanılmasına təsiri, nar meyvələrinin
saxlanmasına təsir edən amillər, onun saxlanma şəraiti və müddəti, normativ
sənədlər, nar meyvələrinin standart keyfiyyət göstəriciləri, nar üzərində tətbiq
edilən pestisidlərin təhlükəsizlik göstəriciləri, narın xəstəlik və zərərvericilərinin
keyfiyyətə təsiri, nar meyvələrinin orqanoleptiki və fiziki-kimyəvi keyfiyyət
göstəricilərinin ekspertizası, alınan tədqiqatın nəticələrinin riyazi-statistik üsulla
işlənməsi öyrənilmişdir.
Yuxarıda qeyd edilən məsələlərin öyrənilməsi nəticəsində konkret nəticə və
təkliflər hazırlanmışdır.
Tə dqiqatın metodu.
Bu bölmədə qısa halda tədqiqatın metodu, orta nümunənin götürülməsi,
tədqiqə hazırlanması şərh edilir.
5
Tə dqiqat iş inin elmi yeniliyi.
Bu hissədə elmi problemin müasir vəziyyəti şərh edilmişdir. Hal-hazıra kimi
bu mövzu hərtərəfli və dərin tədqiq edilməmişdir. Qeyd edilən məsələ
Azərbaycanda ilk dəfədir ki, tədqiq edilir və ona görə də elmi yeniliyə malikdir.
Nar meyvələrinin xəstəlik, zərərvericiləri, onların keyfiyyətə təsiri, növ tərkibi
respublikamızda ilk dəfə öyrənilərək müəyyən edilmişdir ki, onları nar
meyvəyeyəni, alma meyvəyeyəni, nar mənənəsi, tor və qırmızı gənələr, üzüm
qurdu, alman arısı, xəstərliklərdən isə fomorsis, meyvələrin boz çürüməsi, qara
çürümə (qara sürmə), mexaniki zədələnmə nəticəsində müxtəlif xəstəliklərlə
zədələnmə, suvarmadan sonra çatlamada ziyan vurur. Bu xəstəlik və zərərvericilər
nar meyvələrini zədələyib, keyfiyyəti pisləşdirir, həmin meyvələr qida üçün
yararsız hala düşür.
Eyni zamanda nar meyvələrinin orqanoleptiki və fiziki-kimyəvi göstəriciləridə
ə
traflı öyrənilmişdir. Bu baxımdan iş elmi yeniliyə malikdir, onun nəzəri, elmi,
təcrübi əhmiyyəti vardır.
Tə dqiqat iş inin tə crübi ə hə miyyə ti.
Nar respublikamızda kütləvi halda istehlak olunan ərzaq məhsuludur. Nardan
müxtəlif məhsullar hazırlanır, o, zəngin kimyəvi tərkibə malik olub, müxtəlif
xəstəlikləri müalicə edir. O, emal sənayesi üçün qiymətli xammaldır. Nar
qidalanmada əvəzsiz olub, tibbidə geniş müalicə vasitəsi kimi istifadə edilir.
Tədqiqatın nəticələrinin nəşri.
6
Müəllif tədqiqatın nəticələrini bir məqalə şəklində hazırlayıb, nəşr olunmağa
təqdim etmişdir.
şin quruluşu və həcmi.
Magistr dissertasiyası 3 fəsildən, 14 bölmədən və 74 səhifə kompyuter
yazısından ibarıtdir. Dissertasiya mətninin tərtib edilməsində 70 xarici və ölkə
ə
dəbiyyat mənbəyindən istifadə edilmişdir. Mətndə 9 cədvəl verilmişdir.
Tədqiqatın nəticələri riyazi-statistik üsulla işlənmişdir. Təcrübədə olan xətalar
icazə verilən normalara uyğundur. Tədqiqatın nəticələri orijinallığı və yeniliyi ilə
fərqlənir.
7
GIRIŞ
Azərbaycan Respublikası əhalisinin rifahının yaxşılaşdırılmasında qida
məhsullarının əhəmiyyəti böyükdür. Azərbaycan hökuməti əhalini hər növ meyvə-
tərəvəz məhsulları (nar, alma, armud, pomidor, kələm) ilə təmin etməyə böyük
diqqət yetirir. Eyni zamanda onun istehsalını artırmaq, çeşidini genişləndirmək,
keyfiyyətini yüksəltmək, yığılması, daşınması və saxlanması zamanı itkilərin
azaldırması haqqında tədbirlər həyata keçirir.
Yüksək məhsuldar sortların istehsalı, xəstəlik, zərərvericilərə davamlı və əhali
tərəfindən geniş tələb olunan məhsulların artırılmasına böyük əhəmiyyət verilir.
Səmərəli qidalanma balansında nar meyvəsi ilə qidalanmanın əhəmiyyəti çox
böyükdür. Nar müxtəlif xəstəliklərin müalicəsində, immunitetin yüksəldilməsində,
qan təzyiqində tətbiq edilir. Narda insan orqanizmi üçün lazım olan zəruri
vitaminlər, mineral maddələr, üzvi turşular, müxtəlif karbohidratlar, aşılayıcı
maddələr, rəngləyici və ətirli maddələr vardır.
Subtropik meyvəçilik kənd təsərrüfatının böyük sahəsidir. Subtropik
meyvələrə sitrus meyvələri zeytun, incil, feyxoa və nar aiddir. Bu subtropik
meyvələrin respublikamızda əkin sahəsi 37 min hektardır.
Hal-hazırda orta hesabla adam başına meyvə 35 kq, o, cümlədən sitrus
meyvəsi 2 kq təşkil edir. Qidalanma institutunun məlumatına görə elmi əsaslanmış
8
normaya əsasən hər bir insan il ərzində 106-113 kq, o cümlədən subtropik
meyvələr 6-7 kq istehlak edilməlidir. Ölkə əhalisinin tələbatını təmin etmək üçün
subtropik meyvələr, onun perspektivdə istehsalı 1,8-2,0 mln. tona qarşı 186 min
ton təşkil edir. Azərbaycanda 1965-ci il mart plenyumu, 1969-cu il avqust
plemundan sonra meyvəçilik kənd təsərrüfatının aparıcı sahəsinə çevrilmişdir. Qısa
müddət ərzində meyvə sahəsi 2,2 dəfə, istehsal isə 2,9 dəfə yüksəlmişdir.
Respublikamızın Nazirlər Soveti tərəfindən kənd təsərrüfatı istehsalının
ixtisaslaşması və inkişafı haqqında, o cümlədən meyvəçiliyin inkişafı haqqında
qərar və tədbirlər müəyyən etmişdir. Bu qərarda kənd təsərrüfatının əsas məsələləri
və o, cümlədən subtropik meyvəçiliyin inkişafı tədbirləri müəyyən edilmişdir. Bu
qərar meyvəçiliyin sürətli inkişafına təkan vermişdir və bu sahədə yeni mərhələ
açmışdır. Həmin sahələri inkişaf etdirmək üçün meyvəçilik və tərəvəzçiliyə dair
böyük dövlət komitəsi birliyi yaradılmışdır.
Son illərdə respublikamızda subtropik bitkilərin sort tərkibini yaxşılaşdırmaq,
aqrotexniki tədbirləri yüksəltmək, meyvə bağlarının suvarılması və xəstəlik,
zərərvericilərdən qorunmasına dair böyük işlər aparılmışdır. Eyni zamanda nar
bitkisinin sort tərkibinində yaxşılaşması əsas məsələlərdən biridir.
Qeyd etmək lazımdır ki, hal-hazırda meyvəçiliyin inkişafı respublikamızda
ə
halinin artan tələbatını təmin etmir. əhalinin sayının artmasına baxmayaraq, adam
başına istehsal olunan meyvənin istehsalı əhalinin artan tələbatını, qidalanma
rasionunun quruluşu elmi əsaslanmış normalara cavab vermir, bu eyni zamanda
meyvəçiliyədə aid edilir.
9
Insanın enerji tələbatının 30%-i meyvə, giləmeyvə, tərəvəz və subtropik
meyvələr hesabına ödənilir. Meyvə-tərəvəzlərdə bioloji fəal maddələr çoxdur.
Onlarda şəkərlər, limon turşusu, tanin, kaliumun xlorlu birləşmələri, kalium,
kalsium, natrium, dəmir, fosfor, maqnezium, manqan, şəkərlər, aşılayıcı maddələr,
qılaf, kül, limon turşusu, qlyukoza, protein, pektin, vitamin “C”, tiamin (vitamin
B
1
), riboflavin (vitamin B
2
), bor turşusu, vitamin PP, yağ, nişasta, azotlu maddələr
və mineral maddələr vardır. Narın meyvələrində 15 amin turşusu, o, cümlədən 6
ə
vəzedilməz, metionin, valin, miozin, treonin, fenilalanin, leytsin zülalları vardır.
Nar təzə halda istifadə edilir, narın bir çox sortları müalicə vasitəsi kimi,
həmdə qədimdən tibbidə istifadə olunur.
Nar birkisini 400-dən artıq sortu vardır. Azərbaycanda nar sortları yetişdirən
və keşmiş SSR -də bu sahədə çalışan bir çox elmi-tədqiqat institutları,
Azərbaycanda Genetika və Seleksiya institutu nar sortları üzərində işləyərək yeni
sortlar yaratmışlar. Azərbaycanda yabanı qara dənəli və kiçik meyvələrə malik nar
sortu vardır.
randa və ona yaxın ölkələrdə nar sortları çoxdur. Bir çox sortlar isə hazırda
yaxşı öyrənilməmişdir (A.C. Karamarxı, 1979). Iranda əsas narçılıq rayonları
Cənubi Xorasan, Tehran, Şiraz hesab edilir. ən yüksək keyfiyyətli nar sortları
ə
sasən Əfqanıstanda (Kandahar oazisi) becərilir.
Hal-hazırda nar məhsulu əsasən təzə istehlakda və emalda istifadə olunur.
Narçılığın əsas vəzifəsi nardan istifadənin müddətini uzatmaq və bütün bölgələrdə
il ərzində əhalini nar məhsulu ilə fasiləsiz təmin etməkdən ibarətdir. Bu problemi
həll etmək üçün onun əkin sahəsini genişləndirmək, çeşidini yüksəltmək,
10
tezyetişən və gecyetişən nar sortlarını əkmək, daşınmaya və saxlanmaya davamlı
sortları becərmək məqsədə uyğundur. Təxmini hesablamalar göstərmişdir ki, nar
məhsulunun 20% respublikanın sənaye mərkəzlərinə göndərilməsi nəzərdə tutulur,
odur ki bu yerlərə narı göndərmək üçün kifayət qədər daşınmaya davamlı nar
sortları əldə olunmalıdır. Qeyd etmək lazımdır ki, narı daşımaq və uzun müddət
saxlamaq üçün onun saxlamasını maksimum artırmaq və istifadə müddətini
artırmaq çox vacibdir.
Nar Azərbaycan xalqı və digər ölkə xalqlarının sevimli, qiymətli meyvəsi
hesab edilir və onun əkin sahəsi bizim respublikada geniş sahələri tutur. Hətta
respublikamızda Göyçayda ixtisaslaşmış nar sovxozu yaradılmış və orada nardan
müxtəlif məhsullar- nar şirəsi, nar şərab və digər faydalı məhsullar hazırlanır. Hətta
hər bir azərbaycanlı ailəsinin şəxsi təsərrüfatlarında özlərini təmin edəcək halda
nar məhsulu yetişdirilir. Bir çox təcrübə müəssisələri və institutları narın yeni sort
və formalarını, aqrotexnikasını öyrənir, yerli şəraitə uyğun olan yeni sortlar
yaratmaq üçün seleksiya işləri aparılır.
Nar meyvələrindən komportlar və spirt məhsuluda hazırlanır (A.Я.Кузмин,
1968).
Nar çox faydalı meyvələr sırasına daxildir. Narın meyvələrində orqanizmə
lazım olan vitaminlər, mineral maddələr və həll olan karbohidratlar vardır.
Aşılayıcı və ətirli maddələrdən narın dadı və həzm olma xüsusiyyətləri asılıdır.
Azərbaycan Respublikasının dövlət komitəsinin məlumatına əsasən son illərdə
(2003-2014) meyvə və giləmeyvə istehsalı 14,5-15,5 mln.tona çatdırılıb. Müəyyən
11
edilmişdir ki nar meyvələrindən texniki emal, qidalanma və tibbidə geniş halda
tətbiq edilir.
Bütün bu məsələlərin öyrənilməsi aktual olmaqla bərabər, nəzəri, təcrübi və
böyük xalq təsərrüfatı əhəmiyyəti vardır.
Aparılan tədqiqat işinin məqsədi “xəstəlik və zərərvericilərin narın istehlak
xassələrinə təsiri və keyfiyyətin ekspertizasıdır”. Bu məsələləri öyrənmək üçün
2014-2016-cı illərdə bizim tərəfimizdən aşağıdakı məsələlər ətraflı öyrənilmiş və
tədqiqat işi aparılmışdır: ədəbiyyat xülasəsi, nar meyvələrinin quruluşu, kimyəvi
tərkibi, qidalılıq dəyəri və əhəmiyyəti, narın sortları, yetişməsi və meyvələrin
yığılması, narın daşınma şəraitinin meyvələrin saxlanılmasına təsir edən amillər,
onun saxlanma şəraiti və müddəti, normativ sənədlər, nar meyvələrinin standart
keyfiyyət göstəriciləri, nar üzərində tətbiq edilən pestisidlərin təhlükəsizlik
göstəriciləri, narın xəstəlilərinin keyfiyyətə təsiri, narın zərərvericilərinin
keyfiyyətə təsiri, işin təşkili və tədqiqatın üsulları, ekspertizanın obyekti və onun
səciyyələndirilməsi, nümunənin götürülməsi və onun analizə hazırlanması,
tədqiqatın üsulları və onun qısa halda səciyyələndirilməsi, eksperimental hissə,
narın meyvələrinin keyfiyyət göstəricilərinin orqanoleptiki ekspertizası, narın
meyvələrinin keyfiyyət göstəricilərinin fiziki-kimyəvi ekspertizası, riyazi-statistik
üsulla analizin nəticələrinin işlənməsi və onun müzakirəsi. Bütün bu məsələlər
öyrənildikdən sonra nəticə və təkliflər hazırlanmışdır.
12
BÖLMƏ I Ə DƏ BIYYAT CMALI
1.1. Narın meyvə lə rinin quruluş u, kimyə vi tə rkibi, qidalılıq də yə ri və
əhəmiyyəti.
Subtropik birkilər içərisində nar ən qiymətli, əhəmiyyətli subtropik bitkidir.
Nar meyvələri kənd təsərrüfatı üçün çox əhəmiyyətli bitkidir. Nar keşmiş SSR
məkanında Qafqazın Qara dəniz sahillərində, Abxaziya, Acariyada, Adlerdə,
Soçidə, Krasnodar vilayətində, Dağıstan Muxtar Respublikasında, Orta Asiyanın
bir çox rayonlarında və Azərbaycanın bütün bölgələrində becərilir. Adambaşına
Azərbaycanda orta hesabla 35 kq, o cümlədən 2 kq subtropik meyvələr 2 kq,
qidalanma institutunun məlumatına əsasən hər bir adam 113 kq, o cümlədən 6-7 kq
subtropik meyvələrlə qidalanmalıdır.
Subtropik bitkilər içərisində nar meyvələri kənd təsərrüfatı üçün iqtisadi
cəhətdən faydalıdır. Bu baxımdan nar Azərbaycan ərazisində hər yerdə və geniş
yayılmışdır. əsas nar sahələri keçmiş SSR ərazisində Zaqafqaziya, Orta Asiya
respublikası, Ukrayna və Rusiya federasiyası ərazisində yerləşir. Azərbaycanın
təbii iqlim şəraiti nar yetişdirilməsi üçün çox əlverişlidir. Nar Azərbaycanın bütün
bölgələrində yetişdirilir. Alimlər tədqiqat nəticəsində müəyyən etmişlər ki, bir
hektar nar sahəsindən 200-250 sentner məhsul əldə etmək olur. azərbaycanda nar
sahəsi 4120 hektar, onun 2000 hektarı meyvə verən bağlardır.
13
Sənaye miqtasında nar əsasən düzənlik bölgələrdə, Şirvanda (Göyçay, Ucar,
Ağdaş, Kürdəmir, Ləki, Qazıməmməd, Ağsu, Əli-Bayramlı) yetişdirilir. Qarabağ-
Mil bölgəsində isə Tər-tər, Ağdam, Bərdə, Goranboyda və Gəncə-Qazax
rayonlarında becerilir. Apşeron bağlarında və Bakı ətrafı ərazilərdə də geniş halda
becerilir. Xüsusilə nar bağları Mərdəkan kəndində, Şüvalan, Buzovna, Maştağa,
Fatmai, Pirşağı kəndlərində geniş yayılmışdır. Mərdəkan kəndində Azərbaycan ET
bağçılıq və subtropik bitkilər institutu yerləşir ki, orada yeni yüksək məhsuldar
sortlar yetişdirilir. Maştağada isə subtropik bitkilər becərilir. Ən çox isti
rayonlarda, xüsusilə Tər-tər, Ağdam, Bərdə, Goranboy rayonlarında hansı ki, il
ə
rzində soyuq olmayan günlərin sayı 240-250 gün təşkil edir, burda nar şirəsi
istehsal etmək üçün sortlar yetişdirilir. Gəncə-Qazax bölgəsində isə təbii nar şirəsi
istehsal etmək üçün yaxşı sortlar yetişdirilir.
Payız yağışları və yüksək rütubət bizim respublikada nar meyvələrinin
keyfiyyətinə əhəmiyyətli dərəcədə təsir göstərir.
1998-2002-ci illərdə nar sahələri 9,9% yüksəlib və bizim respublikada nar
bağlarının sahəsi 87,5 min hektar təşkil edir. Bu illər ərzində nar meyvələri
istehsalı 1,3 dəfə artmış və 516,8 min ton təşkil etmişdir. Göstərilən rəqəmlərdən
görünür ki, son 5 ildə bağçılıq və meyvəçilik sahəsində xeyli inkişaf baş vermişdir.
Nar haqqında ölkə və xarici ölkələrdə ədəbiyyat mənbələri çox azdır, olan
məlumatlar isə nar və onun becərilməsinə aiddir.
Narın kimyəvi tərkibi, biokimyəvi, aqrotexniki amillərin narın keyfiyyətinə və
onda baş verən dəyişkənliklər haqda ədəbiyyat məlumatları çox azdır.
14
Nar Pinicaceae fəsiləsinə aiddir, burda bir cins vardır ki, orada iki növ
P.protopunica Balf. və P.granatum Z. daxildir. P.protopunica Balf. növü Hind
okeanı Sokotra adasında olan növlə eynidir, bu növ yerli növdür, daimi yaşıldır,
meyvələri isə xırdadır, təsərrüfat əhəmiyyətinə malik deyildir.
P.granatum Z. növünün həm mədəni, həmdə cır formaları vardır.
P.granatium.Z növü qidalanmada istifadə edilir, digər növün isə tətbiqi hələlik
müəyyən edilməyib.
Nar cinsinin adı qədim xalqlardan olan punn, korfogen koloniyası sahəsindən
nar ilk dəfə olaraq Avropaya gətirilmişdir. Narın adı (granatium) latın sözündən
olub dənəvər deməkdir. Nar ağacının hündürlüyü 1,5 metrdən 6 metrə qədər
böyüyür. Narın vegetasiya müddəti 180-215 günə çatır. Meyvənin inkişafı 120-160
günə başa çatır. Nar ağacı 3-cü ildə bar verir. Nar ağacının ömrü 50-70 ildir.
O.P.Kulkovanın məlumatına görə (1983) Özbəkistanda becərilən subtropik
bitkilər içərisində ən çox yayılanı nardır. Son 10 ildə sənaye miqyasında nar
Özbəkistanda becərilməyə başlanmışdır.
Özbəkistanda elmi əsaslarla nar O.P.Kulkovanın (1980) rəhbərliyi altında
1953-1976-cı illərdə cənubi Özbəkistan təcrübə stansiyasında və Lenin ordenli
(P.P.Şrider) adına subtropik bitkilər institutunda becərilməyə başlanmışdır.
Nar bitkisinə dair tədqiqatlar Özbəkistanda və digər ölkələrdə aşağıdakı
alimlər Б.С.Розанов (1939, 1940, 1957, 1958, 1959, 1960), В.В.Кузнетсов (1949,
1952, 1953, 1956), С.М.Животинская (1957, 1959), А.Д.Стребкова (1935, 1936,
1937, 1940, 1941, 1958), Л.Т.Толиматов (1955), П.А.Поволочка (1937),
П
.Г.Викторовский (1932) və başqaları tərəfindən aparılmışdır. Azərbaycanda
15
nara dair tədqiqatlar .M.Axund-zadə və başqaları, 1954, A.D.Strebkova, 1941,
A.Q.Əliyev, 1941, A.D.Rəcəbli, 1935, A.Q.Abdullayev, 1956, D.M.Əliyev, 1940,
P.K.Əliyev və .A.Dəmirov, 1949, C.A.Aslanov, 1958, Əmirşax-Əli, 1937 və
başqaları tərəfindən aparılmışdır.
S.N.Jarova və başqaları (1987) qeyd edirlər ki, narın əsas istehsalçısı
Azərbaycan və Əfqanıstan hesab edilir. Narın meyvələri əsas üç hissədən: qabıq,
toxum və şirə hissəsindən ibarətdir. Bu hissələrin bir-birinə nisbəti aşağıdakı
kimidir: narın qabıq hissəsi-27,89 – 51,76%, toxumu-7,78-22,14%, şirə isə 38,86-
63,43%.
Amerikada istehsal edilən və becərilən sortlarda şirə az olub, orta hesabla
36,61% təşkil edir.
Nar şirəsində 4,4-21% reduksiya olunmuş şəkər, 0,2-45% limon turşusu,
tanin, xlor birləşmələri, kalsium, kalium, natrium, dəmir, fosfor, maqnezium,
manqan və digər elementlər vardır. Bir çox digər alimlər göstərirlər ki, narda su-
79,3%, ümumi şəkər-11,63%, şəkər-11,0%, saxaroza-0,63%, turşuluq-0,77%,
büzüşdürücü maddələr isə-1,10% təşkil edir.
E.B.Sapojnikovanın məlumatına görə (1940, 1949, 1954) nar şirəsində qılaf-
2,79%, kül-0,53%, invert şəkər-0,4-3,4% təşkil edir. Müəllif qeyd edir ki, nar
meyvəsinin şirəsində saxaroza tək-tək hallarda, alma turşusu isə rast gəlinmir. Orta
Asiya respublikalarında becərilən nar meyvələrində reduksiya olunmuş şəkərin
miqdarı 10,61-13,79% təşkil edir. Üzvi turşular, əsasən limon turşusu çoxlu
miqdarda 1,46-3,3% rast gəlinir.
16
Ümum ttifaq bitkiçilik institutunun laboratoriyasının məlumatına görə narın
müxtəlif pomoloji sortlarının tərkibində su 70-89%, invert şəkər 8,22-19,70%,
qlyukoza 4,83-10,57%, limon turşusu isə 0,20-9,05% təşkil edir.
Azərbaycanda Maştağa təcrübə stansiyasının tədqiqatının nəticələrinə görə
narın müxtəlif pomoloji sortlarının tərkibi şəkər və turşu ilə zəngindir (Cədvəl 1).
Dostları ilə paylaş: |