Mərdəkan sortu. Meyvələrinin orta kütləsi 310q çatır. Meyvələri iri olub,
bəzəndə 500q olur. Meyvələrin qabığı tünd-moruqvari rəngdədir. Dənələri tünd-
albalı rəngindədir. Dadı turşa-şirindir, şirə çıxarı 54,5% oktyabrın ortalarında
yetişir. Daşınma və saxlanması yaxşıdır.
Yuxarıda adları çəkilən və təsvir olunan sortlar Azərbaycan ET bağçılıq və
subtropik meyvələr və genetika və seleksiya institutlarında rayonlaşdırılmışdır.
Azərbaycanda yetişdirilən sortlar çox geniş yayılmış məşhur sortlardır və ona
tələbat yüksəkdir.
Narın meyvələri əllə yığılır. Nar yetişəndən sonra çatlamadan yığılmalıdır,
gec yığılanda meyvələrin çatlaması yüksəlir. Narı tez yığdıqda məhsul itkiyə gedir
və keyfiyyətsiz olur. məhsulun yığımı sortlar üzrə aparılır və buda sortlaşdırmanı
asanlaşdırılır.
Beləliklə, narın sortlarının öyrənilməsi, yetişməsi və yığılması göstərdiki,
Azərbaycan dünyada yüksək nar sortamentinə malikdir. Bütün nar sortları
quruluşuna, ölçüsünə, forma, meyvələrin rəngi, kimyəvi tərkibi, dadı, yetişmə
müddəti, məhsuldarlığı və şirə çıxarına görə bir-birindən fərqlənir. Nar sortları iki
yarım növə: qırmızı güllü və zəif qırmızıya bölünür. Bizim şəraitdə nar meyvələri
becərilmə yeri və şəraitindən asılı olaraq müxtəlif vaxtlarda yetişir. Bir qayda
olaraq nar meyvələri avqustun axırı-sentyabrın əvvələrində yetişməyə başlayır və
proses oktyabrın axırlarına qədər davam edir. Meyvə yetişdikcə əllə oktyabrın
30
axırlarına qədər yığılır. Nar meyvələri vaxtından əvvəl yığıldıqda məhsuldarlıq
azalır və meyvələr keyfiyyətsiz olur. meyvələrin yığımı pomoloji sortlar üzrə
aparılır, buda sortlaşdırmanı asanlaşdırır və keyfiyyəti yaxşılaşdırır.
1.3. Daşınma şəraitinin narın saxlanmasına təsiri.
Meyvələrin daşınması bir neçə gün, bəzəndə 10 günə qədər davam edir. Narın
kütləvi daşınması temperatur yüksək olan aylarda (sentyabr, oktyabr) baş verir ki,
bu da narın sonralar saxlanmasına təsir edir. Itkilərin miqdarı daşınma daşınma
üsulundan asılıdır. Daşınma zamanı itkilərin miqdarı və səbəbi keyfiyyətsiz məhsul
göndərilməsidir. Meyvələr keyfiyyətsiz qablaşdırılır, onları vaqonlara düzgün
çatdırmırlar, daşınma zamanı optimal temperaturaya əməl edilmir, saxlanma
müddəti və daşınma müddəti pozulur, meyvələr ehtiyatsız yüklənir və boşaldılır.
Nar meyvələrini daşınma zamanı keyfiyyətli saxlamaq üçün onları daşıyan
zaman mütləq soyudulmalıdır. Soyudulmamış meyvələr yığımdan sonra intensiv
tənəffüs edir və çoxlu temperatura ayrılır, vaqonda temperatura yüksələ bilər.
Soyudulmamış meyvələrin yetişməsi ötür, xarab olur və daşınmaya yararsız hala
düşür.
Meyvələri əsasən 2cür soyudurlar: vaqona yükləməyə qədər və vaqonda ona
soyuq hava vurmaqla. Vaqondan kənarda havanın temperaturundan asılı olaraq
31
payız və qışda onları izotermik vaqonlarda soyutmadan və isti hava vurmadan
aparılır. Meyvələrin izotermik vaqonlarda daşınması zamanı bütün yol boyu
temperatura 2-5
0
C olmalıdır. Meyvələrin daşınması müddəti sentyabr-oktyabr
aylarında 15-20 gün təşkil edir.
Xarici amillərdən ən çox tənəffüsə təsir edən temperaturadır. Təzə meyvələri
uzun müddət optimal halda saxlamaq, az itkiyə məruz qalması və yüksək
keyfiyyətin saxlanması 0.......1
0
C-də baş verir.
Meyvələrin saxlanmasının nəticələrinə təsir göstərən əsas amillərdən biridə
temperaturun sabitliyidir. Temperatur qəflətən dəyişib, tərəddüd etdikdə meyvələr
pis saxlanılır.
Beləliklə, nar meyvələrinin keyfiyyətini yüksək halda saxlamaq üçün onları
soyutmaq lazımdır. Soyudulmamış meyvələr yığımından sonra intensiv halda
tənəffüs edir, çoxlu istilik ayırır və vaqonda temperatur yüksələ bilir.
Soyudulmamış meyvələr yetişib, ötür, xarab olur, saxlanmaya yaramır. Təzə
meyvələri uzun müddət optimal halda saxlamaq və keyfiyyətini təmin etmək üçün
onları 0...-1
0
C-də saxlamaq məsləhətdir.
1.4. Nar meyvə lə rinin saxlanılmasına tə sir edə n amillə r, onun saxlanma
şəraiti və müddəti.
Nar istilik sevən bitkidir, onun vegetasiya müddətində aldığı istilik 3000-
3500
0
S-dən yuxarı olmamalıdır. Nar Zaqafqaziyanın isti rayonlarında,
azərbaycanda və digər yerlərdə becərilir. Bu nöqtəyi nəzərdən mülayim iqlim
32
şə
raiti, əlverişli torpaq-iqlim şəraiti, suvarılması meyvələrin saxlanmasına təsir
edir. Saxlanma dövründə nar meyvələrində müxtəlif proseslər gedir. Onun
saxlanmasına bir çox amillər, ən əsası isə bioıoji, meyvələrin botaniki
xüsussiyyətləri, yetişdirildiyi rayonun torpaq-iqlim şəraiti, vegetasiya dövründə
həyata keçirilən aqrotexniki tədbirlər, yetişkənliyi, suvarılması, saxlanılma şəraiti
və s. təsir göstərir.
Onun botaniki xüsussiyyətlərinə toxumanın quruluş xüsusiyyətləri, anatomik
quruluşu və mikroorqanizmlərə toxumaların davamlılığı aiddir. Örtücü toxumanın
bütövlüyü, qabığın qalınlığı və möhkəmliyi, mum təbəqisinin olması, sıxlığı
meyvənin saxlanmasına təsir göstərir.
Narın bioloji xüsusiyyətlərinə onun məhsuldarlığı, proseslərin intensivliyi,
immun xüsusiyyətlər və s. aiddir. Kimyəvi tərkibin xüsusiyyətlərində meyvələrin
saxlanılmasına mütləq qaydada təsir edir. Meyvələrdə çoxlu pektin maddələri
olarsa, onda toxumaları möhkəmlənir və az halda mexaniki zədələnir. Tərkibində
fenol birləşmələri olan və parlaq rəngi olan meyvələr fitopatoji xəstəliklərlə az
zədələnir. Qlikozid və alkoloid maddələrin meyvədə çox olması yaxşı saxlanmaya
kömək edir və meyvələr fitopatoloji mikroorqanizmlər tərəfindən az zədələnməyə
məruz qalır.
Narın meyvələrinin tərkibində 83% su olur. bu səbəbdəndə onda biokimyəvi
proseslər intensiv gedir və nəticədə meyvələrdə tədricən qidalılıq dəyəri, bioloji
dəyər və keyfiyyəti itir. Toxumaların möhkəmliyinə meyvələrin işıqla şüalanması
yaxşı təsir edir. Kölgədə olanlar isə gec yetişir və meyvələri xırda olur. eyni
33
pomoloji sortlar müxtəlif iqlim şəraitində becərildikdə onların kimyəvi tərkibləridə
bir-birindən fərqlənir.
Torpaq şəraitidə meyvələrin saxlanmasına və kimyəvi tərkibə xeyli təsir edir.
Sarıgilli torpaqlarda becərilən nar meyvələri yaxşı saxlanılır, nəinki qumlu
torpaqlarda. Kalsium və bor elementləri az olan torpaqlarda becərilən nar
meyvələri xəstələnirlər.
Azot gübrələrinin artıq verilməsi meyvələrin ölçülərini artırır, meyvələrin
qabığı boş olur və buda onun pis saxlanmasına gətirib çıxarır. Belə meyvələr
saxlanma zamanı tez yetişir və xəstələnir.
Norveç alimlərinin tədqiqatları vasitəsilə müəyyən edilmişdir ki, azot
gübrəsinin normasının azaldılması meyvələrin uzun müddət saxlanmasına kömək
edir, dad xüsusiyyətləri yaxşılaşır və meyvələrin rəngi intensivləşir.
Aqrotexniki tədbirlərində nar meyvələrinin saxlanmasına böyük təsir göstərir.
Narın vaxtlı-vaxtlında suvarılması meyvələrin fizioloji xəstəliklərlə xəstələnməsi
baş verir. Yığımdan əvvəl tez-tez çox suvarma meyvələrin ölçüsünün artmasına və
qabığın çatlanmasına səbəb olur, bu da meyvələrin pis saxlanmasına səbəb olur.
Meyvələr quru havada yığılmalıdır. Meyvələrin əllə yığılması onun az
zədələnməsinə və yaxşı saxlanmasına kömək edir. Narın qabığında zədələnmə
(batıq), əzilmə olarsa narın keyfiyyəti aşağı düşür və onların saxlanması pisləşir.
Zədələnmiş yerlərdən meyvənin daxilinə xəstəlik törədicilər daxil olur.
Narın meyvələri optimal müddətdə yığılmalıdır. Meyvələrin həyatında üç
dövr: yetişmə, ötüb yetişmə və ölmə (xarab olma) müşahidə edilir. Bu dövrlərin
hər biri narda müxtəlif davamlıqla, meyvələrin xəstələnməsi, intensiv biokomyəvi
34
proseslərin baş verməsi, onların dad, rəng, sıxlıq və kimyəvi tərkibinin dəyişməsi
baş verir.
Nar meyvələrinin saxlanması məsələlərini bir çox alim və tədqiqatçılar
(Л.В.Метлитский,
1976;,
В
.И.Полегаев,
1982;
А
.М.Улянова,
1984;
E.P.Şükürov) öyrənmişlər. Meyvələrin optimal rejimdə saxlanması keyfiyyəti
qoruyub saxlayır.
Saxlanmazdan qabaq meyvələrin vəziyyəti onun saxlanmasına yaxşı təsir
göstərir. Uzun müddət saxlanmaya meyvələri qoyduqda yaxşı saxlanma
xüsusiyyətinə malik sortlar seçilməlidir.
Becərilmə şəraitidə meyvələrin saxlanma zamanı davamlılığına təsir edir.
Yayda soyuq yağışlı havada meyvələrdə şəkər az toplanır, az ətirli, az dadsız olur
və saxlanması aşağı düşür.
Meyvələrin vaxtında yığılmasınında əhəmiyyəti böyükdür. Nar meyvələri tam
yetişdikdə, oktyabr-noyabrda yığılır, qabığı öz rəngini alır və şirəsinin dadı
yaxşılaşır.
Nar meyvələri saxlanma zamanı yetişmir, ona görə də onu yetişmiş halda
yığırlar. Narın saxlanma müddəti onun yetişməsindən asılıdır. Narın yetişməsindən
asılı olaraq, onları 3 qrupa bölürlər. Tez yetişən, orta yetişən və gecyetişənlər.
Bununla əlaqədar tezyetişənlər 3 ay, orta yetişənlər 5 ay, gec yetişənlər isə 6 aya
qədər saxlanılırlar.
A.S.Qaraşarlının (1982) məlumatına görə, narda saxlanma zamanı müəyyən
dəyişikliklər baş verir. O, Azərbaycan Gülöyşəsi, Mələs, Qırmızı qabıq. Çoxrays
Gülöyşəni öyrənərək müəyyən etmişdir ki, 4 ay saxlanmadan sonra meyvələrdə
35
1,5% xarab olma müşahidə edilmişdir. 6 ay saxladıqdan sonra meyvələrdə 9-12%
itki qeyd edilmişdir. Kaumnar, şirinnar və V P № 1 sortlarında xarab olma cüzi
olmuşdur.
Nar meyvələrini 1-2
0
C temperaturda və 85-90% nisbi rütubətdə saxlamaq
faydalıdır. Belə şəraitdə narın gecyetişən meyvələri (kazake-anar, sah nar) öz
keyfiyyətini 4-5 ay saxlayır. Qırmızı Gülöyşə, Akdona sortunun meyvələri isə 2-3
ay saxlanılır.
Beləliklə, aparılan tədqiqat nəticəsində müəyyən edilmişdir ki, narın
keyfiyyətinə müxtəlif amillər təsir edir, onlardan bioloji, botaniki yetişdirildiyi
torpaq- iqlim şəraiti, meyvənin vəziyyəti, yığılma müddəti, yetişmə dərəcəsi, sort
xüsusiyyətləri və saxlanma müddəti əhəmiyyətli halda təsir göstərir. Nar
meyvələrini 1-2
0
C temperaturda və 85-90% nisbi rütubətdə saxlamaq məqsədə
uyğundur. Narın gec yetişən sortlarının meyvələri belə şəraitdə 4-6 ay saxlanıla
bilir.
1.5.Normativ sə nə dlə r
Narın keyfiyyətini respublika standartı (RST), Azərbaycan Respublikasının
standartı 202-74, Özbəkistan Respublikasının standartı 169-72, sahə standartı 120-
81, Tacikistan Respublikasının standartı (387-12) ilə təyin edirlər.
Narın keyfiyyəti eyni zamanda sahə standartı ilə də (CCT 46-120-81) aparılır.
36
Narın meyvələri sortlara ayrılaraq, kolibirləşdirilərək 30 kq tutumlu yeşiklərə
qablaşdırlır. Meyvələr arasına ağac yonqarı (sıyırtısı) tökülərək DCT 5244-73-ə
ə
sasən yığılır. Yeşiyin dibinə və qapağın altına isə kağız və karton döşəyirlər.
1.6. Nar meyvə lə rinin standart keyfiyyə t göstə ricilə ri.
Narın keyfiyyəti CCT 46-120-81 və RCT (Azərbaycan Respublikası) 202-74-
ə
sasən aparılır. Onun keyfiyyəti qiymətləndirilən zaman meyvənin xarici
görünüşü, təzəliyi, forması, narın saplağı bərabər kəsilir, qabığının bozarması və
mexaniki zədələnmə qiymətləndirilir.
Nar meyvələri 1 və 2 əmtəə sortuna bölünür. 2-ci sortda meyvənin səthində
(1/8 hissədə) qara göbələk olmasına icazə verilir (1-ci sortda buna icaze verilmir),
meyvələri kiçik olur (1-ci sortda 65 mm, 2-ci sortda 50 mm), meyvənin ¼
hissəsində sürtülmə (1-ci sortda 1/8), meyvənin ¼ hissəsində qabıqda gündən
bozarma baş verir. Qabığı çatlamış meyvələr yığılma yerində realizasiya olunur və
emalda istifadə olunur.
Beləliklə, bu məsələnin öyrənilməsi göstərdi ki, onun keyfiyyət göstəriciləri
CCT-46-120-81 və RCT (Azərbaycan Respublikası) 202-74-lə normallaşdırılır. Bu
standartlara, əsasən nar meyvələrinin xarici görünüşü, təzəliyi, ölçüsü, forması,
rəngi, yetişkənliyi, dadı, turşuluğu, mexaniki və zərərvericilərlə zədələnməsi
qiymətləndirilir.
37
Cə dvə l 5.
1.7. Nar üzə rində tə tbiq edilə n pestisidlə rin tə hlükə sizlik göstə ricilə ri.
Meyvə lə rin qruppası
Göstə ricilə r: toksiki
elementlə r
cazə verilə n norma
mq/kq, artıq olmamaqla
Nar meyvə lə ri
Bordo məhlulu
Botran
Bromofos
Aktellik
Ambuş
Ametrin
Atrazin
Dalapon
Kuprozan
Mis oksidi
Pirimor
Ripkord
Selekron
Simazin
Etafos
Sineb
Turbotsil
5,0
0,1
0,07
0,5
0,1
0,4
0,1
0,1
5,0
5,0
0,05
0,01
0,05
0,2
0,01
0,6
0,05
38
Topsin
Fozalon
Ftalan
Mis oksidi
0,5
0,2
Buraxılmır
5,0
5-ci cədvəldə nar meyvələri üzərində tətbiq edilən pestisidlər və onların icaze
verilən normaları təqdiq edilmişdir.
1.8. Narın xə stə lik və zə rə rvericilə rinin keyfiyyə tə tə siri.
Vegetasiya dövründə və saxlanma zamanı nar meyvələrinin keyfiyyətinin
pisləşməsi bir çox səbəblərlə əlaqədardır, o cümlədən müxtəlif xəstəliklərlə
(göbələk, bakterial) funksional, fizioloji xəstəliklə əlaqədar olur.
Son illərdə nar meyvələrinin saxlanılmasının təkmilləşdirilməsinə böyük
diqqət verilir. Bunun üçün meyvələr əvvəlcədən soyudulmuş otaqlarda (soyuducu
kameralarda), ən çox isə nizamlanan qaz mühiti olan soyuducularda geniş halda
saxlanılır. Nar meyvələri belə kameralarda saxlandıqda onların saxlanma müddəti
uzanır, itki xeyli dərəcədə azalır və keyfiyyət yüksəlir.
Bir çox yayılan, kiçici xəstəliklər, bağda, tarlada, vegetasiya dövründə, yığım
vaxtı, daşınma və saxlanmaya qoyulan dövrdə inkişaf edir. Xəstəliyin növündən
asılı olaraq, birinci növbədə onu törədən xəstəlik və səbəbdən bəzi xəstəliklər
39
yavaş inkişaf edir, digərləri saxlanma zamanı inkişafını dayandırır, digərləri qonşu
meyvələrlə təmasda olduqda və ya hava ilə yoluxaraq tez inkişaf edir.
A.S.Qaraşarlı (1979), O.P.Kuliev (1993) qeyd edirlər ki, narın xəstəlik və
zərərvericiləri çox deyildir.
Lakin U.B.Nəcəfova (1973) qeyd edir ki, respublikanın müxtəlif reqionlarında
nar sahələrində 36 növ zərərverici yayılmışdır.
Müəllif qeyd edir ki, yüksək keyfiyyətli nar sortları Azərbaycanın bir çox
bölgələrində geniş yayılmışdır. Müəllif qeyd edir ki, narın zərərvericiləri 1964-cü
ildən öyrənilməyə başlanmışdır. Y.B.Nəcəfovanın (1973) fikrinə görə və digər
tədqiqaçılara görə nara çox zərər verən zərərvericilər içərisində nar meyvə yeyəni
və alma meyvəyeyəni geniş yayılmışdır. Miqdarına görə ən çox yayılan alma
meyvəyeyəni Mil-Muğan, Abşeron, Gəncə-Qazax, Goranboy rayonlarında geniş
yayılaraq, ciddi zərər verir. Şirvan bölgəsində isə tək-tək təsadüf edir.
Bizim tərəfimizdən 2014-2016-cı illərdə aparılan tədqiqat nəticəsində
müəyyən edilmişdir ki, nar bitkisinə və meyvəsinə vegetasiya müddətində, yetişmə
dövründə, saxlanma zamanı çoxlu miqdarda xəstəlik və zərərvericilər ziyan vurur.
Onları ən başlıcaları nar meyvəyeyəni, alma meyvəyeyəni, nar mənənəsi, tor
gənəsi, qırmızı gənə, unlu yastıca, alman arısı və digərlərini qeyd etmək olar. Bu
zərərvericilər xüsusilə nar meyvəyeyəni, alma meyvəyeyəni narı zədələyərək,
onları yararsız hala salır, meyvələr daxildə çürüyür, yararsız hala düşür və çoxlu
xəstəliklərə yoluxur və meyvə qida üçün yaramır. Alman arısı isə çatlamış
meyvələrə daha çox zərər vurur.
40
Nar üzərində geniş yayılmış meyvələr üçün təhlükəli hesab edilən
xəstəliklərdən fomopsis, meyvələrin boz çürüməsi, qara çürümə (qara sürmə
xəstəliyi) geniş yayılaraq yetişmə dövründə və saxlanma zamanı geniş yayılır. ən
çox zərərvericilər tərəfindən zədələnən meyvələr tez xəstəliyə tutulur və
keyfiyyətini itirir, yararsız hala düşür, qida kimi istifadə edimir. Tədqiqat illərində
(2014-2016) nar meyvələri və ayrı-ayrı sortlar 30-35%-ə qədər zərər çəkir.
Nar meyvəyeyəni ən çox meyvələrə avqust, sentyabr və oktyabr aylarında
yetişmə zamanı ziyan verir. Müəyyən edilmişdir ki, Qırmızı qabıq, Mələs, Bala
mürsəl, Şirinnar, Şahnar, Şüvəlan qırmızı meyvəli, Mərdəkan sortları nar
meyvəyeyəni, nar mənənəsi tərəfindən 35-40% zərər çəkir. Onların xırda
meyvələri ağac başında xarab olur, bir hissə isə yerə tökülür.
Xəstəliklərdən fomopsis, boz çürümə, qara sürmə xəstəliyi xüsusilə narın
yetişməsi zamanı sentyabr, oktyabr aylarında geniş yayılaraq böyük ziyan vurur.
Qara sürmə, fomopsis, boz çürümə xüsusilə daha çox yayılır və zərər vurur, yağışlı
aylarda. Meyvələr bu xəstəliklərdən ağac başında çürüyür, bir hissəsi isə çürüyərək
yerə tökülür, torpaqda meyvələrdə qalaraq qışlayır və növbəti illərdə xəstəlik
mənbəyinə çevrilirlər. Növbəti illərdə xəstəliyin geniş yayılmasına səbəb olur, bu
xəstəliklərdən çox küləkli havalarda zədələnmiş nar meyvələrini çox xəstələndirir,
məhsuldarlığı və keyfiyyəti aşağı salır.
Boz çürümə meyvə üzərində yumşaq çürümə əmələ gətirir. Rütubət yüksək
olanda meyvə üzərində boz göbələk əmələ gəlir. Bu xəstəlik meyvə üzərinə
tarlada, sortlaşdırma zamanı, daşınmaya hazırlanan zaman, eyni zamanda təkrar
yoluxma saxlanma zamanı baş verir. Hər hansı saxlanma zamanı baş verən qayda
41
pozğunluqları meyvələrin boz çürüməyə davamlılığı zəiflədir və boz çürümənin
inkişafı güclənir. Onun sporları hava ilə asanlıqla yayılır. Yoluxma mənbəyi tara
və saxlanma anbarları ola bilər. Anbarlar təmizlənməli və dezinfeksiya
olunmalıdır.
Nəzərə alsaq ki, nar meyvəyeyəni və nar mənənəsi nara çox böyük zərər
vurur, bizim tərəfimizdən birinci dəfə Azərbaycanda onlara qarşı mübarizə
tədbirləri işlənib hazırlanmışdır.
Nar mənənəsinə qarşı karbofos, antio və fozalon 0,1% qatılıqda tətbiq
edilmişdir. Tətbiq edilən preparatlar 7-10 gündən sonra mənənənin miqdarını
uyğun olaraq, 72-78%, 70-75% və 80-84% azaltmışdır.
Nar meyvəyeyəninə qarşı mikrobioloji preparatlardan olan dendrobatsilin,
bitoksibatsilin-202 0,1-0,2% qatılıqda tətbiq edilmişdir. Yuxarıda adı şəkilən
preparatlar 7-10 gün tətbiq ediləndən sonra zərərvericinin miqdarını 78-85% aşağı
salmışdır. Göstərilən kimyəvi preparatlar nar yetişənə qədər müxtəlif amillərin
təsirindən (günəş şüasi, rütubət, temperatur, külək) nar meyvələrinin üzərindən
yoxa çıxır və insan orqanizminə zərərli təsir göstərmir. Tətbiq edilən preparatlar
insan həyatı və ətraf mühit üçün təhlükə təşkil etmir.
Beləliklə, Azərbaycanda ilk dəfə narın təhlükəli zərərvericilərinə qarşı (nar
meyvəyeyəni, nar mənənəsinə) mübarizə tədbirləri işlənib hazırlanmışdır. Nar
mənənəsinə qarşı karbofos, antio və fozalon 0,1% qatılıqda tətbiq edilmişdir.
Dərmanların tətbiqindən 7-10 gün sonra zərərvericinin miqdarı 72-78%, 70-75%
və 80-84% azaltmışdır. Nar meyvəyeyəninə qarşı mikrobioloji preparat olan
dendrobatsilin, butoksibatsilin-202 0,1-0,2% qatılıqda tətbiq edilmişdir. Bu
42
preparatlar tətbiq ediləndən 7-10 gün sonra zərərvericinin miqdarı 78-85% aşağı
düşür. Tətbiq edilən kimyəvi preparatlar nar yetişənə qədər müxtəlif amillərin
təsirindən (günəş şüası, rütubət, temperatur, külək) nar meyvələri üzərində
parçalanıb yoxa çıxır və insan orqanizminə zərərli təsir göstərmir, eyni zamanda
ə
traf mühit üçün də təhlükə təşkil etmir.
II BÖLMƏ Ş N TƏŞ K L VƏ TƏ DQ QATIN ÜSULLARI
2.1. Ekspertizanın obyekti və onun sə ciyyə lə ndirilmə si.
Ekspertizanın obyekti təzə nar meyvəsidir. Nar meyvəsi bizim respublikada
geniş yayılmış, sevimli, kütləvi istehlak olunan meyvələrin biri hesab edilir.
Azərbaycanda nar meyvəsinin böyük ehtiyatları vardır. Narın çoxlu sortları vardır,
onların sayı 14-15-ə çatır ki, bu sortlardan hər yerdə yoxdur. Nar və onun emalı
məhsulları pəhriz və müalicə vasitəsi kimi müxtəlif xəstəliklərin müalicəsində
tətbiq edilir. Narın mövcud sortları bir-birindən forma, ölçü, kütləcə, meyvənin
səthinə görə, ləti, dadı, kimyəvi tərkibinə, xarici görünüşü, yetişkənliyi, rəngi,
turşuluğu, bioloji xüsusiyyətləri, yetişmə müddəti, saxlanılması və keyfiyyət
göstəricilərinə görə bir-birindən fərqlənirlər.
Narın pomoloji sortları tərkibinə görə 3 qrupa bölünür: şirin, turşa-şirin və
turş. Onlar ölçüsünə görədə 3 qrupa bölünür: böyük, orta və kiçik.
Dostları ilə paylaş: |