2.2.7. Emal edilmiş balıqlarda suyun miqdarının təyini.
Ləvazimatlar və reaktivlər: termonizamlayıcı quruducu, şkaf, analitik tərəzi,
laboratoriya dəyirmanı, ət maşını, həvəngdəstə, qayçı, eksikator, şüşə və ya metal
büks, şüşə çubuq,təmizlənmiş qum, tigel maşası.
Işin gedişi. Şüşə və yaxud netal büksə 12-15 qram təmizlənmiş kvars qumu
və şüşə çubuq yerləşdirilir. Büks quruducu şkafda 1 saat müddətində qurudulur,
sonra şkafdan çıxarılır, qapaqla büksün ağzı bağlanılır, eksikatorda otaq
temperaturuna qədər soyudulur və analitik tərəzidə dəqiqliklə çəkilir. Bundan
sonra büksü yenidən temperaturu tələb edilən qədər qızdırılmış quruducu şkafa
yerləşdirib 20-30 dəqiqə saxlayıb eksikatorda soyudulur və çəkilir. Büks o qədər
qurudulur ki, onun sabit çəkisi alınsın.[3,5]
Sabit çəkisi alınmış büksə 3-dən 10 –a qədər qiymətlənmiş orta nümunə
qoyulur, büksün qapağı bağlanıb analitik tərəzidə çəkilir. Sonra büksün qapağı
açılıb şüşə çubuqla nümunə yaxşıca qumla qarışdırılır. Nümunə ilə büks
quruducu şkafda 95-105
0
C temperaturda qurudulur. Qurudulma sabit çəkialınana
qədər davam etdirilir.
Birinci çəki1-4 saatdan, sonrakı çəki isə 30-40 dəqiqədən sonra büksün
kütləsi yoxlanılır. Iki çəki arasındakı fərq 0,001 qramdan artıq olmamalıdır.
Nəmliyin miqdarı (x) aşağıdakı düsturla hesablanır:
X=
ሺଵିଶሻ∙ଵ
ଵି
Burada m-büksün kütləsi, qramla;
m
1
–nümunə ilə büksün qurudulana qədər kütləsi, qramla;
m
2
–nümunə ilə büksün qurudulduqdan sonrakı kütləsi, qramla;
Dostları ilə paylaş: |