64
3.2. Rə
qə
msal iqtisadiyyatın tə
tbiqi proqramları: Amazon, E-bay auksion
WWW.AMAZON.COM
Amazon.co.uk Amazon EU S.a.r.l., Amazon Services Europe S.a.r.l. və Amazon
Media EU S.a r.l. –ın ticarətlə bağlı olan adıdır. Bunların hər üçü qlobal pərakəndə
onlayn mağaza olan Amazon.com-un Sietl, Vaşinqtonda yerləşən filiallarıdır.
Amazon qrupun ABŞ, Almaniya, Fransa, Yaponiya, Çin və Kanadada onlayn
mağazaları da mövcuddur. Amazon.co.uk-in müstəqil onlayn mağazalar arasında öz
yeri vardır, 1996-cı ildə yaradılan Bookpages,1998-ci ilin əvvəllərində Amazon.com
tərəfindən əldə edilmişdir.
Amazon.co.uk 1998-ci ilin Oktyabrından öz virtual qapılarını açmış və hal-
hazırda dünyanın ən böyük müştəri yönümlü şirkəti hesab olunur. Burada müştərilər
istədikləri hər bir məhsulu mümkün qədər aşağı qiymətlə əldə edə bilərlər.
Amazon.co.uk və digər satıcılar tamamilə yeni, yenidən bərpa olunmuş və istifadə
olunmuş kitablar, kinofilmlər (film), musiqi, fərdi kompyuter, videooyunlar, proqram
təminatı, elektronika, fotoşəkil, ev və bağ, müxtəlif alətlər, oyuncaqlar və oyunlar,
uşaq ləvazimatları, ayaqqabı və paltar, bəzək əşyaları və saatlar, gözəllik və
sağlamlıq, idman və asudə vaxt üçün lazım olan müxtəlif əşyalar təklif edir. Bundan
ə
lavə biz sizə, doğru seçim etmək üçün alıcının məhsulu nəzərdən keçirməsi və şəxsi
tövsiyyələrin verilməsi kimi resurslarla da təmin edirik.
Dostları ilə paylaş: