57
III Fə
sil. Rə
qə
msal iqtisadiyyatda KT
3.1.Azə
rbaycanda KT və
onun Azə
rbaycan iqtisadiyyatının inkiş
afına
tə
siri
XX əsrin son dövrlərində KT cəmiyyətin inkişafına təsir göstərən əsas
amillərdən biri hesab olunur. Onların əhatə dairəsinə dövlət strukturları, iqtisadi-
sosial sahələr,vətəndaş cəmiyyəti institutları, elm və təhsil, mədəniyyət və bütövlükdə
insanların həyat tərzidaxildir. Bir çox inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr
KT-nin verdiyi üstünlüklərdən faydalana bilirlər. Bun gün ölkəmizdə informasiya
texnologiyaları sahəsi prioritet sahə kimi elan edilmişdir. Prezident lham Əliyev
bildirmişdir ki,informasiya-kommunikasiya texnologiyalarının gələcək inkişafımızda
çox önəmli rolu olacaqdır. Çünki bütün dünyanın elmi-texniki tərəqqisi bu
istiqamətdə inkişaf edəcəkdir.Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2002-ci
il 9 yanvar tarixində qəbul edilmiş 865 nömrəli sərəncamına əsasən Birləşmiş
Millətlər Təşkilatının nkişaf Proqramı ilə birlikdə hazırlanmış, müvafiq milli və
beynəlxalq qurumların müsbət rəyini almış “Azərbaycan Respublikasının inkişafı
naminə KT üzrə Milli Strategiya (2003—2012-ci illər)” qəbul edilmişdir [2]. Milli
Strategiya isə KT-dən istifadə və onun genişləndirilməsi sahəsində dövlətin siyasətini
ə
ks etdirir.Bundan əlavə başlıca məqsəd və vəzifələri, prioritetləri və fəaliyyətin əsas
istiqamətlərini müəyyən edir. Milli Strategiya cəmiyyətin tələbini və qabaqcıl dünya
təcrübəsini nəzərə alaraq ölkənin inkişafı, demokratik cəmiyyət quruculuğu,
Azərbaycanın beynəlxalq cəmiyyətə inteqrasiya olunması kimi proseslərə təsir edir.
Dünya təcrübəsi göstərir ki, KT-dən geniş istifadə edilməsi dövlətin hərtərəfli
şə
kildə inkişafına xidmət edir və məhz belə texnologiyalardan istifadə
olunmasıcəmiyyətin sosial-iqtisadi vəziyyətində olan mövcud problemlərin həll
edilməsi və yoxsulluğun azaldılması üçün əsaslı vasitələrdən hesab olunur.
58
Son dövrlərdə Azərbaycanda KT-dən istifadə sahəsində müəyyən işlərgörülmüş
və bir sıra sferalarda bu texnologiyaların tətbiq edilməsində ciddi nailiyyətlər
qazanılmış vədaha dəqiq desək, bu sahə ölkə siyasətinin prioritetlərindən birinə
çevrilmişdir.Ölkəmizdə telekommunikasiya infrastrukturunun modernləşdirilməsi, ən
yeni texnologiyaların tətbiqi üzrə ciddi işlər görülməkdədir. Yerli şirkətlərin
dünyanın ayrı-ayrı ölkələrinin KT şirkətləri ilə əməkdaşlığı nəticəsində bu sahədəki
beynəlxalq təcrübə ölkəmizə gətirilir, həmçinin şirkətlərimizin təcrübəsi və
peşəkarlığı artır. Artıq Azərbaycan şirkətləri həm regionun KT bazarında, həm də
qlobal bazarda iştirak edirlər. Eyni zamanda, ölkəmizin coğrafi mövqeyi imkan
yaradır ki, Azərbaycan region üçün istehsal və ixrac, informasiya resursları və tranziti
mərkəzi kimi formalaşa bilsin.Azərbaycanda bir çox fəaliyyət göstərən şirkətlər uğur
qazanaraq proqram təminatı məhsulları bazarında fəaliyyət göstərir.Bunlara aid bəzi
ş
irkətləri nəzərdən keçirək.
Dostları ilə paylaş: