2.3.Azərbaycanda Elektron bələdiyyə anlayışı
Bütün dünyada olduğu kimi ölkəmizdə də bələdiyyələr zamanla dəyişir və yerli
rəhbərliklərdə məlumatın istifadəsi, məhsuldarlıq və resursların planlaşdırılması kimi
dəyərlər ön plana çıxmaqdadır. Bu gün bir çox bələdiyyədə informasiya
texnologiyalarını ən məhsuldar şəkildə istifadə etməyin bələdiyyə rəhbərlikləri üçün
bir zərurət olduğu fikri yerləşmişdir.
Artıq bələdiyyələr, klassik bələdiyyə anlayışı ilə lazımi xidmət göstərməyin
mümkün olmadığını nəzərə alaraq, məlumata söykənən, vətəndaşın iştirakçı olduğu,
homogen bir quruluşla yaxşı xidmət göstərmək axtarışlarına başlamışlar.
Bələdiyyələrin bu yeni anlayışı mənimsəmələrinin və sürətlə informasiya
texnologiyaları ilə formalaşdırılmasının əsas səbəblərindən biri Azərbaycanın e-
dövlət hədəfidir. E-dövlətin bir hissəsi sayıla biləcək e-bələdiyyə nizamlamaları,
bələdiyyələrin informasiya texnologiyalarından istifadəsini zəruri hesab edir və
bələdiyyələri informasiya texnologiyalarına yaxınlaşdıran itələyici bir gücə malikdir.
E-bələdiyyə, texnoloji inkişafın dünyanı sürətlə dəyişdirməsi nəticəsində
yaranan ehtiyacların yüksək texnologiyadan istifadə edilərək qarşılanmasıdır.
E-Bələdiyyə - şəhərlə bağlı məlumatların aktual texnologiyaya əsaslanan
informasiya texnologiyaları dəstəkli işlərlə idarə edilərək bu məlumatlardan şəhər və
cəmiyyətin xeyrinə müxtəlif məlumatlar çıxarılması və təsirli bir şəkildə vətəndaşın
xidmətinə təqdim edilməsidir.
E-bələdiyyəçilik mühitində - bələdiyyə-digər ictimai təşkilatları, bələdiyyə-
vətəndaş və vətəndaş-vətəndaş arasındakı məlumat axışında və “xəbərdarlıq”
miqdarında ciddi bir artım gözlənilir.E-Bələdiyəçilik, yəni nteraktiv bələdiyyəçilik,
bələdiyyənin vətəndaşa verdiyi xidmətləri eyni zamanda on-line olaraq da təqdim
52
etməsidir. Bələdiyyənin web saytına girən vətəndaşın, bələdiyyə haqqında istədiyi
məlumata çatması, verilən qərarları görməsi, bələdiyyədən istədiyi əməliyyatları
etməsi, təklif, istək və şikayətlərini çatdırmasıdır.
E-bələdiyyəçilik, bələdiyyələrin vətəndaşa daha keyfiyyətli, sürətli və davamlı
xidmət təqdim etməsi, məlumatlandırması və vətəndaşın bələdiyyəlerdəki qərar
proseslərində iştirakını təmin edən müasir tətbiqlərin məcmusudur. Daha dəqiq desək,
həyat keyfiyyətini yüksəltməyə istiqamətlənmiş konkret bir tətbiqdir, yeni bir
demokratiya anlayışıdır.
Ümumiyyətlə, e-bələdiyyəçilik anlayışı- çağın tələb etdiyi texnoloji
infrastrukturdan istifadəyə və klassik bələdiyyəçilik anlayışının xaricinə çıxılaraq
gerçək mənada problemləri həll etmə, xidməti asanlaşdırmaya əsaslanır.Bu anlayış
ilə, bələdiyyələrdə şəffaflıq təmin ediləcək.
nteraktiv Bələdiyyəçilik yalnız düymələrə istiqamətlənmiş, mexaniki bir sistem
deyil; şəffaf, nəzarətedici və eyni zamanda bürokratiya pillələrini azaldan bir
sistemdir. Məkana həbs edilmiş xidmət anlayışı, interaktiv bələdiyyəçilik ilə məkan
xaricinə çıxarılaraq, 7 gün 24 saat istənilən məlumatı ən qısa və sürətli şəkildə əldə
etməyi planlaşdırır.
Yerli rəhbərliklər, vətəndaşlara məlumat təmin etmək və xidmət aparma və
demokratiya məktəbi olma funksiyalarını yerinə yetirməlidirlər.
Yerli rəhbərliklər, e-bələdiyyə tətbiqinə keçişdə müəyyən faydalar əldə etmə
fikrində olmalı və tətbiq strategiyalarını bu istiqamətdə müəyyən etməlidir.
Bunlardan bəziləri bu şəkildə sıralana bilər:
• Yerli xalqa təqdim ediləcək xidmətləri, ənənəvi ictimai rəhbərlik anlayışı
olan iş saatlarının xaricinə çıxararaq 7 gün 24 saat halına gətirə bilmək,
• Dünyaya inteqrasiya ələ alınaraq, yerli rəhbərlik xidmətlərinin internet
mühitinə əks olunmasıyla, sözü edilən xidmətlərin keyfiyyətinin yerli
rəhbərlikdən dünyaya açıldığını başa düşmək,
53
• Bürokratik sənəd sıxlığını azalda bilmək,
• Vətəndaşların bəzi məlumatları elektron mühitdə ala bilmə azadlığı
səbəbindən, işçilərin sıxlığının azalmasını təmin edə bilmək,
• Həm işçilər, həm də vətəndaşlar baxımından, ediləcək əməliyyatlar
ə
sasında zamana qənaəti təmin edə bilmək,
• Bələdiyyə-Vətəndaş əlaqələrinin gücləndirilməsini təmin edə bilmək,
• ş sıxlığının müəyyən bir miqdar azalması və iş proseslərinin daha
nizamlı hala gəlməsi səbəbiylə, işçinin məmnuniyyətini təmin edə bilmək,
• Şəhər gündəminin rahat şəkildə izlənilməsini təmin edə bilmək,
• Şəhərlə bağlı məlumatların daha rahat toplanabilmesini təmin edə
bilmək,
• nternet mühitində ediləcək sorğular sayəsində, xalqın istəklərini, tələb
və şikayətlərini daha rahat öyrənə bilmək.
Rəhbərlikdəki düzəlişlər, təqdim edilən gerçək xidmətlər üzərində də
qabaqlayıcı təsir göstərəcək. “ nternetə daşınma” xidmətləri deyil rəhbərliyi daşımaq
mənasına gəlir və bu bələdiyyələr daxilində şəhər məlumat sistemlərinin həqiqi və
doğru şəkildə qəbul edilməsini, hazırlanmasını və istəklərin buna uyğun yerinə
yetirilməsini təmin edəcəyi üçün böyük əhəmiyyət kəsb edir.
Yerli idarəetmə sistemi içində ən ağırlıqlı yerə sahib olan bələdiyyələrdə, digər
hər hansı bir təşkilatda olduğu kimi, proses beş mərhələli şəkildə inkişaf edir.
1. Kompüterləşdirilmə
2. Avtomatlaşdırma
3. nternet istifadəsi
4. Web sayt qurmaq
5. Rəhbərliyi internetə daşıma
54
Beləliklə, E-bələdiyyeçiliyi, texnoloji inkişafın sürətlə dəyişdirdiyi dünyada,
inkişaf edən texnologiyaları istifadə edərək, insana xidmət etmənin və şəffaflaşmanın
ə
sasını təşkil edən müasir bələdiyyəçilik anlayışı olaraq təyin edə bilərik.
Ə
vvəldə də qeyd etdiyimiz kimi E- bələdiyyəçilik yalnız bir neçə düymədən
ibarət, mexaniki bir sistem deyil. Şəffaf və nəzarət edici bir quruluşdur. Bu eyni
zamanda yerli rəhbərliklərin daha plüralist olmasının bir yoludur. Məkana həbs
edilmiş xidmət tərzinin, məkan xaricinə çıxaraq 7 gün 24 saat istənilən məlumata ən
qısa və eyni zamanda sürətli şəkildə çatmağı hədəfləyir. Rəqəmsal mühitlərə yazılan
məlumatın, kağız istifadəsinin yerinə keçdiyi bir sistemdir.
Müasir dünya, vətəndaşların yerli rəhbərlik xidmətlərindən faydalanmaq və
işlərini həll etmək üçün bələdiyyə qapısına getmək məcburiyyətində qalmadığı bir
sistemə doğru sürətlə irəliləməkdədir.
Xüsusilə ünsiyyət sahəsindəki texnoloji irəliləyişlər, həyatın təşkilini həm
rəhbərlik, həm də vətəndaş üçün çox asanlaşdırır. Bu gün inkişaf etmiş qərb
ölkələrində vətəndaşlar rəhbərliklə olan işlərinin 50% -dən çoxunu internet üzərindən
edə bilirlər. Bu faizin aşağı olduğu olduğu ölkəmizdə bu mövzuda ciddi işlərin
görülməsi prosesi davam edir.
Son illərdə ölkəmizdə də tətbiqləri görülən “e-bələdiyyə”anlayışının
genişləndirilməsi prosesləri aparılır.(https://e-belediyye.gov.az/)
E-Bələdiyyənin lazımlılığı:
• Fərdlərin və təşkilatların yerli rəhbərliklərdən istəkləri;
• Bələdiyyə xidmətlərində fəaliyyət və məhsuldarlıq,
• Daha nizamlı və sağlam bir ətraf,
• Düzgün bir nəqliyyat və yol, yollarda istiqamətləndirmə,
• Abunə əməliyyatlarında və ödəmələrdə sürət,
• Fəlakət zamanı sürətli, təsirli və faydalı müdaxilə,
• Yenidənqurma əməliyyatlarında sürət,
55
• Səlahiyyətli şəxslərə problemini danışmaq, çatdıra bilmək,
kimi əsas tələblər önə çıxmaqdadır.
E-bələdiyyəçilik,
vətəndaşın
rəhbərliyə
qatılması,
şə
ffaflığın,
hesab
verəbilmənin təmin edilməsi üçün əhəmiyyətli bir mühit hazırlayır. Cəmiyyət
rəhbərliyi
təşkilatları
arasında
informasiya
mübadiləsini
asanlaşdıraraq
bürokratiyanın gərəksiz əməliyyatlarının və təkrarların azaldılmasına imkan verir.
E-bələdiyyəçilikdə “ vətəndaş mərkəzli xidmət “ anlayışı əsas götürülür. Bu da,
21-ci əsrin ictimai rəhbərliyinə işıq tutması hədəflənən idarəçilik faktının qanunları
ilə birbaşa əlaqəlidir.
Demokratik iştirakın elektron sistemlər vasitəsi ilə təmin edilməsi, hal-hazırda
birbaşa demokratiyanın önündəki zaman, məkan və bənzəri maneələri aradan
qaldıracaq və demokratik iştirakın xərcini aşağı salacaq.
E-bələdiyyəçilik anlayışının iştirakçı bələdiyyəçilik anlayışına olan müsbət
təsirlərindən biri də, bələdiyyənin məclis qərarları kimi idarəetmə qərarlarını yerli
xalqla elektron mühitdə paylaşa bilməsidir. Bu tip proqramlar, idarə-idarə edən
dövrünü və adlandırmalarını gedərək dəyişdirə biləcək bir quruluşda olub, günümüz
rəhbərlik anlayışına “Paylaş” faktı qatılmaqdadır.
Xalqın yaşadığı ətraf mühitə bağlı əldə edə biləcəyi məlumatlar arasında, yerli-
regional məlumatlandırma, hava-yol vəziyyəti, yerli anket nəticələri, nəqliyyat
məlumatları, ictimai tədbirlər, aktual qərarlar və tətbiqlərə dair bir çox məsələ yer ala
bilməkdədir.
E-bələdiyyəçiliyə keçid etməyi hədəfləyən yerli idarəçilər, digər yerli
rəhbərliklərin təcrübələrini araşdıraraq öz rəhbərlik vahidinin tutum və ehtiyaclarına
ə
n uyğun məlumat və xidmətlərə yönəlməli, hədəfləri doğru qoymalı, vətəndaş-
mərkəzli fəaliyyət göstərməli, fayda-xərc analizini diqqətli etməli, birdən bütün
məlumat və xidmətləri təqdim etməkdənsə, mərhələli olaraq, keçmiş təcrübələrdən
dərslər çıxararaq və yeni işlərdən təcrübə qazanaraq hərəkət etməlidir.
56
E-bələdiyyəçilik, yalnız internet səhifəsi açmaq deyil, inzibati, ictimai və
məlumatlandırma məqsədli bütün proseslərin, zaman və məkan məhdudlaşdırması
olmadan, sürətli və təsirli bir şəkildə elektron mühitdə reallaşdırmaq deməkdir.
E-bələdiyyəçiliyin tətbiqi ilə bələdiyyələrdə çağın tələb etdiyi texnoloji
infrastrukturun istifadə edilməsi ilə klassik bələdiyyəçilik anlayışının xaricinə
çıxılacaq və gerçək mənada problemlər həll yolunu tapacaqdır. Eyni zamanda
şə
ffaflıq təmin ediləcək, səhv və risklər minimum səviyyəyə düşəcəkdir. Bələdiyyə
ə
məliyyatlarının azaldılması və sürətli əməliyyat edilə bilməsi ancaq bu tətbiq ilə
mümkün olacaq.
Dostları ilə paylaş: |