2.2.Elektron hökümət anlayışı,qurulması və tətbiqi
Ölkəmizdə yeni bir anlayış olan e-hökümət, məhsuldarlığı artırmaq məqsədiylə
və müasir cəmiyyət olmanın bir gərəyi olaraq ortaya çıxmışdır. Bu mənada idarə
edənlərlə idarə olunanların arasındakı hər cür tapşırıq,ehtiyac və öhdəliklərin
qarşılıqlı olaraq “rəqəmsal cəmiyyətdə” etibarlı və davamlı bir şəkildə
reallaşdırılması mənasını verməkdədir.
Ümumi olaraq şərhə çalışdığımız E-Hökümət anlayışının müxtəlif əsərlərdə də
fərqli ünsürləri ön plana çıxarılaraq təyin edilir. Bu çərçivədə qəbul edilən bir tərifə
görə e- hökümət müasir cəmiyyətlərdə hökümət və fərd əlaqələrində, hökümətin
vətəndaşa qarşı yerinə yetirməyə borclu olduğu vəzifə və xidmətlərlə, vətəndaşların
hökümətə qarşı olan vəzifə və xidmətlərinin qarşılıqlı vəziyyətdə elektron ünsiyyət və
ə
məliyyat proseslərindəetibarlı və kəsilməz olaraq aparılması deməkdir.
Bənzər bir yanaşma "e-Hökümət" anlayışı, ənənəvi hökümət modelinə görə daha
irəli, təməldə güclü bir T infrastrukturuna və tətbiqlərinə dayanan "daha yaxşı bir
hökümət quruluşunu" ifadə etməkdədir.
Dostları ilə paylaş: |