Microsoft Word Mustafayeva Amalya docx



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə13/36
tarix25.12.2016
ölçüsü0,95 Mb.
#3087
1   ...   9   10   11   12   13   14   15   16   ...   36
Digər təşkilatlar : 

- Birləşmiş Kəndlər Birliyi (United Villages) Wi-Fi  şəbəkədən istifadə etməklə 

Hindistanda internetə çıxışı təmin edir. 

-  nkişaf 

üçün 

nformasiya 



,Dünya 

bankı(The 

Information 

 

for 



Development,World Bank); 

- Rəqəmsal  ttifaq Fondu(Digital alliance Foundation) 

- Niderlandda Beynəlxalq Kommunikasiya və  nkişaf  nstitutu(The International 

Institute for Communication and Development in the Netherlands); 

- Aqrar  Kooperasiya  üçün  Texniki  mərkəz(  The  Technical  Centre  for 

Agruculture and Rural Cooperation ACP-EU-(CTA)); 

- Mobil WWW Web consorsium maraqlar qrupu; 

- Şri Lanka -nın informasiya və texnologiya agentliyi  

-  nkişaf fondları. 

Ə

ksər  mənbələrə  əsasən,inkişaf  etmiş  ölkələr  KT-nin  inkişafı  üçün    yatırdığı 



vəsaitlər  hesabına  informasiya  erasından  inanılmaz  dərəcədə  bəhrələnmək  imkanını 

qazanıblar. nkişaf  etməkdə  olan  ölkələr  isə  sadəcə  onların  açdığı  yolla  getməyə 

çalışırlar.Beləliklə,  daha  çox  inkişaf  etmiş  ölkələr  (əsasən  Kanada,ABŞ,Yaponiya 

,Cənubi  Koreya,Qərbi  Avropa  ölkələrivə  Avstraliya),inkişaf    etməmiş  və  inkişaf 

etməkdə  olan  ölkələr  (əsasən  bəzi  Amerika,Afrika,Cənub  –Şərqi  Asiya  ölkələri) 

arasındakı iqtisadi bərabərsizliyin mövcud olmasının və artmasının əsas səbəbi kimi 




25 

 

 



 

məhz  texnologiyaların  qəbul  edilməsi  və  istifadəsində  olan  fərqlər  göstərilir.Bu 

qlobal bölgü bəzən “Şimal” varlı ölkələr və“cənub” daha kasıb olan ölkələr arasında 

Ş

imal-Cənub  bölgüsü  adlanır.Qlobal  informasiya  uçurumunun  qarşısının  alınması 



prosesində bir sıra problemlər vardır.Bu problemlərin aradan qaldırılması bu prosesdə 

ilk  addım  olmalıdır. nkişaf  etməkdə  olan  ölkələrdə  ən  əsas  problemlərin  həlli  

kompüterlərin  alınması  və  istifadəsihesab  olunur.Sonra  digər  şəbəkə  qurğuları  və 

kommunikasiya  texnologiyalarının  istifadəsi  prosesi  nəzərdə  tutulur.Bütün  bu 

texnologiyalara  isə  tez  –tez  xidmət  edən  təcrübəli  mütəxəssislər  tərəfindən  lazımi 

xidmət  göstərilməlidir.Bütün  bunlar  da  müəyyən  həcmdə  ödəniş  tələb 

edir. stifadəçilər  internetdə  gərəkli  məlumatı  tapmaq  üçün  əsaslı  təlim 

keçməlidirlər.Əgər məlumat istifadəçilərin  ana dilində deyilsə,bu halda istifadəçilərə 

ə

lavə  olaraq  həmin  məlumatın  geniş  yayıldığı  dilin  əsasları  tədris  olunmalıdır.Bu 



mənada ingilis dili əsas götürülür.Kompüterlər və internetə çıxış qlobal informasiya 

uçurumunun  bir  hissəsidir.Əslində  daşınan  kommunikasiya  texnologiyaları  (misal 

üçün  mobil  telefonlar  ),rəqəmsal  kameralar  və  digər  sənaye  texnologiyalarından 

istifadə həmçinin bu problemlərə aiddir.Bu tip ölkələrin bir çoxunda korrupsiya hökm 

sürdüyü  üçün  bu  ölkələr  üçün  pul  itkisi,puldan  səmərəsiz  istifadə  çox  xarakterik 

haldır.Buna    görə  də  bu  ölkələrə  pul  yatırımları    çox  riskli  olduğu  üçün  hər  an 

mümkün olmur.Hətta avadanlıq və proqram təminatı  olduğu halda yeniliyin əhaliyə 

çatdırılması da daha bir problemə çevrilir. 

XXI  əsrin  əvvəllərində  inkişaf  etmiş  ölkələrin  uğurla  bəhrələndiyi  internet 

xidmətləri inkişaf etməkdə olan ölkələrdə hələ də  geniş şəkildə əldə oluna bilmir.Bu 

xidmətlər aşağıdakılardan ibarətdir: 

- Evdə  və  ya  iş  yerində  fərdi  kompüter  ,ictimai  kitabxanalarda  və  internet 

kafelərdə  ictimai  terminal  vəwifi  şəbəkəsi  vasitəsi  ilə  geniş  yayılmış  və  əlverişli 

qiymətlərlə internetə çıxış; 

- Kredit  kartları  kimi  effektiv  elektron  ödəmə  vasitələri  və  inamlı  çatdırılma 

xidməti ilə təmin olunmuş Elektron kommersiya; 




26 

 

 



 

- Peyk və havadan çəkilmiş detallı foto şəkillərlə təsvir olunmuş və hər bir fərdi 

küçənin ünvanını axtarmaq imkanı verən virtual xəritə; 

- Hətta  əsrlər  əvvəl  yazılmış  qəzet  və  jurnal  məqalələrini  evi  tərk  etmədən 

oxumaq imkanı yaradan Onlayn tədqiqat sistemi; 

- GOOGLE  Product  Search  kimi  məhsulun  ən  əlverişli  qiymətlərini  tapmaq 

imkanı  və  ya  SHOP  LOCAL  kimi  yaxınlıqda  olan  ən  əlverişli  satış  məntəqələrini 

tampaq imkanı yaradan onlayn xidmətlər; 

- Müəyyən haqları (təhsil,üzvlük,əmək,xidmət və s.) vergi və cərimələri ödəmək 

imkanı yaradan dövlət xidmətləri təqdim edən elektron xidmətlər. 

Şə

rq  ölkələrində  terrorizm  faktları,  qeyri–sabit  təhlükəsizlik  şəraiti,iqtisadi 



böhran və işsizlik erasında təbii ki, KT sərmayə yatırımı üçün o qədər də qənaətbəxş 

sahə kimi görünmür.Bu Asiya və Sakit okean  regionu daxilində Əfqanıstanda olan 

müharibə  nəticəsində    bütün  regionda    siyasi  sabitsizlik  və  yüksək  riskdən  doğan 

xarici  kapital  qoyuluşun  azalması  və  ABŞ-a  ekportun  azaldılması  deməkdir,bu  isə 

regionda  yerləşən  bütün  ölkələrin  inkişaf  etməkdə  olan  iqtisadiyyatı    üçün  kifayət 

qədər  böyük maneə yaradır.Burada iqtisadiyyat daha çox daxili bazarın mühafizəsinə 

yönəlmişdir,bu isə öz növbəsində həddindən artıq idarə rejimi deməkdir.1999-cu ildə 

Villiam Melodi qeyd etmişdir ki, Şərqi Asiya ölkələrinin hamısında Anglo –Sakson 

telekommunikasiya  reforması    və  bu  sahəyə  yatırılan  sərmayələr  regionu  yaxın 

gələcəkdə  yeni  informasiya  bölgüsünə  gətirib  çıxaracaqdır.Bu  regionda  “ nternet 

iqtisadiyyatına”  və  simsiz  şəbəkəyə  qoyulan    investisiyaların  telekommunikasiya 

sənayesinin inkişafına və  güclənməsinə  səbəb olması müşahidə olunur.Cənub Şərqi 

Asiya  Millətlər  cəmiyyətifərqli  iqtisadi  və  siyası  rejimlərə  malik  olmalarına 

baxmayaraq  500  milyon  əhalinin  yaşadığı  və  ümumilikdə  700  milyard  dollar 

məbləğinə bərabər olan ÜDM -əmalik olan regiondur.Əgər bura Cənubi Koreya,Çin 

və Yaponiyanı əlavə etsək,region dünya əhalisinin üçdə birini cəmləyən və700 trilyon 

məbləğində ÜDM-yə malik olan ticarət blokuna çevrilər.Düzdür,yaxın gələcəkdə bu 



27 

 

 



 

hələ    perspektiv  olaraq  qalır.Simsiz  kommunikasiya  vasitələri  Asiya  ölkələrini  təbii 

yanğın kimi zəbt etməkdədir,lakin aşağı gəlir səviyyəli ölkələr üçün bu çox baha başa 

gəlir.Bu  xidmətlər  Yaponiya,Cənubi  Koreya    və  onların qonşuları  arasında  regional 

informasiya  bərabərsizliyini  daha  da  genişləndirir.  Yaponiyada  təqribən  9  milyona 

yaxın  nəfər  DoCoMo  və  ya  -mode  mobil  telefonlarından  istifadə  edir  və  bununla 

NTT    şirkətinə    25  %  daha  çox  gəlir  qazanır.  Yaponiya,Cənubi  Koreya  və  Tayvan 

telefon istehsalçıları arasında rəqabət qiymətləri kifayət qədər aşağı endirmişdir.Çinin 

də bu bazara daxil olmasını nəzərə alsaq,qiymətlərin geniş miqyaslı istehsalatla bağlı 

olaraq  daha  da    aşağı  düşəcəyini  gözləmək  olar.2001  –ci  ilin  oktyabr  ayında  

Yaponiyada 3 G yəni 3-cü nəsil telefonları ictimaiyyətə təqdim  olunmuşdu.Asiyada 

telekommunikasiya  texnologiyalarının  yeni  bir  dövrə  keçməsi,bu  texnologiyaların 

sürətlə  yayılacığının  gözlənilməsinə  baxmayaraq,bunun  həmçinin  bir  sıra 

problemlərlə rastlaşacağı bildirilir.Hal-hazırda Asiya ölkələri geniş zolaqlı xətlərdən 

istifadə lisenziyasının qiyməti,bu xidməti təchiz edən bütün şirkətlər üçün çox böyük 

maliyyələşdirməproblemləri  yaradır.Bununla  bağlı  Avropada    keçirilən  hərraclar 

düzgün idarə olunmurlar  və uğursuzluqla nəticələnmişlər, məhz bu səbəbdən lazımi 

rəqabət və effektivlik əldə olunmamışdı. 

3G-nin  yaratdığı  imkanlar,  istifadəçilər  üçün  noutbukların  da  hər  an  yüksək 

sürətli internet  və telefonlarında  belə  internet  vasitəsi ilə video  faylları seyr  etməyə 

imkan  verir.Yaponiyada  -Mode  telefonları  kamerası  vasitəsi  ilə  çəkilən  şəkilləri 

birbaşa  elektron  poçt  vasitəsi  ilə  göndərmək  imkanına  malikdir. nternetə  və  geniş 

zolaqlı  internetə  çıxışın  statistik  göstəriciləri  regiondakı  ölkələrin  sənaye  üzrə 

inkişafının  ən mühüm göstəricilərindəndir.  

nformasiya  uçurumunu    araşdırarkən  bir  sıra  aparıcı  ölkələrin  təcrübəsindən 

istifadə  edilməli,onların bu  sahədə nə kimi  tədbirlərə  əl atdıqları  və  hansı nəticələri 

ə

ldə etdikərinə baxılmalıdır.Belə ölkələrdən biri bu sahədə çox uğurlu nəticələr əldə 



etmiş  Yaponiyadır. Bu istiqamətdə    Yaponiya  höküməti  tərəfindən bir  sıra  tədbirlər 

həyata keçirilir.Bunlar ilk zamanlar əsasən məktəblilərin və ümumiyyətlə bütün təhsil 




28 

 

 



 

ocaqlarının  kompüter  avadanlıqları  ilə  təchiz  edib  onları  internetə  çıxış  ilə  təmin 

etməkdən  ibarət  tədbirlər  idi.  Bunun  nəticəsində  Yaponiyada  2005-  ci  il  üçün  artıq 

99.9  %  məktəblərdə  internetə  çıxış  mövcud  idi  və  bunların  81.7%  i  yüksək  sürətli 

internet kategoriyasına aid idi(400 kbps və ondan çox).Yapon höküməti informasiya 

cəmiyyəti  yaratmaq  məqsədi  ilə  2001-ci  ilin  yanvar  ayından  başlayaraq  Elektron-

Yaponiya  Strategiyası  həyata  keçirməyə  başladı.Bu  strategiyaya  görə  Yaponiya  

2005-ci  ilə  qədər  dünyanın  ən  yüksək  informasiya  cəmiyyətinə  malik  olmalı 

idi.Yüksək  səviyyəli  informasiya  cəmiyyəti  dedikdə  isə  yalnız  tələb  olunan 

informasiya  avadanlıqlarına  malik  olan  cəmiyyət  yox  ,eyni  zamanda  elektron  –

dövləti və  idarəetmə  strukturları,elektron kommersiyası  və bu kimi  digər xidmətləri 

olan bir cəmiyyət olmalıdır.Bundan əlavə bu texnologiya və xidmətlərdən istifadə elə 

asan  olmalıdır  ki,  yaşından  asılı  olmayaraq  hər  bir  vətəndaşın  onlardan  istifadə 

etməkdə çətinlik çəkməsin. 

Elektron  Yaponiya  strategiyasının  əsas  məqsədlərindən  biri  də  ölkə  daxilində 

mövcud  olan  informasiya  qeyri-bərabərliyini  aradan  qaldırmaq  idi.  Hər  kəsin 

informasiya texnologiyalarına çıxışının olduğu bir vəziyyət yaratmaq çox vacibdir.Bu 

çıxış vasitəsi ilə cəmiyyət onlara təklif olunan xidmətlərdən asanlıqla istifadə edə və 

bununla da vaxtına qənaət edə bilər.Bu proqramı həyata keçirmək üçün Yaponiyanın 

bir çox nazirlikləri cəlb olunub.Daxili işlər və kommunikasiya,iqtisadiyyat,ticarət  və 

sənaye,Nəqliyyat  və  infrastruktur  nazirlikləri.Proqram  tərəfindən  həyata  keçirilən 

siyasətin əsası ondan ibarətdir ki,yaşından və fiziki imkanlarından asılı olmayaraq hər 

kəs  sərbəstliklə  informasiya  texnologiyalarından  istifadə  etmək  imkanına  malik 

olmalıdır.Bu  yanaşmaya  başqa  sözlə  “Universal  Dizayn”  yanaşması  da 

deyirlər.Strategiyanın  ilkin  nəticələri    artıq  2002-  ci  ildən  başlayaraq    özünü 

göstərməyə  başladı.Belə  ki,dünyadakı  ən  ucuz  internetə  qoşulmaq  haqqı 

(2500yen/ay) tətbiq olundu və bütün dövlət məktəbləri (bütün Yaponiya üzrə 40000) 

internetə  çıxışla  təmin  olundu.2003  -cü  ildə  birinci    strategiyanın  davamı  kimi    

Elektron-Yaponiya  strategiyası  elan  olundu.Bu  strategiyaya  7  aparıcı  sahəni  əhatə 

etməli idi: 




29 

 

 



 

- Tibb xidməti; 

- Qida; 

- Gündəlik yaşam; 

- Orta və kiçik sahibkarlıq; 

- Təhsil; 

-  şçi və əmək; 

-  ctimai xidmət sahəsi 

Növbəti  məqsəd ardıcıllığı isə aşağıdakı kimi idi: 

- informasiyaya “maneəsiz” çıxış; 

- xidmətlərdən “maneəsiz”  istifadə; 

- “maneəsiz” məktəblər; 

-  nformasiya və kommunikasiya texnologiyalarının inkişafı və daha yaşlı təbəqə 

və fiziki çatışmazlıqları olanlar üçün yeni sistemlərin işlənib hazırlanması. 

nformasiyaya maneəsiz çıxışı təmin etmək üçün iki ölçü müəyyən olunmuşdur: 

administrativ  informasiya  xidmətlərini  müəyyən    etmək  və  elə  bir  mühüt  yaratmaq 

ki,orada  hər  bir  şəxs  radio  xidmətlərindən  görmək  və  eşitmək  çatışmazlıqlarına 

baxmayaraq istifadə edə bilsin.Birinci ölçü 2 hissədən ibarətdir: 

1.Elektron –ölkənin informasiya xidmətlərini əlçatan etmək. 

2. ctimai  xidmətləri mümkün etmək. 

“Xidmətlərdən  maneəsiz  istifadə“  dedikdə  fiziki  çatışmazlıqları  olan  şəxslər 

üçün  nformasiya Texnologiyaları  və onlardan asanlıqla istifadəni  təmin etmək başa 

düşülür.Maneəsiz  məktəblər  dedikdə  isə  yuxarıda  qeyd  olunduğu  kimi  məktəblərin 

lazımi  avadanlıq  və  internetə  çıxış  ilə  təmin  edilməsi,həmçinin  çatışmazlıqları  olan 

uşaqların  da  onlardan  maneəsiz  istifadəsi  nəzərdə  tutulur.Məktəbə  gedə  bilməyən 

uşaqların on-line iştirakının mümkünlüyü də bura daxildir. 

nformasiya uçurumunun Çin təcrübəsini nəzərdən keçirək: 



30 

 

 



 

2006  -cı  ildə  Çində  internet  istifadəçilərinin  sayı  20  %artmışdı,lakin  buna 

baxmayaraq ümumi əhalinin yalnız  19 % -nin internetə çıxışı vardı və informasiya 

uçurumu  gündən-günə    artırdı,buna  səbəb  isə  infrastrukturun  qeyri-kafi  inkişafı  və 

internet xidmətlərinin yüksək olmasıdır.Beynəlxalq göstəricilərə nəzər salsaq 2000-ci 

ilin  ortalarında  ABŞ-da  164  milyon  kompüter  var  idi  və  bu  göstərici  onu  bildirirdi 

ki,hər iki nəfərə bir kompüter düşür.Almaniyada bu rəqəm 3 idisə Çində80 idi.Çinin 

son  göstəriciləri  onu  göstərir  ki,  onun  informasiya  vəkommunikasiya 

texnologiyalarının  inkişafına  bir  sıra  daxili  və  xarici    faktorlar  təsir  göstərir.Çin 

dünyada  telekommunikasiya  texnologiyaları  bazarının  həcminə  görə  2-ci  yeri 

tutur.1995-2000  -  ci  illər  üçün  özünün  9-cu  beş  illik  planına  100  milyon  dollar 

investisiya  yatırmışdır. KT-lərin  geniş  istifadəsinə  baxmayaraq  Çində  ciddi 

informasiya  uçurumu  mövcuddur.Son  zamanlar  əsaslı  siyasi,iqtisadi  və  sosial 

dəyişiklərə  məruz  qalmışÇinin  telekommunikasiya  sistemi  il  ərzində  30-50  %-lə 

inkişaf    edirdi.Lakin  telefon  və  internet  istifadiçilərinin  sayı  çox  aşağı  idi.  23% 

telefon  və  2.18  %  internet  istifadəçisi  var  ki,  bu  da  özünü  əsasən  bölgələr  arasında 

fərqdə  göstərir. nternet  istifadəçiləri  əsasən  iri  şəhərlərdə  yerləşir.Belə  ki,  Pekində 

ümumi  sayın  12.39  %-i,Şanxayda  isə  8.98%  -i  yerləşir.Çində  informasiya  uçurumu 

aşağıdakılarla şərtlənir: 

-  KT infrastrukturu  qeyri bərabər yayılmışdır; 

- Qiymətlərin yüksək olması; 

-  şçi heyətinin təcrübəsizliyi; 

- Şəbəkənin qeyri mükəmməlliyi; 

- Çin dilində məlumatın az olması; 

- Təhsil və savad problemləri. 

Lakin  Çin  iqtisadiyyatının  sürətli  inkişafı  və  ölkədə  güclü  texnologiyalı 

kompaniyaların  investisiya  yatırımlarının  artması  Çində  informasiya  uçurumunun 

get-gedə azalmasına perspektivlər açır. 




31 

 

 



 


Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin