II Fəsil. Rəqəmsal iqtisadiyyatda biznes, dövlət və yerli
özünüidarəetməformaları
2.1. Elektron kommersiya
E-kommersiya-bu elə iqtisadiyyat sahəsidir ki, özündə kompüter şəbəkələri
vasitəsilə həyata keçirilən bütün maliyyə və ticarət əməliyyatlarını və bu
ə
məliyyatlarla bağlı olan biznes proseslərini birləşdirir.
E-kommersiyaya aşağıdakılar daxildir:
• Elektron məlumat mübadiləsi (Electronic Data Interchange, EDI),
• Elektron kapitalın hərəkəti (Electronic Funds Transfer, EFT),
• Elektron ticarət ( E-trade)
• Elektron pul (e-cash),
• Elektron marketinq (e-marketing)
• Elektron bankinq (e-banking),
• Elektron sığorta xidmətləri (e-insurance)
Elektron kommersiya özünün ilk sisteminin və növlərinin meydana gəlməsini
avtomatlaşdırılmış satış texnologiyasının yaranmasına və müəssisə rusurslarının
avtomatlaşdırılmış idarə sistemlərinin həyata keçirilməsinə borcludur.1960-cı ildə
amerikan şirkətləri olan American Airlines və BM uçuş üçün yerlərin avtomatik
rezerv edilməsi sistemlərini yaratmağa başladılar.Beləliklə, SABRE sistemi (Semi-
Automatic Business Research Environment) adi sərnişinlər üçün sayı daim artan
tarif və reyslərdə kömək etməklə hava uçuşlarını daha da əlçatan edir.E-
kommersiyanın növlərindən biri də elektron ticarətdir[1.34].
Dostları ilə paylaş: |