REFERAT
Mövzunun aktuallığı: nformasiya kommunikasiya texnologiyalarının, o cümlədən
də internetin təsiri ilə bir çox sferada olduğu kimi, iqtisadi mühitdə də ciddi
dəyişikliklər baş verir, yeni münasibətlər, sahələr,reallıqlaryaranır.
Qloballaşma prosesində, nformasiya texnologiyalarının sürətlə inkişaf etdiyi bir
dövrdə, bir sıra ictimai həyat təcrübələri elektron və rəqəmsal mühitlə əvəz
olunmuşdur.Belə ki, KT və şəbəkə texnologiyalarından istifadə nəticəsində iqtisadi
ə
laqələrin qurulması, lokal və qlobal şəbəkələrdən istifadə, iri müəssisələrdə
korporativ şəbəkə və sistemlərin yaranması və s. bu kimi məsələlər iqtisadiyyatın bir
sahəsi olan rəqəmsal iqtisadiyyatın yaranmasına səbəb oldu. Bunun əsasında inkişaf
edən informasiya texnologiyaları cəmiyyətə e-kommersiya, e-Ticarət, e-Demokratiya,
e- darəetmə və e-hökumət kimi anlayış və faktları özü ilə bərabər gətirmişdir.
Qeyd etdiyimiz kimi rəqəmsal iqtisadiyyatın təşəkkülü və sürətli inkişafı ənənəvi
iqtisadiyyatda bir çox dəyişikliklərin,yeniliklərin də yaranmasına gətirib çıxardı.
Rəqəmsal mühitin yaradılmasının əsasını dövlət orqanları, vətəndaşlar, o cümlədən
biznes qurumları arasında səmərəli münasibətlərin formalaşdırılması təşkil edir.Belə
ki, əsas xidmətlərin, yəni, şəxsi sənədlərin, sertifikatların, gəlir vergisi və əməklə
bağlı olan xidmətlərin vətəndaşlara online formada təqdim edilməsi dövlət
orqanlarına vətəndaşlaraxidmət göstərilməsində kömək edir. Bundan başqa şirkətlərin
qeydiyyatdan keçirilməsinin, sosial təminatın, korporativ verginin həmçinin ədv-lə
ə
laqədar olan xidmətlərin də biznes qurumlara online formada təqdim edilməsi dövlət
orqanlarına vətəndaşlaraxidmət göstərilməsindəkömək edir.
Rəqəmsal iqtisadiyyat anlayışının mahiyyətinə nəzər saldıqda onun sərhədsiz
olduğunu qeyd etmək olar, ancaq Avropa Rəqəmsal Vahid Bazarıhələki parçalanmış
vəziyyətdədir və fərqli milli bazar təcrübələri ilə xarakterizə edilir. Beləliklə, Avropa
“Rəqəmsal Vahid Bazarı”nı bütünlüklə inkişaf etdirərək 2020-ci ildə 500 mld Avro
4
gəlir qazana bilər. Dövlət orqanlarına məxsus olan informasiyaların yenidən istifadə
olunması, e- identifikasiya,e-imza və s. təkliflər daxil edilməklə, qalan maneələri
aradan qaldırmaq,problemləri həll etmək Avropa Rəqəmsal Gündəliyinin əsasını
təşkil edir[31].
Dostları ilə paylaş: |