I Fəsil. Rəqəmsal iqtisadiyyatın konseptual anlayışları vəüstünlükləri
1.1. Rəqəmsal iqtisadiyyata keçid və onun ənənəvi iqtisadiyyatdan fərqi
XX əsrin sonlarından etibarən nformasiya kommunikasiya texnologiyalarından,
şə
bəkə texnologiyalarından istifadənin genişlənməsi rəqəmsal vasitələrdən istifadə
olunmasına gətirib çıxardı. Böyük həcmli informasiya materiallarının, rəsmlərin,
videoların, müxtəlif animasiya tipli məlumatların, filmlərin və s. ötürülməsi üçün
qısa bir müddətdə multimediya vasitələri yarandı.Onlar geniş şəkildə tətbiq olunmağa
başladı. Bu yeniliklərdən istifadə iqtisadiyyata öz təsirini göstərməyə başladı. Şəbəkə
texnologiyalarından istifadə nəticəsində iqtisadi əlaqələrin qurulması, lokal və qlobal
şə
bəkələrdən istifadə, iri müəssisələrdə korporativ şəbəkə və sistemlərin yaranması
və s. bu kimi məsələlər iqtisadiyyatın bir sahəsi olan rəqəmsal iqtisadiyyatın
yaranmasınasəbəb oldu.Rəqəmsal iqtisadiyyat rəqəmli hesablama texnologiyalarına
ə
saslanan iqtisadiyyat sahəsi hesab olunur və bəzən onu inernet iqtisadiyyat və ya
yeni iqtisadiyyat adlandırırlar.Rəqəmsal iqtisadiyyat termini 1997-ci ildə Don
Tapscottun ”Rəqəmsal iqtisadiyyat:şəbəkə intellektinin mənfi cəhətləri və
üstünlükləri”(“The Digital Economy: Promise and Peril in the Age of Networked
Intelligence”) kitabında işlədilmişdir [8].Rəqəmsal iqtisadiyyat adlanan bu kitabda
internet vasitəsilə kommersiyanı dəyişdirməyin yolu göstərilmişdir.
Thomas Mesenbourga görə “Rəqəmsal iqtisadiyyat” konsepsiyasını aşağıdakı 3
komponentlə eyniləşdirmək olar:[20]
• nfrastrukturun dəstəklənməsi (kompüter avadanlığı, proqram təminatı,
telekommunikasiya, şəbəkə və s.)
• E-biznes (təşkilat hər bir prosesi kompüter şəbəkələri üzərindən aparır)
• E-kommersiya (malların transferi, məsələn onlayn kitab satışı və s.)
10
Lakin Bill mlahın şərhində bu sərhədlər daha da genişləndirilir. O buraya başqa
komponentləri məsələn, sosial media və internetdə axtarışı da əlavə edərək
mürəkkəbliyi artırır.Bu yeni iqtisadiyyatda rəqəmsal şəbəkə və rabitə infrastrukturu
qlobal platforma üzərində insanlar və təşkilatlar üçün strategiyalar hazırlamağa,
ə
məkdaşlıq etməyə, ünsiyyət yaratmağa, informasiya axtarışına və s. imkan verir.
Rəqəmsal iqtisadiyyatın daha aydın xarakteristikasının müəyyənləşdirilməsi
ə
nənəvi iqtisadiyyatla bağlıdır.Belə ki,rəqəmsal iqtisadiyyat “yeni iqtisadiyyat”ın,
“informasiya iqtisadiyyatı”nın və informasiya cəmiyyətinin əsasında duran başlıca
vasitədir. Rəqəmsal iqtisadiyyatın təşəkkülü və sürətli inkişafı ənənəvi iqtisadiyyatda
bir çox dəyişikliklərin,yeniliklərin dəyaranmasına gətirib çıxardı. Rəqəmsal
iqtisadiyyatın üstünlükləri rəqəmsal texnologiyanın malik olduğu üstünlüklərə
ə
saslanır. Belə ki, rəqəmsal texnologiya - xüsusi kodlaşdırma, mübadilə və istifadə
qaydalarına əsaslanaraq informsiya proseslərinin yerinə yetirilməsi zamanı
yəni,informasiyanın saxlanması, daşınması və ötürülməsində yüksək sürətin,
operativliyin və yaddaşa qənaət etməklə daha çox məlumatın əldə olunmasını təmin
edir. Rəqəmsal texnologiya informasiya emalı prosesində dəqiq riyazi üsulların
tətbiqinə və o cümlədən informasiya ilə müxtəlif manipulyasiyaların həyata
keçirilməsinə imkan yaradır.
11
Rəqəmsal iqtisadiyyatın yaranması əvvəldədə vurğuladığımız kimi ənənəvi
iqtisadiyyatda dəyişikliklərin baş verməsinə səbəb oldu.Klassik yəni,ənənəvi
iqtisadiyyatda kapital maddi formada qəbul edilir. Bunlara adətən maşınlar, qurğu və
binalar, torpaq və s. aiddir. Zaman keçdikcə iqtisadiyyatda pulun rolu daha da
möhkəmləndi və kapitalı pul formasında qəbul etməyə başladılar. Nəticədə məhz pul
kütləsi vasitəsilə əmək alətləri və vasitələrini əldə etmək mümkün olurdu. Rəqəmsal
iqtisadiyyatın meydana gəlməsi nəticəsində isəəsas təyinedici rol,funksiya
informasiyaya verildi. Beləliklə informasiya kapitalı meydana gəldi.
Kapitalın effektivliyinin təhlilinin aparılması aktivlərin müxtəlif növlərinin
fərqləndirilməsinə şərait yaratdı. Buraya cari aktivlər (dövriyyə vəsaitləri), əsas
fondlar, investisiyalar(istiqraz aksiyaları), qeyri-material aktivlər daxildir(qeyri
material aktivləri dedikdə ticarət nişanı, patentlər, müəliflik hüququ, işçilərin
yaradıcılıq potensialı və s. digər aktivlər). Müasir dövrdə müəssisələrdə gələcək üçün
alıcılıq qabliyyətinə malik tələbləri proqnozlaşdıran, müəssisələrin maliyyə və
təşkilati strukturunu planlaşdıran, gəlir əldə olunmasını təmin edən aktiv kimi
informasiya kapitalını qəbul etmək olar. nformasiya kapitalının yaranması,
dövriyyəsi və istifadəsi, qiymətləndirilməsi və təhlili proseslərini rəqəmsal
texnologiyalar olmadan təmin etmək mümkün deyil. Rəqəmsal texnologiyaların
tətbiqi bu kapitaldan istifadənin səmərəliliyinin təmin olunmasına imkan verir .
Rəqəmsal iqtisadiyyatın ənənəvi iqtisadiyyatdan fərqli və üstün cəhətləri
mövcuddur. Bunlardan ən əsası ondan ibarətdir ki, burada məhsul, daha doğrusu
informasiya məhsulu, yəni kapitalı hərəkətdə və dövriyyədə daha aktivdir. Yüksək
texnologiyanın tətbiq edilməsi və qlobal əlaqələrin mövcud olması qısa zamanda
məhsulun istehsalının həyata keçirilməsini təmin edir. Başqa sözlə, məhsulun satışı
üçün bazarın axtarılması və seçilməsi, satışa görə ödəmələrin gecikdirilmədən həyata
keçirilməsi, o cümlədən yeni növ və çeşidlərin müəyyənləşdirilməsi və alıcıya təklif
olunması, rəqabətin gedişatının daimi olaraq nəzarətdə saxlanılması mümkündür.
Rəqəmsal iqtisadiyyat texnologiyaların təminatı baxımından böyük xərclərin və
12
genişmiqyaslı əlaqələrin qurulmasını tələb etməsinə baxmayaraq əhatə dairəsi və
fəaliyyət zonasına görə çox geniş ərazini tutur. Ənənəvi iqtisadiyyatda isə indiki
dövrdə mövcud olan ən əsas problemlərə bunlar daxildir: məhsulun saxlanması,
qablaşdırılması, düzgün marketinq,reklamın təşkili, sifarişçiyə məhsulun vaxtında
çatdırılması və s. Ənənəvi iqtisadiyyatla müqayisədə rəqəmsal iqtisadiyyatda bu
problemlərin əksəriyyəti çox aşağı səviyyədədir. Beləliklə,rəqəmsal iqtisadiyyatda
inkişaf prosesi,yeni layihələrin hazırlanması, istehlakçı ilə birbaşa əlaqələrin
yaradılması, məhsulun kəmiyyət və keyfiyyət göstəricilərinin sifarişçinin istəklərinə
uyğun olması daha effektiv şəkildə həyata keçirmək mümükündür.
Bütün bu üstünlüklərə baxmayaraq rəqəmsal iqtisadiyyat dünya səviyyəsində
elə də geniş yayılmamışdır. Bunun isə başlıca səbəbi rəqəmsal iqtisadiyyatın
yaranmasında başlıca rol oynayan KT-nin müxtəlif ölkələrdəki inkişaf səviyyəsində
mövcud olan fərqlərləəlaqədardır.Digər tərəfdən rəqəmsal iqtisadiyyatın bir sıra
çatışmamazlıqları da onun dünya miqyasında geniş yayılmasına mane olur.
Rəqəmsal iqtisadiyyat müxtəlif iqtisadi sahələrin qarşılıqlı əlaqəli inkişafı
ə
sasında yaranmış informasiya iqtisadiyyatının inkişafında da mühüm rol oynayır.
Beləliklə məhz bu cür qarşılıqlı inkişaf müasir informasiya cəmiyyətinin
formalaşmasının əsasını təşkil edir.
Rəqəmsal iqtisadiyyat inkişaf etmiş dünya ölkələrində həmçinin adi məişət
proseslərinin və müxtəlif xidmətlərin həyata keçirilməsində də mühüm rol oynayır.
Buraya məhsulların satışı və xidmətlərin göstəriməsinin pərakəndə şəkildə həyata
keçirilməsini və s. daxildir.Bundan başqa iri market və ticarət mərkəzlərindən
malların alınması, onların sifarişçiyə çatdırılması, ödənişlərin həyata keçirilməsi,
müxtəlif kommunal xidmətlərin, tibbi, səhiyyə xidmətlərinin göstərilməsi, təhsil və
tədrisdə, iş axtarışında, müxtəlif məlumatların əldə olunmasını və s. qeyd etmək
olar.Rəqəmsal iqtisadiyyatı ənənəvi iqtisadiyyatdan fərqləndirən cəhətlərdən biri də
istehsalda proqnozların verilməsi, gələcək planlaşdırma, tələb və təklif arasındakı
asılılıq və münasibətlərin araşdırılması prosesində təkcə müəssisənin özü iştirak
13
etmir.Burada müxtəlif şirkətlərin, institutların, fərdlərin birbaşa iştirakı mümkündür.
Belə ki,bütün bunlar bir sıra problemlərin yaranmasına əsas verir. Bu problemlər
məsələlərin həllinə aidiyyatı olmayanların yersiz müdaxiləsi, ümumi şəbəkədə əmələ
gələn xaos və s. nəticəsində yaranır.
Rəqəmsal iqtisadiyyatın malik olduğu bu üstünlükləri müasir dövrdə
idarəetmədə, biznesin təşkilində, baş müəssisə ilə onun tabeçiliyində olan müəssisələr
arasındakı münasibətlərin qurulmasında, yeni istehsal sahələrinin açılmasında
effektivliyi təmin edir.
Əgər rəqəmsal texnologiyaların mövcud olan üstünlükləri və imkanları
məqsədəuyğun,düzgün şəkildə istifadə edilərsə,bu cəmiyyətdə hərtərəfli tarazlığın
yaranmasına şərait yaradar. Rəqəmsal iqtisadiyyatın əhatə dairəsinin genişlənməsi,
onun daha çox dünya ölkələrini əhatə etməsi rəqəmsal fəzanın istifadəsi
səviyyəsindən asılıdır [18].
Rəqəmsal imkanlar müasir dövrdəkino sənayesində, müxtəlif festivalların
,toplantıların keçirilməsində, böyük idman yarışlarının təşkilində, konfransların,
beynəlxalq görüşlərin keçirilməsində, dünyəvi problemlərin həllində, ümümdünya
məlumatlarının çatdırılmasında böyük rola malikdir. Beləliklə bu texnologiyaların
tətbiqi idman, incəsənət, turizm və s. sahələrdəyeni gəlir gətirən sahələrin açılmasına,
böyük həcmdə investisiya qoyuluşlarına, dünya miqyasında reklamların təşkilinə o
cümlədən,bu işdən külli miqdarda gəlir əldə olunmasına şərait yaratmaqdadır.
|