1.2.”Şəbəkə və ya internet iqtisadiyyatı”
nsanlığın gördüyü ən sürətli dəyişmə müddətlərindən birinin tam ortasında
yaşamaqdayıq. Daha bir neçə il əvvəlinə qədər informasiya texnologiyalarından
xəbərdar olmayan insanlar bu gün sərhədsiz informasiyaın istifadəçiləri halına
gəlmişlər. Bu dəyişikliyin təməlində duran gerçək isə texnologiya ilə birlikdə özünü
hiss etdirməyə başlayan informasiyadır.
2000-ci illərin informasiya çağı olacağı mövzusu dünyada artıq müzakirəsiz
qəbul edilmiş bir gerçəkdir. Ölkələr arası ictimai və ticari əlaqələrin inkişaf edərək
qloballaşma ölçüsünə çatdığı bir dövrdə ünsiyyətdə sürət qaçınılmaz bir ehtiyac
halını almışdır. nformasiya texnologiyaları və elektron sektorundakı inkişaflar bu
ehtiyacı qarşılayacaq həllər tapmışdır. Beynəlxalq informasiya ünsiyyət şəbəkəsi
olaraq təyin oluna bilən internet ilə bu gün kompüteri istifadə edərək ehtiyac olan
bütün informasiyaya çatmaq,xəbərləşmək, bank əməliyyatları və hətta alver etmək
mümkün hala gəlmişdir.
1999-ci ildə Microsoft və ntelin Dow Jones Sənaye indeksinə daxil edilmələri,
informasiya texnologiyalarının Amerika iqtisadiyyatındakı ən əhəmiyyətli
sektorlardan biri tərəfindən rəsmi olaraq tanınması mənasında, yeni bir dövrün
başında olduğumuzu sübut edirdi. XXI əsrə gəlindiyində online sənaye ayrı bir
ictimai rütbə olmanın kənarında öz daxili dinamiklərini yaradan qlobal bir anlayış
olaraq adından söz etdirməyə başladı.
Online sənayenin ən əhəmiyyətli aktyorlarından biri olan internet,
istifadəçilərinə inkişaf etmiş ünsiyyət kanalı funksiyalarını təqdim edərək,
kommunikasiya texnologiyalarının qarşılıqlı təsiri nəticəsində ortaya çıxmış bir
anlayışdır. nternetin çox yönlü və interaktiv olması onu digər media növlərindən
ayırmaqdadır. nternet - yazıları, qrafik, şəkillər, səslər və görünüşləri eyni anda
təqdim edə bilmə xüsusiyyəti sayəsində televiziya,radio, qəzet və jurnal kimi kütləvi
medianın digər bütün funksiyalarını da təmin etmiş olur. Bundan əlavə interaktiv
15
ünsiyyət, sərhədlərini bir adamdan bir adama və çox adamdan çox adama qədər
genişlətmişdir. Bu şəkildə klassik mənada ifadə edilən, istehsalçı ilə istehlakçının
görüşdüyü “bazar” da şəbəkə mühitində yaradılmış olmaqdadır. Bu vəziyyət isə sadə
bir ticarət əlaqəsi üçün kafi şərtlərin meydana gəldiyi mənasını verməkdədir.
Dostları ilə paylaş: |