nternetin inkişaf tarixi
Peyk texnologiyasındakı nailiyyətlər, digər tərəfdən fiberoptik kabel
texnologiyasının irəliləməsi ünsiyyət sahəsində əhəmiyyətli hadisələrdir. Bu
inkişaflara paralel olaraq internetin, ictimai həyatın növlərə ayırılmasına də birbaşa
qatqı təmin etdiyindən bəhs etmək mümkündür.Ümumi olaraq nternetin inkişafı üç
mərhələdən ibarətdir. Bu mərhələlərin ilk mərhələsi liderlər və ordu tərəfindən
başladılmışdır. kinci mərhələ istifadəçilərin gəlməsiylə dövrəyə girmiş,sərmayənin
gəlməsiylə də üçüncü mərhələyə keçilmişdir.
nformasiya və ünsiyyət texnologiyalarında yaşanan sürətli inkişaf təməl
dayağını, 60-cı illərdə, Amerikada bütün hərbi vahidləri etibarlı bir sistemlə bir-birinə
bağlamaq və universitetlər, elmi-tədqiqat müəssisələri kimi təşkilatlar arasında
informasiya mübadiləsini etibarlı, sürətli və ucuz bir şəbəkəylə birləşdirmək məqsədi
ilə qurulan ARPANET-dən (Advanced Research Projects Agency) almaqdadır.
Zaman içində ARPANET-in göstərdiyi müvəffəqiyyət və ehtiyacların artması
nəticəsində, Arpanet ikiyə bölünmüş və ortaya IP (Internet Protocol) termini
çıxmışdır. kiyə ayrılan hissələr bir-birləri ilə bu protokol üzərindən xəbərləşməyə
başlamış və bu parçalar sayəsində məlumat mübadiləsi nəhəng ölçülərə çatmışdır.
1989-cu ildə Avropa Nüvə Araşdırmalar Mərkəzində (CERN) World Wide Web
(www)-in inkişaf etdirilməsi,internetin inkişafında digər bir əhəmiyyətli dönüş
nöqtəsidir. Bu inkişaf, interneti multimedia üçün uyğun bir platformaya çevirmiş,
digər tərəfdən də ticarət istifadəyə hazır hala gətirmişdir. 90-cı illərin başında ticarət
istifadəyə açılan şəbəkənin bir il içərisinde bir milyon ətrafında istifadəçisi meydana
gəlmişdir. 1991-ci ildə ilk web proqramı olan Mosaic istifadəyə girmişdir.
Başlanğıcda təcrübi və hər kəsin istifadəsinə açıq olan mosaic, 1994-ci ildə Netscape
16
adıyla satışa çıxarılmışdır. 1995-ci ilə gəlindiyində artıq, internetin onurğası bir-
birləri arasında əlaqələrə sahib ticari şəbəkələrdən ibarətdir. Xüsusilə 90-cı illərdən
sonra interneti - elektron poçt kimi, ünsiyyət və informasiya transferi kimi
xidmətlərdən yararlanan müəssisələr, iş həyatında təsirli bir şəkildə istifadə etməyə
başlamışlar.
nternet çox qısa bir müddətdə dünyanın ən böyük informasiya anbarı halına
gəlmişdir. Günümüzün qlobal bazarında planlaşdırma və idarəetmə prosesini
formalaşdıran şəxslərə, məlumatın daha sürətli çatması lazımdır. Bəzi araşdırmaçılar,
bu tip bir transferin yalnız internet kimi kompüter texnologiyaları vasitəçiliyi ilə
təsirli bir şəkildə yerinə yetiriləcəyinə inanmaqdadırlar.
nternetin bir marketinq və ünsiyyət vasitəsi olaraq inkişafı, bəzi yeni
nizamlamalar edilməsini də özü ilə bərabər gətirmişdir. Bir çox müəssisə rəqəmsal
imkanlardan faydalanmağa çalışmaqla müştərilərin dəyişən ehtiyaclarına qarşı daha
yaxşı cavab vermək üçün rollarını və fəaliyyətlərini yenidən təyin etmələri lazımdır.
nformasiya texnologiyaları, rəhbərliyin qərar vermə müddətini qısaltdığı kimi həm
strateji, gərək taktiki və həm də əməliyyat qərarlarının isabət dərəcələrini artırmış,
səhv və risklər, məlumat və texnologiya sayəsində azalmışdır. nformasiya
texnologiyalarının ən böyük təsiri rəhbərlik anlayışı üzərində olmuşdur. darə
anlayışına - sıra çalışması, keyfiyyət və təsirli ünsiyyət kimi anlayışları gətirmişdir
Bir başqa baxımdan informasiya texnologiyaları və internet, müəssisələrə xəbər
qaynaqlarına daha asan və ucuz çatma imkanı, dünyanın dörd bir yanındakı
müxbirlərin əlaqələndirilməsi, çap materialların vizual keyfiyyətinin artırılması,
qlobal bazar böyüklüyü, yeni bir marketinq kanalı imkanı, yeni bir qarşılıqlı ünsiyyət
forması və bunların kənarında yeni bir rəhbərlik yanaşması ilə zaman və yer faydası
təmin etməkdədir.
nternet ayrı bir ünsiyyət infrastrukturuna sahib olmasına baxmayaraq, bir
ünsiyyət vasitəsi olaraq içində bir çox fərqli anlayışı da saxlamaqdadır. ARPAnet
vaxtında, internet daha çox klassik fiziki Telefon infrastrukturuna əsaslanırdı. Buna
17
yalnız bəzi yeni proqram texnologiyaları əlavə olunmuşdu. Daha sonra 1970-ci
illərdə e-mail və 1980-ci illərdə Usenet kimi digər funksiyalar inkişafa başladı. Hər
nə qədər internet funksiyalarının inkişafı illər ərzində sürətli nailiyyətlər əldə etsə də,
nternetin bir toplu media vasitəsi halını alması isə 1989-cu ildə Hipertekst (HTML),
arxasından da ilk web browser (Mosaic, Netscape) və axtarış motorları ilə birlikdə
World Wide Web-in(www) gəlişiylə olmuşdur. 1990-cı illərin ortalarında nternetin
inkişafı
getdikcə
artaraq
Web
texnologiyasını
daha
üst
səviyyəyə
çıxarmışdır. nternetin partlamasında bir çox faktorun rolundan bəhs etmək
mümkündür.
lk olaraq, telefon sistemi sayəsində internet texnologiyası,
infrastrukturu və tətbiqləri onsuz da böyük kütlələr tərəfindən istifadə olunurdu. Bu
mənada, onsuz da istehlakçının bu əlaqəni alması əlavə xərclər gətirib
çıxarmadı. nternetin müvəffəqiyyətinin ikinci səbəbi, nternetin çox funksiyalılığı
yatmaqdadır. stifadəçi bu sayədə, artıq tək funksiya qiymətinə üç və ya dörd
funksiyanı ala bilməkdədir. Daha açıq bir ifadə ilə E-mail, ICQ, Web, Usenet,
görünüş və səs texnologiyaları ilə insanlararası ünsiyyət, məlumat əldə etmə, qrup
danışmaları, alver kimi xidmətlər istifadəçilər tərəfindən asan əldə edilə bilər hala
gəlmişdir.
Son səbəb olaraq internetin xərc avantajından söz etmək lazımdır. Məlumat və
kommunikasiya texnologiyaları ünsiyyət sürətini artırıb xərcləri salaraq, daha sürətli
inteqrasiya şəbəkələr sayəsində paylanmanı asanlaşdıraraq qloballaşmanı
yaratmışdır.Qloballaşma ilə nəticələnən texnoloji sürət və xərclər arasındakı bu tərs
ə
laqə, 2 fərqli nəzəri çərçivədə əks olunur. Moore-a görə-bir mikroçip qiyməti
artmadan, sürəti hər 18 ayda bir iki dəfə artır. Bir başqa deyişlə, məlumat əməliyyat
tutumu gedərək hər kəsin asanlıqla satın ala biləcəyi bir məhsul halına gəlməkdədir.
Həqiqətən də 20 il əvvəl, saniyədə bir milyon əməliyyat 100 ABŞ dolları tutarkən, bu
gün bu xərc bir ABŞ Dolarına qədər düşmüşdür.
Ethernet networkun yaradıcısı olan Bob Metcalfın adını daşıyan və bir şəbəkəni
(network) istifadə edən istifadəçi sayı ilə o şəbəkənin iqtisadi dəyəri arasındakı
18
ə
laqəni təyin edən ikinci qanuna görə isə bir ünsiyyət şəbəkəsinin dəyəri,şəbəkədəki
düyün (node) sayının kvadratı ilə mütənasib işləməkdədir.
Burada əhəmiyyətlə üzərində dayanılması lazım olan nöqtə,Moore Qanununun
ardında texnoloji inkişafın xərc salıcı təsiri açıqca görülərkən, Metcalf Qanununun
ə
srlərdir var olan, sınanmış və isbat edilmiş təməl iqtisadi prinsiplər üzərində
qurulmasıdır. Yalnız kompüter ya da rabitə şəbəkəsi deyil, bütün şəbəkələr (dəmir
yolu, quru yolu, suyolu, stansiya vs.) istifadəçilər arasında təmas nöqtələri meydana
gətirirlər və aralarındakı ünsiyyəti (ticarət, müharibə və s) təyin edərlər. Bir-birləri ilə
bu şəkildə təmasa keçən cəmiyyətlər, fərdlər istehsalı, ticarəti artırma yolunda səy
göstərdikləri ölçüdə özlərinin və ətrafındakıların rifahını artırırlar. Ancaq hər
şə
bəkənin qurulması müəyyən bir xərc ehtiva etməkdədir. Moore Qanunu, internet
şə
bəkələrinin xərcinin hər kəsin çata biləcəyi səviyyələrə düşəcəyini, Metcalf Qanunu
isə hər yeni istifadəçinin şəbəkənin iqtisadi dəyərini keçəcəyini nəzərdə tutmaqdadır.
Bu iki əsas qanun bizə niyə internetdə birdən-birə belə bir partlama yaşandığını və
bu partlamanın artaraq davam etdiyini açıqlayır.Bu iki qanun işığında,
kommunikasiya KT birbaşa və sürətli ünsiyyət bağları quraraq, iqtisadi uzaqlıqları
azaltmış, iş dünyasının fəaliyyətlərinin əlaqələndirilməsi üçün lazım olan vaxta
qənaəti təmin etmiş, dəyişmə xərclərini salmış və maliyyə bazarlarını ölkələr və
qitələr ölçüsündə 24 saat fəal mövqeyə gətirmişdir.
nternetin istifadəçiyə gətirdiyi xərc avantajından istifadə edərək teleqraf,
telefon, kino və kabelli televizorun yavaş inkişafı ilə radio, peyk TV və nternetin
anormal sürətli inkişafları müqayisə edildiyində ortaya çıxan nəticə belədir ki, ilk alış
xərclərindən sonra istifadəçi xərci olmayan vasitələr çox daha böyük nisbətlərdə
inkişaf göstərir.
Dostları ilə paylaş: |