Microsoft Word Mustafayeva Amalya docx



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə16/36
tarix25.12.2016
ölçüsü0,95 Mb.
#3087
1   ...   12   13   14   15   16   17   18   19   ...   36
E-iş və ya E-biznes 

nternet  mühitində  hər  cür  iş  əlaqələrinin  və  bunlarla  əlaqədar  hissələrin  icra 

edilməsidir.Həmçinin    ticarət  işiylə  məşğul  olan  tərəflər  arasında  yeni  iş  əlaqələri 

qurmaq  üçün  edilən  yazışmalar,  reklamlar,  təqdimatlar,  danışıqlar  və  s. 

ə

məliyyatların elektron mühitdə reallaşmasıdır 



E-işin həcmi, bir firmanın bir çox yeni marketinq kanalı ilə özünü tanıtmasıdır. 

Bu güclü yeni kanal, şübhəsiz  nternetin və əlaqədar texnologiyaların istifadəsi, satışı 

artırma,  imic  yüksəltmə  və  müştəri  ilə  ünsiyyəti  artırma,  müəssisədən-müəssisəyə 

xidmətlərin təmini çox əhəmiyyətli bir vasitədir. 

Bu  hədəfə  çata  bilmək  üçün  şirkətlər,  öz  kompüter  sistemlərində  olan 

məlumatları  paylaşıma  açmalı,  elektronik  mühitdə  sənəd  alış-verişi  edə  bilməli, 

işlərini  icra  etmək  üçün  lazımdırsa  veb  saytlarından  satış  və  ya  internet  üzərindən 

satınalma əməliyyatlarını yerinə yetirməlidirlər. 

"Qısacası  E-Business  mühitinə  keçmək  istəyənlər  daha  açıq  və  şəffaf  olmağı 

qəbul etməli, kompüter sistemlərini bu hədəfi dəstəkləyəcək nöqtəyə gətirməlidirlər." 

E-iş  proqramları    müştərilərin  marağını  gün  keçdikcə  daha  çox  cəlb  edir. 

Müştəridə  inam  yaratmaqla    yüksək  məhsuldarlıq  artımı  təmin  edilməkdədir. 

stehlakçılar,  firmaların  avtomatik  iş  müddətlərindən  faydalanır.  Bu  da  firmalarda 

məhsuldarlıq və gəlirlilik artımına gətirib çıxarmaqdadır. 




39 

 

 



 

Uğurlu e-işin əsas prinsipləri 

•  Hədəf  kütləsi  içərisində  ən  qiymətli  müştərini  tanımaq  və  ən  yaxşı 

xidməti təqdim etməli 

•  Müştərilərlə bütün kanallarla ünsiyyətdə istifadəçi asanlığı təmin etməli 

•  Müştərilərin seçdikləri metodları, onların uyğun zamanlarında istifadəsini 

təmin etməli 

•  Müştəri təcrübələrini özəlləşdirməli 

•  Müştərilərin dəyişiklik ehtiyaclarına qarşı hazırlıqlı olmalı 

•  Qarşılıqlı təsirin inkişaf etdirilməsi və gələcək planları müştəri istəklərinə 

görə hazırlamalı 

•  Ünsiyyəti artırmalı 

 

E-biznes, e-ticarətdən bir çox istiqamətdən fərqlidir. internet mühiti, insanlarla 



tanış  olma  və  iş  aparmaq  məkanıdır.  E-iş  sonunda  hər  zaman  bir  pul  axışı  olmaya 

bilər.  Ancaq  e-iş  əlaqələrinin  təbii  davamı  ticari  qazanc  təmin  etmək  (pul  axışı,  e-

ticarət)  kimi  düşünülməlidir.  E-ticarət  isə,  elektron  mühitdə  (böyük  diametrdə 

internet  üzərində)  pul  qazanacaq  fəaliyyətləri,  sahələri  əhatə  edir.  E-ticarət 

nəticəsində,  dəqiq  bir  pul  axışı  vardır.  E-biznes  işlərinin  sonunda  tərəflərdən  hər 

hansı  biri  və  ya  heç  biri  pul  qazanmayabilər,  məqsəd  yalnız  məhsul  tərifi  ya  da 

insanlarla  tanış olma da ola bilər. Ancaq e ticarətdə, bütün düşüncələr pul qazanmaq 

çərçivəsində  toplanmıştır.E-ticarət  fəaliyyətlərinin  sonunda  tərəflərdən  biri  mütləq 

pul  qazanır.Nəticədə  hər  ikisinin  də  məqsədi  pul  qazanmaqdır.E-iş,  yeni  bazar 

hissələri tapmaq və bu bazar hissələrini genişlətməyi hədəfləyir, e-ticarətdə isə asan 

bir  bazar  tapmaq  və  bir  başqası  satış  etmədən    dərhal  bir  ya  da  birdən  çox  satış 

etməkdir. 

E-iş'in müvəffəqiyyətinə  təsir edən faktorlar: 

• 

ş



in növü:  nternetə uyğun olmalıdır. 


40 

 

 



 

•  Rəqabət: Rəqabətin az olduğu sahələr daha yaxşıdır. 

•  Müştəri bazası: Potensial müştəri sayı və pul ödəyərək bir xidməti alma 

meylləri. 

•  Web  saytının  xüsusiyyətləri:  Qəşəng  və  asan  bir  sayt.  Ayrıca  sürətli  və 

etibarlı. 

•  Xidmət  keyfiyyəti:  "Məmnun  qalan  müştəri  yenidən  gəlir  və  daha  çox 

pul xərcləyir". 

E-müəssisəyə çevrilmənin fürsətləri 

•  Müştəri yönümlü işləmək 

•  7 x 24 

•  Verilənlər bazası sistemləri (OLAP və s) 

•  Özəlləşdirmə 

•  Daha uyğun, sürətli, xüsusi məhsul və xidmət 

•  Müştəri məmnuniyyəti, bağlılığı 

•  Xərclərin düşməsi 

•  Təkrarlanan proseslərin azalması 

•  Məhsuldarlıq artımı 

Biznesin E-biznesə çevrilməsi 

•  Kompüter  və  internet  texnologiyalarının  fayda  təmin  edəcəyi  bütün  iş 

proseslərini yeni e-iş proseslərinə çevirmək. 

•  E-iş  proseslərinə  uyğun  olması  məqsədiylə  lazım  olsa  təşkilatın 

quruluşunu və iş modelini dəyişdirmək. 

•  Müəssisə 

funksiyalarının 

və 


idarəetmə 

funksiyalarının 

yeni 

texnologiyalara uyğunlaşmasını təmin etmək. 



Biznesin E-biznesə çevrilməsinin əsas ünsürləri 

•  Vizyon, liderlik, dayanıqlılıq 

•  Çevrilmə proyektlərini sahiblənmək 



41 

 

 



 

•  Strateji, rəhbərlik 

•  Dəyişməyə və yeniliklərə açıq olmaq 

•  E-layihələri bütün təşkilat işçilərinin mənimsəməsi 

•  Bunları  reallaşdırmaq  üçün  hər  proyektdə  olduğu  kimi  müvəffəqiyyətin 

açarları  var.  Çevrilməni  başladacaq  adam  və  ya  kəslərin  viziyon  sahibi 

olması,  bu  çevrilməyə  liderlik  etməsi  və  qərarlı  olması  lazımdır.  E-

çevrilmədə,  məqsədləri  və  strategiyaları  doğru  hesablayıb,  mübadiləni 

ağıllıca  idarə  etmək  lazımdır.  Təşkilatın  bütün  müəssisələrinin  bu 

dəyişməyə  açıq  olmaları  və  e-iş  layihələrinə  sahib  çıxması 

müvəffəqiyyəti təmin edən digər ünsürlərdir. 

 

 E-Tətbiqlər(applications) 



E-tətbiqlər, yenə e-iş termini kimi, iş müddətləriylə əlaqədar web-based, şəbəkə 

ə

saslı  proqramlar,  kabelli,  kabelsiz  bütün  şəbəkə  (WAP:  Wireless  Application 



Protocol)  tətbiqlərini,  GPRS  tətbiqlərinin  yanında,  kompüter,  mobil  cihazlar,  bütün 

fayl cihazlarında, məsələn 3. Nəsil (3G) telefonlarda reallaşdırılacaq bir çox yaradıcı 

tətbiqləri əhatə üçün istifadə olunan anlayışdır. E-tətbiqlər məsələn bir sifariş vermə, 

satın alma və sifariş təqib prosesinin və ya bir inventar nəzarət sisteminin kompüter, 

mobil rabitə vasitələri, proqramlar və şəbəkə texnologiyalarını  istifadə edərək həyata 

keçirilən qaydalardır. 

E-tətbiqlər, e-biznes formaları hər keçən gün artmaqdadır və texnoloji inkişaflar 

daha  güclü  və  interaktiv  e-tətbiqlərin  inkişaf  edəcəyi  mövzusunda  ipucları  verir. 

Bütün  bu  tətbiqlər  istehlakçının  müəssisəyə,  qeyri-hökumət  təşkilatlarından  ticari 

təşkilatlara,  vətəndaşdan  dövlətə  qədər  bütün  tərəflərə  düzgün  məqsədlərlə  istifadə 

edildiyi təqdirdə dəyər qatmağa davam edəcək. 

ndiki  vaxtda  ən  çox  danışılan  anlayışların  başında  qloballaşma  gəlməkdədir. 

Qloballaşma "Coğrafi sərhədlərin və uzaqlıqların əhəmiyyətini itirməsi" olaraq təyin 

oluna  bilər.  Qloballaşmada  ən  əhəmiyyətli  ünsürlərdən  biri,  məlumat  və  məlumata 




42 

 

 



 

asan və sürətli nəqliyyatı təmin edə bilməkdir. Şirkətlər qloballaşan bir bazar içində 

rəqabət  edə  bilmək  üçün  sürətə  və  ünsiyyətə  ehtiyac  duymaqdadır.  Texnoloji 

inkişaflar  sayəsində  müəssisələrin  milli  bazarlardan  beynəlxalq  bazarlara  çıxması 

getdikcə  asanlaşıb.  Kompüterdəki  texnoloji  inkişaflarla  internet,  artıq  dünyamıza 

girmiş  və  iş  həyatının  da  imtina  edilməz  bir  parçası  halına  gəlmişdir.  nternetin 

həyatımıza girməsiylə e-ticarət anlayışı da lüğətlərdə yer almağa başladı. E-ticarət ən 

sadə şəkliylə " nternet üzərindən mal və xidmət alış-verişi" olaraq təyin oluna bilər.  

E-ticarət  sayəsində  artıq  hamımız  evimizdə,  oturduğumuz  yerdə  alver  edə 

biləcəyik.  Şirkətlər  isə  bəlkə  də  heç  ağıllarına  belə  gəlməyəcək  bir  ölkədəki  bir 

müştəriyə çox rahat bir şəkildə çata bilər. Yaxşı bir təhsil və karyera üçün, həyatını 

davam  etdirə  bilmək  üçün  etməniz  lazım  olan,  texnologiyanın  və  dəyişmənin 

gerisində  qalmamaq,  mübadiləni  yaşamaq  və  öyrənməkdir.  Bunu  unutmayın  ki,  

kompüteri  təsirli  istifadə  edən,  virtual  ticarətin  qaydalarını,  prinsiplərini  və 

sərhədlərini yaxşı qavrayan fərdin ölkə iqtisadiyyatına böyük qatqılar təmin edəcəyi 

açıqdır.  Dünyada  artıq  sərhəd  deyə  bir  şey  qalmadı.  Sən  də  artıq  sərhədlərini  aş  və 

səni dünyanın hər tərəfinə apara biləcək üfüqlərə yelkən aç. Bunu unutma ki yaxşı bir 

başlanğıc yaxşı bir son üçün ilk addımdır və bu modul sənin üçün yaxşı bir başlanğıc 

olacaq. 

nsanoğlu hər keçən gün həyatına yeni və dəyişik şeylər qatmaqdadır. Heç şübhə 

yoxdur ki, bu yenilik və dəyişikliklər insanların və xalqların gələcəyi ilə əlaqədardır. 

Xüsusilə  son  dövrdə  informasiya  və  kommunikasiya  texnologiyalarında  meydana 

gələn sürətli inkişaflar, insanoğlunun həyatında bir çox qanuna imza atmaqdadır.  şdə 

bu  yeniliklərdən  biri  də  "Elektron  ticarətdir  (E-Ticarət)  .  Bilindiyi  kimi  "ticarət" 

ifadəsi nəzəri olaraq "mal və ya xidmətin satın alınması və satılması" əməliyyatlarını 

ə

hatə  edir.  Bu  prosesin  elektron  mühitdə,  yəni  internet  üzərində  edilməsi  e-ticarət 



anlayışını ortaya çıxarmışdır. Yəni e- ticarət dedikdə məhsul və xidmətlərin internet 

üzərindən alış və satışı əməliyyatı başa düşülür. 

 

 



43 

 

 



 


Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin