Nəzəri və təcrübi əhəmiyyəti:aparılan tədqiqatın əsasını nəticə və
elmimüddəalar,təklif və tövsiyyələr, rəqəmsal iqtisadiyyatın inkişaf etdirilməsi, KT-
nin tətbiqinin perspektivləri təşkil edir.
nformasiya mənbəyi:internet resurslarının, elektron kitabxanaların, Azərbaycan
Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Elektron hökümət
portalının, müxtəlif beynəlxalq təşkilatların dövri nəşrlərinin,məqalələrinin
məlumatlarından təşkil olunmuşdur.
ş
in həcmi və strukturu:Verilmış dissertasiya işi girişdən, üç fəsil, nəticə və
təkliflər və ədəbiyyatsiyahısından təşkil olunmuşdur .
Magistr dissertasiya işinin giriş hissəsində mövzunun aktuallığından və tədqiq
ediləcək problemlərdən bəhs olunur.
Magistr dissertasiya işinin birinci fəslində rəqəmsal iqtisadiyyata keçid,onun
ə
nənəvi iqtisadiyyatdan fərqi,internet iqtisadiyyatı və qlobal informasiya uçurumu
anlayışları təhlil olunur.
Dissertasiya işinin ikinci fəslində rəqəmsal iqtisadiyyatda biznes,dövlət və yerli
özünüidarəetmə formalarının sistemli təhlili aparılmışdır.
ş
in üçüncü fəslində rəqəmsal iqtisadiyyatın tətbiqi proqramlarının iş prinsipləri
öyrənilmişdir.
Dissertasiya işinin sonunda nəticə vətəkliflər ,ədəbiyyat siyahısı qeyd edilmişdir.
Dissertasiyanın tərkibində həmçinin 4 Şəkil və 1 Cədvəl vardır.
6
G R Ş
nformatikanın son dövrlərdəki inkişafı onu hesablama texnikasının köməyi ilə
verilənlərin emalının üsul və vasitələri haqqında olan texniki bir fənndən, nəinki
texniki sistemlərdə, həmçinin təbiətdə və cəmiyyətdə informasiya və informasiya
prosesləri haqqında olan fundamental elmə çevirdi. nformatika həmçinin elmlər
sistemində birləşdirici funksiyasını yerinə yetirərək bir sıra yeni elmi istiqamətlərin
yaranmasına və inkişafına səbəb olmuşdur. nformatikanın çox tətbiq olunan
sahələrindən biri iqtisadiyyat olduğundan və iqtisadi sahələrə aid daha çox
informasiyaların emalına xüsusi ehtiyac yarandığından informatika ilə iqtisadiyatın
çox cəhətli qarşılıqlı əlaqələrinin öyrənilməsi digərlərinə nisbətən daha vacib hesab
olunur. Belə ki,burada iqtisadiyyat elminin nümunəsində nformatikanın tətbiqi
məsələlərinin təhlili nəzərdən keçrilir.
nformatika və iqtisadiyyat arasında sintez prosesləri daha mürəkkəb xarakterə
malikdir. Əvvəla informatika iqtisadiyyatda tətbiq olunaraq, onun inkişafına təkan
verir və iqtisadi informatika yaranır.Bundan başqa, informatika elmi və müasir
informasiya texnologiyaları iqtisadiyyata o qədər nüfuz etmişdir ki, artıq iqtisadiyyat
özü də bir elm olaraq dəyişmiş və yeni anlayışlar meydana gətirmişdir. Belə ki,
informasiya texnologiyalarının tətbiqinin müasir səviyyəsi yeni infrastrukturun, yeni
iqtisadi mühitin yaranmasına səbəb olmuşdur ki, bu zaman iqtisadiyyat özü də yeni
forma və məzmun kəsb etmişdir. Bu sahə artıq bazar iqtisadiyyatı anlayışlarına
müvafiq olaraq elektron və ya rəqəmsal iqtisadiyyatı adını almağa başlamışdır. Yeni
iqtisadiyyatın mərhələsi olan rəqəmsal iqtisadiyyat yeni iqtisadiyyat və onun
sərhədləri kimi özünün müxtəlif inkişaf mərhələlərini keçir. Texnoloji inqilab
nəticəsində dünyada rəqəmsal keçid mərkəzlərinin, rəqəmsal robotların,
layihələndirmə üçün virtual mühitin, sürətli prototip sistemlərinin yaradılması baş
verdi. Texnoloji inqilabın özü dördüncü sənaye inqilabı kimi qəbul edilir hansıki
üçüncüdən yaranıb və “rəqəmsal “ adlandırılır.2016-ci il Davos formunda professor
Ş
vab 4-cü sənaye inqilabının seçilməsinin əsas səbəblərini göstərmişdir.Birinci bu
7
inkişaf sosial iqtisadi sferada baş vermiş dəyişiliklər,ikincisi onun həcmi,üçüncüsü isə
nəticələrin sistem xüsusiyyətləri kimi başa düşülür.Texnoloji inqilab rəqəmsal
iqtisadiyyatın əhatə dairəsini genişləndirdi.”Rəqəmsal iqtisadiyyat” termini (müəllifi
Nikolas Neqroponte) 1995-ci ildə meydana gəlmişdir.
Son dövrlərdə Azərbaycanda aparılan uğurlu islahatlar, yenidənqurma işləri,
iqtisadiyyatda əldə edilən uğurlar, qeyri-neft sektorunun inkişafı və s. işlər müsbət
nəticələrə gətirib çıxarmış və regionların sosial-iqtisadi inkişafı, vətəndaşın sosial
vəziyyətinin
yaxşılaşdırılması
istiqamətində
lazımi
tədbirlər
həyata
keçirilməkdədir.Dövlət siyasətinin əsas istiqamətlərindən biri də elm, təhsil və
mədəniyyət sferasına göstərilən qayğının ardıcıl formada davam etdirilməsi hesab
olunur.Bura eyni zamanda elmi-texniki potensialın qorunması, elm və təhsil
istiqamətində yüksəkixtisaslı kadrların hazırlanması və onlara qayğı göstərilməsi,
ölkədə elmi işçilərin nüfuzunun artırılması istiqamətində bir sıra mühüm qərarların
qəbul edilməsi daxildir[32].Bütün bunlar hazırda dünya iqtisadiyyatında baş verən
yeniliklər,yeni informasiya cəmiyyətinin təşəkkülü və inkişafı ilə əlaqədar rəqəmsal
iqtisadiyyatın yaranması və bu iqtisadiyyatın xarakterik cəhətlərinin dünya əhalisinin
inkişafına olan özəl təsiri ilə bağlıdır.
Rəqəmsal mühitin yaradılmasının əsasını dövlət orqanları, vətəndaşlar, o
cümlədən biznes qurumları arasında səmərəli münasibətlərin formalaşdırılması
təşkil edir.Belə ki, əsas xidmətlərin, yəni, şəxsi sənədlərin, sertifikatların, gəlir
vergisi və əməklə bağlı olan xidmətlərin vətəndaşlara online formada təqdim edilməsi
dövlət orqanlarına vətəndaşlaraxidmət göstərilməsində kömək edir. Bundan başqa
ş
irkətlərin qeydiyyatdan keçirilməsinin, sosial təminatın, korporativ verginin
həmçinin ədv-lə əlaqədar olan xidmətlərin də biznes qurumlara online formada
təqdim edilməsi dövlət orqanlarına vətəndaşlaraxidmət göstərilməsində kömək
edir.Böhran vaxtlarında isə hökümət orqanları daha səmərəli formada fəaliyyət
göstərməli və vətəndaşlar ilə həmçinin biznes qurumlar ilə sabit əlaqələri təmin
etməyi bacarmalıdır. Bir qayda olaraq online xidmətlər istiqamətində innovasiyalara
8
qoyulan kapital hər zaman geri qayıdır. Bununla da, E-hökümət orqanları idarəetmə
xərclərini 15-20% azalda biləcəkdir[31].
|