1. Coğrafi baryerlərin olmaması-alıcı və satıcılar eBay alış-verişində dünyanın
ixtiyari yerindən iştirak edə bilərlər,kifayətdir ki, nternete daxil olmağa imkan
olsun.Bütün bunlar onu göstərir ki, dünyanın müxtəlif yerlərində yaşayan satıcı və
alıcıları da eyni müvəffəqiyyətlə bu prosesdə iştirak etməkdə davam edə bilərlər.
69
2. Dil baryerinin olmaması-auksion ticarətdə bir neçə dillərdə alqı-satqı
aparılır.Bir çox ölkələrdə eBay-ın lokal filialları milli dildə fəaliyyət göstərirlər.Buna
Böyük Britaniya,Almaniya,Hollandiya,Avstraliya və s. ölkələri göstərmək olar.
3. Vaxt məhdudiyyətinin olmaması-eBayda günün 24 saatı və həftənin 7 günü
ə
rzində iştirak etmək etmək olar.Satıcılar lotları 10 gün əvvəl qoya bilərlər ki, bu da
axtarış etmək tanşlıq və əldə etmək üçün kifayət qədər çöx imkan verir.
4. Satıcıların sayının kifayət qədər çox olması-satışda sonsuz sayda
assortimentlərin olması çoxsaylı satıcıları bu sayta iştirak etməyə cəlb edir.Həm də
iştirak haqqının az olması,iştirak şərtlərinin daha sadə olması çoxlu sayda satıcıları bu
portalda iş gorməyə cəlb edir.Burada əsas göstəricilərdən biri də hər bir adamın satıcı
kimi iştirak etmək hüququ var.
5. Bu satış modelinin multiplikasiya effekti var, belə ki,alıcıların sayının artması
satıcıların sayının artmasına təkan verir və bu proses dövrü inkişaf edir.Bütün bunlar
eBay.com saytının bütün dünyada geniş şöhrət tapmasına səbəb olmuşdur.
Dostları ilə paylaş: