76
NƏ
T CƏ
VƏ
TƏ
KL FLƏ
R
Müasir dövrdə KT-nin iqtisadiyyatın real sektorlarında geniş istifadə olunması
təsərrüfatların bazar infrastrukturunu (maliyyə, ticarət, biznes və s.) informasiya
texnologiyaları əsaslarına çevirməyə imkan verir. Bu isə elektron biznes mühitinin
texnoloji bazisinin, elektron kommersiyasının, informasiya-marketinq şəbəkələrinin
yaradılmasına imkan verir[39].
Rəqəmsallaşan dünya ilə istehlakçı profili və istehlak vərdişləri dəyişəli çox
oldu. Marketinq şəkilləri və strategiyaları da ... nternetdən sonra iqtisadiyyat yeni bir
çağa girmişdi onsuz da. Beləliklə kiçikdən başlayan dəyişmə nəhəng bir iqtisadiyyat
meydana gətirdi: Rəqəmsal qtisadiyyat. Yaşanan texnoloji və informasiya inqilabı
nəticəsində doğan yeni iqtisadiyyat modeli.Bankçılıqdan, səhiyyə sektoruna,
təhsildən, online pərakəndə və satışa, e-ticarətdən müştəri xidmətlərinə və reklam
sektoruna uzanan nəhəng bir iqtisadiyyatdır. Məşğulluğu ayrı, istehsalı ayrı, istehlakı
ayrı.
Son dövrlərdə aparılmış tədqiqatların nəticələri göstərir ki, internet
texnologiyalarının marketinqə tətbiq edilməsi prosesi real iqtisadi səmərə verir. Bu
isə şirkətlərə həm məsrəflərini azaltmağa, həm dəgəlir səviyyəsini artırmağa imkan
yaradır. nformasiya cəmiyyətinin bugünkü vəziyyətində internet-marketinqin rolu
artmaqda davam edir [39].
Məkan baryerlərinin qısaldılması hər zaman insanlara daha az xərclərlə öz
iqtisadi fəaliyyətini koordinasiya etməyə imkan verən yeni sosial şəbəkələrin
yaradılmasını stimullaşdırmışdır. Belə şəbəkələrdən biri və ən geniş yayılmış olan
nternet şəbəkəsidir. nternet şəbəkəsi iqtisadiyyatda həm mikro, həm də makro
səviyyədə böyük dəyişikliklərə səbəb olmaqla yeni eranın əsasını qoymuşdu.
Məlumdur ki, 1990 - ci illərdə, internet bumu yaşanan zaman bəzi firmalar
internetin onların qarşısında açdıqları imkanları düzgün dəyərləndirə bilmədilər. Bir
77
qrup şirkətlər isə uzun müddət nternetdən öz biznesin inkişaf istiqamətində
istifadəyə real baxmırdı. Nəticədə "onlayn" şirkətlər "ənənəvi" şirkətlərə ciddi rəqib
oldular və onların biznesi üçün real təhlükəyə çevrildilər.
Təcrübə göstərir, bu yeniliklərin iqtisadiyyatda ləng tətbiqi Qərbi Avropa
ölkələri və Rusiya şirkətləri üçün mənfi nəticələnmişdir. Bu yeniliklərin tətbiqini
labüd hesab edən ölkələr "rəqəmsal iqtisadiyyat"ı ümumi iqtisadiyyatın lokomotivinə
çevirməyi qarşısına məqsəd qoydu. Çünki, internet iqtisadiyyatı daha qlobal xarakter
daşıyır. Amma bu o demək deyil ki, bütün dünya ölkələri elektron ticarət
infrastrukturunu eyni dərəcədə inkişaf etdirir və bu sahədəki nailiyyətləri öz milli
iqtisadiyyatlarına eyni dərəcədə tətbiq edirlər.
Rəqəmsal iqtisadiyyat anlayışının mahiyyətinə nəzər saldıqda onun sərhədsiz
olduğunu qeyd etmək olar, ancaq Avropada “ Rəqəmsal Vahid Bazarı”hələki
parçalanmış vəziyyətdədir və fərqli bazar təcrübələrinə əsasənformalaşdırılır.
Beləliklə, Avropa “Rəqəmsal Vahid Bazarı”nı bütünlüklə inkişaf etdirərək 2020-ci
ildə 500 mld Avro gəlir qazanacaq. Dövlət orqanlarına məxsus olan informasiyaların
yenidən istifadə olunması, e- identifikasiya,e-imza və s. təkliflər daxil edilməklə,
qalan maneələri aradan qaldırmaq,problemləri həll etmək Avropa Rəqəmsal
Gündəliyinin əsasını təşkil edir
[31].
Bu gün dünya daxilində Birləşmiş Millətlər tərəfindən 10 trilyon dollar olaraq
ifadə edilən bir iqtisadi həcm mövcuddur. Bu məbləğin internet vasitələrinin
istifadəsi nəticəsində meydana gəldiyi qəbul edilir. Gözlənilən o ki dünyanın inkişaf
etmiş iqtisadiyyatlarından ibarət G20 ölkələrində 'internet iqtisadiyyatı' 2016-ci ildə
iki qatına çıxacaq. nternetin nəhəng şirkəti Google tərəfindən Boston Consulting
Group-una (BCG) etdirilən araşdırmaya görə, bu artımın böyük hissəsi mobil cihazlar
və cib telefonlarının daha geniş istifadəsindən gələcək.