Azərbaycan Respublikası “ÇAĞ” Öyrətim İşlətmələri


«TƏRCÜMƏŞÜNASLIQ VƏ ONUN MÜASİR DÖVRDƏ ROLU» III Respublika tələbə elmi-praktik konfransı



Yüklə 3,6 Kb.
Pdf görüntüsü
səhifə20/45
tarix26.02.2017
ölçüsü3,6 Kb.
#9778
1   ...   16   17   18   19   20   21   22   23   ...   45

«TƏRCÜMƏŞÜNASLIQ VƏ ONUN MÜASİR DÖVRDƏ ROLU» III Respublika tələbə elmi-praktik konfransı 
 
 
150 
əhəmiyyətini dərk etməyə kömək edir. Çünki insan təfəkkürü məişətin bütün sahələrini 
əhatə edir və onun üçün dünyanın dərk olunmasında heç bir sərhəd mövcud deyil. 
Bizim fikrimizcə qrammatik şəkilçilərin morfoloji təhlili onların struktur əla-
mətlərinin aşkarlanmasına şərait yaradırsa da, onların üslubi təhlili bu vahidlərə koq-
nitiv münasibət, yəni dilin daşıyıcılarının təfəkkürünə müraciət nəticəsində mümkün 
olur. 
Qrammatik şəkilçilərin bir dil qrupuna daxil olan dillərin əsasında müqayisəli 
təhlili göstərdi ki, onların əsas semantik derivasiyasının koqnitiv modelləri aşağıd-
akılardır: 
Şəkilçi -  kateqoriya. Məs: “-ın” şəkilçisi həm ismin mənsubiyyət, həm də felin 
şəxs kateqoriyalarında işlənir (kitabım, uşağım, oxuyum, gəlim, sevim, süpürüm və s.) 
Kateqoriya - şəkilçi. Kateqoriyanın qrammatik funksiya və mənası şəkilçilərin 
qrammatik və üslubi mənalarının yaranmasına təsir edir. 
Söz - şəkilçi. Burada isə sözün leksik mənası və şəkilçinin qrammatik mənası 
qarşılıqlı əlaqəyə girərək yeni üslubi mənaların yaranmasına səbəb olur. Bu zaman 
ola bilər ki, yaranan məna qrammatik şəkilçinin daxilində ya heç olmasın, ya da çox 
zəif olsun, lakin söz bu mənaların yaranmasında katalizator rolunu oynayır. 
Şəkilçi - söz. Şəkilçinin qrammatik mənası və daxilində qorunan üslubi qatlar 
sözə birləşdikdən sonra ona təsir edir və yeni mənaların yaranmasına səbəb olur. 
Deyilənləri nəzərə alsaq, türk dillərində qrammatik şəkilçilərin koqnitiv dilçilik 
baxımından araşdırılması həm hər hansı bir morfoloji vahidin konkret bir üslubda 
işləkliyi, həm hər hansı bir morfoloji vahidin konkret bir üslubda öz mənasını də-
yişməsini, həm də bir konsept kimi onların daxilində qorunan qatları açmaq müm-
kün olar. 
 
 
ZAMAN ANLAMININ ÖYRƏNİLMƏ TARİXİNDƏN 
Əsmər RAMAZANOVA 
Bakı Slavyan Universiteti I kurs magistrantı 
Elmi rəhbər: dos. Z. V. Əsədov 
 
İki min ildən artıqdır ki, demək olar ki, bir çox elm sahələrinin nümayəndələrinin 
(filosofların, psixoloqların, dilçilərin, tarixçilərin və s.) maraq dairəsində zaman 
anlamı başlıca yer tutur. 
İlkin olaraq zaman kateqoriyasının işlənilməsi antiq mifologiyalarda və qədim 
yunan eposlarında, əlbəttə ki, fəlsəfə elmi çərçivəsində aparılmışdır. Zaman kate-
qoriyasınin ibtidai təhlili həm də Homerin “Odisseya” eposunda qeydə alınmışdır. 
Tesiodonun “Teqoniya” əsərndə iki zaman anlayışı verilib: 1) yarımçıq dünyanın  
dövri zamanı, 2) yüksək zaman. Öz sonrakı inkişafında bu iki zaman təsvirləri 

Materiallar 
                                                                                                                             08 may 2010-cu il
 
 
151 
naturfilosofların əsərlərində, İntibah dövrün fəlsəfi nəzəriyyələrində və Yeni döv-
rün Sokrat, Heraklit, Aristotel, Platon, daha sonralar Dekart, Demokrit, Kant, Berq-
son, Hegel, Xaydegger və başqa mütəfəkkirlərin əsərlərində işlənmişdir. Vaxt keç-
dikcə digər fəlsəfi zaman konsepsiyaları bir-birini əvəz edir, ancaq XX əsrin sonunda 
zaman kateqoriyasına maraq kəskin surətdə nəinki fəlsəfədə (Y.Molçanovun əsər-
ləri), hətta linqvokultrologiyada (V.Vorobyov) artır. Ayrı-ayrı elmlərin və fiziki 
kateqoriyanın inkişafı ilə əlaqədar olaraq fəlsəfilik kateqoriyası da dəyişikliklərə məruz 
qalır. Fərqli biliklər və elm sahələri zaman anlayışının ayrı-ayrı konseptlərinin 
sayını çoxaltdı və “fiziki zaman”ın ardınca digər təbii-elmi zaman kateqoriyasının 
hazırlanması başlandı, məsələn geoloji və bioloji, ekzistensional və psixoloji, ob-
yektiv və bədii zaman və.s. 
Bəşəriyyətin və  təbiət qanunlarının dərk edilməsi məqsədi zaman anlayışını  
təkamülü baxımından fəlsəfədə  və fizikada iki cüt, bir-birini tamamlayan, zaman 
konsepsiyası seçilir. Birinci konsepsiyada zaman anlamı təbiətdən ayrılır, “vaxt” və 
hərəkət kateqoriyalarının yanaşmasında verilir. Substansional konsepsiya zaman 
anlamina xüsusi bir substansiya kimi yanaşır (məkan və maddə substansiyaları ilə 
yanaşı), relyativ konsepsiya isə vaxtı nisbi hesab edir. İkinci konsepsiya cütlüyündə 
fikirlər inkişaf prosesində bir-birindən ayrılır. Statik konsepsiyaya əsasən keçmiş, 
indiki, gələcək hadisələr reallıqda mövcuddurlar, lakin material obyektlərin bərpası 
və yox olması illuziyadır. Dinamik konsepsiyaya əsasən ancaq indiki hadisələr real 
olurl, keçmişin hadisələri artıq mövcud deyil, gələcəyin hadisələri isə  hələ reallaş-
mayıb (bu barədə vaxtilə görkəmli rus  dilçisi N.Qasparov da zaman anlmanın dil 
müstəvisində təhlil edərkən yazmışdır). 
Göründüyü kimi, zaman problemi fənlərarası problemdir və onu bir neçə meto-
doloji yanaşmalarla həll etmək mümkün ola bilər. Hesab edirik ki, zaman anlamı 
antropoloji və koqnitiv dilçiliyin, həmçinin linqvososiokulturoloji kateqoriyalarının 
öyrənilməsi çərçivəsində, dil və  mədəniyyətin kəsişməsində araşdırılması daha 
aktual, daha səmərəli olar. Bu istiqamətdə araşdırmalar yeni olsa da, bir çox dünya 
dillərində dilçiliklə yanaşı digər sahələrlə (mədəniyyət, etnoqrafiya, tarix, etimolo-
giya, fəlsəfə, psixologiya, sosiologiya və s.) qarşılıqlı şəkildə öyrənilir. Müasir təd-
qiqatların əksəriyyəti isə zaman anlamını ya qrammatik kateqoriya kimi, ya da fəlsəfə 
ilə dilin qarşılığında izah etməyə çalışırlar, onçun da bu sahədə Azərbaycan dilçi-
liyində hələ çox tədqiqatlar edilməli, elmi əsərlər yazılmalıdır. 
 
 
 
 

«TƏRCÜMƏŞÜNASLIQ VƏ ONUN MÜASİR DÖVRDƏ ROLU» III Respublika tələbə elmi-praktik konfransı 
 
 
152 
EKVİVALENTSİZ LEKSİKA VƏ ONUN                
TƏRCÜMƏSİ PROBLEMİ 
Fatimə MİSLİMOVA 
Bakı Slavyan universiteti Tərcümə fakültəsi 
Elmi rəhbər: dos.Ağakərimov İ. 
 
Orijinalı tərcümə edərkən bəzən elə sözlər ortaya çıxa bilər ki, onların Tərcümə 
dilində ekvivalenti olmasın. Belə sözlərə Eksivalentsiz Leksika deyilir. Bu, elə sabit 
söz birləşmələridir ki, onlara TD-də nə tam, nə də qismən uyğun olan söz tapmaq 
olmur. Bura aşağıdakı sözlər qrupu daxildir: 
1) Xüsusi adlar, Coğrafi adlar, idarə, təşkilat, qəzetlərin adlar.   
Bura digər dildə heç bir qarşılığı olmayan xüsusi adları daxil edirlər. Məsələn, C. 
Apdaykın “cütlüklər”  əsərindəki  Hanema, Thorne, Appleby  xüsusi adları,  Ваr 
Harbor, Millbrook, Scituate yer adların bura daxil etmək olar. Xüsusi isimlər o zaman 
Ekvivalenti olmayan leksikaya daxil olur ki, ƏD-dəki adlar TD-nin daşıyıcılarına 
tanış deyil. 
2) Realiyalar 
Yəni, bir dilin daşıyıcılarının, xalqın hər hansı bir əşyanı, məhfumu, vəziyyəti 
adlandırdıqları sözlərin digər xalqın dilində olmaması. Bura milli xörəklərin (qəlyə; 
piti; dovğa), milli geyimlərin (sari), musiqi alətlərinin (saz, tar), milli rəqslərin 
adları (innabı, vağzalı), həmçinin  Şifahi xalq ədbiyyatının nümunələri (holavar, 
bayatı), musiqi janrları (muğam, meyxana) aid ola bilər. Belə sözlər bir dilə 
mənsub olur, digər dilə müəyyən üsullarla verilir.  
3) Lakunalar  
Bu bəzi məfhumları bildirən sözlər bir dilin lüğət rəkibində olub, naməlum 
səbəblərə görə digərin dildə olmamasına deyilir. Məsələn, Rus sözləri «сутки», 
«кипяток», Azərbaycan sözləri “dələmə”, “qatıq” və s.
 
Sözlərin ekvivalentinin olmamaması heç də tərcümənin olmaması demək deyil. 
Tərcümə praktikası olan zaman Ekvivalenti olmayan sözləri tərcümə etmək 
mümkün olur. Bunun üçün transliterasiya və transkripsiy, kalka üsulundan istifadə 
edilir.   
Tərcüməçinin vəzifəsi Ekvivalenti olmayan leksik vahidləri TD-də onlara yaxın 
olan söz tapmaqla mümkün qədər ekvivalent tərcümə etməkdir.  
 
 
 

Materiallar 
                                                                                                                             08 may 2010-cu il
 
 
153 
FİLMLƏRİN ADLARININ TƏRCÜMƏSİNİN 
UYĞUNLAŞDIRILMASI PROBLEMİ 
Günay İSMAYİLOVA 
Bakı Slavyan Universiteti Tərcümə fakültəsi 
Elmi rəhbər: dos. Ağakərimov İslam 
 
Hal-hazırda Azərbaycan telekanalları əcnəbi filməri yalnız öz doğma dilimizdə 
yayımlayır. Bu da Azərbaycanda “film tərcüməsi” anlayışının yaranmasına səbəb 
olub. Əksər Hollivud filmləri İngilis dilində olmalarına baxmayaraq, Rus dilindən 
Azərbaycan dilinə tərcümə olunur. Bu isə orijinalın təhrif olunmasına gətirib çıxarır. 
Filmin adı həmin film haqqında təsəvvür yaradır. Onda olan məlumatları başa 
düşülməsində böyük rol oynayır. Buna görə də filmlərin adını tərcümə edərkən tər-
cüməçi çox diqqətcil olmalıdır. Onu orijinaldakı kimi məzmunlu və qulağayatımlı 
etməlidir. 
Film – hansısa mədəniyyəti əks etdirən eksponatdır. Filmlərin müxtəlif janrları 
olur. Məsələn, komediya, qorxulu filmlər, melodrama, macəra, fantastik və s. 
Kinofilm tərcüməsi həm yazılı tərcümənin, həm də  şifahi tərcümənin əlamət-
lərin özündə daşıyır. Film pirat filmi olduqda, personajların səslərin tərcümə etməli 
olursan. Adi halda filmin ssenarisin -  subtitrləri tərcümə edirsən. Bununla yanaşı 
filmdəki bütün dialoqlar məişət üslubunda olamlıdırlar. 
Bədii əsərin adı tərcümədə dominant rol oynayır. Bəzən hər hansı bir bədii əsərin 
adı  tərcümə dilinə  dəyişiklərlə  tərcümə olunur. Məsələn, M.Şoloxovun “Тихий  Дон” 
əsəri İngilis dilinə “The Don Flows Home to the Sea” (sözbəsöz tərcümədə “Don 
dənizə tökülür”) kimi tərcümə olunub. 
Amerika filmərini tərcüməsi zamanı qarşıya çıxan başlıca problem nidaların, 
söyüşlərin, slenqlərin tərcüməsidir. Məsələn, ingilis dilindəki təəccüb ifadə edən 
“wow!”  nidası  rus dilinə  «ух  ты!» kimi tərcümə edilir. Azərbaycan dilində isə 
buna ekvivalent olaraq, “buna bax!” , “buna bir bax!” ifadələrindən istifadə edirlər. 
Azərbaycan tərcüməçisi Hollivud filmərini tərcümə edərkən, iki seçim arasında 
qalır: Ya Orijinaldakı,  İngilis dilindəki kimi sözbəsöz tərcümə edərək, mənanın 
təhrif olunmasına, ya da Rus dilindəki kimi tərcümə edərək,  orijinalın formasının 
təhrif olunmasına yol verməli olur. Aşağıdakı filmlərin tərcüməsində bu fərqi açıq-
aydın görmək olar: 
Usual Suspects – Подозрительные  лица,  Şübhəli  şəxslər;  Обыкновенные 
подозреваемые, Adi şübhəlilər. 
Pirates of the Caribbean: The Curse of the Black Pearl – Пираты Карибс-
кого моря, Карибские пираты, Karib dənizinin quldurları: Karib piratları; Прок-
лятие  черной  жемчужины,  Пираты  Карибов, Karib dənizinin piratları: Qara 
mirvarinin lənətləri. 

«TƏRCÜMƏŞÜNASLIQ VƏ ONUN MÜASİR DÖVRDƏ ROLU» III Respublika tələbə elmi-praktik konfransı 
 
 
154 
My Big Fat Greek Wedding – Моя  большая  греческая  свадьба,  Mənim 
böyük Yunan toyum; Толстая греческая свадьба, Böyük Yunan toyu. 
Bəzən filmərin  İngilis dilindəki adı Rus dilindəkindən tamamilə  fərqlənir. 
Məsələn, Shallow Hal (sözbəsöz tərcümədə: Dayaz Hol) Rus dilinə “Любовь зла” 
kimi, In the Cut filmi (sözbəsöz: kəsikdə) Rus dilinə “Темная сторона страсти” kimi, 
Orange Country filmi (sözbəsöz: Narıncı ölkə və ya Portağal qraflığı) “Страна ду-
раков” kimi tərcümə edilmişdir. 
“Bib momma’s house”  filmi Rus dilinə “Дом большой мамы”  kimi tərcümə 
edilmişdi. Azərbaycan dilində “Böyük ana” anlayışı olmadığına görə onu “Nənənin 
evi” kimi tərcümə ediblər. Lakin bu zaman “nənə” sözü adi nənə assosiasiyası yaradır. 
Bib momma isə adi nənədən fərqlənir. 
Belə bir nəticəyə gəlmək olar ki, kinofilməri tərcümə edərkən onların adlarına 
diqqətlə yanaşmaq lazımdır. Çünki bəzi tamaşaçılar filmin adı ona maraqlı gəlmirsə, 
heç o filmə baxmaqda istəmir. Buna görə də tərcüməçi həm orijinalın məzmun və 
forması, həm də tamaşaçının istəyin nəzərə almalıdır. 
 
 
MİLLİ VƏ ÜMUMBƏŞƏRİ  DƏYƏRLƏRİN SƏCİYYƏSİ 
Mehri NOVRUZOVA 
Bakı Slavyan Universiteti 
I kurs  magistrant 
 
 Mənəviyyat şəxsiyyətin özünə, onu əhatə edənlərə, cəmiyyətə və onun real ha-
disələrinə münasibətini dünyagörüşünü davranışını təzahür etdirən başlıca meyardır. 
Onun formalaşmasında tərbiyənin mühüm rolu vardır. Məhz mənəvi tərbiyənin gücü 
ilə adi fiziki fərd kimi dünyaya gələn insan əsl mənada səxsiyyətə çevrilir.Yüksək 
mənəviyyatın dünyagörüşün formalaşmasında həm milli həm də ümumbəşəri 
mənəvi dəyərlərə yiyələnməyin mühüm rolu vardır. Deməli yüksək mənəviyyat 
sözügedən mənəvi dəyərlərin aşılanması sayəsində təşəkkül tapıb inkişaf edir. Deməli 
yüksək mənəviyyat bəşəri və milli dəyərlərin məcmusudur.  Şəxsiyyətin mənəvi 
dünyasının formalaşması  mənəvi istehsalın bir növüdür və öz-özünə meydana 
gəlmir. O, müəyyən sistem daxilində həyata keçirilir. Şəxsiyyətin mənəvi dünyası 
biliklərin, ideyaların, təsəvvürlərin, görüşlərin, hisslərin, iradənin, ideya inamının, 
idealların, dəyərlərin, adətlərin, vərdişlərin, müəyyən sosial davranışın və  mənəvi 
tələbatın təşəkkülü və inkişafı prosesidir. Şəxsiyyətin mənəvi dünyasının zəngin-
ləşməsində dəyərlərin böyük rolu vardır. 
Milli-mənəvi dəyərlərin meydana gəlməsi, formalaşmasının da özünəməxsus 
qanunauyğunluqları vardır. Milli-mənəvi dəyərlər sivilizasiyanın yaranması və for-
malaşması ilə bir vaxtda meydana gəlmiş və inkişaf etmişdir. Zaman keçdikcə bu 
dəyərlər zənginləşib, inişaf etmiş mənəvi dəyərlər kimi təşəkkül tapmışdır. 

Materiallar 
                                                                                                                             08 may 2010-cu il
 
 
155 
Bir millətin millət kimi formalaşmasında, tarix səhnəsində inkişaf istiqamətində 
öz yerini müəyyən etməsinə təsir edən ən mühüm amillərdən biri  də onun milli ləya-
qət hissinin formalaşması və möhkəmlənməsidir. Öz milli ləyaqətini o xalq qoruya 
bilər ki, inkişaf etmiş milli şüura, milli mənlik şüuruna və özünüdərk qabiliyyətinə 
malik olsun. 
 
 
TƏRCÜMƏ TERMİNALOGİYASİ 
Lalə NƏCƏFOVA 
Odlar Yurdu Universiteti Tərcümə fakultəsi 927t qrupu 
Elmi rəhbər Nəsirova Ü.Ə. 
 
Tərcümə insanın nitq-dil fəaliyyətinin mürəkkəb növlərindən biridir.Adətən bu 
proses zamanı ən azı 2 dil iştirak edir.Belə olduğu halda, tərcüməni dillər arasında 
gedən dəyişmə, şifahi və yaxud yazılı transformasiya kimi də nəzərdən keçirmək olar. 
Tərcümə zamanı meydana çıxan əsas problemlərdən biri də rast gəlinən termin-
lərdir. Müxtəlif açılışa malik bu terminlərin bir neçəsinə nəzər yetirsək gələcəkdə 
də bizə düzgün tərcüməni verə bilməkdə yol göstərəcək. 
Tez-tez rast gəlinən terminlərdən biri `Tərcümə nəzəriyyəsi`dir. Situativ tərcümə 
nəzəriyyəsi dil çərçivələrindən bir qədər kənara çıxır və gerçəkliyə müraciəti nəzərdə 
tutur. Situativ tərcümə nəzəriyyəsi onu əsas götürür ki, hər hansı denotat ( predmet, 
əlamət, hərəkət, daha doğrusu, ətraf aləmdə, gerçəklikdə olan element), hər hansı 
situasiya müxtəlif cür təsvir oluna bilər. Üstəlik nəzərə almaq lazımdır ki, hər bir 
dilin özünün təsvir üsulları vardır və bu üsulu ayrı-ayrı mətn vahidlərinin yeniləş-
məsi yolu ilə yox, təsvir olunan situasiya yolu ilə tapmaq lazımdır. 
Söz tərcüməsi – mətnin,  əsasən, leksik səviyyədə realizə olunan tərcüməsi 
deməkdir. 
Söz birləşməsi səviyyəsində  tərcümə - İlkin dildə müvafiq söz birləşməsində 
ekvivalentini axtaran tərcümə. 
Sinxron tərcümə modeli – Sinxron tərcüməçinin fəaliyyətinin mühüm xassələ-
rindən olan təsviri – sxematik təsviri. 
Sinxronlaşdırma mexanizmi – Tərcümə hərəkətlərinin və tərcümə həllinin hə-
yata keçirilməsinin axtarışında istifadə olunur. 
Sintaktik kompressiya – orijinalda verilmişlə daha müxtəsər və daha sadə sin-
taktik konstruksiyanın seçilməsi. Sintaktik kompressiyaya növbəti üsulları aid 
etmək olar – 1) Bir neçə budaq cümlənin iki və daha artıq sadə struktura parçalan-
ması, 2) Budaq cümlənin fe`li sifətlə  əvəzlənməsi, 3) Söz birləşməsinin bir sözlə, 
eləcə  də dövlətin, yaxud təşkilatın tam adının ixtisarla, yaxud abbreviatura ilə 
əvəzlənməsi. 

«TƏRCÜMƏŞÜNASLIQ VƏ ONUN MÜASİR DÖVRDƏ ROLU» III Respublika tələbə elmi-praktik konfransı 
 
 
156 
Sintaktik aktantlar – real aktantları bildirən ( mübtəda, bütün hallarda işlənən 
tamamlıq, yer zərfliyi və s.) cümlə üzvləri. 
Diaxron tərcümə - qeyri-müasir ədəbi mətnin ( tarixən əvvəl mövcud olmuş ) 
müasir tərcüməsi. 
Dilarası kommunikasiya (ünsiyyət) – dil hüdudlarından kənara çıxan kommu-
nikasiya. 
Dilarası intersemiotik tərcümə - 2 semiotik sistem arasında həyata keçirilən tər-
cümə. Burada əsasən, semiotikaarası transformasiyadan, məsələn, ədəbiyyat dilin-
dən film (kino) dilinə, yaxud təsviri sənət dilindən musiqi dilinə tərcümədən və s. 
söhbət gedir. 
Elmi  ədəbiyyat tərcüməsi – bu janrı ilkin mətndəki faktik materialda heç bir 
kiçicik dəyişikliyin aparılmasına yol vermir. 
Tərcümədə simulyasiya – müxtalif oxucuları özünə cəlb etmək məqsədilə oriji-
nalı tərcümə kimi göstərmək. Bu isə yalançı mətn adlanır. 
Tərcümə referat – bəzən tərcüməçiyə  mətni ixtisar imkanı verilir ki, oradan 
ikinci dərəcəli şeyləri kənara atıb, tərcümə olunan işin məzmununu daha müxtəsər 
şəkildə öz sözləri ilə şərh etməsi nəzərdə tutulur. 
Tərcümə - reminissensiya – orijinalın təsiri altında onun məzmununun və yaxud 
formasının komponentlərindən istifadə etməklə, lakin müəllif əsərinin ilkin mənbəsi 
göstərilməməsi yaradılmış bədii poetik mətn. 
Gloss tərcümə - hər tərəfli əhatə olunmuş , yəni həm məzmun, həm forma cə-
hətdən düzgün tərcümə olunmuş mətn. 
Sinxron intralinqval tərcümə - ədəbi əsərlərin dilin inkişafında eyni tarixi dövrə, 
mərhələyə keçməsi. 
Fonem tərcümə - ayrı-ayrı fonem səviyyəsində yerinə yetirilən tərcümə. Tər-
cümə vahidi kimi fonemin seçilməsi heç də tez-tez müşahidə olunmur. Çünki fonem 
məna daşıyıcısı deyil, o yalnız məna fərqləndirici rolu oynayır və bu əksər hallarda 
şəxs adlarının tərcüməsində müşahidə olunur və eyni zamanda digər ölkələrin sosial 
və mədəni-məişət həyatında uyğunluq olmayan realilərin tərcüməsində rast gəlinir. 
Bu və daha bir çox  terminləri öyrənməklə tərcüməçi öz mətninə daha düzgün və 
dolğun məlumat qataraq  bunun vasitəsilə böyük təcrübə əldə edə bilər. 
 
 
 
 

Materiallar 
                                                                                                                             08 may 2010-cu il
 
 
157 
AZƏRBAYCAN DİLİNDƏN İNGİLİS DİLİNƏ 
(VƏ ƏKSİNƏ) TƏRCÜMƏ TARİXİNDƏN 
Safurə KƏRİMOVA 
Qafqaz Universiteti Tərcümə Bölməsi II Kusr Tələbəsi 
Elmi rəhbər: 
 
Hər hansı bir xalqın mədəniyyətində və ədəbiyyatında bəşəri duyğuları, ideya-
ları özündə təcəssüm etdirən nə kimi möhtəşəm, gözəl sənət əsəri varsa, o materiklər 
kimi kəşf olunur - tərcümə edilib digər xalqların mənəviyyatında özünə müəyyən 
yer qazanır. Ayrı-ayrı ölkə xalqlarının ədəbiyyatlarının, bu ədəbiyyatların yaradıcı-
larının biri-birinə təsiri, əlaqəsi ədəbi əlaqələri şərtləndirən başlıca amillərdən sayılır. 
Əgər tərcümə sahəsi olmasaydı hər hansı xalqın mədəniyyəti, tarixi və ədəbiyyatı  
başqa millətlər tərəfindən tanınmazdı. Hər bir xalqın dili, mədəniyyəti və ədəbiyyatı 
onda güclü, qüdrətli olur ki, o xalqın böyük tərcümə ədəbiyyatı vardır. O xalq ona 
görə güclü mədəniyyət və ədəbiyyat sahibidir ki, başqa xalqların mənəvi, mədəni 
nailiyyətlərini öz doğma dilinə çevirir, onlardan bəhrələnir. 
Əgər  Tərcümənin keçmiş tarixinə nəzər yetirsək onun  əvvəllər ayrıca bir sənət  
sahəsi deyil, pedaqogikanın bir bölməsi olduğunu görərik. 
Dünya mədəniyyətinin və ədəbiyyatının tərcümə olunduğu dil və bu tərcümələrlə 
zənginləşən ədəbiyyat dünya dili və dünya ədəbiyyatına qovuşur. Daha doğrusu, dünya 
ədəbiyyatını tərcümə edən hər hansı dil böyüklüyündən-kiçikliyindən asılı olmayaraq 
ədəbi əlaqələrin mənəvi körpüsünü yaradır və zənginləşir. Bu cəhətdən Azərbaycan 
dili də istisna deyil.  
Klassik Azərbaycan  ədəbiyyatının Qərbi Avropa dillərinə, o cümlədən ingilis 
dilinə  əhatəli tərcüməsinin XVII əsrdən etibarən başlandığını, XVIII əsrdən isə 
daha intensiv şəkil aldığını söyləmək olar. Bu vaxtdan etibarən Xaqani, Nizami, 
Nəsimi, Füzuli kimi klassiklərin əsərləri Avropada öyrənilməklə bərabər, eyni za-
manda əcnəbi xalqların dillərinə də tərcümə edilməyə başlanmışdır. 
“İngilis  şərqşünaslığının atası” kimi dəyərləndirilən Vilyams Cons ilk dəfə 
1786-jı ildə Kəlküttədə “Nizaminin nağılları və ibrətli hekayələri” adı ilə N.Gəncəvi 
yaradıcılığını ingilis ədəbi dünyasına çatdırmışdır. O, Nizami yaradıcılığını diqqət 
və məhəbbətlə öyrənmiş, mütəfəkkir şairimizin “Sirlər xəzinəsi” poemasını nəsrlə 
ingilis dilinə tərcümə etmişdir. Bu tərcümə V.Consun ölümündən sonra -1804-cü ildə 
Londonda nəşr olunmuşdur. 
Nizaminin eyniadlı poemasını sonralar professor C.Hidon və London universi-
tetinin fars dili kafedrasının professoru Q.Hüseyn Darab tərcümə etmişdir.  
Bundan sonra ingilis şərqşünaslarından C.Etkinson Nizaminin «Leyli və Məcnun» 
poemasını 1836-cı ildə Londonda nəşr etdirmişdir. Əsər sonralar iki dəfə - 1894 və 
1895-ci illərdə təkrar nəşr olunmuşdur. 1966-cı ildə isə doktor R.Qelpke poemanı 
yenidən tərcümə edərək Londonda nəşr etdirmişdir.  

«TƏRCÜMƏŞÜNASLIQ VƏ ONUN MÜASİR DÖVRDƏ ROLU» III Respublika tələbə elmi-praktik konfransı 
 
 
158 
N.Gəncəvinin «Yeddi gözəl» poeması 1924-cü ildə Londonda nəşr olunmuşdur. 
Əsəri ingilis dilinə K.Uilson tərcümə etmişdir. 
İngilis şərqşünaslarından U.Auslinin «Şərq məcmuəsi»ndə (1797), Q.Auslinin 
«Fars şairləri haqda avtobioqrafik qeydlər» kitabında (1846) Nizami yaradıcılığın-
dan bəhs olunmuşdur.  
Bütün bunlarla yanaşı Avropada N.Gəncəvinin «Sirlər xəzinəsi»ni  tam şəkildə 
və izahatlarla nəşr etdirən ingilis alimi H.Blənd olmuşdur (London, 1844). 
İngilis  şərqşünası V.Klark Nizaminin «İskəndərnamə»sinin birinci hissəsini - 
«Şərəfnamə» nin nəsrlə tərcüməsini hazırlayıb 1881-ci ildə Londonda nəşr etdirmişdir. 
İran alimi H.Həsən Azərbaycan şairi M.Fələki Şirvaninin (1108-1146) divanını 
1929-cu ildə Londonda çap etdirmişdir. 
XI əsrin böyük Azərbaycan Ədəbiyyatşünası və alimi Xətib Təbrizinin əsərlər-
inin əsərlərinin müəyyən hissəsinin, Fələki təxəllüsü ilə yazan Şirvan şairi Əbunəzzam 
Həkim Cəlaləddin Məhəmməd  Şirvaninin  əsərlərinin ingilis dilinə  tərcüməsi və 
nəşrləri Azərbaycan-ingilis ədəbi əlaqələrinin inkişafında mühüm rol oynamışdır. 
İngilis Ədəbiyyatşünası Q.Ausli, C.Braun və başqaları tədqiqatlarında Azərbaycan 
Ədəbiyyatı nümunələrinə müraciət etmiş, ayrı-ayrı  əsərlər və müəlliflər haqqında 
məlumatlar vermişlər ki, bu da ədəbi  əlaqələrin inkişafı baxımından mühüm əhə-
miyyət kəsb etmişdir.  
İngilis Ədəbiyyatşünaslığında şifahi xalq Ədəbiyyatımızın incilərinə də həmişə 
maraq böyük olmuş, “Koroğlu” dastanı 1842-ci ildə polyak şərqşünası A.Xodzko 
tərəfindən ingilis dilinə tərcümə olunmuş və Londonda nəşr edilmişdir. 
Azərbaycan Ədəbiyyatı nümunələrinin tərcüməsinə maraq sonrakı dövrlərdə də 
davam etmişdir. Məsələn, M.Füzulinin “Leyli və  Məcnun” poeması 1970-ci ildə 
Londonda nəşr olunmuşdur. Poemanı ingilis dilinə türk şairəsi S.Huri tərcümə etmişdir. 
Şərqşünas E.Gibb 1904-cü ildə Londonda nəşr etdirdiyi “Osmanlı poeziyasının 
tarixi” kitabında M.Füzuli yaradıcılığı haqqında ətraflı məlumat vermişdir. 
Ötən  əsrin 70-ci illərində ABŞ-ın Pensilvaniya universitetində  nəşr olunan 
“Ədəbiyyat” adlı jurnalda da Şərq Ədəbiyyatına, o cümlədən Azərbaycan Ədəbiy-
yatına xüsusi diqqət yetirilmiş, jurnalın bəzi nömrələrində  ədəbi nümunələrimiz 
birbaşa orijinaldan tərcümədə verilmişdir. 
İngilis Ədəbiyyatından Azərbaycan dilinə tərcümə işinə isə XIX əsrin sonların-
dan başlanmışdır. 
İngilis  Ədəbiyyatının digər klassiklərinin  əsərləri də ayrı-ayrı illərdə 
Azərbaycan dilinə çevrilmişdir. Lakin bu tərcümələrin  əksəriyyəti  əsasən rus dili 
vasitəsilə edilmişdir.  
Ötən əsrin 70-80-ci illərində isə bilavasitə orijinaldan tərcümə işinə diqqət artı-
rılmış, Azərbaycan müstəqillik qazandıqdan sonra isə bütün tərcümələr demək olar 
ki, bilavasitə ingilis dilindən edilmişdir.  

Yüklə 3,6 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin