Azərbaycan Respublikası “ÇAĞ” Öyrətim İşlətmələri



Yüklə 3,6 Kb.
Pdf görüntüsü
səhifə18/45
tarix26.02.2017
ölçüsü3,6 Kb.
#9778
1   ...   14   15   16   17   18   19   20   21   ...   45

Materiallar 
                                                                                                                             08 may 2010-cu il
 
 
135 
bəy əsərdə özünün Cavanşir nəslindən və zəhmətlə  çalışmağın ona uyğun olmadı-
ğını deməklə  məsələnin kökünə, mahiyyətinə nüfuz edir və göstərir ki, tüfeylilik, 
zəhmətə olan mənfi münasibət bu və ya digər bir bəyə xas sifət yox, ümumiyyətlə, 
bəyliyin tipik xüsusiyyətidir. 
Maraqlıdır ki, Heydər bəy kimi müflisləşmiş bəylərin o dövrdə, dövlətdə müəy-
yən vəzifə tutması nə dərəcədə düzgün sayıla bilərdi. Daima rəiyyətin, məzlum xalq 
kütlələrinin malı ilə, qəsbkarlıqla dolanan bəyin olması o dövrdə mövcud olan döv-
lətin çürüklüyünə bir növ sübutdur. 
Müasir dövrümüzdə də bu cür neqativ hallarla çox da olmasa hərdən rastlaşırıq. 
Bəzi dırnaqarası dövlət məmurlarının, vəzifəli şəxslərin öz səlahiyyətlərindən sui-
istifadəsi, vəzifəsinə olan biganəliyi, daim xeyrini güdməsi çox mənfi bir hal kimi 
diqqəti cəlb edir. 
Beləliklə, Axundovun dahiliyi məhz bunda idi. Öz dövrünə aid problemləri 
tənqid etməklə özündən sonrakı nəsillərə baş verə biləcək hadisələri, mənfi cəhət-
ləri düzgün analiz etməyi, daim haqq, ədalət, düzgünlük tərəfində durmağı, zülmə, 
əsarətə baş əyməməyi bir növ miras qoymuşdur. 
 
 
AZƏRBAYCAN DİLİNDƏ BƏZİ FRAZEOLOJİ 
VAHİDLƏR VƏ DİALEKTLƏRİMİZ 
Vüsalə QƏRİBZADƏ 
ADPU-nun filologiya fakültəsi, III kurs, 301-ci qrup tələbəsi 
Elmi rəhbər: prof. B.Ə.Xəlilov 
 
Məhdud dairədə  işlədilən dialekt və  şivə sözlərinə dialektizmlər deyilir. Dia-
lektizmlərim müasir Azərbaycan dilinin zənginləşməsində  əhəmiyyəti böyükdür. 
Oğuz rayonunun dialektləri də Azərbaycan dilinin dialektoloji lüğətində öz əksini 
tapmışdır. Oğuz rayonunun dialektləri arasında fellər sayca üstünlük təşkil edir. 
Tərkibcə  dəyişməyən və  məcazi mənada işlənən sabit söz birləşmələrinə fra-
zeloji vahidlər və ya frazeologizmlər deyilir. 
Qeyd edək ki, dilçilik ədəbiyyatında frazeologizmlər ədəbi dil ünsürləri hesab 
olunsa da, dialektizmlər qeyri-ədəbi dil ünsürləri hesab olunur. Lakin buna baxma-
yaraq, dialektizmlərin ədəbi dildə qarşılığı vardır. Oğuz rayonunun elə dialektləri 
vardır ki, onların  ədəbi dildə qarşılığı  məhz frazeologizmlərdir. Bunu aşağıdakı 
nümunələr üzrə daha aydın başa düşmək olar: 
Çul düşməx` (Azərbaycan dilinin dialektoloji lüğəti. Bakı, 2007. Səh 107) – 
Əldən düşmək. 
Məsələn: Gidif çul düşəllər ö:yə 
Həfra düşməx` (Azərbaycan dilinin dialektoloji lüğəti. Bakı, 2007. Səh 199) – 
didərgin düşmək 

«TƏRCÜMƏŞÜNASLIQ VƏ ONUN MÜASİR DÖVRDƏ ROLU» III Respublika tələbə elmi-praktik konfransı 
 
 
136 
Məsələn: Məcnun Leylinin dərdinnən həfra tüşüf. 
Naxışı gətiməx` (Azərbaycan dilinin dialektoloji lüğəti. Bakı, 2007. Səh 367) – 
bəxti gətirmək 
Məsələn: Mə:n naxışım gətdi. 
Tıncıxmax` (Azərbaycan dilinin dialektoloji lüğəti. Bakı, 2007. Səh 496) – 
ürəyi sıxılmaq. 
Məsələn: Kök adam həmişə tıncıxır 
Oğuz rayonunun dialekt və şivələrinin dil xüsusiyyətləri olduqca zəngindir. Biz 
onların bir qismini burada izah etməyi məqsədəuyğun saydıq. Bu istiqamətdə geniş 
tədqiqat aparmağa böyük ehtiyac var. 
 
 
 
MAHMUD KAŞĞARININ ƏSƏRLƏRİNDƏ                    
ATALAR SÖZLƏRİ 
Elşanə RƏHİMLİ 
Azərbaycan Dövlət Pedaqoji Universiteti Filologiya Kurs: I 
Elmi rəhbər: Xəlilov B. 
 
Həyatı obrazlı  şəkildə  əks etdirən incəsənət növlərindən biri də  ədəbiyyatdır. 
Onun şifahi və yazılı yolla yaranıb inkişaf edən janrları insanların başqalarına mü-
nasibətlərində, onların dünya görüşüünü formalaşmasında müstəsna rola malikdir.  
Atalar sözləri şifahi xalq ədəbiyyatının əsas janrlarından biridir. Atalar sözləri 
xalqın yaratdığı  və  əsrlərdən bəri özünə  həyat düsturu etdiyi hikmətli və möcür 
sözlərdir.  
Mövzu müxtəlifliyi ilə yanaşı bitmiş fikir, ümumiləşdirmə və nəticə atalar söz-
lərinə xas olan əsas cəhətlərdir. Atalar sözləri xalqın həyatında sınanmış, müdrik və 
nəsihətli fikirlərindən ibarət olur və böyük əxlaqi-tərbiyəvi əhəmiyyət daşıyır. Əsas 
xüsusiyyətləri həcmcə kiçikliyi, lakin mənaca hikmətli və nəsihətli olmasıdır. Ata-
lar sözləri bitkin fikir ifadə edir, həm həqiqi, həm də məcazi mənada işlənir. Həqiqi 
mənada işlənən atalar sözlərinə  “Doğru söz acı olar”, “İş insanın cövhəridir”, 
Yaxşı dost qardaşdan irəlidir”, “Çıcan can geri qayıtmaz” və s.misal göstərmək 
olar. Məcazi mənada işlənən atalar sözlərinə “Qələm qılıncdan itidir”, “Qaz lələyi 
qanun yazar”, “Torpaq deyər: öldür məni dirildim səni” və s. misal  göstərmək 
olar. Bu atalar sözlərinin izahına baxsaq, birincidə qələmin qılıncdan möhkəmliyi 
yox, sözün kəsərliliyi, ikinci atalar sözündə vaxtilə  lələkdən qələm kimi istifadə 
olunması  və qanunun da qələmlə yazılması, üçüncüsündə isə torpağa nə  qədər 
yaxşı qulluq edilərsə, məhsulun bir o qədər çox olması, güzəranın yaxşılaşmasını 
nəzərə çarpdırılır. 

Materiallar 
                                                                                                                             08 may 2010-cu il
 
 
137 
Tapmacalar kimi bu janr da həm nəzmlə, həm də nəsrlə olur. Məsələn:  
Hər nə yedin dadındır, 
Hər nə verdin adındır, 
Hər nə qaldı yadındır         nəzmlə,  
Bu günün işini sabaha qoyma, kitab bilik mənbəyidir. Nəsrlə olan atalar sözlər-
inə aiddir. 
Y.V.Çəmənzəminli atalar sözləri və digər janrları tədqiq etmiş, eyni janrların, hətta 
mövzuların bir çox xalqların ədəbiyyatında olduğunu müəyyənləşdirmişdir. O, atalar 
sözlərini digər janrlarla müqayisə etmiş, atalar sözlərinin daha bəşəri olduğunu və 
bu oxşarlıqların ta Roma filosoflarına qədər gedib çatdığının şahidi olmuşdur. 
Kökü kökümüzdən, dili dilimizdən olan Kərkük türklərinin ədəbiyyatına nəzər 
salsaq, onun folklor nümumənləri içərisində  məzmunca eyni atalar sözlərinin 
olduğunun şahidi olarıq. Məsələn: “Əyri  ağca düz olmaz, rəndə vursan yüz yerdən” 
Kərkük atalar sözünun Azərbaycan  Ədəbiyyatında qarşılığı  “Quyuya su tökməklə 
quyu dolmaz”, “Gəmidə oturub, gəmiçinin gözünü çıxarır” atalar sözünə  “Yersiz 
gəldi, yerli qaç”, “Yara sahibini mincidər” atalar sözünə “Sirkə nə qədər tünd olsa, 
öz qabını çartladar” və ya “Soğan nə qədər acı olsa, öz qabığının yandırar” və s. 
misal göstərmək olar. Azərbaycan atalar sözlərində düzlük, mərdlik, humanizm, 
vətənpərvərlik və s. insani keyfiyyətlər təbliğ olunur. Məsələn: “Özgəyə quyu 
qazan özü düşər”, “Qorxaq gündə yüz yol ölər, igid ömründə bir yol”, “Aağac bar 
verəndə başını aşağı əyər”, “Elə arxalanan igidin arxası yerə dəyməz” və s.  
Şifahi xalq ədəbiyyatı yazılı  ədəbiyyat üçün zəngin məlumat mənbəyidir. 
Abbas Səhhətin “Yoxsulluq eyib deyil”, Nəcəf bəy Vəzirovun “Daldan atılan daş 
topuğa dəyər”, “Yağışdan çıxdıq yağmura düşdük”, “Sonrakı peşmançılıq fayda 
verməz” əsərlərinin adı şifahi xalq ədəbiyyatının atalar sözü  janrından götürülmüşdür.  
Qədim dövr Azərbaycan  ədəbiyyatının incilərindən sayılan, möhtəşəm “Dədə 
Qorqud” dastanının müqəddiməsində  Dədə Qorqudun öz dilindən deyilmiş atalar 
sözləri var. 
Allah-Allah deməyincə  işlər olmaz”, “Əcəl vədə verməyincə, kimsə ölməz”, 
Əski pambıq bez olmaz”, “Qarı düşməni dost olmaz” və s. 
Türk dünyasının təməl əsərlərindən olan “Divani lüğət-it-türk”ün müəllifi dahi 
dilçi, ensklopedist Mahmud Kaşğari divanında gətirdiyi sözləri izah etmək üçün 
müxtəlif atalar sözü və məsəllərdən, dastan və şeirlərdən örnəklər gətirmişdir. Həmin 
örnəklərdə istifadə olunan atalar sözlərinə aşağıdakıları misal göstərmək olar. Mə-
sələn: Mahmud Kaşğari “Uladı” sözünü izah edərək “Çöldə qurd ulasa, evdə qurda 
acıyan köpəyin bağu sızlar” atalar sözündən istifadə etmişdir ki, bunun da mənası 
qohumların bir-birinə yardım etməsi kimi anlaşılır. “Ölidi” sözünün izahını “Ya-
pıncılı adam islanmaz, qantarğalı at özündən çıxmaz” atalar sözündə vermişdir. 
Bunun mənası hər bir işə hazır olmaqdır.  
“Büdhidi-oynadı, rəqs etdi” deməkdir. Mahmud Kaşğari bu sözün izahını “Qarı 
oyun bilməz, yerim dardır deyər” atalar sözündə vermişdir. Bu söz bir şeyi ən yaxşı 

«TƏRCÜMƏŞÜNASLIQ VƏ ONUN MÜASİR DÖVRDƏ ROLU» III Respublika tələbə elmi-praktik konfransı 
 
 
138 
şəkildə bildiyini iddia edən, ancaq məqamə çatanda edə bilməyən və müxtəlif 
uydurmalarla işin içindən çıxmağa çalışan adam haqqında söylənmişdir. 
“Kökrədi – bulud kükrədi” Bu atalar sözündə belə  işlənmişdir: “Dəyirmanda 
anadan olan siçan göy gurultusundan qorxmaz”. Təhlükəli işlərdə bişbiş adamı kiçik 
bir şeylə qorxutmaq istəyəndə deyilir.  
Görkəmli türkçümüz Mahmud Kaşğarinin möhtəşəm əsərlərindən biri olan di-
vanındakı atalar sözləri hər birimiz üçün örnək olmalı və biz gənclər onun hər bir 
əsərlərini mükəmməl öyrənməli, gələcək nəsillərə ötürməliyik.  
 
 
HEMİNQUEYİN «ƏLVİDA SİLAH» ROMANINDA   
HƏRBİ VƏ SOSİAL MÜHİT PROBLEMİ 
Günay MİRZƏYEVA 
ADPU-nun  Mühəndis pedaqoji və 
bədii qrafika fakültəsinin I kurs tələbəsi 
Elmi rəhbər: dos. Vəliyeva Səkinəxanım 
 
Bütün canlılar və insanlar bir-biriləri ilə daimi müharibə və sülh vəziyyətində   
yaşayırlar. Yəni, hər kəs birinci mövbədə öz ambisiyalarının keşiyini çəkir. Ona 
görə də mənayelər toqquşanda onlardan biri digərinə güzəştə getmək istəmir. Belə 
vəziyyətlərin aradan qaldırılmasına daima müdriklər, ağsaqqal və ağbirçəklər cəhd 
etmiş, çox zaman da məqsədlərinə çatmışlar. 
Müharibələr də dövlətlərin və ayrı-ayrı hakim dairələrin subyekfiv mövqelərin-
dən irəli gələn kəskin toqquşmaların nəticəsi kimi üzə  çıxır.Bəşər təfəkküründə 
müharibəyə daima ikili münasibət olmuşdur; bir tərəfdən müharibə, ondan gözlənən 
mənfəət və qələbələr, əldə ediləcək şan-şöhrət təbliğ edilirsə, digər tərəfdən müha-
ribənin bəşər mədəniyyətinə, ümumən təbiətə və cəmiyyətə vurduğu amansız yara-
lar nifrətlə qarşılanaraq lənətlə damğalanmaqdadır. Mütərəqqi fıkirli bəşəriyyət 
həmişə müharibə  və onun törətdiyi rəzilliklərə qarşı ardıcıl mübarizə aparmış  və 
aparmaqdadır. Çünki onlar müharibənin hər iki halda, yəni həm məğlubiyyət, həm 
də qələbə olacağı təqdirdə insanlara itkilər və mərhumiyyətlər gətirdiyini dərindən 
dərk edirlər. Buna bəşəriyyətin müharibələг, qırğınlarla dolu tarixi inkişaf yolunun 
ibrət dərsləri səbəb olmuşdur. 
Ernest Heminqueyin yaradıcılığı, demək olar ki, bütünlüklə müharibə əleyhinə, 
onun törətdiyi mənəvi yaraların qarşısının alınmasına, beləliklə, bəşəriyyətin həya-
tının xilasına xidmət köklənmişdir. Onun müharibə dövrü publisistikası və mühari-
bədən sonrakı yazıları əsasən müharibə yaralarının bədii və publisistik əksinə həsr 
olunmuşdur. Bu əsərlərdə müharibənin daha çox insanların mənəviyyatına vurduğu 
zərbələr, onların mənəvi-psixoloji sarsıntıları, ictimai-siyasi mühitdə gedən pozucu 
proseslər və. s. obyektinə çevrilmişdir. Bundan başqa, təbiətin də müharibədən aldığı 

Materiallar 
                                                                                                                             08 may 2010-cu il
 
 
139 
yaralar yeri gəldikcə diqqət mərkəzinə çəkilir. Yazıçı həmin yolla insanla təbiətin 
vəhdətini, onların vahid bir tamın hissələri olduğunu ifadə etməyə çalışmış və məq-
sədinə sənətkarlıqla naıl olmuşdur. 
Ernest Heminqueyin müharibə əleyhinə çağırmış nidası kimi səslənən belə əsər-
lərdən biri “Əlvida, silah” romanıdır. O, romanı 1928-ci ilin 1 martında yazmağa 
başlamış, 1929-cu il iyunun sonunda tamamlamışdır. Roman çapdan çıxan kimi, 
yazıçının digər əsərlərinin səbəb olduğu sensasiyalardan da çox səs-küy qaldırmış-
dır. Ədibin tənqid və geniş oxucu kütləsi E.Heminqueyin “Əlvida silah” romanını 
yüksək sənət nümunəsi və müharibə əleyhinə vaxtında yüksələn haray kimi qəbul 
etmışdir. Məsələn, F.C.Hofman yazırdı ki, tarixi ittihamda Heminqueylə, miss Uorton 
eyni mövqedə dayananların da, bu əsər, yəni “Əlvida silah” romanı onun (Hemin-
queyin) movqeyini daha da möhkəmləndirir. 
Bununla müəllif Heminqueyin nıüharibənin bəşər həyatına vurduğu yaraları 
daha böyük sənətkarlıqla, həm də  uğurlu düşünülmüş mövqedən  əks etdirdiyinı 
göstərmək istəmişdir. Əgər müharibə insan taleyi və bəşər mədəniyyəti üçün bu də-
rəcədə  dəhşətli və bağışlanmazdırsa, deməli hər hansı  ınüharibənin düşdüyü tarix 
həmin rnüharibə ləokəsıni ozündə daşıdığına görə nəsillərin lənytinə məhkumdur. 
Heminqueyin əsərlərindən çıxan əsas məntiqi nəticə də bundan ibarətdir. Hofman 
da yuxandakı fıkri yazan kəsə şübhə yoxdur ki, Heminqueyin romanının məhz hə-
min keyfiyyətini nəzərdə tutmuşdur. 
Başqa bir tənqidçi - Edmunt Uilson isə “Əlvida silah” romanının qəhrəmanla-
rının belə bir cəhətinə dıqqət yetirilirdi ki,  “onlarm bəxtlərinə düşən bütün əzab və 
sarsıntıların hamısı    ətraf aləmin təsirindən yaranır. Ona görə romanın bütün kişi 
qəhrəmanları müharibənin günahsız qurbanlarıdırlar. 
Burdan belə bir haqlı  nəticəyə  gəlmək olur ki, müharibə, istər  ədalətli olsun, 
istərsə ədalətsiz, insanlara fəlakət, əzab və məhrumiyyətlər gətirir. Onun törətdik-
ləri insanların ürəklərini heç vaxt açmır. Təsadüfi deyil ki, taleləri müharibə dövrünə 
düşən nəsillər müharibə dövrünün məhrumiyyətlərini, əzab və məşəqqətlərini daim 
kədər və  məyusluq, qəzəb və nifrinliklə, həm də günahsız qurbanlara məxsus bir 
məsumluqla xatırlayırlar. Bu zaman onların baxışlarındakı  əzab və  kədəri görmə-
mək mümkün deyil. Heminqueyin əsərlərində, o cümlədən «Əlvida silah!» roma-
nında müharibə dövrü insanların, daha doğrusu, müharibənin odu, alovu talelərindən 
keçən insanların əzab və işgəncələrinin, mənəvi-psixoloji sarsıntılarının bədii əksini 
görürük. Onlann heç biri məruz qaldıqları  həmin  əzab-əziyyətləri çəkmək üçün 
günah işlətməmişlər. Yeganə “günahları” ömürlərinin həmin dövrə, yəni müharibə-
yə düşməsidir. Ona görə  də E.Uilson müharibə  qəhrəmanlarını, daha doğrusu, 
ömürləri müharibənin odu-alovu içində keçən isnanları günahsız qurbanlar adlan-
dırır. Bizcə, bu qiyməti verərkən tamamilə doğru fıkir söyləmişdir. 
Qeyd etmək lazımdır ki, E.Heminqueyin qəhrəmanları təkcə öz fərdi talelərini 
yaşamaqla kifayətlənmirlər. Onların keçirdikləri mənəvi-psixoloji sarsıntılar sanki 
bəşəriyyətin əzab və mərhumiyyətlərinin ideya-bədii ifadəsidir. Təsadüfi deyil ki, 

«TƏRCÜMƏŞÜNASLIQ VƏ ONUN MÜASİR DÖVRDƏ ROLU» III Respublika tələbə elmi-praktik konfransı 
 
 
140 
R.B.Uest “Əlvida silah!” əsərini təkcə “hərbi” roman deyil, həm də böyük ümumi-
ləşdirmə tələbi ilə yazılmış əsər hesab edir. 
“Əlvida silah!” romanının məhəbbət xəttinə də xüsusi fıkir  verilmiş, bu barədə 
bir sıra qiymətli fıkirlər söylənmişdir. 
Əsərin 1961-ci ildə Azərbaycanda çıxan nəşrini H.Hacıyevin ön söz əvəzinə 
yazdığı “Müəllif və kitab haqqında” başlıqlı qeydlərində oxuyuruq: “E.Heminquey 
beynəlxalq yazıçıdır. Onun əsərlərinin əksəriyyətində bir xalqın deyil, bir çox xalq-
ların taleyindən bəhs olunur. «Əlvida, silah!» da belə  əsərlərdəndir. Romanın ilk 
nəşri 1929-cu ildə çıxmış və çox kecmədən oxucuların dərin rəğbətini  qazanmışdır.  
Romanın rəğbətlə    qarşılanmasının səbəbini isə  hər şeydən  əvvəl romanın sadəli-
yində, həqiqətı dərindən əks etdirməsində, onun lirik bir dildə yazılmasında axtar-
maq lazımdır. 
“Əlvida, silah” adından goründüyü kimi, müharibə əleyhinə yazılmış romandır. 
İlk baxışda iki gəncin amerikan leytenanlı ilə ingilis qızı Ketrinin məhəbbət tarixin-
dən bəhs edən bu roman əslində daha geniş ictimai məsələləri əhatə edir, müharibə-
nin xalqların başına gətirdiyi müsibətləri real boyalarla göstərir. 
“Əlvida, silah” romanını sətırdən-sətrə keçdikcə müharibə meydanlarına, ön atəş 
xəttinə doğru irəliləyirsən. Adamın burnuna müharibənin törətdiyi dağıntı toztor-
pağın iyi gəlir. Oxucunun bütün varlığı müharibə mövzusu üzərində köklənir. Roman 
belə başlanır: 
“O il yayın axırlarında biz, kənddə, balaca bir evdə olurduq, oradan çay və 
düzənlik görünürdü, bunların arxasından da dağlar ucalırdı. Çayın yatağı  çınqılla 
və çağıl daşlarla örtülmüşdü; gün işığının şəfəqləri altında bunlar quru və ağ kimi 
gorünürdü, su isə dumduru və gömgöy idi, həm də itı axırdı. Balaca evin yanındakı 
yoldan qoşlar keçdiyindən onların qaldırdığı toz ağacların yarpaqlarına qonurdu. 
Ağacların gövdələri də toz ilə örtülmüşdü. Həmin il yarpaqlar da tez tökülməyə 
başlamışdı. Biz də qoşunların yol ilə getməsinə, burularaq qabanasına, küləyin 
tökülən yarpaqları qabağına qal aparmasına,  əsgərlərin addımlamasına, sonra isə 
ağaran boş yolı ancaq yarpaqların tökülüb qalmasına baxırdıq”. 
Bu təsvirdən də görünür ki,hətta cəbhədən xeylı uzaq olsa belə  ən ucqar və 
balaca bir kənddə də müharibə öz nəfəsini hamıya hiss elətdirir. 
Çünki dayanmadan, fasiləsiz şəkildə daim cəbhə xəttinə axışan qoşun hissələri 
və hərbi texnika istənilən adamda müharibə ovqatı yaradır. Özü də hər bir müha-
ribə birinci növbədə torpağa və onun nemətlərinə, bir sözlə təbiətə ziyan vurur. Tə-
sadüfi deyil ki, ərzində balaca evin yanından keçən qoşunun əsgərlərinin çəkmələ-
rinin qaldırdığı toz ağacların yarpaqlarına və gövdəsinə qonaraq onları örtüb bas-
dırırdı. Nəticədə həmin il ağacların yarpaqları tökülməyə başlayır. Bu, elə mühari-
bənin təbiətə vurduğu, özü də ilk baxışda nəzəri cəlb etməyən ilkin yaralardır. 
Həmin yaralar güllə və mərmilərdən fərqli olaraq, təbiət və insanları səssiz –səmir-
siz hiss olunmadan öldürür.  

Materiallar 
                                                                                                                             08 may 2010-cu il
 
 
141 
Qəhrəman  əsgərlərin addımlanmasına, bu zaman onların çəkmələrinin qaldır-
dığı tozun burularaq qalxmasına, küləyin məhz tökülən yarpaqları (burularaq qalxan 
tozu yox) qabağına qatıb aparmasına, sonra isə ağaran boş yolda ancaq yarpaqların 
tökülüb qalxmasına baxmasını növbə və ardıcıllıqla təsvir etməklə müəllif assasiativ 
bir mənzərə yaradır. Həmin mənzərə müharibənin törətdiyi kədərli bir səhnədir; 
insanlar axınla gedir, toz qalxır, yarpaq tökülür, əsgərlər addımlayır, ağaran boş 
yölda ancaq tökülüb yarpaqlar gözə çarpır, külək də yarpaqları qovur. 
Bütün bunlar müharibə nəticəsində insanların və təbiətin vaxtından əvvəl, özü 
də kütləvi şəkildə məhvini oxucunun gözü qarşısında canlandıran canlı və kədərli 
lövhəni tamamlayır. Bu lövhə ətraf aləmin müharibə havası üzərində kökləndiyinin 
bədii təsdiqinə xidmət edir. Odur ki, oxucu elə əsərin ilk cümlələrindən özünü ınü-
haribə  şəraitində hiss etməyə, onun qəhrəmanları ilə, müharibənin tozlu və çirkli 
havasında birgə  nəfəs almağa başlayır. Lakin müəllif bununla kifayətlənməyib
daha dərin qatlara enməyə başlayır: “Hərdən qaranlıqda biz, pəncərələrimizin altın-
dan qoşunların keçdiyini və yedəyə alınmış topların yanımızdan ötdüyünü eşidirik. 
Yolda hərəkət gecələr güclənirdi, yəhərin hər iki tərəfmə döyüş sursatı ilə dolu 
yeşiklər yüklənmiş çoxlu qatır gedirdi, əsgərlərin oturduğu boz yük maşınları ötüb 
keçirdi, yük vurularaq üstünə brezent çəkilmiş və çox da sürətlə getməyən maşınlar 
irəliləyirdi. Gündüzlər də yedəyə alınmış ağır toplar keçib gedirdi... Bizdən şimal 
tərəfdən bir dərə var idi, dərənin arxasından şabalıd meşəsi başlanırdı və o yanda, 
bizim sahil tərəfdə, daha bir dağ var idi. O dağı da almaq istədilər, ancaq nail ola 
bilmədilər. Payızda yağışlar başlanan kimi şabalıdın bütün yarpaqları tökülürdü, 
budaqları da çılpaq qaldı, ağacların gövdələri yağışdan qaraldı. Tənəklər də seyrəldi 
və çılpaqlaşdı. Hər yan rütubətli və bomboz oldu, payıza xas bir halda ölgünləşdi...”. 
Burdan məlum olur ki, insanların müharibə vasitəsi ilə təbiətə vurduqları yara-
lara təbiət özünə məxsus vasitə və üsullarla sanki etiraz edir; ağacların yarpaqları 
toz və birdən tökülür; yağışlar bırdən başlanır, hər şey ölgünləşir və s. Bütün bunlar 
təbiətin müharibə və onun yaraları qarşısında fəryadlarıdır. Təbiətin müharibə əley-
hinə fəryad və intiqamı bunlarla qurtarmır. O, daha kəskin tədbirlərə əl atır. Bu ba-
rədə oxuyuruq: “Qışın girməsilə fasiləsiz yağışlar yağdı, yağışların yağması ilə də 
vəba xəstəliyi başlandı. Ancaq bu xəstəliyə genişlənməyə imkan vermədilər. Odur 
ki, bu xəstəlikdən orduda  bütün vaxt ərzində cəmi yeddi min adam öldü». 
... Müharibənin insan zövqünə  və  mənəviyyatına vurduğu yaralar daha dərin-
dir. O, insan ləyaqətini tamamilə ayaqlar altına atır. Odur ki, gözəllik, ülvilik anla-
yışları da itir. Qızlar  əsgər və zabitlər  üçün təşkil edilən ümumxanalara atılaraq, 
analıq, qadınlıq duyğuları  kimi ülvi hisslərdən məhrum edilirlər. Odur ki, həmin 
qadınların özlərini  şirin salmaq üçün əl atdıqları  hərəkətlər özünə az-çox hörmət 
edən kişiləri bezdirir, qadınlardan çiyrindirir. Ona görə  də onlar öz  vaxtlarını 
qadınlıq ləyaqətini qoruya bilən qızlarla keçirməyə daha çox üstünlük verirlər. 
Hətta həmin qızlardan ötəri bir öpüş almağa belə son dərəcə çətinliklə nail olsa da, 
onlarla vaxt keçirmək Henriyə daha çox zövq verir. Bu barədə onun özü belə fikirləşir: 

«TƏRCÜMƏŞÜNASLIQ VƏ ONUN MÜASİR DÖVRDƏ ROLU» III Respublika tələbə elmi-praktik konfransı 
 
 
142 
“Мən onu (Ketrini - S.V.) üzünü görmək üçün özümə  tərəf çevirdim, öpərək   
gözləri yumulmuşdu. Mən onun yumulmuş gözlərindən öpdüm. Belə qət etdim ki, 
yəqin о ağıldan bir az kəmdir.Lakin fərqi nədir? Bunun nə ilə nəticələnəcəyi barədə 
fıkirləşmirdim. Bu, hər axşam zabitlərin ümumxanasına getməkdən yaxşı idi; orada 
qızlar boynuna sarmaşırlar və rəğbət bəslədiklərini göstərmək üçün,başqa zabitlərin 
yanına yuxarı getdikləri müddətdə, sizin ketinizi başlarına dal-qabaq qoyurlar...” 
Buradakı  qızların hərəkətlərindən görünür ki, onlarda qadınlıq ləyaqətindən 
əsər-əlamət qalmamışdır.Onları buraya qadın ümumxanasına salan da, ülvi qadınlıq 
hisslərindən məhrum edən də müharibədir. Müharibə insanlığa məxsus bir şeyi məhv 
edir.  
Renaldinin gileylənməsindən məlum olur ki, müharibə insanların  şüurunu, 
əxlaqını o dərəcədə korlamışdır ki, onlar kişi-qadın mınasibətlərini müqəddəs hiss-
lər, ailə, oğul-uşaq sahibi olmaq arzuları üzərində qurmaq barədə fıikirləşə bilmir-
lər. Ona görə  də  qızlarla münasibətlərində ancaq özlərinin  şəhvani duyğularının 
təmin edilməsi haqda düşünür və onlara da ancaq belə bir vasitənin həyata keçi-
rilməsi üçün alət kimi baxırlar. Bunu qızların özləri də çox zaman bütün dəhşəti ilə 
duyulur. Bunu Ketrin də duyur, Ferqyuson da, başqa qızlar və qadınlar da. Ancaq 
həyat eşqi onların duyğularını çox vaxt müqəddəsliklərindən ayıra bilmir. Ona görə 
çox zaman bilərəkdən özlərini qurban verərək, kişilər qarşısında müəyyən güzəşt-
lərə gedir, özlərini qurban verirlər, Bu zaman onlar bir çox hallarda taleyin töhfə-
sini ala bilirlərsə, əksərən günahsız qurbanlar kimi ömürlük əzab içərisində qalırlar. 
Odur ki, bəzi hallarda hər  şeyi laqeydcəsinə taleyin hökmünə buraxır, bəzən isə 
gözlənən təhlükəyə qarşı kəskin mövqedə dayanırlar.  
 
Yüklə 3,6 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin