Qismən örtülü xilasedici qayıqlar sərnişin gəmilərində və bərələrdə qoyulur.
Balıqçı gəmilərində ya qismən örtülü xilasedici qayıqları, ya özü bərpa olunan qismən örtülü xilasedici qayıqlar, ya
da tam örtülü qayıqlar olmalıdır.
Zəhərləyici buxar və ya qazlar ayıran tanker-kimyadaşıyıcılar və tanker-qazdaşıyıcılar müstəqil hava təchizatı sistemi
olan tam örtülü oddanqorunan xilasedici qayıqlara malik olmalıdırlar.
Alışma temperaturu 60
0
C-dən çox olmayan yüklər daşıyan tanker-kimyadaşıyıcılar və tanker-qazdaşıyıcılar tam örtülü
oddanqorunan xilasedici qayıqlar malik olmalıdırlar.
Gəmi bortundan qayığı suya
endirmək və onu gəmi bortuna qaldırmaq
üçün qayıq tirlərindən –
oxlardan, dayaq konstruksiyalarından, qayıq
tallarından və bucurqaddan
ibarət qurğular istifadə olunur. Qayıq
tallarının üst blokları qayıq
tiri oxlarının noklarına (üst sonuclarına)
bərkidilmişdir.
Talların
yuxarı və aşağı bloklarının arasından bitki,
sintetik və ya polad tros –
lopar keçirilmişdir.
Hər qayığa iki qayıq tiri xidmət
göstərir, hansının ki,
tallarından, açılan qaldırıcı qarmaqdan qayıq
daima asılır. Qayıqlar xüsusi
dartma iplər – naytovlar vasitəsilə səfər üzrə
bərkidilir, hansıların ki,
aşağı hissəsi göyərtəyə bağlanılır. Tez
verilmək üçün naytovlar
qlaqol-qarmaq – yığılan qarmaq ilə təchiz
edilmişdir, hansının ki,
açılan burnu hərəkətli dairəvi manqa ilə
saxlanılır.
Dostları ilə paylaş: