1.4. Kollektiv xilasetmə vasitələri.
1.4.1. Xilasedici qayıqlar (ümumi məlumatlar)
Xilasedici qayıqlar (XQ) poladdan, yüngül qatışıqlardan, şüşə plastikdən və ya taxtadan hazırlanırlar. Qayığın müsbət
üzmə qabiliyyəti hava və ya penoplast doldurulmuş germetik yeşiklərlə təmin edilir. Yeşiklər adətən oturacaqlarla birləşdirilir.
Yeşiklərin həcmi elə olmalıdır ki, tam təchizat və insanlarla olan qayığın hətta planşirin yuxarı xəttinə qədər ona su dolduqda
belə, su üzərində qalsın; bu halda suüstü bortun hündürlüyü azı 2sm təşkil etməlidir.
Sərbəst düşmə ilə endirmək üçün təyin olunanlardan başqa, insanların və təchizatın tam komplekti ilə yüklənmiş və
tətbiq oluna biləcək hallarda kirşə və yaxud xarici düz tirlərlə təchiz edilmiş hər xilasedici qayıq, azı 3,5 m/san sürət zamanı
gəmi bortuna perpendikulyar istiqamətdə zərbəyə, eləcə də azı 3 m hündürlükdən suya atılmaya dözmək üçün kifayət qədər
möhkəmliyə malik olmalıdır.
Xilasedici qayıqlar gövdənin ən aşağı nöqtəsinə yaxın nöqtəsində yerləşdirilmiş bir və ya bir neçə buraxıcı klapanla
təchiz olunmalıdır. Qayığı sudan qaldıran zaman, içindəki suyun axıdılması üçün bu klapanlar avtomatik olaraq işə düşməli,
suya endirildikdə isə avtomatik olaraq bağlanmalıdırlar. Hər klapan, onu örtmək üçün qayığa ip ilə bərkidilmiş qalpaq və ya
tıxacla təchiz olunur.
30
Qayığın suya endirilib qaldırılması zamanı qayıq iplərini (tallarının) bağlamaq üçün burun və arxada açılan qaldırıcı
qarmaqlar (qaklar) vardır. Qarmaqların verilməsi üçün ləvazimat, onların qayığın içindən eynizamanlı verilməsini təmin edir.
O, hidrostatik mexanizmlə təchiz edilmişdir, hansı ki, batmış gəmidə suyun təzyiqinin təsiri altında işə düşür və qarmaqlar
verilir, bunun sayəsində qayıq gəmidən ayrılaraq suyun üzərinə qalxır.
31
Suya endirilmiş qayığı gəminin bortunda saxlamaq üçün onun burun və arxa sonuclarında bərkidilmiş falinlər –
burazlar xidmət göstərir. Falinlərin qayığın içindən verilməsi nəzərdə tutulmuşdur.
Bütün xilasedici qayıqların sükanı və rumpeli olmalıdır. Əgər həmçinin şturval və ya sükanın məsafədən idarə
edilməsinin digər vasitəsi varsa, o zaman bu vasitənin sıradan çıxması halı üçün sükanın rumpel vasitəsilə idarə olunma
mümkünlüyü nəzərdə tutulmalıdır. Sükan daima xilasedici qayığa bərkidilməlidir. Rumpel daima sükanın ballerinin üstündə və
ya onunla birləşik olmalıdır, lakin əgər xilasedici qayıq sükanın məsafədən idarə edilmə vasitəsilə təchiz edilidsə, o zaman
rumpel çıxarılan ola və sükan ballerinin yaxınlığında bərkidilərək saxlanıla bilər. Sükan və rumpel elə quruluşda olmalıdırlar
ki, ayırıcı mexanizm və ya avar vinti işləyərkən onlar zədələnməsin.
Xilasedici qayıq düz və ya aşmış vəziyyətdə olduğu zaman xilas olanların tutmaları üçün qayığın bütün xarici
perimetri boyu sallaq vəziyyətdə üzgəclərlə xilasedici leyerler və alt çıxıntı səviyyəsində isə tutacaqlar bərkidilmişdir.
Xilasedici qayığın xarici səthi narıncı rəngdə boyalanır. Qayığın burun hissəsinin hər iki bortunda qayığın ölçülərini,
orada yerləşdirilə bilən insanların sayını və qeydiyyat limanını göstərən yazı edilir. Qayığın aid olduğu gəminin adı və onun
sıra nömrəsi elə qaydada yazılır ki, onlar yuxarıdan görünsün.
İşıqqaytarıcı materialın zolaqları münasib intervaldan bir qayığın bortlarının xarici tərəfinin yarısının ortasında,
planşirlə stasionar örtüyün yuxarı hissəsi arasında, stasionar örtüyün yuxarısının üfüqi hissəsinə, eləcə də, əgər qayıq
özübərpaolan deyilsə, onun dibinin üzərinə yapışdırılır.
32
Əl elektrik açarı ilə xarici siqnal işığı qoyulmalıdır. İşıq azı 12 s daimi fəaliyyət müddətilə və yuxarı yarımsferanın
bütün istiqamətlərində azı 4,3 kd intensivlikdə olmaqla ağ rəngli olmalıdır. Əgər işıq sayrışan olarsa, o 12 s ərzində dəqiqədə
50-dən az və 70-dən çox olmayan sayrışma verməli, intensivliyi daimi işığa ekvivalent olmalıdır.
33
Xilasedici qayıq sıxılma nəticəsində alışan daxili yanma mühərriki ilə (dizellə) təchiz olunur. Mühərrik əl ilə işə salma
qurğusuna və ya bir-birindən asılı olmayan iki enerji mənbəyindən - akkumulyator batareyasından işləyən startyordan, sıxılmış
havası olan qurğudan və ya başqa bir mənbədən işləyən, ötürücüsü olan işə salma qurğusuna malikdir. İşə salma qurğusu
ətraf mühitin
-15ºC temperaturunda, işə salmaya başlama anından 2dəq.-dən gec olmayan zaman ərzində mühərrikin işə salınmasını təmin
etməlidir. Su xaricində olan mühərrik soyuq vəziyyətdən işə salındıqda azı 5 dəq. ərzində işləməlidir.
İşlənmiş qazlar borusu elə qurulmalıdır ki, normal istismar zamanı suyun mühərrikə daxil olmasının qarşısını alsın.
Mühərrik və ona aid olan qurğular istənilən vəziyyətdə qayığın aşması zamanı işləməli, düz vəziyyətə qayıtdıqdan
sonra işləməyə davam etməli və ya aşarkən avtomatik olaraq dayanmalı, düz vəziyyətə qayıtdıqdan və içindəki su
boşaldıldıqdan sonra isə yenidən asanlıqla işə düşməlidir. Yanacaq sisteminin quruluşu qayığın aşması zamanı mühərrikdən
yanacağın axmasının qarşısını almalı, sürtgü yağının axması isə 250 ml-dən çox olmamalıdır.
Mühərrik, qayığın irəliyə və geriyə hərəkətini təmin etməklə, avar valının fırlanma tezliyini və istiqamətini
dəyişməyə imkan verən revers-reduktora və yaxud başqa bir qurğuya malik olmalıdır.
Mühərrikin və onun ötürmələrinin idarə edilməsi sükanı idarəetmə postundan təmin olunmalıdır.
Xilasetmə qayığı tam sayda insanlarla və təchizatla yüklənərkən və mühərrik vasitəsilə hərəkətə gətirilən bütün
mexanizmlər işləyərkən, irəliyə hərəkət sürəti sakit suda azı 6 mil/s, 25 nəfərlik tutumu olan xilasedici salı tam sayda insanlarla
və təchizatla yüklənmiş vəziyyətdə və yaxud onun bərabər əvəzilə yedəkləyərkən – azı 2mil/s olmalıdır.
Yanacağın ehtiyatı, azı 24 saat ərzində 6mil/s sürətlə tam yüklənmiş xilasetmə qayığının hərəkətini təmin etmək üçün
kifayət etməlidir.
Gəmilərin xilasetmə qayıqları ilə təchizatı elə olmalıdır ki, hər bortun qayıqlarındakı yerlərin sayı aşağıdakılara
bərabər olsun:
- məhdudiyyətsiz üzmə rayonuna malik sərnişin, balıqçı gəmilərində və üzən bazalarda - gəmidə olan insanların
ümumi sayının yarısına;
34
- bortunda 50 nəfərdən artıq olmayan xüsusi heyətə malik yük gəmilərində, eləcə də üzən bazalarda, elmi-tədqiqat,
ekspedisiya və təlim gəmilərində - gəmidə olan insanların ümumi sayına.
Tutumu 150 nəfərdən artıq olan xilasedici qayıqlara icazə verilmlr.
35
|