Bunkerlərdə (tryumlarda) yanan balıq ununu söndürmək üçün ən effektiv
vasitələr isladıcısı olan su, çoxdəfəli kimyəvi köpük, su buxarı və təsirsiz qazdır.
2.8.6. Fənər, rəngsaz və şkiper saxlanclarında yanğın
Bu otaqlarda yanğının yayılma xüsusiyyətləri:
- hava ilə birgə partlayış təhlükəli qarışıq
yaratmağa qadir olan böyük
miqdarda yanar mayenin varlığı;
- neft məhsullarının yanması nəticəsində otaqların güclü tüstülənməsi;
- mayelərin və yanma mənbələrinin təkcə bu otaqların daxilində və göyərtəyə
deyil, otaqların aşağıda yerləşən otaqlara yayılma mümkünlüyü;
- ekipajın fəaliyyətini çətinləşdirən yüksək temperatur və gəminin qonşu
otaqlarının və qonşu konstruksiyalarının güclü qızması;
- əksər hallarda daha çox intensiv yanmanın çəllək və bidonların arasında
müşahidə olunması;
- otaqların kiçik olması və onların
metal arakəsmələrlə
məhdudlaşdırılması səbəbindən alovlanmanın kəşfiyyatının çətinlik törətməməsi.
Yanğın aşkar edilərkən hər şeydən öncə qapıları kip bağlamaq və
havalandırma borularını tıxaclarla tutmaq lazımdır.
Odsöndürənləri gətirmək,
səpələyicili su lülələrini vermək və yanıqlar almamaq üçün qapı ilə qorunaraq onu
ehtiyatla açmaq lazımdır.
Yanğının söndürmək üçün köpüklü odsöndürənlərdən və mayenin
yayılmasını məhdudlaşdıran qumdan istifadə etmək lazımdır.
Neft məhsullarının buxarlarının ehtimal edilən yenidən alışmasının
qarşısını almaq üçün gəminin konstruksiyalarının və arakəsmələrinin soyudulması
üçün səpələndirilən su şırnağını həm saxlancın daxilinə, həm də
qonşu otaqlara
vermək lazımdır.
Əgər yanan maye bidonda saxlanılırsa, onun ağzını kaşma, brezent və ya
digər bərk parça ilə bağlamaq və onları lülədən su ilə islatmaq lazımdır. Bidonların
və ya çəlləklərin, xüsusən də boş və yaxud tam dolu olmayanların partlamasından
qaçmaq üçün onları səpələndirilən su şırnağı ilə soyutmaq lazımdır.
Şkiper saxlancında adətən intensiv yanma müşahidə olunmur,
burada
yanğın, bir qayda olaraq, güclü tüstülənmə ilə müşayiət olunur.
Buna görə də,
114
qapıları açmaq və səpələndirilən şırnağı içəriyə verərək otağı tüstüdən azad etmək
lazımdır. Bundan sonra yanğının aradan qaldırılması üçün tədbirlər görmək
lazımdır.
Hal-hazırda əksər gəmilərdə fənər, rəngsaz və şkiper saxlancları buxar,
karbon və / və ya maye ilə söndürmə sistemləri ilə təmin olunurlar. Buna görə də,
yanğın zamanı otaqların mükəmməl hermetikləşdirilməsini həyata keçirmək və bu
otaq üçün nəzərdə tutulmuş yanğın əleyhinə sistemi işə salmaq lazımdır.
Bu halda
buxarı və / və ya karbon qazını yanğın tam aradan qaldırılanadək vermək lazımdır.
Dostları ilə paylaş: