vasitələrini insanların çıxacağı yerlərdə cəmləşdirmək lazımdır. İnsanlar xilas
edildikdən sonra yanğının söndürülməsi üçün tədbirlər görülür.
2.8.3. Yük otaqlarında yanğının söndürülməsi.
Yüklənmiş tryumlarda yanğının söndürülməsi özündə xüsusi
mürəkkəbliyi
təmsil edir, çünki yanğın mənbəyinə yaxınlaşma əksər hallarda
məhdud və ya mümkünsüz olur. Belə yanğınların söndürülməsi üsullarını
müəyyənləşdirərkən və odsöndürmə vasitələrini seçərkən
yükün fiziki-kimyəvi
xüsusiyyətlərini, onun tryumda və onunla qonşu otaqlarda yerləşməsini, eləcə də
lyuk qapaqlarının hermetikləşdirmə imkanını və tryum havalandırmasının etibarlı
bağlanılmasını nəzərə almaq lazımdır.
Yüklənmiş tryumlarda yanğın baş verdikdə aşağıdakılar lazımdır:
yük əməliyyatlarını dayandırmaq;
tryumun tam hermetikləşdirilməsini həyata keçirmək;
bu bölmənin stasionar yanğınsöndürmə sistemini işə salmaq (buxarla, maye və
ya qazla söndürmə);
- qonşu bölmələr tərəfdən arakəsmələrə müşahidə aparmaq;
təhlükəli yüklə yüklənmiş tryumlar rayonunda və yanğın rayonunda yerləşən
göyərtələri, arakəsmələri və digər konstruksiyaları bortarxası su ilə
sərinləşdirməsini etmək;
zəruriyyət üzrə yanğınla tutulmayan qonşu tryumlardan yüklərin boşaldılması;
Yük tryumlarında lifli yüklər və qofrotara yanan zaman tryumları effektiv
odsöndürmə vasitələrilə (çoxdəfəli hava-mexaniki köpük və s. ilə)
doldurmaq
lazımdır. Özüalışan maddələrin (balıq unu, balıq tullantıları, yağlı əskilər və s.)
söndürülməsi köpüklə, qapalı otaqlarda isə inersiyalı qazlarla, su buxarı və
çoxdəfəli köpüklə həyata keçirilməlidir.
Xüsusilə ağır
hallarda, yanğını gəmidə olan odsöndürmə vasitələri ilə
aradan qaldırmaq mümkün olmadıqda, tryumu su ilə basmaq lazımdır. Bu zaman
nəzərə almaq zəruridir:
tryuma (bölmələrə) qəbul edilən suyun gəminin ləpəyə davamlılığına və üzmə
qabiliyyətinə təsirini;
yanan yükün göyərtə altına qalxma ehtimalını;
112
bəzi yüklərin həcminin artmasını (şişməsini);
Dostları ilə paylaş: