Azərbaycan Respublikası Dövlət Neft Şirkəti


Gəmilərdə yanğın əmələ gəlməsinin əsas səbəbləri



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə47/84
tarix30.08.2023
ölçüsü1,15 Mb.
#141069
1   ...   43   44   45   46   47   48   49   50   ...   84
Dənizdə təhlükəsizlik

2.7. Gəmilərdə yanğın əmələ gəlməsinin əsas səbəbləri. 
Yanğın xəbərdaredici tədbirlər.
Praktika müəyyən edilmişdir ki, gəmilərdə yanğının əmələ gəlməsinin
əsas səbəbləri aşağıdakılardır:
Gəmilərdə yanğın-profilaktik rejimin pozulması, yəni YTQ (yanğın əleyhinə
təhlükəsizlik) haqqında qüvvədə olan sənədlərin tələblərinə riayət olunmaması: 

şəxsi heyətin səhlənkarlığı; 

yanğın əleyhinə mühafizənin pozulması; 

od ilə işlərin görülmə qaydalarının pozulması; 

icazə verilməyən yerlərdə siqaret çəkilməsi; 

buxar qazanlarının və elektrik avadanlığının istismarı qaydalarından kənara
çıxma; 

təhlükəli yüklərin daşınma qaydalarının pozulması; 

elektrik avadanlığının istismar qaydalarının (EİQ)
pozulması; 

digər səbəblər.
Gəmilərin konstruktiv nöqsanları.
Qəsdən törədilmiş yanğınlar. 
2.8. Gəmi yanğınlarının söndürülməsi taktikası.
Yanğın
– insan nəzarətindən çıxmış alov və ya lazım olmayan yerdə
əmələ gəlmiş alovdur. 
Yanma -
oksidləşdirmə-bərpaetmə xarakterli kimyəvi reaksiyadır:
material + istilik + oksigen.
Yanma reaksiyasını dayandırmaq üçün temperaturu
azaltmaq və ya oksigenin girişini dayandırmaq lazımdır. 
Yanğınla mübarizə üçün gəmilərdə qəza partiyaları yaradılır: 
105



ekipajı 100 nəfərdən az olanlarda - 2 qəza partiyası və 1 qəza qrupu; 

ekipajı 100 nəfər və artıq olanlarda - 3 qəza partiyası; 

ekipajı 50 nəfərə qədər olanlarda - 1 qəza partiyası və 1 qəza qrupu.
BBDT (böyük balıqçı dəniz trauleri) tipli gəmilərdə: 

1-ci qəza partiyası - gəminin burun hissəsində. Komandiri – kapitanın 3-
cü köməkçisi, müavini – bosman; 

2-ci qəza partiyası - gəminin arxa hissəsində. Komandiri – kapitanın 2-ci
köməkçisi;

MQB qəza qrupu. Qrupun komandiri – 2-ci mexanik.
MQB-nin (maşın-qazanxana bölməsinin) qəza qrupu. Komandiri – 2-ci
mexanik.
Xəbərdaretmə qaydası:

yanğının və ya onun əlamətlərini görən hər bir ekipaj üzvü dərhal olaraq
növbə köməkçisinə xəbər verir; 

növbə köməkçisi siqnalı və ya məruzəni aldıqdan sonra dərhal ümumgəmi
həyəcanı elan edir (yaxınlıqda olan gəmiləri xəbərdar etmək üçün limanda
uca səsli zəng mütləq surətdə gəmi zənginə vurulan zərbələrlə müşayiət
edilməlidir); 

limanda dayanarkən həyəcan elan etdikdən sonra növbə köməkçisi
yanğın barədə dispetçerə məlumat verir, UQD rabitəsinin 16-cı kanalında
yanğınsöndürmə komandasını və yanğınsöndürmə katerini çağırır.
Gəmidə ekipajın yanğınla mübarizəsi kapitanın, o gəmidə olmadıqda isə
növbə köməkçisinin rəhbərliyi altında, YƏTX və YƏTP-nin tələblərinə uyğun
aparılmalı və aşağıdakı
fəaliyyətləri əhatə etməlidir: 

yanğının kəşfiyyatı, aşkar olunması, onun yerinin və ölçülərinin 
aydınlaşdırılması; 

yanğının yayılmasının məhdudlaşdırılması; 

ehtimal partlayışların xəbərdar edilməsi; 

yanğının və onun nəticələrinin aradan qaldırılması. 
Yanğınla mübarizə üzrə ümumgəmi həyəcan siqnalı ilə qəza partiyalarının
(qruplarının) rəisləri borcludurlar: 

yanğın rayonuna gəlməyə və onun söndürülməsinə rəhbərlik etməyə
dərhal başlamağa; 

yanğının yerini və ölçülərini müəyyən etməyə; 

tüstülü otaqlarda yanğını söndürmək və işləmək üçün zəruri sayda FNA
(fərdi nəfəs aparatları) ilə insanları və vasitələri ayırmağa; 
106



alov bürümüş və tüstülü otaqlardan zərərçəkənlərin çıxarmasını və onlara
ilkin tibbi yardımın göstərilməsini təmin etməyə; 

qəzalı otaqla qonşu olan bölmələrə və otaqlara baxışının keçirilməsini
təşkil etməyə, arakəsmələrin su ilə soyudulmasını təmin etməyə; 

kəşfiyyatın nəticələri və qəza partiyasının fəaliyyəti barədə BKM-ə
məruzə etməyə. 
Ümumgəmi həyəcanı zamanı həyəcanlar üzrə cədvələ müvafiq olaraq ekipaj
cədvələ uyğun olaraq qəza partiyalarında və postlarda mexanizmlər və
yanğınsöndürmə vasitələri yanında öz yerlərini tutur və əlavə sərəncam olmadan
dərhal:
- yanğınsöndürmə nasoslarını işə salmalı və yanğınsöndürmə magistralına və
yanğınsöndürmə kranlarına su verməlidir;

yanğınsöndürmə vasitələrini fəaliyyətə hazırlamalıdır; 

yanğın əleyhinə və sukeçirməyən qapıları bağlamalıdır; 

qəzalı otaqdan bütün növ havalandırmanı ayırmalıdır; 

bütün illüminatorları, qapıları, lyukları və boğazlıqları kip bağlamalıdır;

öz postu ərazisində yanğının aradan qaldırılmasına başlamalı və eyni zamanda
qonşu otaqlarda kəşfiyyat keçirməlidir. 
Yanğının kəşfiyyatı zamanı müəyyənləşdirir: 

yanğın mənbəyinin yeri və ölçüsü (yəni yanğının mərkəzi, ən intensiv yanma
zonası); 

alov yayılma sərhədləri və tüstülənmə zonaları; 

yanğı mənbəyində, bilavasitə onun yaxınlığında və qonşu otaqlarda yanar
materialların varlığı, adı və miqdarı;

yanğının ehtimal yayılma yolları və onu söndürmə üsulları; 

yanğının söndürülməsini çətinləşdirən və asanlaşdıran şərtlər;

qalaqların varlığı, onların təmizlənməsinin vacibliyi və mümkünlüyü. 
Yanğının yerini, xarakterini və ölçülərini yanğın mənbəyinə bilavasitə baxış
keçirməklə, əgər bu mümkün deyilsə, təxmini olaraq arakəsmələrin, göyərtələrin
və digər gəmi konstruksiyalarının qızması üzrə müəyyən etmək olar. 
Yanğın kəşfiyyatı qrupları azı 3 nəfərdən ibarət olmalıdır, hansılardan ki,
biri, otaqda işləyən qrupla xilasetmə ipinin siqnalları vasitəsilə əlaqə saxlamaq
üçün onun girişindəki təhlükəsizlik postunda durmalıdır. 
107


Tüstülü otağa kəşfiyyatçıları yalnız yanğın nəfərinin təchizatı ilə
göndərmək olar. Tüstülü və yanan otaqlarda filtrli nəfəsalma aparatlarından istifadə
etmək qadağandır.
Yanğını söndürərkən və qəzanın aradan qaldırarkən yüksək temperaturlar
zonasında işləyən ekipaj üzvlərinin qısamüddətli mühafizəsi üçün istiliyə davamlı
kostyumlar istifadə olunur. Kostyum alovun birbaşa təsirindən qorunmaq üçün
nəzərdə tutulmayıb.
Yanğınsöndürmə aləti otağın izolyasiyasını və üzlüyünü çıxarmaq, taxta
konstruksiyaları sökmək, yanğın yerini təmizləmək və yanğının söndürülməsinə
maneçilik göstərən əşyaları uzaqlaşdırmaq üçün təyin olunmuşdur. 
Yanğının söndürülməsini aşağıdakı qaydada həyata keçirmək tövsiyə
edilir: 

yanğın mənbəyinə yanar əşyaların düşməsini dayandırmaq; 

yanğın mənbəyini havanın girməsindən təcrid etmək; 

yanar əşyaları, onların qazlarının alışma temperaturundan aşağı temperatura
qədər soyutmaq.
Yanğını söndürərkən nəzərə almaq lazımdır: 

insanların zəhərlənmə təhdidinin yaranmasını; xüsusilə, yanan kimyəvi
preparatları söndürərkən; 

qonşu otaqlara zəhərli və zəhərləyici qazların keçmə ehtimalını; 

su ilə yanğını söndürərkən tüstüdə buxar qatışığının olmamasını (yanma
mənbəyinə su çatmır).

Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin