Azərbaycan Respublikası Dövlət Neft Şirkəti



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə35/84
tarix30.08.2023
ölçüsü1,15 Mb.
#141069
1   ...   31   32   33   34   35   36   37   38   ...   84
Dənizdə təhlükəsizlik

1.8.4. İstinin təsiri
İstinin insan orqanizminə təsiri onun həddən artıq qızmasına -
hipertermiyaya gətirib çıxarır. Hipertermiya tərləmə, dəri damarlarının
genişlənməsi, nəbzin artması kimi termotənzimləmənin fizioloji mexanizmlərinin
maksimal gərginləşməsi zamanı əmələ gəlir. Onun əlamətləri zəiflik, baş ağrısı,
ürək bulanma, tərləmə, nəbzin artmasıdır. Ətraf mühitin yüksək tempraturunun
orqanizmə davamlı təsiri termotənzimləmə mexanizmlərinin pozulmasına gətirib
çıxarır. Zərərvurulmanın orta və ağır formaları qusma, bayğınlıq, huşun itirilməsi,
qıc olma, qan dövranının zəifləməsi ilə xarakterizə olunur və bədənin temperaturu
42
0
C-yə qədər qalxarkən beyin toxumalarında həyatla uyğunlaşmayan dəyişikliklər
başlayır.
Hipertermiyanın inkişafına əzələlərin işi nəticəsində yaranan istilik,
sərxoşluq, bəzi xəstəliklər zamanı termotənzimləmə mexanizmlərinin pozulması
səbəb olur.
Günəş şüalarının bilavasitə başa təsiri zamanı günvurma - kəskin inkişaf
edən xəstə hal baş verir, hansı ki, baş ağrısı, qusma, halsızlıq, bədən
88


temperaturunun qalxması, nəbzin və tənəffüsün pozulması, qıc olma ila xarakterizə
olunur. Ağır hallarda xarici qıcıqlanmalara reaksiyanın kəskin zəifləməsi ilə huşun
dərin pozulması baş verir. 
Hipetermiyanın qarşısını almaq üçün gündən qorunmaq, paltarları dəniz
suyu ilə islatmaq, fiziki gərginlikdən qaçmaq lazımdır. Hipetermiya və günvurma
zamanı ilk yardım zərərçəkəni kölgəyə aparmaq və ya günəş şüalarından qorumaq,
ona çoxlu soyuq su içirtmək, yumaq və ya yaş parça bürümək lazımdır. Ağır
hallarda qusma maddələri ilə boğulmaması üçün zərərçəkəni böyrü üstə
uzandırmaq və süni nəfəsvermə tətbiq etmək lazımdır.
1.8.5. Sudan istifadə
İçməli suyun azlığı orqanizmin susuzlaşmasına gətirib çıxarır və xilas
olunanların həyatı üçün təhlükə törədir. Su aclığı nəticəsində orqanizmin
susuzlaşması zamanı insan zülmedici susuzluq hiss edir, qan dövranının ağır
pozulması baş verir, böyrəklərin fəaliyyəti pozulur. Orqanizmdə olan suyun 10%-
nin itirilməsi bərpa olunmaz dəyişikliklərə və ölümə gətirib çıxara bilər. Havanın
temperaturu 10-dan 21
0
C-yə qədər olduqda, insan susuzluqdan 8-10 gün ərzində
ölə bilər.
Ətraf mühitin mülayim aşağı və normal temperaturu zamanı orqanizmin
ehtiyacını ödəmək üçün gündə 0,5 litr içməli suyun istifadəsi kifayətdir. Birinci gün
kollektiv xilasetmə vasitəsində olan su ehtiyatının istifadəsindən çəkinmək lazımdır.
Sonrakı günlərdə gündəlik normanı 4-8 hissəyə bölmək lazımdır. Su kiçik
qurtumlarla, qurtumdan əvvəl bir qədər ağızda saxladıqdan sonra içilir. Böyük
miqdarda bir dəfəyə içilmiş su orqanizm tərəfindən mənimsənmir və böyrəklər
vasitəsi ilə xaric edilir. 
Yağış suyunu yığmaq üçün bütün tədbirləri görmək, xilasetmə vasitəsinin
daxili səthinə şeh kimi yığılan suyu məsamə ilə yığmaq lazımdır. 
Dəniz suyunu içmək mümkünlüyü nisbətində mütəxəssislərin tövsiyələri
ziddiyyətlidir. Üstünlük təşkil edən mülahizəyə görə dəniz suyunu içmək qəti
qadağandır, çünki bu böyrəklərin yüklənməsini artırır, hüceyrələrin susuzlaşmasına
və orqanizmin ölümünə gətirib çıxarır.
Tərləmə insan bədənində olan suyun və duzların itirilməsinə apardığına görə
fiziki işdən qaçmaq, günəş şüalarından qorunmaq, paltarları bortarxası suyu ilə
nəmləşdirmək lazımdır.
89


Xilasetmə vasitəsində olan şirinləşdirici aparatı, onun tətbiq təlimatına uyğun
olaraq işə salmaq lazımdır.
Xilasetmə vasitələrində müxtəlif tipli şirinləşdirici aparatlar istifadə oluna
bilər. Kimyəvi şirinləşdiricilərin iş prinsipi ondan ibarətdir ki, dəniz suyuna əlavə
olunan maddə suda olan duzlarla kimyəvi reaksiyaya girir, bərk çöküntü kimi yığılan
birləşmə əmələ gətirir. Çöküntü yığılandan sonra qabda qalan su içmək üçün
yararlıdır. Həmən reagentdən istifadə edərək suyun şirinləşdirilməsi üzrə əməliyyatı
təkrarlamaq olar, lakin onun hər sonrakı istifadə zamanı şirinləşdirmə dərəcəsi
azalır.
Günəş şirinləşdiricisində dəniz suyunun xüsusiyyətləri istifadə olunur, hansı
ondan ibarətdir ki, onun qızdırılması zamanı əmələ gələn buxarda duzlar olmur. Su
qabda günəş şüası altında qızdırılır, əmələ gələn buxar isə digər kameraya keçir və
orada kondensasiya olunur.
Membran tipli şirinləşdiricilərdə dəniz suyu, suyun molekulları keçən, duzun
molekulları isə keçməyən olduqca kiçik dəlikli membrandan sıxılaraq keçirilir. 
Xilasedici qayıqda su keçirməyən qablarda hər adambaşına 3 litr hesabından
içməli su ehtiyatı olmalıdır. Bu normanın 1 litri, 2 gün ərzində adambaşına 1 litr su
hazırlamağa qadir olan şirinləşdirici aparatın suyu ilə əvəz oluna bilər. 
Əgər qayıqda əl ilə işləyən şirinləşdirici aparat varsa, hansının ki, isti
günəş enerjisindən, dəniz suyunda olmayan kimyəvi elementlərdən asılı deyilsə və
o, 2 gün ərzində 2 litr içməli su hazırlayırsa, o zaman içməli suyun ehtiyatı
adambaşına 1 litrə qədər azaldıla bilər.
Xilasedici sal qablarda adambaşına 1,5 litr hesabından içməli su ehtiyatına
malik olmalıdır. Adambaşına 2 gün ərzində 0,5 litr içməli su hazırlamağa qadir
olan şirinləşdirici aparat və ya adam başına 1 litr içməli su hazırlamağa qadir olan
əl ilə işləyən şirinləşdirici aparat olduqda, su ehtiyatı müvafiq olaraq 0,5 litr və 1
litrə qədər azaldıla bilər.

Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin