97. 16-18 yaşında qızlar üçün götürülən yük nə qədər olmalıdır? A) 10 kq B) 15 kq C) 20 kq D) 18 kq
98. 18 yaşdan yuxarı qadınlar nə qədər yük daşıya bilərlər? A) 15 kq B) 20 kq C) 25 kq D) 30 kq
99. 18 yaşdan yuxarı kişilər nə qədər yük daşıya bilərlər? A) 30 kq-a qədər, B) 40 kq-a qədər
C) 50 kq-a qədər D) 60 kq-a qədər
100. Yükqaldırıcı maşınlarda işləməyə kimlər cəlb edilə bilər? A) Yaşı 30-dan yuxarı olan istənilən şəxs
B) Yaşı 18-dən yuxarı olan, həkim müayinəsindən keçmiş və xüsusi kursda nəzəri və praktiki təhsili olan şəxslər C) Yaşı 20-dən yuxarı olan istənilən şəxslər
D) Yaşı 25-dən yuxarı olan istənilən şəxslər
101. Əmək gigiyenası nəyi öyrədir? A) Əmək prosesinin və istehslat mühitinin insanın işgüzarlığına və sağlamlığına təsirini öyrədən elmdir B) İstehsalat prosesini öyrənən elmdir
C) Bədbəxt hadisənin səbəbini öyrənən elmdir
D) Yanğın təhlükəsizliyini öyrənən elmdir
102. İstehsalat sanitariyası nə deməkdir? A) Zəhərli istehsalat amillərinin təsirini qarşısını alan təşkilatı, gigiyenik və sanitariya texniki tədbirlər sistemidir B) Yanğının qarşısını alan texniki tədbirlər sistemidir
C) Bədbəxt hadisənin qarşısını alan texniki tədbirlər sistemidir
D) Nəqliyyat hadisəsinin qarşısını alan texniki tədbirlər sistemidir
103. Sənaye müəssisələrində sağlam – gigiyenik şərait yaratmaq məqsədi ilə layihələrdə hansı otağın olması nəzərdə tutulmalıdır? A) Sanitariya – məişət otaqları B) İdman zalı
C) Oxu zalı D) Səhiyyə məntəqəsi
104. Əməyin və istehsalat şəraitinin işçilərin işgüzarlığı və sağlamlığına təsirini öyrənən elm və ya sistem hansıdır? A) Əməyin gigiyenası B) İstehsalat sanitariyası
C) Hüquq D) Ekologiya