Prerekvizitfənlər – öncə tədrisi zəruri olan fənlər.
Transkript – tələbənin təhsil müddətində keçdiyi fənlər üzrə topladığı kreditləri və qiymətləri (rəqəm və hərflərlə) özündə əks etdirən sənəddir.
Fənlər üzrə qeydiyyat– tələbələrin təhsil müəssisəsinin müəyyən etdiyi qaydada fənləri seçmə prosedurudur.
Ümumi Orta Müvəffəqiyyət Göstəricisi (ÜOMG) – tələbənin təhsil proqramını mənimsəmə səviyyəsinin göstəricisidir. ÜOMG tələbənin tədris fəaliyyətini fəallaşdırmaq, özünənəzarət mexanizmini yaratmaq, tədrisdə əldə etdiyi nailiyyətlərini qiymətləndirmək məqsədilə tətbiq edilir.
Akademiktəqvim – ali təhsil müəssisəsində tədris ili üzrə nəzərdə tutulmuş tədbirləri özündə əks etdirən sənəddir.
Müvəffəqiyyətlə təhsil alan tələbə - fərdi tədris planında qeyd olunan bütün fənlər üzrə müəyyən olunmuş kreditləri qazanan tələbədir.
Akademik borcu olan tələbə -fərdi tədris planın qeyd olunan fənlərdən ən azı birindən müəyyən olunmuş krediti qazana bilməyən tələbədir.
Tədris prosesi
Tədris-metodikitəminat
Ali təhsil müəssisələrində tələbələrin təhsili ixtisas (ixtisaslaşma) üzrə təhsil proqramı əsasında həyata keçirilir. Ayrı-ayrı ixtisaslar (ixtisaslaşmalar) üzrə tədrisin təşkili və təhsil prosesinin tədris-metodiki təminatı “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 aprel 2010-cu il 75 nömrəli qərarı ilə təsdiq olunan “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”, 24 iyun 2010-cu il 117 nömrəli qərarı ilə təsdiq olunan “Bakalavriat təhsilinin məzmunu və təşkili qaydaları”, 12 may 2010-cu il 88 nömrəli qərarı ilə təsdiq olunan “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi qaydaları”nın tələblərinə əsasən həyata keçirilir.
Kredit sistemində aşağıdakı tədris sənədlərindən istifadə olunur:
ixtisasın (ixtisaslaşmanın) tədris planı (forma 1)
ixtisasın (ixtisaslaşmanın) tədris qrafiki (forma 2)
ixtisas (ixtisaslaşma) üzrə illik işçi tədris planı (forma 3);