Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Dövlət İqtisad Universitetinin nəzdində Qida və



Yüklə 82,79 Kb.
səhifə5/10
tarix06.04.2023
ölçüsü82,79 Kb.
#93919
1   2   3   4   5   6   7   8   9   10
2247 (10)

Təlimə bixeviorist yanaşma müşahidə olunan hərəkətdə cəmlənir. Şərti refleks təliminin əsasını İ.P. Pavlov qoymuşdur. Klassik şərtləndirmə modeli şəkil 3-də təqdim olunmuşdur.


Şərti reaksiya (ŞR)
Ağız sulanması

Şərti refleks (ŞR)
Zəng

Şərti refleks (ŞR)
Zəng

Şərtsiz stimul (ŞS)
Qida

Şərtsiz reaksiya (ŞR)
Ağız sulanması





Şəkil 3. Pavlovun klassik şərtləndirmə modeli
Klassik şərtləndirmə modeli C.B. Uotsonun bixeviorizm barədə təliminin əsasını təşkil etmişdir, çünki həmin nəzəriyyə konkret stimulun nə səbəbə konkret reaksiyaya səbəb olmasını izah etmək üçün dəqiq və obyektiv yanaşma təklif edir, həm də bu nəzəriyyəni kiminsə davranışını dəyişdirmək məqsədilə də istifadə etmək olar.


Klassik şərtləndirmənin reklamda tətbiqi (şəkil 4).

Şərtsiz reaksiya (ŞR)
Məmnunluq hissi

Şərtsiz stimul (ŞS)
Günəş /dəniz / qum /




Şərti refleks (ŞR)
Məhsul







Şərti reaksiya (ŞR)
Məmnunluq hissi

Şərti refleks (ŞR)
Məhsul




Şəkil 4. Klassik şərtləndirmənin reklamda tətbiq olunması
Laboratiya araşdırmaları zamanı məlum olmuşdur ki, avtoqələmin seçilməsinə səbəb reklamda səslənən musiqi ola bilər. Sınağa cəlb olunanlara biri xoşə gələn, digəri isə xoşa gəlməyən iki melodiya təqdim olunurdu. Musiqi ilə müşayiət olunan reklam çarxında sınaqdan keçirilənlərin neytral hesab etdiyi iki rəngdə qələmdən istifadə olunur. Eksperiment başa çatdıqda iştirakçılara iki rəngdən birində olan qələmi yadda saxlamaq təklif olunur. Daha çox sınaqdan keçirilən adamlar xoşa gələn musiqinin səsləndiyi reklam çarxında göstərilən qələmin rəngini seçmişlər.
Klassik şərti refleks metodu istehlakçının dərk etmə aktivliyinin minimal olduğu məhsullar üçün təlim vermə zamanı tətbiq edilir. İstehlakçı passivdir və məhsul haqqında informasiyanı işləmək üçün motivi azdır.


  1. Yüklə 82,79 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin