Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Dövlət İqtisad Universitetinin nəzdində Qida və


Normalar – mədəniyyətin müəyyən etdiyi qaydalar və davranış nümunələridir. Normalar çoxtəbəqəlidirlər. İdeallar



Yüklə 28,23 Kb.
səhifə3/9
tarix06.05.2023
ölçüsü28,23 Kb.
#108495
1   2   3   4   5   6   7   8   9
2247 (13)

Normalar – mədəniyyətin müəyyən etdiyi qaydalar və davranış nümunələridir. Normalar çoxtəbəqəlidirlər.

İdeallar – heyran, cəlb edən, amma əlçatmaz olan normalardır. İdeallar hərəkəti istiqamətləndirir, lakin insanların məqsədə çatmasını nəzərdə tutmurlar. Eyni rolu dünyanın səmtləri də oynayır: şimala doğru getmək Şimal qütbünə çatmaq demək deyil. Xaçpərəstlərin idealı İsa peyğəmbərdir.
Nümunələr – çətinliklə nail ola biləcək, lakin lazımı səy, xasiyyət və bacarıq olduqda reallaşa biləcək məsləhət görülmüş davranış modelləridir. Nümunə qismində müqəddəslər, qəhrəmanlar, “ulduzlar” və s. çıxış edir. Əgər insan nümunə həddinə çatmasa bunun üçün onu heç kim mühakimə etməz.


Normaların ifadə formaları.

  1. Hüquq – qanunla təsdiqlənmiş davranış normalarıdır. Adətən qanun bu vəziyyətdə cinayət və ya hüquq pozuntusu hesab edilən yolverilməz davranış modellərinin təsvir etməklə məhdudlaşır.

  2. Qanun – dövlət tərəfindən zəmanət verilən normadır, ona görə də birbaşa məcburi xarakter daşıyır; bəziləri bu normaları könüllü şəkildə icra edir, digərləri isə fiziki qüvvə altında buna məcbur edilir.

Bir çox ölkələrin qanunları həm satıcı, həm də alıcılara hədd yaradaraq müəyyən dərəcədə istehlakı tənzimləyirlər. Siqaret çekməklə aktiv mübarizə aparılan ölkələrdə ictimai təşkilatlarda (ofislərdə, təhsil müəssisələrində və s.) siqaret çəkmək qadağandır. Belə ki, siqaretə qoyulan qadağa qanunla təsdiqlənib, ona görə də qadağa pozulduqda cinayət sayılır. Adətən ən çox nəzarətdə saxlanılan spirtli içkilərin satışı və istehlakıdır. Bütün ölkələrdə sərxoş vəziyyətdə avtomobili idarə edənlərə, bu vəziyyətdə ictimai yerlərə gedənlərə qarşı sərt cəza tətbiq edilir.

  1. Əxlaq – insanların davranışlarının ən vacib prinsiplərini tənzimləyən davranış normalarının toplusudur. Əxlaq normalarının pozulması əxlaqsız davranış, normaları pozanlar isə əxlaqsız insanlar adlanır. Normaları pozanlara qarşı əsas sanksiyalar mühakimə və təcrid edilməkdir. Məsələn, sizə çox istidir, lakin siz küçə ilə geyinmiş vəziyyətdə gedirsiz, ona görə ki, mənimsədiyiniz əxlaq normaları sizə küçədə paltarınızı çıxarmağa imkan vermir. Belə halda bu normalar həm özünü sərinlətmək istəyini, həm də bədənə istilik verən paltarları çıxarmaq fikrini boğur. Əxlaq normaları bizi pulunu ödəmədən mağazadan mal almağa imkan vermir, hətta satıcı bizi görməsə belə. “Oğurluq etmə” əxlaq normasını mənimsəmiş insan üçün polis məntəqədə deyil onun beynində oturur.

  2. Adətlər – nəsildən nəsilə ötürülən gündəlik həyat normalarıdır. Adətin əsas əlaməti onun nəsildən nəsilə ötürülməsidir. Adət “Bu həmişə bu cür olub, əcdadlarımız bu cür edib” arqumentinə əsaslanır.

  3. Din – Allah və ya Allahlar tərəfindən təyin edilmiş normalar məcmusudur. Dini normalar adətən müqəddəs kitablara əsaslanır (Quran, Bibliya və s). Dini normaları pozanlar üçün iki neqativ sanksiya nəzərdə tutulur: o dünyada cəza (məsələn, cəhənnəmə düşmək) və ya kilsədən uzaqlaşdırma, din xadimləri və ya həmməzhəblər tərəfindən töhmət. Adətən dini normalar qida istehlakını (qadağan edilmiş ərzaqların siyahısı, oruc və s.), geyim tərzini tənzimləyir.

  4. Dəb – öz dəyişkənliyi ilə fərqlənir; onun mənbəyi referent (etalon) qrupdur. Dəbli davranışın xarici normaları fərd tərəfdən qəbul edilib onun daxili ehtiyacı, istəyi olduğu zaman dəb dəyərə çevrilir. Bu cür hallarda dəb istehlakçı davranışının daxili kompası qismində çıxış edir. Belə vəziyyətdə insanlar könüllü şəkildə dəbli olmağa can atırlar.


Yüklə 28,23 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin