Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Dövlət İqtisad Universitetinin nəzdində Qida və



Yüklə 28,23 Kb.
səhifə5/9
tarix06.05.2023
ölçüsü28,23 Kb.
#108495
1   2   3   4   5   6   7   8   9
2247 (13)

Dəb əşyalarının istehlakı. Bu mərhələdə dəb obyektlərini əldə etmiş insanlar onları nümayiş üçün isitfadə edirlər.

Dəb yaradıcıları – əhalinin böyük əksəriyyəti üçün referent (etalon) olan insan qrupudur. Məhz onlar modelyerlərin fikirlərini dəbli davranış modellərində maddiləşdirirlər.
II. Verbal və qeyri verbal kommunikasiyalarda mədəniyyət variasiyaları.
Verbal (şifahi, imzasız) komunikasiya sistemlərində olan fərqlər xarici mədəniyyətə düşmüş hər bir kəs üçün tez aşkar edilir. Bir çox kommunikativ amillər, məsələn, yumor və üstünlük verilən tərz, və nitqin tempi müxtəlif mədəniyyətlərdə əhəmiyyətli dərəcədə fərqlənir, hətta bu mədəniyyətlər bir dildə danışslar belə.
Dilin kommunikativ sisteminin tərkib hissəsi olan qeyri verbal kommunikasiyalar da hər bir mədəniyyət üçün özünəməxsusdur. Kommunikasiyaların qeyri verbal aspektlərinə kontekstin deyilənə və ya yazılana təsiri aiddir.
Konteksti aşağı olan (məsələn, avro-amerika) mədəniyyətdə informasiyanın əksəriyyəti açıq, yəni sözlə ötürülür. Məsələn, ABŞ-da müqavilədə tərəflərin dəqiq ifadə edilməsi çox vacibdi, Yaponiyada isə daha vacib olan dəqiq ifadə yox tərəflərin razılaşmaq niyyətidir. İstehlakçılara xüsusi təsir göstərən qeyri verbal xüsusiyyətlər bunlardır: zaman, məkan, dostluq, razılaşmalar, əşyalar, simvollar, etiket.
İstahlakçıların fərqi həmçinin rəngin psixoloji təsirində də açıq ifadə olunur.

  • Amerikada qırmızı rəng məhəbbət, sarı – tərəqqi, yaşıl – ümid, mavi – sadiqliq, ağ – paklıq ilə assosiasiya olunur, qara rəng isə çətinlik və fövqəladə vəziyyət simvoludur. .

  • Avstriyada daha çox məşhur olan rəng yaşıl rəngdir, Bolqarıstanda – tünd yaşıl və qəhvəi, Pakistanda – zümrüd yaşıl, Hollandiyada – narıncı və mavi, Norvecdə isə açıq rənglərdir.

  • Çində qırmızı rəng mehribanlıq, cəsarət; qara – dürüstlük; ağ – rəzalət, yalan (mənfi personajlar ağ maska taxır və ağ rəngdə qrimdən istifadə edir) ifadə edir.

  • Hindistan dünyaya klassik rənglərə çevrilmiş və bir çox ölkələrin dövlət bayraqlarında istifadə edilən ağ, qırmızı və göy rənglərin ahəngini hədiyyə edib. Bu rənglər hinduların əsas tanrılarının rəngləridir: ağ – Şiva, qırmızı – Braxma, göy isə Vişnu.

  • Çində də Hindistanda da matəm rəngi ağ rəng hesab edilir, Honkonqda – göy, Şərqdə - qırmızı kərpic rəngi, Mərakeşdə isə sarı və qırmızı. Bir çox Afrika dövlətlərinin əhalisi qara və ağ rəngdə olan əşyalara məhəl qoymurlar.

  • Bəzi Şərqi Asiya ölkələrində sarı rəng uğursuzluq əlamətidir.

Reklam təsirinin qəbul olunmasının etnomədəni xüsusiyyətləri üzrə aparılmış tədqiqatların nəticələri aşağıdakı xüsusiyyətləri aşkar etməyə imkan yaradıb:
♦♦♦ Amerika və Yaponiyanın reklam mətnləri çox oxşardı. Amerikalı üçün əsas motiv – uğur, karyera, etirafdır. Yaponiya reklamlarının mətnlərini Amerika mətnlərindən fərqləndirən qrupa, uğura, hakimiyyətə yönlənmənin daha az ifadə olunmasıdır. Eyni zamanda Yaponiya mətnləri daha həssasdır, burada müsbət səpkili leksika üstünlük təşkil edir.
♦♦♦ Rusiya mətnləri isə əksinə emosiyalara daha az müraciət edir. Adətən belə mətnlərdə qrup fəaliyyətinə, uğura və hakimiyyətə geniş yer verilir, malın üstünlüklərini daha səmərəli şəkildə izah edirlər, koqnitiv məqsəd qismində isə məğlub ediləsi bədxah, düşmən obrazı çıxış edir. Lakin yenə də ən aktual motiv – təhlükəsizlikdir.

Yüklə 28,23 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin