Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Dövlət İqtisad Universitetinin nəzdində Qida və



Yüklə 28,23 Kb.
səhifə8/9
tarix06.05.2023
ölçüsü28,23 Kb.
#108495
1   2   3   4   5   6   7   8   9
2247 (13)

Assimilyasiya – mədəniyyət şokuna üstün gəlmə qettoizasiyaya əks üsuludur. Bu halda fərd öz ölkəsinin adət-ənənələri unudub tez bir zamanda gəldiyi ölkənin mədəniyyətini mənimsəməyə çalışır. Amerikada bu cür insanlar əcdadları Yeni Dünyada yüz illər bundan qabaq yerləşmiş əhalidən daha çox amerikalıdırlar.
Ara strategiya, immiqrantlar həm yeni mədəniyyəti mənimsəməyə, həm də eyni zamanda onu öz ölkəsindən gətirdiyi mədəniyyətlə zənginləşdirməyə çalışırlar. Belə ki, İtaliya spaqettisi, pizası ABŞ-ın milli xorəklərinə çevrilib, Hindistan, Çin mətbəxləri – Böyük Britaniyanın, ABŞ-ın və bir çox digər ölkələrin istehlak hissəsinə çevrilib.
Qismən assimilyasiya – bu öz mədəniyyətindən imtina edib yeni mədəniyyəti qismən ayrı-ayrı bölgələrində mənimsənməsidir. Belə ki, immiqrantlar adətən iş yerlərində bu ölkədə qəbul olunmuş qaydalara uyğunlaşmaq məcburiyyətində qalırlar. Lakin belə insanlar öz ailələri daxilində öz milli mədəniyyətlərini, mətbəxə bağlılığı, mənzilin düzəm tərzini yaşatmağa davam edirlər. Adətən öz dininə bağlılıq da qorunub saxlanılanlardan biri olur.
Kolonizasiya – immiqrantların öz mədəniyyətinin dəyərlərini, normalarını, dilini yerli sakinlərə qəbul etdirməsidir. Bu zaman istehlak tərzi yeni yerə daxil olur və bütün ölkədə, və ya da əhalinin ayrı-ayrı qruplarında dominanta çevrilir. Mədəniyyət kolonizasiyasının klassik misalı Qərb ölkələrin Avropa mədəniyyətinin elementlərini yayaraq Asiya və Afrikada imperiyalarının yaratması hesab edilə bilər.
Lakin hərdən mədəniyyət kolonizasiyasının misalı qismində İkinci Dünya Müharibəsindən sonra Qərbi Avropada həyatın amerikanlaşması da çıxış edir. Bu cür yanaşma ilə Rusiyanın postsovet dönəmində mədəniyyətində baş vermiş irəliləyişləri də mədəniyyət kolonizasiyası adlandırmaq olar.
İstehlak sosiallaşmanın xüsusiyyətləri.

  1. Ona xüsusən öyrətmirlər (yol hərəkəti qaydalarından fərqli olaraq).

  2. İstehlak sosiallaşması valideyinlərin rol modelləri qismində çıxış edərək (çox vaxt internatda tərbiyə alanlar alış-veriş edə bilmirlər və bu işin qarşısında qorxu hissi keçirirlər,bu da onunla əlaqəlidir ki, uşaq yaşlarında onlarda alıcılıq bacarıqları formalaşdırılmayıb) müştərək alış-verişdən keçir.

  3. Valideyinlərinin müasir texnika, yüksək texnoloji əmtəələrin – yeniliklərin alınmasında avtoriteti olmadığı üçün, yeniyetmə yaşlarında rol modelləri qismində həmyaşıdlar çıxış edir.

Sosial sinfin təsiri. Stratifikasiya. Sinfə mənsubluğun ölçü metodları

Yüklə 28,23 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin