Mövzu V Qaz axınında dispersin tərkibinin təyini Neft kəmərlərində olduğu kimi, qaz kəmərləri də həndəsi forması və hidravliki hesablama üsuluna görə sadə və mürəkkəb kəmərlərə ayrılır. Sadə qaz kəməri uzımluq boyu diametri sabit qalan qaz kəməri hesab edilir. Qalan bütün hallarda kəmərlər mürəkkəb qaz kəmərləri sayılır. Mürəkkəb qaz kəmərlərinə misal olaraq ardıcıl, paralel birləşdirilmiş, şaxələnmiş, halqavari, atqı və qoşqu xətləri olan kəmərləri göstərmək olar. Qaz kəmərləri öz təyinatlarına görə aşağıdakı qruplara bölünür: Daxili kəmərlər. Bu kəmərlər neft-qaz mədənləri, neft bazaları və kompressor stansiyalarında müxtəlif qurğu və obyektləri birləşdirməklə, kiçik diametrli və az uzunluğa malik olur. Yerli kəmərlər. Bu kəmərlər daxili kəmərlərə nisbətən böyük uzunluğa (onlarla kilometrədək) malik olmaqla neft-qaz mədənlərini magistral qaz kəmərinin baş tikililəri ilə birləşdirən boru kəmərləri hesab edilir. Daxili və yerli kəmərlər çox vaxt texnoloji kəmərlər də adlanır. Magistral qaz kəmərləri. Bu kəmərlər böyük uzunluqlu (yüzlərlə və minlərlə kilometr) və diametrli kəmərlər hesab edilir və nəql bir deyil, kəmər boyu yerləşən bir neçə stansiyalarla kəsilməz olaraq həyata keçirilir və bu zaman qısa müddətli dayanma halları təsadüfi xarakter daşıyır və ya təmir işləri ilə bağlı olur. Bu kəmərlərdə işçi təzyiqi 10 MPa- dək ola bilir. Mövcud standartlara uyğun olaraq magistral qaz kəmərləri borunun şərti diametrinə (mm-lə) görə 4 sinifə bölünür:
I sinif- (1000 +1400) mm;
II sinif - (500 +1000) mm;
III sinif- (300+500) mm;
IVsinif - 300 mm-dən kiçik.
Təbii qazların nəqlini həyata keçirən magistral qaz kəmərləri, kəmərdəki işçi təzyiqinə görə iki sinfə bölünür:
I sinif- (2,5 +10,0) MPa;
II sinif-(1,2 +2,5) MPa.
Qaz kəmərlərinin buraxma qabiliyyəti təzyiq və diametrdən asılı olaraq dəyişilir. Birxətli qaz kəməri üçün buraxma qabiliyyəti diametrdən asılı olaraq ildə 10 -50 mlrd.m3 təşkil edir. Layihələndirmənin texnoloji normalarına görə magistral neft və neft məhsulları kəmərlərini seçərkən diametr, təzyiq və buraxma qabiliyyətindən asılı olaraq istifadə olunması tövsiyyə olunur.
Magistral boru kəmərlərinin tərkib hissələrinə aşağıdakılar aiddir:
• Xətti tikililər. Buraya boru xətləri, korroziyaya qarşı mühafizə sistemi, rabitə xətləri və s. aiddir;
• Kompressor stansiyaları;
• Qaz kəmərinin son məntəqələri və qazpaylayıcı stansiyalar (QPS).
Bəzi hallarda magistral boru kəmərlərinin tərkibinə qazı mədənlərdən kəmərin baş tikintilərinə ötürən boru kəmərləri də daxil edilir. Magistral qaz kəmərlərinin əsas elementləri kəmərin xətti hissəsini təşkil edən borulardır. Magistral qaz kəmərləri üçün diametri 300- dən 1420 mm- ə kimi dəyişən şovlu və şovsuz borulardan istifadə olunur. Adətən, boru kəməri 0,8 m dərinliyində (уег səthindən borunun yuxarı hissəsinə qədər olmaqla) torpağa basdırılır. Magistral qaz kəmərlərinin tərkib hissələri göstərilmişdir.
Daimi buzlaq və ya bataqlıq şəraitində çəkilən qaz kəmərini dayaqlar və ya süni tökülülər üzərində quraşdırmaq olar. Boruların divarının qalınlığı kəmərdə olan layihə təzyiqi nəzərə alınmaqla mexaniki hesablamaya əsasən müəyyən edilir. Əgər çəkilən qaz kəmərləri böyük çay hövzələrindən keçirsə, bu zaman kəmərlər xüsusi yüklər və уa beton örtüklə ağırlaşdırılaraq çayın dibinə yatırdılır. Bu zaman əsas kəmərlə yanaşı həmin diametrli ehtiyat boru xətti də çəkilir. Dəmir yolu və böyük şosse yolları ilə kəsişən yerlərdə qaz kəməri diametri kəmərin diametrindən 100-200 mm çox olan borudan keçirilir. Bir qayda olaraq kəmərlərin trasına yaxın olan yaşayış məntəqələrinin və qaza olan tələbatını ödəmək üçün həmin kəmərlərdən kiçik diametrli atqı xətləri də çəkilir. Trasın relyefindən asılı olaraq qaz kəmərlərində hər 10- 30 km- dən bir qəza və təmir işləri zamanı kəmər hissəsini 38 sistemdən ayırmaq məqsədilə xətti kran və ya siyirtmələr quraşdırılır. Qəza zamanı xətti kranın hər iki tərəfindən qazı atmosferə buraxmaq üçün şamlar olur. Dispetçer fəaliyyəti üçün kəmərin trası boyu rabitə xətləri (telefon, radiorele) çəkilir ki, bundan da teleölçmə və teleidarə siqnallarını ötürmək üçün istifadə edilir. Boru kəmərlərində örtüklərlə yanaşı korroziyadan əlavə mühafızə məqsədilə tras boyu katod və drenaj stansiyaları, həmçinin protektorlar yerləşdirilir. Tras boyu 10-20 km- dən bir kəmərə nəzarət etmək üçün xətti patrul xidməti məntəqələri yerləşdirilir. Kompressor stansiyaları isə qaz kəmərlərində 100-200 km intervalı ilə yerləşdirilir. Qaz kəmərlərinin kompressor stansiyaları porşenli və ya mərkəzdənqaçma kompressor qurğuları ilə təchiz olunur. Halhazırda bir qazvurucu kompressor qurğusunun gücü 25 MVt- a çatır. Adətən, mərkəzdənqaçma kompressor qurğulan qrup şəklində ardıcıl və ya paralel birləşdirilərək işləyir. Bir qurğunun verimi 50 mln. m3 /gün -ə, stansiyanın çıxışında təzyiq isə 10 MPa- a çata bilir. Qaz yataqlarının ilkin istismar dövründə (lay təzyiqi yüksək olduqda) magistral qaz kəməri baş kompressor stansiyasız da işləyə bilər. Bütün kompressor stansiyalarında nəql olunan təbii qaz mexaniki hissəciklərindən təmizlənməklə qurudulur, zəhərli qazlardan (kükürd və karbon qazları) təmizlənir və odarizasiya olunur. Kompressor stansiyaları da nasos stansiyaları kimi köməkçi avadanlıqlara və sistemlərə (soyutma sistemi, qazanxana, elektrik təchizatı, kanalizasiya və. s) malik olur. Magistral qaz kəməri qazı qazpaylayıcı stansiyalara və nəzarət- paylayıcı məntəqələrə verir, orada, istehlakçıya verilməzdən əvvəl qaz mexaniki hissəciklərdən, kondensat və nəmlikdən təmizlənir, keçən qazın həcmi ölçülür, təzyiqi aşağı salınır və odorizasiya edilir (əgər baş kompressor stansiyasında bunlar həyata keçirilməyibsə).