Mühazirə 1-5 Elmdə və təhsildə kom tex-rı MagistrTAM-1
4.Onlayn təhsil sistemləri və onların tətbiq xüsusiyyətləri. MS Teams və ZOOM onlayn platformalarının təhsil imkanları.
ONLAYN TƏHSİL PLATFORMALARI VƏ ONLARIN TƏTBİQ XÜSUSİYYƏTLƏRİ Microsoft Teams əsasən işgüzar söhbətlər, iclaslar, qeydləri birləşdirən platforma kimi yaradılsa da onun onlayn təhsilə tətbiq imkanları da çox genişdir. Platforma Microsoft şirkəti tərəfindən yaradılıb və 2016-cı ilin noyabrında rəsmi olaraq təqdim edilib. Xidmət Microsoft Office və Skype daxil olmaqla şirkətin Office 365 abunəlik paketi ilə inteqrasiya olunur və Microsoft olmayan məhsullarla da inteqrasiya oluna bilən əlavələrə malikdir. Microsoft Teams platformasından kompüterdə, İOS və ya Android cihazda, planşet və ya noutbukda istifadə edə bilərsiniz. İstifadəçilər Microsoft hesabı və ya Teams tətbiqinə ehtiyac olmadan Microsoft Teams-də virtual söhbətə qoşula bilərlər. Microsoft Teams-də konfransın təşkilatçısı digər iştirakçıları konfransa dəvət etmək üçün elə də çətinlik şəkmir. İnternet üzərindən iş bacarıqlarına yiyələnmiş hər bir kəs bu vəzifənin öhdəsindən gələ bilər. Konfransa başlamamışdan əvvəl mütləq MS Teams platformasında qeydiyyatdan keçib, hesab açdırmaq lazımdır. Microsoft həmçinin Teams tətbiqində 250 nəfərlik qrupla eyni vaxtda ödənişsiz seanslar keçirilməsinə də şərait yaradır. "Microsoft Teams" platforması təhsil müəssisələri üçün video bağlantı vasitəsilə məsafədən təhsil vermə, müəllim-tələbə müzakirəsini təşkil etmək üçün interaktiv alətlərdən istifadə, sillabus, mühazirə və digər dərs materiallarının ötürülməsi üçün geniş və əlverişli imkanlar yaradır. Həmçinin böyük həcmli materialların yerləşdirilməsi, təqvim aləti vasitəsilə dərslərin və onlayn mühazirələrin planlaşdırılması, qiymətləndirmənin aparılması alətlərində istifadə, qrup işinin təşkili də bura daxildir. Zoom platforması əsasən onlayn videokonfransların təşkili və keçirilməsi məqsədi ilə Zoom Video Communications komponiyası tərəfindən yaradılmışdır. Bu platforma üzərindən eyni vaxtda 100 iştirakçı ilə 40 dəqiqəlik ödənişsiz qarşılıqlı videotelefon əlaqəsi qurmaq olar. Platformanın müəyyən məbləğin ödənilməsi qarşılığında iştirakçıların sayını müddətə limit qoyulmadan 500 nəfərə qədər çoxaltmaq imkanları vardır. Zoom platforması onlayn tədrisin təşkili və keçirilməsi üçün də yaxşı vasitə kimi tanınır. Platformanın öyrənənlərlə öyrədənlər arasında qarşılıqlı fayl mübadiləsinin aparılmasına və xüsusilə də yoxlama, qiymətləndirmə proseslərinin həyata keçirilməsinə yaxşı imkanları vardır. Son illər distant təhsilə artan maraq Zoom platformasının da təhsil yönümlü imkanlarının artmasına səbəb olmuş və dünyanın bir çox təhsil müəssisələri öyrənənlərlə əlaqənin daha effektli qurulması məqsədi ilə Zoom-un imkanlarından geniş istifadə edirlər. “Paltalk” proqramı – Daha bir onlayn tədris proqramı kimi “Paltalk” proqramını göstərmək olar. Onun köməkliyi ilə cari vaxtda evdən çıxmadan müəyyən qrupa qoşulmaq və orada dərs keçənin səsini eşitmək, onu görmək və mətn mübadiləsi etmək olar. Burada distant təhsil üçün ayrıca qrup yaradılmışdır və onun daxilində müəyyən ixtisaslar üzrə otaqlar yaradılmışdır. İstifadəçinin ekranında birdəfəlik üç nəfəri görmək olar. Lakin burada audio söhbətlər etmək üçün növbəyə durmaq lazımdır. Bu sualları birdəfəyə verib müəllimi dolaşıqlığa salmamaq üçün istifadə edilir. MSN Messenger proqramı: Tədrisin onlayn təşkilində MSN Messenger proqramı da müəyyən üstünlüklərə malikdir. O, Windows Əməliyyatlar Sisteminin üzərində gələn standart proqram paketinə daxildir. Onun köməyi ilə fərdi təlim kursları təçkil etmək mümkündür. Bunun üçün müəllim və tələbənin öz e-poçt ünvanları (məs: webmaster@firststeps.az) olmalıdır. Bu söhbət proqramında istifadəçi ilə yazışma, söhbət və video əlaqələr yaratmaq olur. Proqramın müsbəh cəhəti eyni vaxtda müəllim ilə tədris keçən tələbənin operativ əlaqəsi, yazı ilə izah olunması mümkün olmayan problemlərin canlı bağlantı vastəsi ilə başa salınması, hər bir təlbə ilə fərdi məşğul olmaqdan ibarətdir. Burada tələbənin mobil telefonuna qısa mesaj göndərmək, e-poçt göndərmək kimi imkanlar da daxildir. eXtensible Distance Learning System: Bu proqram pakeri rusiyanın xDL Soft şirkəti tərəfindən hazırlamnış məhsuldur. Proqram müxtəlif təhsil müəssisələrində keçirilən distant təhsil prosesinin avtomatlaşdırılması üçün nəzərdə tutulub. İnternetin köməkliyi ilə bu sistemdə distant təlim kurslarının keçirilməsinin aşağıdakı üstünlükləri var. Dərs materiallarına birdəfəlik internet vastəsi ilə baxılması Dərs materialının artırılması (çoxaldılması) Testləşdirmənin keçirilməsi Şəbəkədə birgə işin təşkil edilməsi Bazada dərs sisteminin məlumatlarının İMS formatında saxlanılması (dərsliklər, kurslar, kitablar və s.) import və exsportu. İstifadəçiləri dərs prosesi haqda məlumatlandırmaq Dərs planlarına uyğun olaraq distant təhsilin təşkili Virtual dərs bölməsinin yaradılması Sistemin Arxitekturası Sistem müştəri/server prinsipi ilə işləyir. Verilmiş arxitekturanın istifadəsi distant təhsilin informasiya sistemi üçün “de-facto”-dur, belə ki bu proqram: istifadəçilərin İnternetdən əlaqə saxlaması, müxtəlif proqram-aparatura həllərinin bir sistemdə birləşməsi, böyük İnformasiya mübadiləsinin lokal və qlobal kompüter şəbəkəsinda etibarlı işləməsi üçün imkanlar yaradır. Server Server özündə multimedia tədris materiallarının (elektron kitablar, kurslar, testlər) saxlanması və İnternet şəbəkəsindən əlaqələndirilməsi üçün bir struktur təşkil edir. Serverin aşağıdakı komponentləri var: İstifadəçi interfeysi (veb interfest (bu istifadəçilərin əsas interfeysidir), qrafik interfeys və s..) istifadələrin müştəri proqram vastəsi ilə işləməsi üçün nəzərdə tutulub (Bu veb Brouzer və ya digər müştəri proqram ola bilər). Çoxpotoklu servlet – Bir çox istifadəçilərdən eyni zamanda sualların virtual maşına ötütülməsi üçün istifadə edilə bilən komponent. Virtual maşın – Onun kontekstində aktiv resursların işi gedir. İstifadəçi meneceri – Sistemin istifadəçiləri haqda məlumatların saxlanması üçün xidmət göstərir. Əməliyyatlar meneceri – Sistemin istifadəçilərinin əməliyyatlarının aparılması üçün xidmət göstərir. Serverin işləməsi üçün platformanın sərbəstliyi, işin tezliyi, şəbəkə texnologiyalarında işləyən, Verilənlər Bazasının İdarəetmə Sistemini interfeysini Veb-də dəstəladiyi üçün Java istifadə edilir. VBİS Proqramda Verilənlər Bazasının İdarəetmə Sistemi kimi sistemin istifadəsindən, çox platformalığından aslı olaraq ixtiyari server tipli VBİS ola bilər. Bu sistemi istənilən proqram, aparat təminatında istifadəsinə imkan yaradır. Müştəri Bütün istifadəçilər sistemlə müştəri proqram olan Brouzerin köməkliyi ilə əlaqə saxlaya bilirlər. Məsafədən olduğuna görə istifadəçilərin əlaqə saxlaması üçün Unternet şəbəkəsi rahat üsullardan biridir. Həmçinin beynəlxalq standartların istifadəsi verilmiş sistemin rahatlığını təmn edir. Verilənlərin yadda saxlanılması Distant təhsil sisteminin bütün verilənləri aşağıdakı tiplərdən ibarətdirlər. Elektron kitab Test Kurs Dərs planı Bu informasiya resursları alt resurslardan ibarətdirlər. Bu üsulla bir çox informasiya resursları digər resursları özündə saxlayan informasiya resursu olurlar. Ağactipli məlumatların yadda saxlanılması üçün öz effektiv və etibarlılığına görə fərqlənən VBİS istifadə olunur. Resurslar üzərində iş növbəti viddədir: Resursun yaradılması Resursun əlavə edilməsi Resursun dəyişilməsi Resursun silinməsi Resursa baxış Resursun realizəsi Resursun yüklənməsi (endirilməsi) Bu əməliyyatlar sistemin informasiya resursları ilə əlaqələndirilməsi üçün qurulmuş interfeysin köməkliyi ilə yerinə yetirilir. Buradan sistemdə daima resurslara daxil olmaq üçün rahat interfeysi olan ixtiyari yeni İnformasiya resursları əlavə edilə bilər. Sistem daima yeni İnformasiya resursları əlavə edilməklə inkşaf edə bilər. Məlumatların VBİS-də saxlanması üçün bir neçə variant vardır: Yazılar Seriallaşdırılmış obyekt Cədvələlrə bölünmüş XML sənəd Verilmiş sistemdə məlumatlar bir çox üstünlükləri olan XML formatda yadda saxlanılır. 1. Strukturlaşdırma imkanı. XML-sənədlər özlərində ixtiyari ierarxiyaya malik digər sənədlər saxlaya bilən konteynerlər təşkil edirlər. Bu mürəkkəbstrukturlu resurslar yaratmağa imkan verir. Fiziki olaraq XML-sənəd əl ilə dəyişmək üçün imkanları olan mətn faylını təşkil edir. 2. Yoxlama imkanı: İstənilən XML sənəd öz qramatikasının xüsusi analizator vastəsi ilə öyrənilən açıqlamasını saxlaya bilər. Analizator həmçinin məlumatın struktur və tərkibini əks etdirə bilər. 3. Daşınıqlılığı: XML formatı siztemi sintaktik səviyyəyə uyğunlaşdıran sənədlərarası əlaqə formatı kimi xidmət edə bilər. Həmçinin XML sənədləri sistemin ayrıca komponentləri ilə qarılıqlıəlaqədə ola bilərlər. XML dili ilə müxtəlif sahələrdə qəbul olunmuş kommunikasiya formatlı məlumatlar yaratmaq olur.Distant təhsil sistemi üçün beynəlxalq IMS (Instructional Management System) standartı qəbul olunmuşdur. 4. Məlumatların müxtəlif görünüşdə təsviri: XML məlumatları istifadəçi kompüterinə köçürüldükdən sonra müxtəlid viddə görünməsinə imkan yaradır. HTML-dən fərqli olaraq (verilənlərin təsvirini göstərir) XML verilənlərin özlərini göstərir. Təsvir, verilənlərin özlərindən fərqləndiyinə görə, bu XML-ə hər bir istifadəçinin kompüterində individual olaraq, müştəri kompüter və digər xassələrdən aslı olaraq məlumatları göstərmək imkanı verir. Bununla da XML verilənlərin strukturunu heç bir asılılıq olmadan təsvir etmək imkanı verir. Bununla da XML dili məlumatları dəyişən informasiya sistemləri, əsasən də Distant təhsil sistemi üçün daya yaxın dildir. Hal hazırda XML-in istifadəsi üçün mövcud və ya xüsusi XMLoriontasiyalı VBİS-dən istifadə etmək olar. http://www.baumantraining.com/: Bauman adına Moskva Dövlət Texniki Universiteninin e-təlim mərkəzindəki dərsliklər Flash texnologiyalardan istifadə edilərək yaradılmışdır. Bu saytda pulsuz olara Networking Essentials kursu yerləşdirilmişdir. Kurs rus və İngilis dillərindədir. Kursda şəbəkə, ulduz və üzük topologiyalarına həsr edilmiş kurslar yerləşdirilib. Hər bir kursun sonunda Bu kursa aid olan test yerləşdirilib. Sonda ümumi kursa aid test var. Burada həmçinin digər pullu kurslar da yerlşdirilmişdir. http://www.eLearn.ru/: Hipermetod şirkətinin hazırladığı “eLearning Server 3000” proqram məhsulunun saytı. Paket akademik, məktəbli, koorporativ dərslərin keçirilməsi və müasir İnternet və multimedianın köməkliyi ilə kursları təskil edir. Məhsul onun təkcə distant təhsilin problemlərindən xəbərləri olan İT mütəxxəsisləri üçün deyil, həmçinin ali, orta və məktəb müəllimləri üçün də asant başa düşülən və Veb interfeysdə rahat qurulma imkanına malikdir. “eLearning Server 3000” köməkliyi ilə yaradılmış Dərs Mərkəzlərində beş mərhələdə əlaqə vardır. 1. Administrator: o Serverin quraşdırılması - xüsusi veb-interfeys vastəsi ilə dizaynın idarəsi. o Dekanatlıq, müəllim, təhsil alan administratorluq Personalının idarə olunması o Arxivlə iş – serverin personalının Verilənlər bazasına giriş o Məşğələlərin tiplərinin təyin olunması – dekanat və ya təhsil keçənin sifarişi ilə administrator yeni tip məşğələlər yaratmaq imkanına qadirdir. 2. Dekanat: o Xüsusi Veb-interfeys vastəsi ilə serverdə xəbərləri yerləşdirmək o Dərs kurslarının idarə olunması o Serverin tədris keçən tərəfinin ilə idarə olunması o Tələbə, abiturient və kursu bitirənlərin idarə olunması 3. Tədris keçən: o Müxtəlif tip məşğələlərin yaradılması və keçirilməsi Online-seminar, konferensiyalar, mühazirələr. Online-treninglər. Yoxlama, fərdi və ev tapşırıqları. Onlene testləşdirmə və sertifikatlaşdırma o Məqbul və Vedemost-ların idarə olunması o İş və dərslərin cədvəlinin idarə olunması 4. Təhsil alan: o Dərs cədvəllərinə icazə o Elektron məqbula icazə o Dərslərdə iştirak və tədris keçən tərəfindən hazırlanmış tapşırıqların yerinə yetirilməsi 5. Abiturient: o İştirak və keçirilməsi üçün hesablanmış kurslar haqda məlumatlar o Qeydiyyat – cari və ya digər dərs kursuna yazılmaq o Kömək – Serveri istifadə qaydaları XML standartlarının qəbul olunması Administrator və Tədris keçənə mərkəzdə öznün yeni unikal imkanlarını əlavə etmək imkanları verir. http://www.BrainBench.com/: Sertifikatlaşmanı hər yerdə və hər cür şəraitdə keçmək olar, lakin qeyd olunur ki, sertifikatlaçdırmanı bu hüquqa malik şəxslər keçirməlidirlər. BrainBench İnternet vastəsi ilə istənilən istifadəçinin pulsuz sertifikatlaşmasına imkan yaradır. Aydındır ki sertifikatlaşdırmadan söhbət gedəndə ancaq kompeterətrafı məlumatlar yada düşür, lakin bundan fərqlilərinə də rast gəlinir. Məs: İngilis dilində yazılışın da sertifikatlarının alınmasına ehtiyac vardır. Testləşdirmə metodikası çox sadədir: Siz özünüzə lazım olan testi sifariş edirsiniz və bir ay müddətində sizə rahat olan vaxt və yerdə onu keçirsiniz. Test bir neçə onliqlarla suallardan təşkil olunub və onların hər birinə üç dəqiqə vaxt verilir. Bu mənbənin müəlliflərinin fikrinə görə bu layihə mütəxxəssis və potensial işədüzəldənlər üçün çox sərfəlidir. Servis pulsuzdur, lakin sertifikatların sifarişçiyə çatdırılması 9.99$ təşkil edir. Burada 4-dən çox bal yığanlara “Master” dərəcəsində sertifikalar verilir. FTP texnologiyaları FTP texnologiyaları (File Transfer Protocol – faylların köçürülmə protokolu) təhsil sistemlərində köməkçi xarakter daşıyır. FTP serverlərdə böyük ölçülü dərslik məzmunlu fayllar yerləşdirilir: Video filmlər, böyük ölçülü şəkillər, proqram modelləri, sənədlər (əsasən PDF formatda) və s saxlanılır. Bu faylların yüklənməsi üçün xüsusi proqram paketi lazım olmur, bütün brouzerlərdə avtomatik işə salınan FTP – müştərilər vardır. Əgər yükləmə vaxtı əlaqə kəsilərsə (bu çox vaxt baş verir) onda yükləməni yenidən başlamaq lazımdır. Bu çür hallardan keçinmək üçün xüsusi FTP brouzerlərdən və ya yükləmə proqramlarından məs GetRight, ReGet Deluxe istifadə etmək lazımdır. Əlaqə kəsilib qurulandan sonra bu proqramlar yükləməni kəsilmiş yerdən davam edirlər. Qeyd etmək lazımdır ki, FTP serverlərdə dərs prosesində istifadə etmək üçün böyük ölçüdə məlumatlar yerləşdirilir. Elektron poçt (e-poçt) texnologiyası Elektron poçt İnternet şəbəkəsinin daha məşhur və vacibli servisidir. Praktik olaraq internetin hər bir istifadəçisi Elektron poçt ünvanına malikdir. Elektron poçt vastəsi ilə mətn, şəkil, proqram, multimedia faylalrı ötürmək olar. Ən sadə Distant təhsil kursları məlumat və tapşırıqların e-poçt vastəsi ilə ötürülməsi texnologiyasının üzərində qurula bilər. Öyrənən tapşırığı yerinə yetirərək nətəcələri müəllimə qiyabi təhsil formasındakı kimi e-poçt vəstəsi ilə ötürür, lakin e-poçt mübadilə formasında əməliyyat sürətlə baş verir. Hazırda elektron poçtun imkanlarından istifadı edən distant tədris mərkəzləri mövcud deyil, lakin buna baxmayaraq e-poçt yenə də əsas köməkçi servis olaraq qalır. Əgər poçt-a müxtəlif kompüterlərdən baxmaq lazım gələrsə, onda Veb poçt qutusu adlandırılmış saytdan poçta baxmaq olar. Bu qutuya İnternetə qoşulmuş ixtiyari kompüterdən baxmaq olar. Paylanma texnologiyası (listserv) Paylanma texnologiyası (listserv) – İntraşəbəkə ilə birləşmiş və ya müəyyən qrupun daxilində olan elektron poçtların mübadiləsi üçün nəzərdə tutulub. Qrupun hər bir istifadəçisi siyahının ünvanına məktub göndərə bilər və həmin məktub bütün qrup iştirakçılarına yayılacaq. Paylanma siyahısı ətrafında mühazirələr aparılması üçün mövzusu olmalıdır. Siyahının üzvü olmaq üçün İnternetdə elektron poçtun olması kifayətdir. İnternet şəbəkəsindəki tədris saytı əsasən mətn, şəkil, multimedia formatında olan məlumatlar saxlayır. İndividual tapşırıllar müəllimə elektron poçt vastəsi ilə göndərilir. Testlər avtomatik və ya eletron poçta gondərilməklə keçirilir. Dövri olaraq virtual otaqlarda əyanidəki kimi yığıncaqlar keçirilir. T