Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Lənkəran Dövlət Universiteti


Distant təhsilin təşkilində web alətləri: e-poçt, e-konfrans, e-kitabxana və kataloqlar



Yüklə 106,46 Kb.
səhifə10/23
tarix13.11.2022
ölçüsü106,46 Kb.
#68934
növüMühazirə
1   ...   6   7   8   9   10   11   12   13   ...   23
Mühazirə 1-5 Elmdə və təhsildə kom tex-rı MagistrTAM-1

2.Distant təhsilin təşkilində web alətləri: e-poçt, e-konfrans, e-kitabxana və kataloqlar.
Distant Təhsil — tədris prоsesinin elektrоn, telekоmmunikasiya, prоqram-teхniki vasitələr əsasında təşkil оlunduğu təhsilalma fоrmasıdır. Distant təhsil öyrədən və öyrənən arasında əlaqəni telekommunikasiya və kompyuter şəbəkələri vasitəsi ilə operativ, müntəzəm dialoq, əks əlaqə əsasında, uzaq məsafədən həyata keçirilən təhsil formasıdır. Distant təhsilin xarakterik xüsusiyyətlərinə həmçinin çeviklik, modulluluq, iqtisadi səmərəlilik, müəllimin yeni rolu, təhsilin keyfiyyətinə xüsusi nəzarət, təlimin xüsusiləşdirilmiş vasitə və texnologiyalarından istifadə və s. məsələlər aiddir. Distant təhsildə informasiyalar öyrənənlərə çap materialları, elektron materiallar, elektron dərslik, televerilişlər və s. formalarda təqdim edilir. Bu tədris informasiyalarının kitablar, disklər, audio-video kasetlər kimi daşıyıcıları vardır. Distant təhsildə tədris metodik kompleksdən, kompyuter, televizor, audio-video maqnitofon, multimedia texnikası və s. kimi təlim vasitələrindən istifadə olunur. Təhsilin Distant forması müəyyən səbəblər üzündən təhsilini artırmaq imkanı olmayan və yeni ixtisas almaq arzusunu həyata keçirə bilməyən potensial şəxslərə real təhsil imkanları yaradır. Distant təhsil ənənəvi təhsil formalarına nisbətən öyrənənlərin müstəqilliyini, fəallığını, şüurluğunu, yaradıcılığını optimal inkişaf etdirir. Distant Təhsilin prinsiplər: Distant Təhsil tələbənin sərbəst öyrənməsi prinsipi üzərində qurulub. Burada təlim sahəsi elə qurulub ki təhsil alan, müəllimdən vaxt və ya məsafə ilə ayrılıb, eyni vaxtda da onlar həmçinin istədiyi vaxt telekommunikasiya vasitələri ilə əlaqə saxlaya bilərlər. İstənilən təhsil proqramları distant şəkildə həyata keçirilə bilər. Prinsipcə bu sistemlər çox sadə görünür: kompüter şəbəkəsinin köməkliyi ilə təhsil alan sərbəst öyrənilməsi nazərdə tutulmuş tədris materiallarını alır. Materialların əsasında özünü tədrisin əsasında teoriyanın mənimsənilməsi üçün tədris tapşırıqları yerləşdirilib. Təhsil alan tapşırığı yerinə yetirib cavabları müəllimə göndərir və yeni materiallar alır və beləliklə tədris kursu sona çatana qədər bu prinsiplə dərs davam etdirilir. Təhsil alanın şəbəkə vastəsi ilə müəllim ilə əlaqəsinin intensivliyi standatr qaydalardan yüksəkdir, dərs prosesi individual olur, dərs materiallarında isə kompüter texnologiyalarının bütün imkanlarından istifadə oluna bilər. Ali təhsilə artan maraq bir tərəfdən İnformasiya və Kommunikasiya Texnologiyalarının və məlumatların elektron formada təsvirinin inkşafı, digər tərəfdən Distant təhsil formasını aslı olmayan sistemə proqnozlaşdımasına imkan verir, həmçinin onun bu yaxınlarda daha da sürətlə inkşaf edəcəyinə imkan yaradır. Distant Təhsil forması klassik qiyabi forma ilə müqayisədə bir çox fərqli üstünlüklərə malikdir:
 Distant formada tələbə və müəllim arasında intensiv əlaqə təşkil olunur;
 Distant təhsil üçün hazırlanmış dərs vəsaitləri təhsilin elmi fəaliyyənin əsasını gücləndirməyə imkan verir;
 Adekvat dərs materiallarının əsasında yeni kommunikasiya məlumatlarının köməkliyi ilə, dərs prosesi ilə effektiv idarəetmə realizə olunur.
 Distant təhsil formasının istifadə etməklə ənənəvi frontal tədris forması ilə müqaisədə individual dərs komponenti artır. Distant forma – orientasiya edilmiş təhsilin şəxsi formasıdır.
 Distant təhsil formasında tələbələrin birgə işi təşkil olunur: konferensiyalar, seminar və müzakirələr, birgə proektlərə qədər.
 Bu formada vaxt və imkan xərcləri azalır.
 Distant təhsil forması ixtiyari tələbəyə, yaşadığı yerdən aslı olmayaraq istədiyi tədris müəssisəsində, istədiyi müəllimdən tədris almaq imkanı verir.
Bununla da təhsil alan ilə tədris keçən arasındakı intensiv əlaqənin imkanları, dərs materiallarının individuallığı və tədrisin tempi bu cür tədris formasını təhsil sistemində yeni keyfiyyətli mərhələyə gətirir. Lakin distant təhsil forması digərləri kimi tədris prosesində təhsil alanın hərtərəfli praktik təminatına imkan vermir. Bundan başqa distant təhsil formasında əyani təhsil formasındakı kimi tədris alanın ixtisası üzrə praktika və laboratoriya işlərinin aparılması üçün imkanlar olmur. Heç bir tədris materialı praktik tədrisi əvəz edə bilməz, əsasən də hesablamalar, kimya, fizika, biologiya və s. bu kimi praktik biliklərə yiyələnməyi tələb edən ixtisaslarda və fənlərin tədrisində distant təhsil forması lazımi effekti verə bilmir. Bu isə distant təhsil formasının müəyyən məhdudiyyətlərlə tətbiqini vacib edir. Distant təhsilin daha inkşaf etmiş forması virtual universitetlərdir. Virtual universitet heç bir tədris müəssisəsindən aslı olmayan sərbəst tədris müəssisəsidir. Virtual universitet öz tədris xidmətlərini distant üsul ilə təklif edirlər. Bu cür tədsir mərkəzlərinin digər əyani formalardan fərqi, onların tədris proqramları və kurslarının vəsaitlərinin olmaması, həmçinin tədris binasının, yataqxanaların, otaqların, akt zallarının olmamasıdır. Bu cür tədris müəssisələri kimi aşağıdakıları göstərmək olar: Kanadiya Açıq Universiteti, Hollandiya Açıq Universiteti, Fern Universitet (Germaniya), Britaniya Açıq Universiteti.
Distant Təhsilin Proqram təminatı: Hal hazırda İnformasiya və Kommunikasiya Texnologiyalarının imkanları kifayət qədər artdığına görə təhsilin distant formada keçirilməsi üçün kompüter texnologiyalarının imkanlarından geniş istifadə olunur. Bu sistemlər üçün Proqram paketləri yaradılır, İnternetdə istifadə olunan proqramların imkanlarından istifadə olunur, e-təlimlərin keçirilməsi üçün saytlar yaradılır və s. Proqram paketləri: Bu məqsədlə bir çox təşkilarlar öz məhsullarını dünya bazarlarına çıxarrlar. Bu proqramlar müştəri/server prinsipi əsasında işləyir. Server tərəfdə lazım olunan proqram paketi yüklənildikdən sonra, tədris keçmək istəyən tələbələr onların ünvanlarına girərək özlərinə uyğun dərslikləri seçib öz təlim kurslarını keçməyə başlayırlar. Distant təhsilin keçirilməsi üçün bir çox texnologiyalardan istifadə olunur. Bunlardan aşağıdakıları göstərmək olar.
 Telekonfranslar o Audiokonfanslar o Videokonfranslar o Kompüter telekonffransları
 İnternet şəbəkəsinin xidmətlərinin istifadəsinə əsaslanan texnologiyaların istifadəsinə əsaslanan texnologiyalar o MOO (Multi-user Object Oriented) texnologiyaları o MUD (Multi User Domain) texnologiyaları o IRC texnologiyası o WWW texnologiyası o FTP texnologiyası o Elektron poçt (e-poçt) texnologiyası o Paylanma texnologiyası (listserv)
 Audiokonfranslar Audiokonfranslar - Bu iştirakçiların səsli konferensiyaları keçirilən müxtəlif telekonferensiya növüdür. Audiokonferensiyaları rəqəmli və ya analoqlu əlaqə xətlərində təşkil etmək olar. Audiokonfransları birtərəfli video (one-way video), sputnik TV, həmçinin elektron yığıncaqların keçirilməsi üçün istifadə edirlər. Verilmiş telekonferensiya tipi distant təhsil kurlarının keçirilməsi üçün məhdud imkanlar verir. Burada Radio və audio kassetlərin imkanlarından da kigayət qədər istifadə edilir.
 Videokonfranslar Videokonfranslar – Video əks, səs və verilənlərin aparatura və müvafiq proqram təminatları olan iki və ya daha artıq nöqtədə mübadiləsi üçün nəzərdə tutulub. Onun iştirakçiları real vaxtda bir birlərini görə və eşidə, həmçinin verilənlər mübadiləsi edib onlara cabalrar da verə bilərlər. Müvafiq sistem təhsil alanlara müəllim ilə heç bir yol xərci çəkmədən əlaqə, müasir vacib məlumat mübadiləsi və dərs prosesində tələbələrin müəyyən tapşırıq üzərində birgə işləmə imkanlarını yaratmaq işinin məhsuldarlığını artırmağa kömək edir. Videokonfrans əlaqə birgə dialoq, verilənlər bazası ilə əlaqə, səs və videonun ötürülməsi, həmçinin “ağ lövhə” təşkil edir. Bu cür “lövhənin” köməkliyi ilə istifadəçilər sənəddə öz qeydlərini edə və digərlərinin qeyd və düzəlişləri ilə tanış ola bilərlər. Müxtəlif növ informasiya mübadiləsi sistemlərini, əlaqənin asantlığı və rahatlığını nəzərə alaraq, videokonferensiyalanin texnologiyalarını distant təhsil sistemində effektiv saymaq olar. Bəzi ölkələrdə videokonfransların keçirilməsi üçün ayrıca televiziya kanalları açılır. Burada yalnız distant təhsil kursları keçirilir. Həmçinin dərs kursları olan video kassetlərdən də istifadə edilir.
 Kompüter telekonfransları Kompüter telekonfranslarında İnternetin yüzlərlə içtirakçısı iştirak edə bilərlər. Konfransda iştirak etmək çox sadədir. Konfransın ünvanını yığaraq ona qoşulmaq kifayətdir. İstifadəçilərin komtürerlərinin ekranında konferensiyanın bütün istifadəçilərinin qeyd və yazıları əks olunacaq. Qeyd və yazıların tez bir zamanda görünməsinə baxmayaraq telekonferensiyaları sinxron sistemlərə aid etmək olmaz. Əsasən onlar bütün istifadəçilərin yaza bildikləri elan lövhələrinə oxşayırlar. Elan lövhələrindəki kimi kompüter telekonfranslarında da elanlar müəyyən müddət saxlanılır. Belə ki istifadəçinin fiziki iştirak etmədiyi vaxtda onlara qayıdıb baxmaq mümkün olsun. Bu üsulla, müəyyən vaxt mərhələsində keçirilmiş telekonferensiyanın məlumatlarına baxış mümkün olsun.



Yüklə 106,46 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin