Bu hadisənin səbəbləri. İşıq şüası monoxromatik deyil, müxtəlif rəngli yeddi şüadan ibarətdir. Ağ işığın tərkib hissəsi olan müxtəlif rəngli şüalar mühitdə müxtəlif bucaqlar altında sınır. Deməli, ağ işığa daxil olan şüalar müxtəlif sınma əmsalına malikdirlər.
İşıq dəstəsinin müxtəlif rəngli şüalara ayrılması spektr adlanır.
Ağ işığın spektri:
Sonrakı cümlə spektri yada salmağa kömək edər:
qırmızı narıncı sarı yaşıl mavi göy bənövşəyi Qarı nənə səksən yaşında mücrü gəzdirir başında.
İki mühiti ayıran sərhədə eyni bucaq altında düşən müxtəlif rəngli şüalar, ikinci mühitə keçdikdə müxtəlif bucaqlar altında sınır. Qırmızı rəngli şüa ən az sınır, ən böyük sındırma əmsalına bənövşəyi rəngli şüa malik olur. Mühitdə ən böyük sürətə malik olan qırmızı şüadır, ən kiçik sürətə malik bənövşəyi rəngli şüadır.
İnsanın görə bildiyi müxtəlif rəngli şüalar, müxtəlif texliyə və dalğa uzunluğuna malikdirlər.
İşığın sınma əmsalının onun tezliyindən və ya dalğa uzunluğundan asılılığı işığın dispersiyası adlanır.Müxtəlif rəngli işıq şüalarının mühitdə yayılma sürəti də müxtəlifdir, ona görə də uyğun olaraq sındırma əmsalı da şüaların rəngindən asılı olaraq dəyişir. Müəyyən rəngli işığın yayılma sürəti böyük olarsa, onda sındırma əmsalı kiçik olar.
İşığın polyarlaşması. İnterferensiya və difraksiya hadisələri heç bir şübhə yaratmır ki, işıq dalğa xassələrinə malikdir. Lakin hansı dalğa – uzununa və ya eninə? Çox sayda eksperimental faktlar ortaya çıxıb ki, işığın uzununa dalğa olmasını hesab etməklə, bu faktları izah etmək mümkün deyildir.
Çox sadə və yetərincə effektli olan eksperimentlərdən birinə nəzər yetirək. Bu – turmalinlərlə (yaşıl rəngli şəffaf kristallarla) təcrübələrdir.
Turmalinin ox simmetriyası var, özü biroxlu kristallar sinfinə aiddir. Düzbucaqlı formalı turmalin kristalını elə yerləşdirək ki, işıq şüası turmalin lövhəsinin üzərinə oxa perpendikulyar olan vəziyyətdə düşsün. Kristaldan keçən şüanı müşahidə edərək zənn etmək olar ki, şüa yaşıl rəngə boyanıb və onun intensivliyi azalıb. Kristalın fırlanması işığın intensivliyinə heç bir təsir göstərmir. Bundan başqa heçnə baş vermir. Lakin bu belə deyil. İşıq dalğası yeni xassələrə malik oldu.
Əgər verilmiş kristalın arxasınca daha bir turmalin kristalı yerləşdirsək, onda deyilmiş yeni xassələr özünü birüzə verir. Eyni istiqamətlənmiş kristallardan keçən işıq bir azda da zəifləyir. Birinci kristalı tərpətməyib, ikinci kristalı fırlatdıqda maraqlı hadısə yaranır – işıq şüasının tamamilə sönməsi. Kristalların oxları arasındakı bucaq artdıqca, işığın intensivliyi azalır. Oxlar perpendikulyar olduqda, işıq keçmir. O bütövlüklə ikinci kristal tərəfindən udulur.
Bu hadisə işığın eninə dalğa olduğunu təsdiq edir.
Turmalin kristalından keçən işıq polyarlaşmış sayılır. Yəni ki, dalğanın rəqsləri yayılma istiqamətinə perpendikulyar müstəvidə yalnız bir istiqamətdə baş verir.