Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında bitki karantini sahəsində əməkdaşlıq haqqında



Yüklə 60,65 Kb.
Pdf görüntüsü
tarix05.05.2017
ölçüsü60,65 Kb.
#16892

“Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında bitki 

karantini sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə 

  

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU 



  

Azərbaycan 

Respublikasının 

Milli 


Məclisi 

Azərbaycan 

Respublikası 

Konstitusiyasının  95-ci  maddəsinin  I  hissəsinin  4-cü  bəndini  rəhbər  tutaraq qərara 



alır: 

“Azərbaycan  Respublikası  Hökuməti  və  Ukrayna  Nazirlər  Kabineti  arasında 

bitki  karantini  sahəsində  əməkdaşlıq  haqqında”  2013-cü  il  noyabrın  18-də  Kiyev 

şəhərində imzalanmış Saziş təsdiq edilsin. 

  

İlham ƏLİYEV,

 

Azərbaycan Respublikasının Prezidenti

 

 

 



Bakı şəhəri, 14 fevral 2014-cü il

 

№ 904-IVQ



 

  

 



 

Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında bitki 

karantini sahəsində əməkdaşlıq haqqında

 

 

 

SAZİŞ

 

 



 

Bundan  sonra  "Razılığa  gələn  Tərəflər"  adlandırılacaq  Azərbaycan  Respublikası 

Hökuməti və Ukrayna Nazirlər Kabineti,

 

tənzimlənən  zərərli  orqanizmlərin  daxil  olması  və  yayılmasının  qarşısının  alınması 



sahəsində əməkdaşlığın əhəmiyyətini dərk edərək,

 

bitki  karantini  və  mühafizəsi  sahəsində  gələcəkdə  əməkdaşlığı  davam  etdirmək  və 



genişləndirmək  və  dövlət  fitosanitar  tədbirlərinin  əlaqələndirilməsini  təmin  etmək  istəyini 

rəhbər tutaraq,

 

1997-ci  il  redaksiyasında  olan  Bitki  Mühafizəsi  haqqında  1951-ci  il  6  dekabr  tarixli 



Beynəlxalq  Konvensiyanın  (BMBK)  Fitosanitar  Tədbirləri  üzrə  Beynəlxalq  Standartlarını 

(FTBS) rəhbər tutaraq,

 

Razılığa gələn Tərəflərin arasında ticarət və təsərrüfat əlaqələrinin inkişafı və Razılığa 



gələn  Tərəflərin  dövlətlərinin  ərazilərinin  tənzimlənən  zərərli  orqanizmlərin  daxil 

olmasından və yayılmasından qarşılıqlı olaraq qorunması maraqlarını nəzərə alaraq,

 

aşağıdakılar barədə razılığa gəldilər:



 

 

 



Maddə 1

 

 



 

Bu Sazişin kontekstində istifadə edilən terminlər aşağıdakı mənaları daşıyır:

 

bitkilər - toxum və genetik material da daxil olmaqla, canlı bitkilər və onların hissələri;



 

bitkiçilik məhsulları - emal olunmamış bitki mənşəli material (dən də daxil olmaqla), 

habelə  öz  təbiətinə  və  ya  emal  üsuluna  görə  zərərli  orqanizmlərin  introduksiyası  və 

yayılması təhlükəsini yarada bilən emal olunmuş məhsullar;

 

zərərli orqanizm - bitki və bitkiçilik məhsullarına zərəri olan bitkilərin, heyvanların və 



patogen agentlərin istənilən növü, növün dəyişmiş forması və ya biotipi;

 

karantin  tətbiq  edilən  zərərli  orqanizm  -  təhlükəyə  məruz  qalmış  ərazidə  hələlik 



mövcud  olmayan  və  yaxud  mövcud  olaraq  məhdud  dairədə  yayılmış,  rəsmi  mübarizə 

obyektinə  çevrilmiş  və  həmin  ərazi  üçün  potensial  iqtisadi  əhəmiyyətə  malik  zərərli 

orqanizm;

 

tənzimlənən  zərərli  orqanizm  -  karantin  tətbiq  edilən  zərərli  orqanizm  və  ya 



tənzimlənən karantin tətbiq edilməyən zərərli orqanizm;

 

tənzimlənən  karantin  tətbiq  edilməyən  zərərli  orqanizm  -  səpin  və  əkin 



materiallarında  bitkilərin  güman  edilən  istifadəsinə  iqtisadi  əlverişsiz  təsir  göstərən  və 

bunun nəticəsində Razılığa gələn Tərəfin idxalçı dövlətinin ərazisində tənzimlənən karantin 

tətbiq edilməyən zərərli orqanizm;

 

karantin  nəzarətində  olan  material  (tənzimlənmə  obyekti)  -  xüsusilə  beynəlxalq 



yükdaşımalar  zamanı  zərərli  orqanizmlərin  məskunlaşmasına  və  ya  yayılmasına  şərait 

yaradan,  fitosanitar  tədbirlərin  aparılmasını  tələb  edən  istənilən  bitki,  bitkiçilik  məhsulu, 

saxlanma  yeri,  qablaşdırma  materialı,  nəqliyyat  vasitəsi,  konteyner,  torpaq  və  hər  hansı 

digər orqanizm, obyekt və ya material.

 

 

 



 

 

Maddə 2



 

 

 



Bu Sazişin müddəalarının həyata keçirilməsi və əlaqələndirilməsi üçün Razılığa gələn 

Tərəflərin səlahiyyətli orqanları aşağıdakılardır:

 

Azərbaycan  Respublikası  tərəfindən  -  Azərbaycan  Respublikasının  Kənd  Təsərrüfatı 



Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti;

 

Ukrayna tərəfindən - Ukraynanın Dövlət Baytarlıq və Fitosanitar Xidməti.



 

 

 



Maddə 3

 

 



 

Karantin  nəzarətində  olan  materialların  idxalı,  ixracı  və  tranziti  Razılığa  gələn 

Tərəflərin  milli  qanunvericiliyi  ilə  müəyyən  edilmiş  dövlət  sərhəd  buraxılış  məntəqələri 

vasitəsilə həyata keçiriləcəkdir.

 

Karantin  nəzarətində  olan  materiallara  karantin  baxışı  Razılığa  gələn  Tərəflərin  Bitki 



Karantini  və  Mühafizəsi  üzrə  Milli  Təşkilatının  (BKMMT)  bitki  karantini  məntəqələrində 

həyata keçiriləcəkdir. Razılığa gələn Tərəflər bu Sazişin ayrılmaz hissəsi olan karantin tətbiq 

edilən zərərli orqanizmlərin siyahılarını (1 və 2-ci əlavələr

[1]


) mübadilə edirlər.

 

Karantin  nəzarətində  olan  materialların  yoxlanılmasına  çəkilən  bütün  xərclər  yük 



sahibi və sahibin nümayəndəsi tərəfindən Razılığa gələn Tərəflərin dövlətlərinin ərazisində 

mövcud tariflərə uyğun ödənilir.

 

 

 



Maddə 4

 

 



 

Razılığa  gələn  Tərəflərin  səlahiyyətli  orqanları  bitki  və  bitkiçilik  məhsullarına  zərər 

vuran  tənzimlənən  zərərli  orqanizmlərin  olub-olmadığını  müəyyən  etmək  məqsədi  ilə 

karantin  nəzarətində  olan  materialların  istehsalı,  emalı,  daşınması,  həmçinin  saxlanılması 

zamanı yoxlanılmasını həyata keçirəcəklər.

 

Razılığa gələn Tərəflər bir Razılığa gələn Tərəfin dövlətinin ərazisindən digər Razılığa 



gələn  Tərəfin  dövlətinin  ərazisinə  daşman  karantin  nəzarətində  olan  materialların  idxal, 

ixrac,  təkrar  ixrac  və  tranziti  üzrə  qüvvədə  olan  öz  dövlətlərinin  qanunvericiliyinə  uyğun 

olaraq təsdiq edilmiş fitosanitar qaydalarına riayət etməyi öz öhdələrinə götürürlər.

 

 



 

Maddə 5


 

 

 



Razılığa  gələn  Tərəflər  bitki  karantini  sahəsində  səmərəli  əməkdaşlığı  təmin  etmək 

məqsədi ilə milli qanunvericiliyə uyğun olaraq aşağıdakı öhdəlikləri götürürlər:

 

idxal,  ixrac,  təkrar  ixrac  və  tranzit  zamanı  bir  Razılığa  gələn  Tərəfin  dövlətinin 



ərazisindən  digər  Razılığa  gələn  Tərəfin  dövlətinin  ərazisinə  zərərli  orqanizmlərin  daxil 

olmasının qarşısını almaq üçün zəruri tədbirləri görmək;

 

Razılığa  gələn  Tərəflərin  dövlətlərinin  ərazisində  bitki  karantini  tədbirlərini 



tənzimləyən qayda və əsasnamələrin mübadiləsini həyata keçirmək;

 

Razılığa  gələn  Tərəflərin  dövlətlərinin  ərazisində  karantin  əhəmiyyətli  zərərli 



orqanizmlərin aşkar olunması və yayılması barədə məlumat mübadiləsi aparmaq;

 

bitki karantini sahəsində elmi tədqiqat işləri barədə məlumat mübadiləsi aparmaq;



 

karantin  tətbiq  edilən  zərərli  orqanizmlərin  aşkar  edilməsi,  lokallaşdırılması, 

ocaqlarının  məhv  edilməsi,  karantin  zərərsizləşdirməsi  və  s.  ilə  bağlı  bitki  karantini  üzrə 

tədbirlərin aparılmasında qarşılıqlı elmi, texniki və digər kömək göstərmək;

 

karantin  nəzarətində  olan  materialların  istehsal,  tədarük  yerlərində  fitosanitar 



yoxlanılmasının  həyata  keçirilməsi,  bitki  karantini  məsələlərinin  operativ  həlli,  həmçinin 

bitki  karantini  sahəsində  elmi  nailiyyətlərin  və  təcrübənin  öyrənilməsi  məqsədi  ilə 

mütəxəssislərin ezamiyyəsi vasitəsilə onların mübadiləsini həyata keçirmək;

 

fitosanitar  tədbirlərin  uyğunsuzluğu  barədə  notifikasiya  bildirişlərinin  və  bu 



uyğunsuzluq faktlarını təsdiq edən müvafiq sənədlərin mübadiləsini həyata keçirmək.

 

 



 

Maddə 6


 

 

 



1.  Bir  Razılığa  gələn  Tərəfin  dövlətinin  ərazisindən  digər  Razılığa  gələn  Tərəfin 

dövlətinin  ərazisinə  ixrac  olunan,  yaxud  bir  Razılığa  gələn  Tərəfin  dövlətinin  ərazisindən 

digər Razılığa gələn Tərəfin dövlətinin ərazisinə tranzitlə daşınan karantin nəzarətində olan 

materiallar, yaxud yenidən qablaşdırmaya, yenidən yüklənməyə və ya hissələrə bölünməyə 

məruz qalmış mənşəyi üçüncü ölkələrdən olan karantin nəzarətində olan materiallar idxalçı 

Razılığa  gələn  Tərəfin  dövlətinin  milli  qanunvericiliyinə  uyğun  olaraq  fitosanitar  sertifikatı 

(əsli)  və  ya  təkrar  ixracat  fitosanitar  sertifikatı  ilə  və  idxal  karantin  icazəsi  ilə  müşayiət 

olunmalıdır.

 

Karantin  nəzarətində  olan  materialların  partiyalarının  identifikasiyası  məqsədi  ilə 



həmin  partiyanı  daşıyan  nəqliyyat  vasitəsinin  nömrəsi  (adı)  fitosanitar  sertifikatlarında 

göstərilir.  Fitosanitar  sertifikatlar  Fitosanitar  Tədbirləri  üzrə  Beynəlxalq  Standarta  (FTBS 

№12) uyğun olaraq tərtib olunur.

 


2. Fitosanitar sertifikatının mövcudluğu Razılığa gələn Tərəflərin səlahiyyətli orqanları 

tərəfindən  öz  dövlətlərinin  qanunvericiliyinə  uyğun  olaraq  karantin  nəzarətində  olan 

materialların fitosanitar nəzarətinin həyata keçirilməsi hüququnu istisna etmir.

 

3.  Fitosanitar  nəzarəti  zamanı  tənzimlənən  zərərli  orqanizmlər  və  ya  fitosanitar 



tədbirlərinin  digər  pozulmaları  aşkar  olunduğu  hallarda  Fitosanitar  Tədbirləri  üzrə 

Beynəlxalq  Standarta  (FTBS  №  13)  uyğun  olaraq  idxal  edən  Razılığa  gələn  Tərəfin 

səlahiyyətli orqanları fitosanitar tədbirlərinin tətbiqinin səbəbi barədə bildirişi digər Razılığa 

gələn  Tərəfin  səlahiyyətli  orqanlarına  verməklə  karantin  nəzarətində  olan  materialların 

partiyasının  zərərsizləşdirilməsi,  məhv  edilməsi  və  ya  ixracatçıya  qaytarılması  hüququna 

malikdirlər.

 

Karantin nəzarətində olan materialların zərərsizləşdirilməsi bir Razılığa gələn Tərəfin 



dövlətinin  ərazisində  aparıldığı  halda  sözügedən  məhsulun  digər  Razılığa  gələn  Tərəfin 

dövlətinin ərazisinə idxalı onun deqazasiyasından (karantin nəzarətində olan materiallardan 

qazın süni çıxarılması) və ya karantin nəzarətində olan materialı qəbul edən Razılığa gələn 

Tərəfin  dövlətinin  ərazisində,  BKMMT  ilə  qabaqcadan  razılaşdırılması  əsasında, 

deqazasiyasından sonra icazə verilir.

 

Karantin  nəzarətində  olan  materialların  təkrar  ixracının  həyata  keçirilməsinin  bütün 



hallarında  Razılığa  gələn  Tərəflər  fitosanitar  nəzarətini  həyata  keçirirlər  və  karantin  tətbiq 

edilən  zərərli  orqanizmlər  aşkar  olunmadıqda,  karantin  nəzarətində  olan  materiallarını 

təyinat  yerinə  qədər  müşayiət  edən  fitosanitar  və  ya  təkrar  ixracat  fitosanitar  sertifikatı 

verilir və ona ixracatçı ölkənin fitosanitar sertifikatı (və ya onun təsdiq edilmiş surəti) əlavə 

edilir.

 

 



 

Maddə 7


 

 

 



Karantin  nəzarətində  olan  materialların  bir  Razılığa  gələn  Tərəfin  dövlətinin 

ərazisindən  digər  Razılığa  gələn  Tərəfin  dövlətinin  ərazisinə  ixracı  zamanı  qablaşdırma 

materialı  kimi  Fitosanitar  Tədbirləri  üzrə  Beynəlxalq  Standarta  (FTBS  №  15)  uyğun  olaraq 

xüsusi  işləmədən  keçən  ağacdan  olan  qablaşdırma  materialı  tətbiq  edilir.  Karantin  tətbiq 

edilən zərərli orqanizmlərin daşıyıcıları ola bilən bitkiçilik materialları (quru ot, küləş, püfə, 

yarpaq)  əlavə  qablaşdırma  materialı  kimi  Razılığa  gələn  Tərəfin  ilkin  razılığı  olmadan 

istifadə edilməyəcəkdir. Digər qablaşdırma materialları torpaqdan azad olmalıdır.

 

Tənzimlənən  zərərli  orqanizmlərin  daşıyıcısı  olan  torpaqlı  canlı  köklü  bitkilərin 



idxalını  Razılığa  gələn  Tərəflərin  səlahiyyətli  orqanları  qadağan  edirlər.  Bir  Razılığa  gələn 

Tərəfin  dövlətinin  ərazisindən  digər  Razılığa  gələn  Tərəfin  dövlətinin  ərazisinə  karantin 

nəzarətində  olan  materialların  daşınmasında  istifadə  olunan  nəqliyyat  vasitələri  əsaslı 

təmizlənməli və zərurət yarandıqda zərərsizləşdirilməlidir.

 

 

 



Maddə 8

 

 



 

Bu  Sazişin  müddəalarının  həyata  keçirilməsi  ilə  bağlı  praktik  məsələlərin  həlli  üçün 

Razılığa  gələn  Tərəflərin  səlahiyyətli  orqanları,  zərurət  olduqda,  Razılığa  gələn  Tərəflərin 

dövlətlərinin ərazisində növbə ilə təşkil edilmiş birgə müşavirələr keçirirlər.

 

Müşavirənin  keçirilməsi  ilə  bağlı  təşkilati  xərcləri  qəbul  edən  Razılığa  gələn  Tərəfin 



səlahiyyətli  orqanları  ödəyir.  Nümayəndə  heyətinin  göndərilməsi  ilə  bağlı  xərclərin 

ödənilməsi  qaydası  Razılığa  gələn  Tərəflərin  səlahiyyətli  orqanları  tərəfindən  əvvəlcədən 

razılaşdırılır.

 


Bu  cür  müşavirələrin  yeri,  vaxtı  və  gündəliyi  Razılığa  gələn  Tərəflərin  səlahiyyətli 

orqanları tərəfindən müəyyən edilir.

 

 

 



Maddə 9

 

 



 

Bu  Sazişin  müddəaları  bütün,  o  cümlədən  hədiyyə  və  ya  elmi  məqsədlər  üçün  daxil 

olan,  həmçinin  diplomatik,  konsulluq  və  digər  nümayəndəliklər  üçün  nəzərdə  tutulmuş 

karantin nəzarətində olan materiallara şamil edilir.

 

 

 



Maddə 10

 

 



 

Bu  Sazişin  müddəaları  Razılığa  gələn  Tərəflərin  iştirakçısı  olduğu  digər  beynəlxalq 

müqavilələrdən irəli gələn hüquq və öhdəliklərinə toxunmur.

 

 



 

Maddə 11


 

 

 



Razılığa  gələn  Tərəflərin  qarşılıqlı  yazılı  razılığı  ilə  bu  Sazişə  onun  ayrılmaz  tərkib 

hissəsi  olan  və  bu  Sazişin  13-cü  maddəsi  ilə  müəyyən  olunmuş  qaydada  qüvvəyə  minən 

ayrıca protokollarla rəsmiləşdirilən əlavə və/və ya dəyişikliklər edilə bilər.

 

 



 

 

 



Maddə 12

 

 



 

Bu  Sazişin  müddəalarının  təfsiri  və  ya  tətbiqi  ilə  bağlı  yarana  biləcək  fikir  ayrılığı 

Razılığa gələn Tərəflər arasında məsləhətləşmələr və danışıqlar yolu ilə həll ediləcəkdir.

 

 



 

Maddə 13


 

 

 



Bu  Saziş  Razılığa  gələn  Tərəflərin  onun  qüvvəyə  minməsi  üçün  zəruri  olan 

dövlətdaxili  prosedurların  yerinə  yetirilməsi  barədə  diplomatik  kanallarla  sonuncu  yazılı 

bildirişin alındığı tarixdən qüvvəyə minir.

 

Bu Saziş 5 il müddətinə bağlanılır. Razılığa gələn Tərəflərdən biri müvafiq müddətin 



bitməsinə  ən  azı  altı  ay  qalmış  bu  Sazişi  ləğv  etmək  niyyəti  barədə  digər  Razılığa  gələn 

Tərəfə  diplomatik  kanallarla  yazılı  bildiriş  vermədiyi  təqdirdə,  onun  qüvvəsi  avtomatik 

olaraq növbəti beşillik müddətlərə uzadılır.

 

Bu  Sazişin  ləğvi  Saziş  çərçivəsində  başlanmış  tədbirlərin  və  layihələrin  başa 



çatdırılmasına heç bir halda təsir etmir.

 

Kiyev  şəhərində  2013-cü  il  18 noyabr  tarixində, hər  biri Azərbaycan, Ukrayna  və rus 



dillərində  olmaqla,  iki  əsl  nüsxədə  imzalanmışdır,  bütün  mətnlər  autentikdir.  Bu  Sazişin 

ayrı-ayrı  müddəalarının  təfsirində  fikir  ayrılığı  yarandığı  təqdirdə,  rus  dilindəki  mətndən 

istifadə ediləcəkdir.

 

 



 

Azərbaycan Respublikası

 

Ukrayna

 

Hökuməti adından

 

Nazirlər Kabineti adından

 

(imza)

 

(imza)

 

 

 



           

 

           



 

           

 

  

  



 

 

 



[1]

 

Əlavələr dərc edilmir.



 

 

 



Yüklə 60,65 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin