“Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında bitki
karantini sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan
Respublikasının
Milli
Məclisi
Azərbaycan
Respublikası
Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara
alır:
“Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında
bitki karantini sahəsində əməkdaşlıq haqqında” 2013-cü il noyabrın 18-də Kiyev
şəhərində imzalanmış Saziş təsdiq edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 fevral 2014-cü il
№ 904-IVQ
Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında bitki
karantini sahəsində əməkdaşlıq haqqında
SAZİŞ
Bundan sonra "Razılığa gələn Tərəflər" adlandırılacaq Azərbaycan Respublikası
Hökuməti və Ukrayna Nazirlər Kabineti,
tənzimlənən zərərli orqanizmlərin daxil olması və yayılmasının qarşısının alınması
sahəsində əməkdaşlığın əhəmiyyətini dərk edərək,
bitki karantini və mühafizəsi sahəsində gələcəkdə əməkdaşlığı davam etdirmək və
genişləndirmək və dövlət fitosanitar tədbirlərinin əlaqələndirilməsini təmin etmək istəyini
rəhbər tutaraq,
1997-ci il redaksiyasında olan Bitki Mühafizəsi haqqında 1951-ci il 6 dekabr tarixli
Beynəlxalq Konvensiyanın (BMBK) Fitosanitar Tədbirləri üzrə Beynəlxalq Standartlarını
(FTBS) rəhbər tutaraq,
Razılığa gələn Tərəflərin arasında ticarət və təsərrüfat əlaqələrinin inkişafı və Razılığa
gələn Tərəflərin dövlətlərinin ərazilərinin tənzimlənən zərərli orqanizmlərin daxil
olmasından və yayılmasından qarşılıqlı olaraq qorunması maraqlarını nəzərə alaraq,
aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Bu Sazişin kontekstində istifadə edilən terminlər aşağıdakı mənaları daşıyır:
bitkilər - toxum və genetik material da daxil olmaqla, canlı bitkilər və onların hissələri;
bitkiçilik məhsulları - emal olunmamış bitki mənşəli material (dən də daxil olmaqla),
habelə öz təbiətinə və ya emal üsuluna görə zərərli orqanizmlərin introduksiyası və
yayılması təhlükəsini yarada bilən emal olunmuş məhsullar;
zərərli orqanizm - bitki və bitkiçilik məhsullarına zərəri olan bitkilərin, heyvanların və
patogen agentlərin istənilən növü, növün dəyişmiş forması və ya biotipi;
karantin tətbiq edilən zərərli orqanizm - təhlükəyə məruz qalmış ərazidə hələlik
mövcud olmayan və yaxud mövcud olaraq məhdud dairədə yayılmış, rəsmi mübarizə
obyektinə çevrilmiş və həmin ərazi üçün potensial iqtisadi əhəmiyyətə malik zərərli
orqanizm;
tənzimlənən zərərli orqanizm - karantin tətbiq edilən zərərli orqanizm və ya
tənzimlənən karantin tətbiq edilməyən zərərli orqanizm;
tənzimlənən karantin tətbiq edilməyən zərərli orqanizm - səpin və əkin
materiallarında bitkilərin güman edilən istifadəsinə iqtisadi əlverişsiz təsir göstərən və
bunun nəticəsində Razılığa gələn Tərəfin idxalçı dövlətinin ərazisində tənzimlənən karantin
tətbiq edilməyən zərərli orqanizm;
karantin nəzarətində olan material (tənzimlənmə obyekti) - xüsusilə beynəlxalq
yükdaşımalar zamanı zərərli orqanizmlərin məskunlaşmasına və ya yayılmasına şərait
yaradan, fitosanitar tədbirlərin aparılmasını tələb edən istənilən bitki, bitkiçilik məhsulu,
saxlanma yeri, qablaşdırma materialı, nəqliyyat vasitəsi, konteyner, torpaq və hər hansı
digər orqanizm, obyekt və ya material.
Maddə 2
Bu Sazişin müddəalarının həyata keçirilməsi və əlaqələndirilməsi üçün Razılığa gələn
Tərəflərin səlahiyyətli orqanları aşağıdakılardır:
Azərbaycan Respublikası tərəfindən - Azərbaycan Respublikasının Kənd Təsərrüfatı
Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti;
Ukrayna tərəfindən - Ukraynanın Dövlət Baytarlıq və Fitosanitar Xidməti.
Maddə 3
Karantin nəzarətində olan materialların idxalı, ixracı və tranziti Razılığa gələn
Tərəflərin milli qanunvericiliyi ilə müəyyən edilmiş dövlət sərhəd buraxılış məntəqələri
vasitəsilə həyata keçiriləcəkdir.
Karantin nəzarətində olan materiallara karantin baxışı Razılığa gələn Tərəflərin Bitki
Karantini və Mühafizəsi üzrə Milli Təşkilatının (BKMMT) bitki karantini məntəqələrində
həyata keçiriləcəkdir. Razılığa gələn Tərəflər bu Sazişin ayrılmaz hissəsi olan karantin tətbiq
edilən zərərli orqanizmlərin siyahılarını (1 və 2-ci əlavələr
[1]
) mübadilə edirlər.
Karantin nəzarətində olan materialların yoxlanılmasına çəkilən bütün xərclər yük
sahibi və sahibin nümayəndəsi tərəfindən Razılığa gələn Tərəflərin dövlətlərinin ərazisində
mövcud tariflərə uyğun ödənilir.
Maddə 4
Razılığa gələn Tərəflərin səlahiyyətli orqanları bitki və bitkiçilik məhsullarına zərər
vuran tənzimlənən zərərli orqanizmlərin olub-olmadığını müəyyən etmək məqsədi ilə
karantin nəzarətində olan materialların istehsalı, emalı, daşınması, həmçinin saxlanılması
zamanı yoxlanılmasını həyata keçirəcəklər.
Razılığa gələn Tərəflər bir Razılığa gələn Tərəfin dövlətinin ərazisindən digər Razılığa
gələn Tərəfin dövlətinin ərazisinə daşman karantin nəzarətində olan materialların idxal,
ixrac, təkrar ixrac və tranziti üzrə qüvvədə olan öz dövlətlərinin qanunvericiliyinə uyğun
olaraq təsdiq edilmiş fitosanitar qaydalarına riayət etməyi öz öhdələrinə götürürlər.
Maddə 5
Razılığa gələn Tərəflər bitki karantini sahəsində səmərəli əməkdaşlığı təmin etmək
məqsədi ilə milli qanunvericiliyə uyğun olaraq aşağıdakı öhdəlikləri götürürlər:
idxal, ixrac, təkrar ixrac və tranzit zamanı bir Razılığa gələn Tərəfin dövlətinin
ərazisindən digər Razılığa gələn Tərəfin dövlətinin ərazisinə zərərli orqanizmlərin daxil
olmasının qarşısını almaq üçün zəruri tədbirləri görmək;
Razılığa gələn Tərəflərin dövlətlərinin ərazisində bitki karantini tədbirlərini
tənzimləyən qayda və əsasnamələrin mübadiləsini həyata keçirmək;
Razılığa gələn Tərəflərin dövlətlərinin ərazisində karantin əhəmiyyətli zərərli
orqanizmlərin aşkar olunması və yayılması barədə məlumat mübadiləsi aparmaq;
bitki karantini sahəsində elmi tədqiqat işləri barədə məlumat mübadiləsi aparmaq;
karantin tətbiq edilən zərərli orqanizmlərin aşkar edilməsi, lokallaşdırılması,
ocaqlarının məhv edilməsi, karantin zərərsizləşdirməsi və s. ilə bağlı bitki karantini üzrə
tədbirlərin aparılmasında qarşılıqlı elmi, texniki və digər kömək göstərmək;
karantin nəzarətində olan materialların istehsal, tədarük yerlərində fitosanitar
yoxlanılmasının həyata keçirilməsi, bitki karantini məsələlərinin operativ həlli, həmçinin
bitki karantini sahəsində elmi nailiyyətlərin və təcrübənin öyrənilməsi məqsədi ilə
mütəxəssislərin ezamiyyəsi vasitəsilə onların mübadiləsini həyata keçirmək;
fitosanitar tədbirlərin uyğunsuzluğu barədə notifikasiya bildirişlərinin və bu
uyğunsuzluq faktlarını təsdiq edən müvafiq sənədlərin mübadiləsini həyata keçirmək.
Maddə 6
1. Bir Razılığa gələn Tərəfin dövlətinin ərazisindən digər Razılığa gələn Tərəfin
dövlətinin ərazisinə ixrac olunan, yaxud bir Razılığa gələn Tərəfin dövlətinin ərazisindən
digər Razılığa gələn Tərəfin dövlətinin ərazisinə tranzitlə daşınan karantin nəzarətində olan
materiallar, yaxud yenidən qablaşdırmaya, yenidən yüklənməyə və ya hissələrə bölünməyə
məruz qalmış mənşəyi üçüncü ölkələrdən olan karantin nəzarətində olan materiallar idxalçı
Razılığa gələn Tərəfin dövlətinin milli qanunvericiliyinə uyğun olaraq fitosanitar sertifikatı
(əsli) və ya təkrar ixracat fitosanitar sertifikatı ilə və idxal karantin icazəsi ilə müşayiət
olunmalıdır.
Karantin nəzarətində olan materialların partiyalarının identifikasiyası məqsədi ilə
həmin partiyanı daşıyan nəqliyyat vasitəsinin nömrəsi (adı) fitosanitar sertifikatlarında
göstərilir. Fitosanitar sertifikatlar Fitosanitar Tədbirləri üzrə Beynəlxalq Standarta (FTBS
№12) uyğun olaraq tərtib olunur.
2. Fitosanitar sertifikatının mövcudluğu Razılığa gələn Tərəflərin səlahiyyətli orqanları
tərəfindən öz dövlətlərinin qanunvericiliyinə uyğun olaraq karantin nəzarətində olan
materialların fitosanitar nəzarətinin həyata keçirilməsi hüququnu istisna etmir.
3. Fitosanitar nəzarəti zamanı tənzimlənən zərərli orqanizmlər və ya fitosanitar
tədbirlərinin digər pozulmaları aşkar olunduğu hallarda Fitosanitar Tədbirləri üzrə
Beynəlxalq Standarta (FTBS № 13) uyğun olaraq idxal edən Razılığa gələn Tərəfin
səlahiyyətli orqanları fitosanitar tədbirlərinin tətbiqinin səbəbi barədə bildirişi digər Razılığa
gələn Tərəfin səlahiyyətli orqanlarına verməklə karantin nəzarətində olan materialların
partiyasının zərərsizləşdirilməsi, məhv edilməsi və ya ixracatçıya qaytarılması hüququna
malikdirlər.
Karantin nəzarətində olan materialların zərərsizləşdirilməsi bir Razılığa gələn Tərəfin
dövlətinin ərazisində aparıldığı halda sözügedən məhsulun digər Razılığa gələn Tərəfin
dövlətinin ərazisinə idxalı onun deqazasiyasından (karantin nəzarətində olan materiallardan
qazın süni çıxarılması) və ya karantin nəzarətində olan materialı qəbul edən Razılığa gələn
Tərəfin dövlətinin ərazisində, BKMMT ilə qabaqcadan razılaşdırılması əsasında,
deqazasiyasından sonra icazə verilir.
Karantin nəzarətində olan materialların təkrar ixracının həyata keçirilməsinin bütün
hallarında Razılığa gələn Tərəflər fitosanitar nəzarətini həyata keçirirlər və karantin tətbiq
edilən zərərli orqanizmlər aşkar olunmadıqda, karantin nəzarətində olan materiallarını
təyinat yerinə qədər müşayiət edən fitosanitar və ya təkrar ixracat fitosanitar sertifikatı
verilir və ona ixracatçı ölkənin fitosanitar sertifikatı (və ya onun təsdiq edilmiş surəti) əlavə
edilir.
Maddə 7
Karantin nəzarətində olan materialların bir Razılığa gələn Tərəfin dövlətinin
ərazisindən digər Razılığa gələn Tərəfin dövlətinin ərazisinə ixracı zamanı qablaşdırma
materialı kimi Fitosanitar Tədbirləri üzrə Beynəlxalq Standarta (FTBS № 15) uyğun olaraq
xüsusi işləmədən keçən ağacdan olan qablaşdırma materialı tətbiq edilir. Karantin tətbiq
edilən zərərli orqanizmlərin daşıyıcıları ola bilən bitkiçilik materialları (quru ot, küləş, püfə,
yarpaq) əlavə qablaşdırma materialı kimi Razılığa gələn Tərəfin ilkin razılığı olmadan
istifadə edilməyəcəkdir. Digər qablaşdırma materialları torpaqdan azad olmalıdır.
Tənzimlənən zərərli orqanizmlərin daşıyıcısı olan torpaqlı canlı köklü bitkilərin
idxalını Razılığa gələn Tərəflərin səlahiyyətli orqanları qadağan edirlər. Bir Razılığa gələn
Tərəfin dövlətinin ərazisindən digər Razılığa gələn Tərəfin dövlətinin ərazisinə karantin
nəzarətində olan materialların daşınmasında istifadə olunan nəqliyyat vasitələri əsaslı
təmizlənməli və zərurət yarandıqda zərərsizləşdirilməlidir.
Maddə 8
Bu Sazişin müddəalarının həyata keçirilməsi ilə bağlı praktik məsələlərin həlli üçün
Razılığa gələn Tərəflərin səlahiyyətli orqanları, zərurət olduqda, Razılığa gələn Tərəflərin
dövlətlərinin ərazisində növbə ilə təşkil edilmiş birgə müşavirələr keçirirlər.
Müşavirənin keçirilməsi ilə bağlı təşkilati xərcləri qəbul edən Razılığa gələn Tərəfin
səlahiyyətli orqanları ödəyir. Nümayəndə heyətinin göndərilməsi ilə bağlı xərclərin
ödənilməsi qaydası Razılığa gələn Tərəflərin səlahiyyətli orqanları tərəfindən əvvəlcədən
razılaşdırılır.
Bu cür müşavirələrin yeri, vaxtı və gündəliyi Razılığa gələn Tərəflərin səlahiyyətli
orqanları tərəfindən müəyyən edilir.
Maddə 9
Bu Sazişin müddəaları bütün, o cümlədən hədiyyə və ya elmi məqsədlər üçün daxil
olan, həmçinin diplomatik, konsulluq və digər nümayəndəliklər üçün nəzərdə tutulmuş
karantin nəzarətində olan materiallara şamil edilir.
Maddə 10
Bu Sazişin müddəaları Razılığa gələn Tərəflərin iştirakçısı olduğu digər beynəlxalq
müqavilələrdən irəli gələn hüquq və öhdəliklərinə toxunmur.
Maddə 11
Razılığa gələn Tərəflərin qarşılıqlı yazılı razılığı ilə bu Sazişə onun ayrılmaz tərkib
hissəsi olan və bu Sazişin 13-cü maddəsi ilə müəyyən olunmuş qaydada qüvvəyə minən
ayrıca protokollarla rəsmiləşdirilən əlavə və/və ya dəyişikliklər edilə bilər.
Maddə 12
Bu Sazişin müddəalarının təfsiri və ya tətbiqi ilə bağlı yarana biləcək fikir ayrılığı
Razılığa gələn Tərəflər arasında məsləhətləşmələr və danışıqlar yolu ilə həll ediləcəkdir.
Maddə 13
Bu Saziş Razılığa gələn Tərəflərin onun qüvvəyə minməsi üçün zəruri olan
dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə diplomatik kanallarla sonuncu yazılı
bildirişin alındığı tarixdən qüvvəyə minir.
Bu Saziş 5 il müddətinə bağlanılır. Razılığa gələn Tərəflərdən biri müvafiq müddətin
bitməsinə ən azı altı ay qalmış bu Sazişi ləğv etmək niyyəti barədə digər Razılığa gələn
Tərəfə diplomatik kanallarla yazılı bildiriş vermədiyi təqdirdə, onun qüvvəsi avtomatik
olaraq növbəti beşillik müddətlərə uzadılır.
Bu Sazişin ləğvi Saziş çərçivəsində başlanmış tədbirlərin və layihələrin başa
çatdırılmasına heç bir halda təsir etmir.
Kiyev şəhərində 2013-cü il 18 noyabr tarixində, hər biri Azərbaycan, Ukrayna və rus
dillərində olmaqla, iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər autentikdir. Bu Sazişin
ayrı-ayrı müddəalarının təfsirində fikir ayrılığı yarandığı təqdirdə, rus dilindəki mətndən
istifadə ediləcəkdir.
Azərbaycan Respublikası
Ukrayna
Hökuməti adından
Nazirlər Kabineti adından
(imza)
(imza)
[1]
Əlavələr dərc edilmir.
Dostları ilə paylaş: |