4.1 Heyvanlar tərəfindən kiməsə zədə yetirilsə, qanaxma varsa dayandırmalı, zədələnmiş hissədə dezinfeksiya tədbirlərini yerinə yetirərək sarğı qoyulamlıdır. Ehtiyac olarsa təcili tibbi yardıma müraciət edilməli.
4.2. Heyvanların hədsiz aqressivliyi və narahatlığı baş verərkən onlar sakitləşənə qədər müayinə dayandırılmalıdır. Heyvanı sakitləşdirilmək üçün sakitləşdirici vasitələrdən istifadə etmək olar.
4.3. Qırılmış termometrdən tökülmüş civə ehtiyatla toplanmalı və kalium perman-qanat məhlulu ilə zərərsizləşdirilməlidir.
4.4. Zədələnmələr zamanı zərərçəkənə ilk tibbi yardım göstərilməli, dərhal əməyin mühafizəsi üzrə mühəndisə və ya əmrlə bu vəzifə həvalə edilmiş şəxsə, laboratoriya müdirinə, müəllimə və kafedra müdirinə məlumat verilməlidir.