Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət Aqrar Universiteti



Yüklə 283,36 Kb.
səhifə5/11
tarix07.01.2017
ölçüsü283,36 Kb.
#4942
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10   11

İkinci mərhələdə: tərəflərdən alınan rəylər təhlil olunur və normativ sənədin ilkin redaksiyası işlənib hazırlanır. Texniki komitənin iclasında standart layihəsi nəzərdən keçirilir, səsvermə aparılır və iclasın qərarı protokullaşdırılır. Texniki komitə standart layihəsini təsdiq etmək üçün Azərbaycan Respublikasının standartlaşdırma , Metrologiya və patent üzrə Dövlət Agentliyinə göndərmək haqqında qərar qəbul edir. Agentlik standartı nəzərdən keçirir və onun təsdiqi üçün qərar qəbul edir. Qəbul olunmuş standart haqqında ,,Azərbaycan Respublikasının Dövlət standartları’’ adlı məlumat kitabçasında informasiya dərc edilir və sonra müəyyən edilmiş qaydada standart nəşr edilir və yayılır.

Standartlarrın yeniləşdirməsi onların, əhalinin təlabatına, respublikanın iqtisadiyyatının tələblərinə və müdafiə qabiliyyətinə uyğun saxlanılması üçün həyata

keçirilir.

Texniki komitələr standartın yeniləşdirilməsi üzrə müəssisələrdən və mütəxəssis-lərdən həmçinin döblət nəzarət orqanlarından alınan təklifləri ümumiləşdirir , verilən təklifləri nəzərə alaraq TK standarta ediləcək dəyişiliklər layihəsini və ya standartın ləğv edilməsi təklifini hazırlayır və Agentliyə göndərir. Azərbaycan Respublikasının standartlaşdırma, Metrologiya və patent üzrə Dövlət Agentliyini lazımi qərar qəbul edir.



Standartlara dəyişikliklərin edilməsi.

Sdantdartda dəyişiklik edilərkın, eyni zamanda standartlaşdırma üzrə əlaqədar normativ sənədlərin də dəyişilməsi ücün təkliflər hazırlanır. Sdantdartda edilmiş hər bir dəyişikliyə Azərbaycan Respublikasının standartlaşdırma üzrə Dövlət Agentlik, Metrologiya və patent Agentliyi sıra nömrəsi verir və bu dəyişikliyin qüvvəyəminmə tarixini müəyyənləşdirir. Sdantdartda dəyişiklik haqqında informasiya və dəyişikliyin mətni Agentlik tərəfindən buraxılan ,,Azərbaycan Respublikasının Dövlət standartları,, məlumat kitabçasında dərc edilir.

Standartlara yenidən baxılması.

Standarta yenidən baxılanda qüvvədə olan standartın əvəzinə yeni standart işlənib hazırlanır. Bu halda qüvvədə olan standart ləğv edilir və yeni standartda onun hansı standartı əvəz etdiyi göstərəlir. Yeni standarta köhnə standartın işarəsi verilir və təsdiq olunma ilini göstərən iki axırıncı rəqəm dəyişdirilir. Standarta yenidən baxıldığı zaman qarşıılıqlı əlaqəli normativ sənədlərin də ləğvi və ya yeniləşməci üçün təkliflər hazırlanır.

Standartın ləğvi.

Texniki komitə standartın ləğv edilmə təklifi ilə razılaşdıqda, müəssisə rəhbərliyi-nin və ya TK sədrinin imzzası ilə bir nüsxədə aşağıdakı sənədləri məktubla birlikdə Agentliyə göndərir:


  • Standartın ləğv edilməsi barədə TK iclasının protokulunu;

  • Qabaqlar standartın razılaşdırıldığı və TK- nin üzvü olmayan dövlət nəzarət

orqanlarının standartının ləğvinin mümkünlüyü ilə razılığı təsdiq edən sənədlərin əslini. Agentlik standartın ləğvi haqqındakı sənədi qeydiyyata alır və bu məlumatı kitabçasında, adətən standartın ləğvi tarixindən üç aydan gec olmayaraq nəşr etdirir.

Mühazirə 7

Mövzu: Azərbaycan Respublikasının Dövlət standartlaşdırma sistemi

Ədəbiyyat:
1. N.R.Məmmədov –Standartlaşdırmanın əsasları, Çaşoğlu., Bakı. 2003. -386 s.

2. A.R.Qafarov -Standartlaşdırmanın əsasları , Çaşoğlu., Bakı. 2004. -157s.

3. N.H.Fərzanə,V.Ə.Bayramov və b. –Standartlaşdırmanın əsasları, Təhsil – Bakı, 2007. -218 s.

4. P.A.Cəfərov, Ş.İ.Həsənov - Standartlaşdırma, keyfiyyətin idarə olunması və məhsulların qiymətləndirilməsi. Dərs vəsaiti., Gəncə, 2003. – 219 s.

5. Q.D.Krılova -Osnovı standartizaüii, sertifikaüii i metroloqii. –M: İzd. Standartov, =ÖNİTİ, 1988. -366 s.

Plan:

  1. Standartların məcburi tələblərinə riayət edilməsinə Dövlət nəzarəti.

  2. Dövlət nəzarətinin hüquqi əsasları,vəzifələri və təşkili.

  3. Dövlət müfəttişliyinin hüquqları və vəzifələri.

Dövlət standartlarının məcburi tələblərinin gözlənilməsinə Dövlət nəzaəti Azərbaycan Respublikasının ,,Standartlaıdırma haqqında” qanunu əsasında həyata keçirilir və Dövlət Standartlaıdırma sisteminin bir hissəsini təşkil edir.

Müasir dövrdə Dövlət nəzarəti sosial- iqtisadi istiqamətləndirmə olaraq bü-tün təsərrüfat obyektlərinin istehlakçıların maraqlarını və hüquqlarını təmin edən, yaşayış mühitini, insanların əmlakını və sağlamlığını qoruyan məcburi norma və qaydaların ciddi gözlənilməsinin yoxlanılmasından ibarətdir.

Dövlət nəzarətinin əsas vəzifələrinə aşağıdakıları aid etmək olar:



  • Dövlət standartlarının məcburi tələblərinin pozulmasının qarşısının alın-ması;

  • Bütün təsərrüfat fəaliyyəti obyektlərinin məcburi sertifikatlaşdırma qay-dalarının və ,,Ölçmə vəhdətliyi haqqında” qanunun müddəalarına riayət etməmələrinin qarşısının alınması;

  • Aparılan yoxlamaların nəticələri barədə idarəetmə orqanlarının və ictimai təşkilatların informasiya ilə təmin edilməsi.

Dövlət nəzarətinin obyektlərinə isə aşağıdakılar daxildir:

  1. Standartlaıdırma üzrə normativ və texniki sənədlər;

  2. məhsul, proses və xidmətlər;

  3. dövlət nəzarəti üzrə qüvvədə olan qanunvericiliyə uyğun başqa obyekt-lər.

Dövlət nəzarəti prosesində yoxlamalara məhsul (onun bütün həyat dövrü mərhə-

lələrində) məruz qalır, o cümlədən məcburi sertifikatlaşdırılan və idxal edilən; əhaliyə göstərilən xidmətlər; məcburi sertifikasiyaya uğradılan iç növləri məhsulun texniki sənədləri; sınaq mərkəzlərinin, laboratoriyalarının və sertifikasiya orqanlarının fəaliyyəti.

Təsərrüfat fəaliyyəti subyektləri dövlət nəzarəti proseduralarını təşkil edən bütün fəaliyyətlərdə Dövlət müfəttişliyinə maneələr yaratmamalı və onlara hərtərəfli kömək

etməlidirlər; xidməti istehsal zonalarına sərbəst daxil olmanı, müəssisə mütəxəssislərinin işə cəlb olunmasını təmin etməlidirlər. Yoxlamanı müfəttiş, ya da ki, onun iştirakı ilə yaradılmış komissiya apara bilər.

Dövlət nəzarətinin və yoxlamaların əsas formasını seçmə yoxlamalar təşkil edir. Yoxlamalar prosesində nəticələrin obyektivliyini və düzgünlüyünü təmin etmək üçün sınaqlar, ölçmələrə nəzarətləşdirmə və digər, texniki müayinə etmə, eyniləşdirmə və digər tədbirlər aparılır.

Agentlik dövlət nəzarətinin prioritet istiqamətlərini təyin edərək onu plan-laşdırma prosesində nəzərə alır. Yoxlamaların planlaşdırılması mütləq hazırlıq mərhələsini daxil etməlidir ki, bundan qabaq aparılmış yoxlamaların nəticələrini təhlil edərək nəzərdə tutulan yoxlamaların istiqaməti müəyyən edilsin. Nəzarətdə konkrekt məhsulun standartında göstərilən metodikaya uyğun olaraq nümunələr seçilir və onların nəzarəti aparılır.

Məhsulun eyniləıdirilməsini və texniki nəzarəti, müəssisənin mütəxəssislərini cəlb etməklə dövlət müfəttişi aparır.

Nümunələrin sınağını yoxlanılan təsərrüfat subyektinin əməkdaşları dövlət müfəttişinin nəzarəti altında aparırlar. Müfəttişlərin sınaq nəticələri bütün məhsul partiyasına şamil olunur. Yoxlanılan müəssisənin sınaq bazası olmadığı təqdirdə sınaqlar akkreditasiya olunmuş sınaq laboratoriyalarinda aparılmalıdır.

Əgər nəzarət məcburi sertifikatlaşdırmaya məruz qalan məhsula aiddirsə , dövlət müfəttişi bundan qabaq verilmiş uyğunluq sertifikatının olmasını və doğruluğunu yoxlamalıdır. Agentlik dövlət nəzarəti orqanları və başqa dövlət idarə etmə orqanları öz səlahiyyətləri daxilində fəaliyyyətlərini həyata keçirdikdə idarəetmə orqanları və istehlakçıların ictimai təşkilatları sığorta cəmiyyətləri (assossasiyaları), hüquq mühafizə orqanları ilə qarşılıqlı əlaqədə olur, həvalə olunmuş vəzifələrin yerinə yetirilməsinə köməklik göstərirlər. Agentliyin dövlət nəzarəti orqanları və başqa dövlət idarəetmə orqanları öz səlahiyyətlərinə uyğun olaraq idarəetmə orqanlarına və ictimaiyyətinə məhsulun keyfiyyəti haqqında məlumat verir

Dövlət müfəttişlərinin hüquqları və vəzifələri ,,Standartlaşdırma haqqında,, qanunda müəyyən edilir. Onlar dövlət idarəetmə orqanlarının nümayəndələri kimi kifayət qədər geniış hüquqlara malikdirlər və ona görə də dövlətin himayə-sindədir.

Dıvlət müfəttişi aşağıdakı hüquqlara malikdir:



  1. yoxlanılan müəssisənin (təşkilatın) istehsal və xidmət sahələrinə sərbəst daxil olmaq, lazım olan sənədlərdən istifadə etmək, nümunələri seçmək, aşkar olunan çatışmazlıqlar üzrə təlimat vermək, məhsulun tədarükünü (realizasiyasını) dayandırmaq və ya qadağan etmək (əgər məhsul dövlət standartının məcburi tələblərinə uyğun deyilsə və ya məhsulu yoxlanmaya təqdim etmək tələbinə rədd cavabı alınarsa);

  2. yoxlamalar nəticəsi əsasında standartların məcburi tələblərini pozanlar, məhsulun realizasiyasına qadağan qoyulduğu halda onun satışını davam edənlər barədə cəza tədbiri görmək, məhsulun (xidmətin) Azərbaycan Respublikasının normativ sənədlərinin məcburi tələblərinə uyğun olmadı-ğı halda onun realizasiyasına qadağan qoyulması (həmçinin xarici mallara);

  3. təqdim edilmiş qərarlar və təlimatlar müəssisə tərəfindən yerinə yetirilməzsə, lazım olan materialları arbitraj məhkəməsinə və prokurorluq orqanlarına göndərmək.

Dövlət müəssisələrinə geniş hüquqlar verilmişdir və əgər müfəttiş öz vəzifəsini yerinə yetirmirsə və ya işinə lazımi səviyyədə yanaşmırsa, dövlət və kommersiya sirlərinin açılmasında ifşa olunmuşdursa, qanunla təyin olun-muş qaydada məsuliyyət daşıuır.

Dövlət nəzarəti və yoxlamalarının müasir konsepciyası beynəlxalq təcrübəyə arxalanaraq mütəşəkkil təşkilati struktura malik olmaqla, vəzifəli şəxslərin hüquqi və sosial müdafiəsinin forma üsullarını yaratmq üçün əsasları göstərməlidir.


Mühazirə 8.

Mövzu : Azərbaycan Respublikasında standartlaşdırma və sertifikatlaşdırmanın hüquqi əsasları

Ədəbiyyat:
1. N.R.Məmmədov –Standartlaşdırmanın əsasları, Çaşoğlu., Bakı. 2003. -386 s.

2. A.R.Qafarov -Standartlaşdırmanın əsasları , Çaşoğlu., Bakı. 2004. -157s.

3. N.H.Fərzanə,V.Ə.Bayramov və b. –Standartlaşdırmanın əsasları, Təhsil – Bakı, 2007. -218 s.

4. P.A.Cəfərov, Ş.İ.Həsənov - Standartlaşdırma, keyfiyyətin idarə olunması və məhsulların qiymətləndirilməsi. Dərs vəsaiti., Gəncə, 2003. – 219 s.

5. Q.D.Krılova -Osnovı standartizaüii, sertifikaüii i metroloqii. –M: İzd. Standartov, =ÖNİTİ, 1988. -366 s.

Plan:


  1. Standartlaşdırma haqqında Azərbaycan Respublikasının qanunu.

  2. Məhsulun (iılərin, xidmətlərin) sertifkasiyası haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı.

Standartlaşdırma haqqında qanunda göstərilib ki, bu qanun Azərbaycan Respubli-kasında butün icra hakimiyyəti orqanları, müəssisələr, təıkilatlar (təsərrüfat subyekt-ləri), habelə ictimai birliklər üçün məburi hesab olunan standartlaşdırmanın hüquqi və iqtisadi əsaslarını müəyyənləşdirir.

İstehlakçıların, dövlətin və təsərrüfat subyeklərinin maraqlarının dövlət müdafiəsi bu qanunda və buna müvafiq hazırlanıb tətbiq edilən standartlaşdırma üzrə digər nor-mativ sənədlərlə tənzimllənir.


  1. Birinci maddədə: əsas anlayışlar və standartlaşdırmanın əsas məqsədi müəy-yənləşdirilmişdir. Qanunda standartlaşdırma üçün belə tərif verilib: - Standartlaşdırma məhsullar (işlər, xidmətlər) üçün norma, qayda və xarakteristikalar müəyyənləşdirən fəaliyyətdir.

Standart – maraqlı tərəflərin razılığı əsasında hazırlanmış və müvafiq səlahiyyətli təşkilat və orqanlar tərəfindən təsdiq edilən kütləvi istifadə üçün nəzərdə tutulmuş məhsulların(işlərin, xidmətlərin) keyfiyyətinə və təhlükəsizli-yinə dair tələblər müəyyənləşdirən normativ sənəddir.

  1. İkinci maddədə: Azərbaycan Respublikasının standartlaşdırma haqqında qanunvericiliyi müəyyənləşdirmişdir. Burada qeyd edilir ki, standartlaşdırma haqqında qanunvericilik bu qanundan və bu qanuna uyğun qəbul edilmiş Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından ibarətdir. Burada

bildirilir ki, tikintiyə, ərzaq məhsullarına əhali üçün nəzərdə tutulan digər məh-sullara və digər zəruri mallara (işlərə, xidmətlərə) standart tələblərin əsasları Azərbaycan Respublikası qanunları ilə müəyyən edilir. Məsələn, ,,Yeyinti məh-sulları haqqında”

Azərbaycan Respublikasının icra hakimiyyəti orqanlarının, habelə təsərrüfat subyektlərinin və ictimai birliklərin standartlaşdırmanın təşkili və idarə edilməsi sahəsindəki fəaliyyətlərinin əlaqələndirilməsi Standartlaşdırma Metrologiya və patent üzrə Dövlət Agentliyinə həvalə edilmişdir. Bu ,,Standart-laşdırma haqqında” Azərbaycan Respublikası qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1996- cı il tarixli fərmanı ilə müəyyənləşdirilmişdir. ,,Standart laşdırma haqqında” Azərbaycan Respublikası qanununun 4- cü maddəsinin 3- cü hissəsinin birinci abzasında, 5- ci maddəsinin 2- ci hissəsində, 6- cı maddəsinin 5- ci hissəsinin 2- ci abzasında, 7 və 9- cu hissə-sində, 7- ci maddəsinin 5- ci hissəsində, 9- cu maddəsinin 2 və 4- cü hissəsində, 10- cu maddəsinin 2- ci hissəsində göstərilmiş standartlaşdırma üzrə müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini , Standartlaşdırma Metrologiya və patent üzrə Dövlət Agentliyi həyata keçirir.

Standartlaşdırma üzrə işlərin təşkili və idarə edilməsi, standartlaşdırma üzrə normativ sənədlərin hazırlanması və tətbiqini, istehlakçıların bu haqda tam və səhih informasiya təminatını, standartlaşdırma sisteminin işlənməsini, beynəlxaiq standartların tətbiq edilməsi qaydalarını, standartların sahə xüsusiyyətlərini müəyyənləşdirilməsini, onlara əməl edilməsi ilə bağlı müvafiq nəzarət tədbbirlərinin həyata keçirilməsini, standartlaşdırma sahəsində kadrların haazırlanması və ixtisas səviyyəsinin yüksəldilməsini, göstərilən işlərin maliyyələşdirilməsini və digər işlərini əhatə edir.

Standartlaşdırma sahəsində işləri təşkil etmək və əlaqələndirmək məqsədilə dövlət standartlaşdırma sistemi tətbiq edilir. Bu sistemin dövlət standartlarında standartlaşdırma üzrə aparılan işlərin ümumi təşkilatı- texniki qaydaları, təsərrüfat subyektlərinin bir- biri ilə, həmçinin icra hakimiyyəti orqanları ilə standartlaşdırma sahəsində qarşılıqlı əlaqələrin forma və metodları müəyyənləşdirilir.

Qanunun ikinci fəsli standartlaşdirma üzrə normativ sənədlərə və onların tətbiqinə həsr olunur.Qanunun beşinci maddəsində normativ sənədlərin aşağıda göstərilən kateqoriyaları müəyənləşdirilmişdir:


  • Azərbaycan Respublikasının Dövlət standartları AzS ;

  • Texniki –iqtisadi və sosial informasiya təsnifatları ;

  • Sahə standartları ;

  • Müəyyən qaydada tətbiq olunan Beynəlxalq (regional) və Dövlətlər-arası standartlar, normalar, qaydalar və tövsiyələr;

  • Texniki şzrtlər (TŞ Az.) ;

  • Müəssisə standartları – MS ;

  • Elmi –texniki və mühəndis cəmiyyətlərinin digər ictimai birliklərin

standartları ETMCS,

Qanunun 6- cı maddəsi dövlət standartlarına , texniki- iqtisadi və sosial- infor-

masiya təsnifatlarına həsr olunmuşdur. Burada qeyd edilmişdir ki, dövlət stan-dartları kütləvi təkrar istehsal və istifadə perspektinə malik olan məhsullar (işlər, xidmətlər) üçün işlənib hazırlanır. Standartda məcburi və tövsiyə olunan tələblər nəzərdə tutulur. Məcburi tələblər qanunun 6- cı maddəsinin 2-ci hissəsində göstərilmişdir. Bu tələblərə müvafiq standartların təsiri şamil edilən butun icra hakimiyyəti orqanları və təsərrüfat subyektləri tərəindən əməl edilməlidir. Yerli məhsulların rəqabət qabiliyyətini yüksəltmək məqsədilə standartlarda qabaqlayıcı tələblərin qoyulmasına qanun icazə verir.

Qanunun 5- ci maddəsində bildirilir ki, məhsullarin (işlərin, xidmətlərin) döv-

lət standartlarının tələblərinə uyğunluğu sertifikasiya haqqında müvafiq qanunverici-

liklə müəyyənləşdirilmiş qaydada, yaxud da onların nişanlanması yolu təsdiqlənə bilər.

Standartlaşdırma üzrə tələbləri təmin etmək üçün öz səlahiyyətləri daxilində təş-

kiatı- hüquqi mülkiyyət formalarından aslı olmayaraq eyni istehlak və ya funksion təyinatlı müəyyən növ məhsul istehsal edən (iş görən,xidmət göstərən) təsərrüfat subyektləri üçün sahə standartları və texniki şərrtlər hazırlana və qəbul edilə bilər.

Dövlət standartlarının tələblərinin təmin edilməsi, eləcədə istehsalın təşkili və idarə edilməcini təkmilləşdirmək məqsədilə hər bir müəssisə müstəqil olaraq müvafiq standartlar hazırlayıb təsdiq edə bilər.

Müxtəlif bilik və ictimai –kütləvi fəaliyyət sahəsində aparılan tədqiqatların, təcrübələrdən, istifadə etmək və onları yaymaq üçün müvafiq elmi- texniki və mühəndis cəmiyyətləri və digər ictimai birliklər öz standartlarını qəbul edə bilər.

Qanunda müyyən edilmişdir ki, dövlət standartları. sahə standartlarını, texniki şərtlər, müəssisə standartları, elmi- texniki və müəssisə cəmiyyətlərinin və digər ictimai birliklərin standartları müvafiq qaydada qeydiyata alınmalı və hər bir aydan gec olmayaraq müvafiq dövlət informasiya bankına göndərilməlidir.

Qanunun 3- cü fəsli standartların tələblərinə riayət edilməsinə, dövlət nəzarəti-nə həsr olunmuşdur. 1-ci hissədə qeyd olunur ki, dövlət nəzarətinin məqsədi, istehlakçıların, dövlətin və təsərrüfat subyektlərinin qanunvericiliklə müəyyən edilmiş hüquq və mənafelərinin qorunmasından ibarətdir. Dövlət nəzarətinin kon-krekt qaydaları Standartlaşdırma ,Metrologiya və Patent üzrə Dövlət Agentliyinin əsasnaməsi ilə müəyyən olunur.

Qanunda standartlaşdırma üzrə dövlət nəzarəti orqanlarının hüquqları (maddə-ləri) və standartlaşdırma üzrə qanunvericiliyin pozulmasına görə məsuliyyət (maddə 12) məsələləridə həll edilmişdir.

Standartlaşdırma üzrə dövlət nəzarəti orqanlarının hüquqları aşağıdakılardır:



  1. – təsərrüfat subyektlərinin xidmət və istehsalk sahələrinə sərbəst daxil olmaq;

  2. - məhsulların, standartların tələblərinə uyğunluğunu təyin etmək üçün nümunələri seçib götürə bilmək;

  3. - təsərrüfat subyektlərindən zəruri məlumat və sənədləri almaq;

  4. - aşikar olunmuş nöqsanların aradan qaldırılması üçün müvafiq təsərrüfat subyektlərinə rəsmi iradnamə vermək;

  5. - insanın həyatı, sağlamlığı və əmkaklna, habelə ətraf mühitə zərər vura bilən məhsulların (işlərin, xidmətlərin) standartların tələblərinə tam uyğun olmadığı hallarda onların istehsalının yerinə yetirilməsinin və ya istifadəsinin dayandı-

rılması,qadağan edilməsi, dövriyədən (satışdan) çıxarılması, istifadəsinin

dayandırılması və ya istehlakçılardan geri qaytarılmasının təmin edilməsi ;



  1. – irad və tələbnamələri yerin yetirməyən təsərrüfat subyektlərinin məhsullarının qadağan edilməsi haqqqında qərar qəbul etmək;

  2. - dövlət qeydiyatından keçməyən və dövlət standartlarının tələlərinə cavab verməyən, insanın həyatı, sağlamlığı və həyatına, habelə ətraf mühitə zərər vura bilən xarici məhsul və xidmətlərin istifadə edilməsini qadağan etmək;

  3. - dövlət standartlarının tələlərini pozanlara qanunveericijikdə müəyyən edilmiş qaydada sanksiyalar tətbiq etmək;

  4. - verilən iradnamələr, tələbnamələr və qərarların yerinə yetirilməcində müəy-yən edilmiş tədbirlər görmək üçün materialları iqtisad məhkəməsinə, məhkə-məyə və ya hüquq mühafizə orqanlarına göndərmək.

Nəzarət orqanları yazılı tələbnamələri və qərarları yerinə yetirməyən tısırrüfat subyektlərini qanunda nəzərdə tutulmuş qaydada cərimə edə bilər. Qanun müəyyən etmişdir ki, dövlət nəzarətini həyata keçirən orqanlar, onlara həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində və ya kommersiya sirlərinin açılmasına , əsassız yoxlama və müdaxilələrə yol verildikdə və bunların nəticəsində vurulan ziyana, habelə standartlaşdırma haqqında qanunun tələblərinin pozulmasına görə inzibati, mülki- hüquqi və cinayət məsuliyyəti daşıyırlar. Qanunda göstərilir ki, icra zamanı yaranan mübahisələrə məhkəmə yolu ilə baxılmalıdır.

Qanunun 4- cü fəsli dövlət standartlaşdırma və dövlət nəzarəti üzrə iılərin ma-liyyələşdirilməsinə həsr olunub.

Büdcədən maliyyələşdirilən işlər aşağıdakılardır:


  • Təhlükəsizliyi təmin edən dövlət standartlarının və digər normayiv sənədlərin hazırlanması, nəşri, yayılması və istifadəçilərə çatdırılması;

  • Beynəlxalq (regional) və dövlətlərarası standartların, normaların, qayda və tövsiyələrin hazırlanmasında iştirak etmək;

  • Standartlaşdırma üzrə beynəlxalq (regional) və dövlətlərarası təşkilatların işində iştirak etmək;

  • Normativ- hüquqi layihələrin hazırlanması, təşkilatı –metodik və ümumi- texniki standartlar sisteminin hazırlanması və idarə olunması;

  • Standartlaşdırma sahəsində elmi- tədqiqat işlərinin aparılması;

  • Dölət nəzarətinin təşkili;

  • Normativ sənədlər fondunun xüsusi dövlət reyestrinin və kataloqlarının yaradılması, saxlanması və aparilması;

Qanunda maliyyələşdirmənin digər mənbələri də müəyyənləşdirilmişdir, məsələn, standartlaşdırma xidmətlərindən əldə edilən vəsait , ayrı –ayrı dövlət proqram və layihələri üçün nəzərdə tutulan vəsait, tətbiq edilən sanksiyaların və cərimələrin qanunvericilikdə müəyyən edilmiş hissəsi, könüllü ianə və ayırmaları göstərmək olar.

Xüsusi iqtisadi əlaqələrin genişlənməci və hökumətlərarası ticarətdə iqtisadi sifarişlərin yerinə yetirilməsi məhsulların (işlərin, xidmətlərin) keyfiyyətinin beynəlxalq qaydalar əsasında təmin edilməsini ilk növbədə onların sertifi-katlaıdırılmasını tələb edir. Müstəqil dövlətlər birliyi ölkələrində də sertifikasi-ya işlərinin tətbiq edilməsini, malların idxalı və ixracında yarana biləcək iqtisadi itgilərin qarşısını almaq, həm də milli sertifikasiya sisteminin yaradıl-masını sürətləndirmək məqsədilə Nazirlər kabineti 1 iyul 1993- cü il tarixli 343 saylı qərar qəbul edilmiıdir. Qərarda qeyd edilir ki, 1994- cü il yanvarın 1-dən etibarən Respublikada məhsulların (işlərin, xidmətlərin) vətəndaşların sağlamlığı, həyatı, əmlakı, ətraf mühitin təmizliyi üçün təhlükısizlik göstərici-ləri üzrə mərhələlərlə sertifikasiyası tətbiq edilsin.

Bu qərarda milli sertifikasiya sistemi haqqında əsasnamə və təhlükəsizliyi təmin ediləcək məhsulların siyahısı təsdiq edilmişdir. Qərarda Agentliyə tapşırılır ki, bu sahədə işlərin əlaqələndirilməsi və həyata keçirilməsi məqsədilə əlaqədar Nazirlik, idarə və təşkilatlarla razılaşdırılmış tədbirlər kompleksi hazır-lanır və iclasa nəzarət edir.

Əsasnamə sertifikasiyanın əsaslarını, bu sahədə dövlət idarəemə orqanla-rının, sahibkarlığın və sertifikasiya işləri üzrə digər iştirakçıların hüquq, vəzifə və məsuliyyəti müəyyənləşdirilir.

Əsasnamə əsas müddəalar, ümumi müddəaları sertifikatlaşdırna üzrə fəaliyyətə ümumi tələblər məhsulların (proseslərin, xidmətlərin) təhlükəsizlik tələblərinə uyğunluğu üzrə məcburi sertifikasiya və akkreditasiya olunmuş or-qanların, sınaq laboratoriyalarının (mərkəzlərinin), həmçinin istehlakçıların (icraçıların), satıcıların məcburi sertifikasiya qaydalarının pozulmasına görə məsuliyyət dərəcəsindən ibarətdir. ,,Əsas müddəalarda,, İSO1BEK 2 rəhbərlik sənədinə və İSO 8402 – 86 Beynəlxaiq standartına uyğun olan 25 termin və onların tərifi verilmiıdir.

Sertifikasiyanın məqsədləri və bu sahədə beynəlxalq müqavilələr haqqında məlumatlar ümumi müddəalar bölməsində verilmişdir. Sertifikasiya üzrə fəaliyyətə ümumi tələblər bölməsində sertifikasiya sisteminin obyektləri və şərtləri, AzS Milli sertifikasiya sisteminin strukturu, sertifikasiya üzrə səlahiyyət verilmiş orqanlar, sertifikat və uyğunluq nişanı məsələlərinə olan tələblər müəyyənləşdirilir.

Əsasnamədə göstərilir ki, sertifikasiya üzrə işlər sertifikat sistemləri yaratmaq yolu ilə həyata keçirilir . Hüquqi və fiziki şəxslər özlərinin xüsusi sertifikasiya sistemləırini yaratmaq.yaxud fəaliyyətdə olan sistemlərə qoşul-maq haqqında qərar qəbul etmək hüququna malikdirlər. Sertifikasiya məhsul-ları ilə yanaşı proqramlı və digər elmi- texniki məhsullar, həmçinin tlşkilatı- texniki və informasiya sistemləri də təqdim oluna bilər.

AzS milli sertifikasiya sisteminin təşkilatı strukturuna sertifikasiya üzrə milli orqan, oxşar məhsulların sertifikasiyası üzrə akkreditasiya olunmuş orqanlar, akkreditasiya olunmuş sınaq laboratoriyaları (mərkəzləri), keyfiyyət

sistemlərinin və istehsalın serrtifikasiyası üzrə akkreditasiya olunmuş orqanlar daxildir.

Əsasnamədə sertifikasiyası üzrə milli orqanın vəzifələri müəyyənləşdirilir.

Bunlar aşağıdakılardır:


  1. müvafiq qanunverici və icraedici orqanlar ilə qarşılıqlı əlaqə əsasında respublikada sertifikasiyasiyanın tətbiqi, inkişafı və təkmilləşdirilməsi üzrə ümumi siyasətin işlənib hazırlanması;

  2. respublikada sertifikasiyasiyanı təmin edən işlərin təşkili və koordinasi-yası;

  3. sertifikasiyasıya məsələləri üzrə başqa ölkələrin beynəlxalq təşkilatları-nın səlahiyyətli orqanları ilə müəyyən olunmuş qaydada qarşılıqlı fəaliyyət göstərmək, lazımi hallarda bu təşkılatların işində respublikanın iştirakını təmin etmək;

Sertifikasiyasıya üzrə Milli orqanın yerinə yetirəcəyi əsas işlər bunlardır:

  • bütün sistemlər üçün ümumi qurulma və fəaliyyət prinsipləri, AzS Milli sertifikasiya sisteminin strukturu, sertifikatını, uyğunluq nişanını və onların tətbiq qaydalarını müəyyən edir;

  • bütün əlaqədar tərəflərin nümayəndələrindən ibarət komissiyalarla serti-fikasiya üzrə orqanların və sınaq laboratoriyalarının (mərkəzlərinin) akkreditasiyasını, həmçinin ekspert –auditorların attestasiyasını və onların fəaliyyətinə inspksiya nəzarətini həyata keçirir;

  • AzS Milli sertifikasiya sisteminin Dövlət reyestri aparır;

  • Akkreditasiya, attestasiya və sertifikasiya üzrə qiymət tariflərini müəyyənləşdirir;

  • Sertifikasiya və akkreditasiyanın nəticələri üzrə appelyasiyalara baxır;

  • Verilmiş konkrekt məhsul (proses, xidmət) növü üçün sertifikasiya orqanı olmadıqda, həmin orqann funksiyalarını həyata keçirir;

  • Bütün əlaqədar tərəflər üçün sertifikasiya üzrə informasiyanın şəffaflığı-nı təmin edir;

Sistemin qaydalarına riayət olunmasına inspeksiya nəzarətini həyata keçirir;

  • Öz funksiyalarını xüsusi səlahiyyət verilmiş orqanlara həvalə etmək hüququna malikdir.

  • Əsasnamədə göstərilən AzS Milli sertifikasiya sisteminin qaydalarına uyğun vasitələrə və sənədləşdirilmiş prosedurlara malik olan təşkilat və müəssisələr, o cümlədən (ETİ və Agentliyin Ərazi təşkılatları daxil olmaqla) səhmdar cəmiyyətləri, assosasiyalar sertifikasiya orqanları kimi akkreditasiya oluna bilərlər.

AzS Milli sertifikasiya sisteminin akkreditasiya olunmaq iddiasında olan təşkilat və laboratoriyalar (mərkəzlər) hüquqi şəxs statusuna malik olmalıdırlar.

Təşkilatların müstəqilliyi o dərəcədə olmalıdır ki, sifarişçi, yaxud digər əlaqədar tərəflər onun apardığı sertifikasiya sınaqlarına təsir edə bilməsinlər.

Əsasnamədə sertifikasiya üzrə səlahiyyət verilmiş orqanların vəzifələri də müəyyənləşdirilmişdir. Sertifikasiya sistemlərinə rəhbırliyi həyata keçirən dövlət idarəetmə orqanları sertifikasiya üzrə səlahiyyət verilmiş orqan hesab edilir. Bu orqan öz səlahiyyəti daxilində aşağıda göstərilən işləri yerinə yetirir:


  • təhkim olunmuş məhsul (proses, xidmət) növləri üzrə resrublika ərazisində sertifikasiyanın ümumi prinsipləri müəyyənləşdirir;

  • beynəlxalq və regional sertifikasiya sistemlərinə qoşulmaq haqqqında qərarlar qəbul edir, həmçiin sertifikasiyanın nəticələrinin qarşılıqlı tanınması haqqında sazişlərə bağlayır;

  • xarici orqanlarla qarşılıqlı əlaqələrdə və beynəlxalq təsnifatlarda, serti-fikasiya məsələləri üzrə işlərdə Azərbaycan Respublikasını təmsil edir.

  • Qərarda sertifikat və uyğunluq nişanı haqqında tələblər müəyyənləşdi-rilib. Qeyd edilir ki, məhsullar (proseslər, xidmətlər) sertifikasiyalaş-dırılarkən sertifikasiya üzrə orqan müsbət qərar qəbul edirsə, sifarişçi-lərə həmin məhsulların (proseslərin, xidmətlərin) uyğunluq nişanı ilə nizamlamaq hüququ verən sertifikat verilir.

AzS Milli sertifikasiya sistemində istifadə olunan uyğunluq sertifikatı müəyyənləşdirilmiş qaydada qeydiyyatdan keçirilir.

AzS Milli sertifikasiya sistemində istifadə olunan uyğunluq nişanı qanunla müdafiə olunur və bu nişandan qanunsuz istifadə olunmasına yol verilmir. Qərarın bir bölməsi məhsulların (proseslərin, xidmətlərin) təhlü-kəsizlik tələblərinə uyğunluğu üzrə məcburi sertifikasiyaya həsr olunub.

Burada qeyd olunub ki, vətəndaşlrın sağlamlığı, həyatı, əmlakı və ekoloji təmizliyi üçün təhlükısizlik göstəriciləri üzrə məhsulların (proseslərin, xidmətlərin) məcburi sertifikasiyasından keçməlidir. Məhsulların normativ sənədlərində təhlükəsizlik tələbləri olmadıqda, lakin bunların istifadəsi, saxlan-ması, və daşınması zamanı təhlükə ehtimalı olduqda göstərilən tələbləri daxil etmək məqsədilə sənədə yenidən baxılmalıdır. Məcburi sertifikasiya bütün hallarda məhsulun göstəricilərini təyin etmək üçün sınaqlar keçirmək və sonrakı istehsal proseslərində onların təmin olunmasına inspeksiya nəzarəti daxildir.

Məcburi sertifikasiya sınaqları müvafiq sertifikasiya sistemində akkreditasiya olunmuş sınaq laboratoriyasında (mərkəzində) texnikii tələblər üzrə normativ sənədlərdə müəyyən olunmuş metodlarla, onlar olmadıqda isə sertifikasiya üzrə orqanların müəyyən etdiyi üsullarla aparılmalıdır. Məcburi sertifikasiyaya aid məhsulların siyahısı Nazirlər kabineti tərəfindən təsdiq olu-nur və ona ildə bir dəfədən az olmayaraq yenidən baxılır. Sertifikasiya üzrə milli orqan və səlahiyyət verilmiş orqanlar təhlükəsizlik göstəriciləri üzrə xammallın, materialların komplektləşdirici məmulatların məcburi sertifikasiyasını tətbiq etmək hüququna malikdirlər. Qərarda qeyd edilir ki, sahibkar respublikadan kənara sertifikasiya olunmamış məhsul çıxara bilər, lakin buna ixrac edən öikınin qanunvericiliyi yol verməlidir. Bu halda vətəndaşların həyatına, sağlamlığına, əmlakına, ətraf mühitə ziuan vurulmasına yol verilməməlidir. Qərarda oxşar məhsulların sertifikasiya orqanlarının huquqları və onların məsuliyyəti də müəyyənləşdirilmişdir.

Oxşar məhsulların sertifikasiya orqanlarının hüquqları aşağıdakılardır:



  • Uyğunluq sertifikatı və məhsulun uyğunluq nişamı ilə nişanlanmasına lisenziya vermək;

  • Təmin olunmuş məhsul növlərinin sertifikasiya qaydalarına və üsulları-na riayət olunmasına inspeksiya nəzarətini həyata keçirmək;

  • Uyğunluq sertifikatının və lisenziyasının qüvvədə olmasını ləğv etmək, yaxud dayandırmaq;

Oxşar məhsulların sertifikasiya orqanları sertifikatının nəticələrinin ob-yektivliyinə görə, alınan informasiyanın məxfiliyinin açıqlanmasına görə, sifarişçilərə qarşı hüquqi bərabərliyi pozan hərəkətlərə görə məsuliyyət daşıyır.

AzS Milli sertifikasiya sistemində akkreditrüasiya olunmuş sınaq labora

toriyasının (mərkəzin) akkreditasiya sahəsində sınaqların keyfiyyətli aparılma-sını və onların nəticələrinin doğruluğunu, labarotoriyanın akkreditasiya tələblərinə uyğun olmasının yoxlanmasını və sınağın nəticələri haqqında informasi-yanın məxfiliyini təmin etməlidir.

AzS Milli sertifikasiya sistemində fəaliyyət göstərən ekspert- auditorlar müəyyən olunmuş qaydada attestasiya olunmalı və qeydiyyatdan keçməlidirlər.

Qərarda məcburi sertifikasiya zamanı istehsalçıların (tədarükçülərin, ticarət təşkılatlarının) vəzifələri göstərilib. Burada qeyd olunur ki, istehsalçılar məhsulun məcburi sertifikasiyasını həyata krçirən orqanların öz fəaliyyətləri-nin maneəsiz yerinə yetirilməsini təmin etməli, sertifikasiya olunmamış məh-sulların realizə olunmasını dayandırmalı, məhsulun texniki sənədlərdə və tex-noloji prosesdəki dəyişiliklər haqqında orqanına xəbər verməlidir.

Idxal olunan məhsulların sertifikasiyası prosesində təyinatı üzrə birbaşa istifadə ediləcək məhsulun idxalına dair müqavilələr (kontraktlar) bağlanarkən onların sənədləridə məhsulun sertifikasiyalaşdırılmasını göstərən və Milli sertifikasiya orqanı tərəfindən tanınan sertifikatın olması nəzərdə tutulur.

Məcburi sertifikasiya üzrə işlərin xərcinin ödənilməsi sifarişçi tərəfindən Milli sertifikasiya sisteminin müəyyən etdiyi qaydalarla yerinə yetirilir

Qərarın 4- cü bölməsi məcburi sertifikasiya qaydalarının pozulmasına görə nəzərdə tutulan məsuliyyətə həsr olunub. Akkreditasiya olunmuş sertifikasiya orqanları və sınaq laboratoriyaları (mərkəzləri) əsassız olaraq uyğunluq sertifikatı verməyinə görə, məhsul sınağının yalnız nəticələrini təqdim etdiyinə görə məsuliyyət daşıyır. İstehsalçılar sertifikasiya olunmuş (yaxud sertifikat vaxtı qurtarmış) məhsulu realizə etdiyinə görə, qadağan olunmuş məhsulun realizasiya olunma-sına görə məsuliyyət daşıyır.


Mühazirə 9.

Mövzu : Azərbaycan Respublikasında standartlaşdırma və

sertifikasiyanın hüquqi əsasları


Yüklə 283,36 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin