Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Ali Attestasiya Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi haqqında


Azərbaycan Respublikası Nazirlər Kabineti 1992-ci il, 29 oktyabr tarixli 582 saylı qərarı ilə TƏSDİQ EDİLMİŞDİR



Yüklə 366,92 Kb.
səhifə3/3
tarix08.02.2020
ölçüsü366,92 Kb.
#30409
1   2   3
582 Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Ali Attestasiya Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi haqqında

Azərbaycan Respublikası Nazirlər Kabineti
1992-ci il, 29 oktyabr tarixli 582 saylı qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Ali Attestasiya Komissiyasının ekspert şurası haqqında
Müvəqqəti Əsasnamə


1. Ali Attestasiya Komissiyasının ekspert şuraları attestasiya məsələləri, alimlik dərəcələri və elmi adlar verilməsi məsələləri üzrə tövsiyələr hazırlayan elmi-ictimai orqandır. Ekspert şuraları öz fəaliyyətlərində Azərbaycan Respublikasının Ali Attestasiya Komissiyası (AAK) haqqında Əsasnamənin, Azərbaycan Respublikasında Elmi adlar və alimlik dərəcələri verilməsi qaydası haqqında Əsasnaməni, həmçinin bu Əsasnaməni rəhbər tutur.

2. Ekspert şuraları:

elm və texnikanın yeni istiqamətlərini nəzərə almaqla elmi işçilərin ixtisas hazırlığının təkmilləşdirilməsi barədə təkliflər hazırlayır və belə təklifləri nəzərdən keçirir;

ixtisaslaşdırılmış şuralarda elmi adlar və alimlik dərəcələri verilməsi üçün vəsatətlər qaldırılmasına nəzarət edir;

ali məktəblərdə, elmi tədqiqat institutlarında dissertasiya müdafiəsi üzrə ixtisaslaşdırılmış şuraların yaradılmasında iştirak edir;

dissertasiyaların elmi səviyyəsinə, elmi və praktik dəyərinə nəzarət edir; alimlik dərəcələri və elmi adlar almaq iddiasında olanlar üçün tələblərin eyniliyini, dissertasiyaların ekspertiza səviyyəsinin elmi-texniki və sosial tərəqqinin tələblərinə müvafiq olmasını təmin edir;

dissertasiya işlərinin nəticələrini təhlil edir, onları elmi-texniki və sosial tərəqqinin üstün istiqamətləri baxımından qiymətləndirir.

3. Qarşıya qoyulmuş vəzifələrə uyğun olaraq ekspert şurası:

ixtisaslaşdırılmış şuraların və elmi adlar verilməsi üçün vəsatətlər qaldıran şuraların iş təcrübəsini təhlil edir və ümumiləşdirir;

şuraların vəsatətlərinə baxır, elmlər doktoru və elmlər namizədi alimlik dərəcələrinin, professor, dosent və baş elmi işçi elmi adlarının verilməsi haqqında AAK-ın Rəyasət Heyətinə tövsiyə hazırlayır;

elmi işçilərin ixtisas hazırlığının təkmilləşdirilməsi üzrə təkliflərə baxılmasında, yeni ixtisaslar üzrə pasportların və və namizədlik imtahanlarının proqramlarının hazırlanmasında iştirak edir;

elmi-tədqiqat işlərinin nəticələrinin dünya ölkələrinə yayılmasına nəzarət edir və zəruri hallarda həmin işləri xarici ölkələrə ekspertizaya göndərir;

AAK-ın Plenumunun və Rəyasət heyətinin tapşırığı ilə elmi-pedaqoji şuraların attestasiyası ilə bağlı məsələlərə baxır, habelə təklif, şikayət və ərizələrə baxılmasında iştirak edir.

4. Ekspert şurasının aşağıdakı hüquqları var:

zəruri olduqda dissertasiyaları əlavə rəy verilməsi üçün ixtisaslaşmış şuralara göndərmək;

kifayət qədər əsaslandırılmamış rəyləri yenidən işlənmək üçün ixtisaslaşdırılmış şuralara qaytarmaq;

iddiaçıları, dissertasiya müdafiəsini aparmış və kollektiv rəy vermiş ixtisaslaşdırılmış şuraların rəhbərlərini, rəsmi opponentləri, elmi rəhbər və elmi məsləhətçiləri, həmçinin aparıcı təşkilatların (müəssisələrin) nümayəndələrini iclaslarına dəvət etmək;

öz iclaslarında ixtisaslaşdırılmış və elmi (elmi-texniki) şuraların rəhbərlərinin hesabatını dinləmək; AAK-ın Plenumuna ixtisaslaşdırılmış şuranın fəaliyyətinin davam etdirilməsinin məqsədəuyğunluğu barədə tövsiyə vermək;

lazım gəldikdə dissertasiyalar üzrə rəsmi opponentlər tövsiyə etmək;

lazım gəldikdə öz nümayəndələrini ixtisaslaşdırılmış şuraların iclaslarına göndərmək;

ixtisaslaşdırılmış şuraların yoxlanılmasında iştirak etmək;

ixtisaslaşdırılmış şuraların işlədiyi təşkilatlarda səyyar iclaslar keçirmək;

5. Ekspert şuraları müxtəlif elm sahələri üzrə yaradılır və onların tərkibinə görkəmli alimlər, xalq təsərrüfatının aparıcı mütəxəssisləri daxil edilir.

Ekspert şuralarının tərkibi AAK-ın Rəyasət heyəti tərəfindən təsdiq edilir. Hər yeni müddət üçün şuraların tərkibinin ən azı üçdə biri yeniləşdirilir. Eyni bir şəxsin ekspert şuralarının tərkibində fasiləsiz olaraq ən çoxu iki müddətdə işləmək hüququ var.

Şuranın üzvlərinin sayı adətən 20 nəfərdən çox olmur.

Ekspert şurasının sədri, sədrin müavinləri eyni bir müəssisədən və ya təşkilatdan ola bilməz.

Ekspert şurası sədrliyinə namizəd AAK-ın Rəyasət Heyətində təsdiq edilir.

Ekspert şuraları AAK-ın Rəyasət Heyəti qarşısında müntəzəm olaraq hesabat verir.

6. Lazım gəldikdə ekspert şuralarının işinə görkəmli alimlər, müvafiq ixtisaslar üzrə mütəxəssislər cəlb edilə bilər.

Ekspertlər şurasının tapşırığı ilə onlar analitik işlərdə, həmçinin attestasiya məsələlərinə baxılmasında iştirak edirlər.

7. Ekspert şurasının tövsiyəsi və qərarı açıq səsvermədə sadə səs çoxluğu ilə qəbul edilir. Lazım gəldikdə, yaxud şuranın ən azı bir üzvünün təklifi ilə gizli səsvermə keçirilə bilər.

8. Ekspert şurasının fəaliyyətinə nəzarəti AAK sədrinin müavinləri həyata keçirir.

Elm sahələri üzrə şöbələr və digər funksional bölmələr ekspert şuralarının və ekspertlərin işləməsi, həmçinin onların verdiyi tövsiyə və qərarların həyata keçirilməsi üçün şərait yaradır.

Ekspert şurasının iclası müəyyən olunmuş qaydada keçirilməzsə və ya iclasın qərarı kifayət qədər əsaslandırılmazsa, AAK-ın sədr müavininin müvafiq məsələlərə təkrar baxılmasını təklif etmək hüququ var.

9. AAK-ın Rəyasət Heyətinin və ya rəhbərliyinin tapşırığı ilə, həmçinin ekspert şuralarının rəhbərliyinin qərarı ilə bir neçə elm sahəsi, yaxud ixtisası əhatə edən dissertasiya işlərinin müdafiəsi üçün ekspert şuralarının birgə iclası keçirilə bilər.

10. Ekspert şurasının qərarı ilə hər hansı məsələyə baxılarkən digər ekspert şuralarının üzvləri, müvafiq sahə üzrə ekspert və mütəxəssislər şuranın iclasına dəvət edilə bilərlər.

11. Dissertasiya işinin müzakirəsində və səsvermədə ekspert şurasının həmin işin rəsmi opponenti olan, müdafiənin edildiyi şuranın tərkibinə daxil olan, həmçinin dissertasiya müəllifinin elmi rəhbəri (məsləhətçisi) olan üzvləri iştirak edə bilməzlər. Ekspert şurasının üzvünün rəsmi opponent təyin edilməsi ekspert şurası ilə razılaşdırılmalıdır. Ekspert şurasının rəhbərliyi (sədr, onun müavinləri və elmi katib) rəsmi opponent ola bilməzlər.

12. Elmlər doktoru alimlik dərəcəsi və professor elmi adı verilməsi üçün vəsatətə ekspert şurasında baxılma müddəti müvafiq olaraq 4 və 3 ay elmlər namizədi alimlik dərəcəsi, dosent və baş elmi işçi adlarının verilməsi üçün vəsatətə baxılma müddəti 2 aydır.

13. İxtisaslaşdırılmış şuranın təşkili və fəaliyyəti barədə materiallara ekspert şuralarında baxılma müddəti 2 aydan çox olmamalıdır.

14. Ekspert şurası hər il ən geci yanvar ayının 20-dək AAK-ın Rəyasət Heyətinə ötən ildə gördüyü iş barədə müəyyən olunmuş qaydada hesabat təqdim edir.

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI


  1. 1 oktyabr 1993-cü il tarixli 530 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

  2. 29 mart 2010-cu il tarixli 53 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 3, maddə 264)


QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
Yüklə 366,92 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin