yerlərdə tətbiq olunan standartlara uyğun olmalıdır
Cəzaların İcrası Məcəlləsinə görə məhkumların əməyinin mühafizəsi, o cümlədən iş yerlərində
təhlükəsizlik texnikası qaydalarını əməl olunmasının qayda və şərtləri Əmək Məcəlləsi və digər
müvafiq normativ hüquqi aktlarla müəyyən edilir.
CƏZASINI BAŞA VURMAQDA OLAN ŞƏXSLƏRİN AZAD OLUNDUQDAN SONRA
ƏMƏYƏ ÇIXIŞININ TƏMİN OLUNMASI İSTİQAMƏTİNDƏ FƏALİYYƏTLƏR
Məhkumların təhsili həm müvafiq beynəlxalq normalarda, həm də Azərbaycan Respublikasının
müvafiq qanunvericilik aktlarına məhkumların islah olunması, onların cəmiyyətə tam hazır
qayıdışı məsələlərində əsas vacib elementlərdən biri kimi nəzərdə tutulur.
Azadlıqdan məhrum etmə yerlərində saxlanılan şəxslərin təhsili ilə bağlı universal standartlar
aşağıdakılardır:
• Saxlanmış, yaxud həbs edilmiş şəxs saxlanma və həbs edilmə yerlərində təhlükəsiz və
intizam qaydalarını təmin edən ağılabatan şəraitdə, ağılabatan miqdarda, (əgər bu dövlət
hesabınadırsa mövcud imkanlar daxilində) tədris, bədii, və informasiya materialları
almaq hüququna malikdir;
• Təhsildən bəhrələnəməyi bacaran məhbuslara-icazə verilən ölkələrdə dini tərbiyə daxil
olmaqla- onu davam etdirmək imkanı təmin edilməlidir. Savadsızların və gənclərin təlimi
icbari sayılmalı və həbsxana idarəsi buna xüsusi diqqət yetirməlidir.;
• Məhbusların təlimi azad edilən məhbusların sonradan çətinlik çəkmədən oxuya bilmələri
üçün, mümkün qədər, ölkədə mövcud olan təhsil sisteminə uyğunlaşdırılmalıdır;
• Bütün müəssisələrdə məhbuslar onların fiziki və psixi sağlamlığı naminə istirahətlə və
mədəni fəaliyyətlə imkanı ilə təmin edilməlidir;
• Hər bir azadlıqdan məhrum etmə yerlərində məhbuslara ən azı öz bəzi maraqlarını və
tələblərini ödəməyə imkan verən hərtərəfli təhsil proqramı işlənib hazırlanacaq və həyata
keçiriləcəkdir. Bu cür proqramların məqsədləri müvəffəqiyyətli sosial reablitasiya
perspektivlərinin yaxşılaşdırmaq, məhbuslarda ruh yüksəkliynin saxlanılması, onları
əhatə edənlərə qarşı münasibətlərini yaxşılaşdırmaq və öz-özünə hörmət hissinin
artırılmasından ibarət olmalıdır.
• Təhsil penitensiar rejim çərçivəsində, təstiq edilmiş fərdi islah proqramına daxil olan, iş
günü ərzində hamıya keçirilməsi şərti ilə, əsasən ödənişli əməklə eyni statusa malik,
fəaliyyət kimi baxılmalıdır
13
.
Qeyd: Bir sıra inkişaf etmiş ölkələrdə təhsilə cəlb olunmuş məhkumlar buna görə əmək haqqına
bərabər tutulan əmək haqqı alırlar. Məsələn, Finlandiyada kompyuter, dil kurslarına gedən
məhkumlar da işləyən sayılır və onlara əmək haqqı ödənilir. Lakin Azərbaycanda belə hal nə
qanunvericilikdə nə də praktikada əks olunmamışdır.
• Bütün məhbuslar nəzərdə tutulduğu kimi özündə ümumtəhsil fənləri, peşə təlimi,
yaradıcılıq və mədəni fəaliyyəti, bədən tərbiyəsi və idmanı, sosial fənləri, kitabxana
vəsaitlərini də birləşdirən təhsilə yiyələnmək imkanına malik olmalıdır;
13
Azadlıqdan məhrumetmə yerlərinin monitorinqi: QHT-lər üçün vəsait. İşgəncələrin Qarşısının alınması üzrə
Assosasiya, Demokratik təsisatlar və İnsan Hüquqları Bürosu.
İnsan Hüquqları üzrə təlim və tədqiqat İctimai Birliyi tərəfindən tərcümə edilmişdir. Bakı-2006
Qənaətbəxş tədbirlər proqram (iş, təhsil, idman və s.) azadlıqdan məhrum edilmiş şəxslərin
əhvalı üçün həlledici əhəmiyyətə malikdir. Bu, barələrində məhkəmə hökmü çıxarılmış və
məhkəmə qərarını gözləyən şəxslərin həbsdə saxlandığı, bütün müəssisələr üçün ədalətlidir.
Qeyd olunur ki, azadlıqdan ilkin məhrum etmə yerlərində fəaliyyət növləri olduqca məhduddur.
Məhbusların qısa müddətdə saxlandıqları bu cür müəssisələrdə həbsdə saxlanılanlar üçün
fəaliyyətin təşkil edilməsi çətin məsələ hesab edilir. Aydındır ki, söhbət məhkəmə hökmündən
sonra, cəzalarını çəkən şəxslər üçün müəssisələrdə fərdiləşdirilmiş proqramların yaradılmasına
göstərilən səylərdən gedə bilməz. Lakin azadlıqdan məhrum edilmiş şəxslərin, onlar üçün
nisbətən yaxşı maddi şəraitin yaradılmasına baxmayaraq sadəcə olaraq öz bağlı kameralarında
həftələr, bəzən isə aylarla, darıxmasına yol vermək olmaz. Komitə hesab edir ki, azadlıqdan
məhrum edilmiş şəxslərin günün müəyyən səmərəli hissəsini (8 saat və daha çox) kameradan
kənarda, öz vaxtını müxtəlif xarakterli faydalı fəaliyyətə sərf edə bilməsinə səy göstərmək
lazımdır. Əlbətdə ki, məhkum edildikdən sonra həbsdə saxlanılan şəxslərin saxlandığı yerlərin
şəraiti daha çox münasib olmalıdır.
14
Avropa Penitensiar Qaydalarına görə:
• Hər bir penitensiar müəssisə bütün məhbuslara maksimal geniş və onların fərdi
ehtiyaclarına cavab verən, məqsədlərinə uyğun olan təhsil proqramlarından istifadə
etmək imkanları verməyə çalışmalıdır.
• İlk növbədə oxumağı, yazmağı və saymağı bacarmayan, habelə ilkin təhsili və peşə
hazırlığı olmayan məhbuslara diqqət yetirmək lazımdır.
• Gənc məhbusların, habelə xüsusi ehtiyacları olan məhbusların təhsilinə xüsusi diqqət
yetirmək lazımdır.
• Daxili rejimə əsasən təhsilin statusu əməyin statusundan aşağı olmamalı və məhbuslar
təhsil proqramlarında iştiraka görə maliyyə cəhətdən məhdudlaşdırılmamalıdırlar.
• Hər bir penitensiar müəssisə lazımi qaydada müxtəlif populyar və tədris materiaları,
kitablarla və digər məlumat daşıyıcıları ilə komplektləşdirilmiş kitabxanaya malik
olmalıdır.
• İmkan daxilində penitensiar müəssisələrin kitabxanalarının işi yerli kitabxana xidmətləri
ilə birgə təşkil edilir.
• İmkan daxilində məhbusların təhsili:
a. onlar azadlığa çıxdıqdan sonra öz təhsillərini və peşə hazırlıqlarını problemsiz davam
etdirmələri üçün ümummilli təhsil və peşə hazırlığı sisteminə inteqrasiya olunmalıdır; və
b. kənarda olan təhsil müəssisələrinin himayəsi altında həyata keçirilməlidir
15
.
Cəzaların İcrası Məcəlləsinin 100 maddəsində “Müəyyən müddətə azadlıqdan məhrum etmə
növündə cəzaya məhkum olunmuş şəxslərin ilk peşə-ixtisas təhsili və peşə hazırlığı” ilə bağlı
tələblər müəyyən edilmişdir. Həmin maddəyə görə:
• Peşəsi və ya ixtisası olmayan məhkumlar üçün cəzaçəkmə müəssisələrində ilk peşə-
ixtisas təhsili və ya peşə hazırlığı həyata keçirilir.
• Hamilə və ya cəzaçəkmə müəssisələri nəzdindəki uşaq evlərində uşaqları olan məhkum
qadınlar, altmış yaşından yuxarı kişi və əlli beş yaşından yuxarı qadın məhkumlar, birinci
və ikinci qrup əlilliyi , 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu olan məhkumlar
ilk peşə-ixtisas təhsilinə və ya peşə hazırlığına öz arzularına görə cəlb edilirlər.
14
Azadlıqdan məhrumetmə yerlərinin monitorinqi: QHT-lər üçün vəsait. İşgəncələrin Qarşısının alınması üzrə
Assosasiya, Demokratik təsisatlar və İnsan Hüquqları Bürosu.
İnsan Hüquqları üzrə təlim və tədqiqat İctimai Birliyi tərəfindən tərcümə edilmişdir. Bakı-2006
15
Avropa Penitensiar Qaydaları. Mənbə:
http://www.justice.gov.az/view_hr.php?id=9
• Tərbiyə müəssisələrində ilk peşə-ixtisas təhsili və ya peşə hazırlığı məhkumların iş günü
müddəti ərzində həyata keçirilir.
• Cəzaçəkmə müəssisələrində saxlanılan məhkumlar ilk peşə-ixtisas təhsili üzrə imtahan
vermək üçün əmək qanunvericiliyində nəzərdə tutulmuş müddətə işdən azad edilirlər. Bu
müddət üçün onlara əmək haqqı hesablanmır, lakin yemək pulsuz verilir.
• Məhkumların ilk peşə-ixtisas təhsili və ya peşə hazırlığı həvəsləndirilir və onların islah
edilməsi müəyyən edilərkən nəzərə alınır.
• İlk peşə-ixtisas təhsili və ya peşə hazırlığı müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilmiş qaydada həyata keçirilir.
Ölkənin Penitensiar sistemində təhsilin təşkili ilə bağlı bir sıra tədbirlərin həyata keçirilməsinə
baxmayaraq, bütövlükdə məhkumların təhsil problemlərinin həll olunmasından danışmaq
mümkün deyildir. Belə ki, müəssislərdə olan texniki peşə məktəblərində müxtəlif peşələr üzrə
təhsil nəzərdə tutulsa da əslində bu təhsilin keyfiyyəti olduqca aşağı vzəiyyətdədir. Bir çox
hallarda peşə təhsilinin həyata keçirilməsi formal xarakter daşıyır və məhkumar yalnız belə
təhsildən əldə etdikləri müvafiq peşəyə dair diplom alır. Bununla belə Penitensiar Xidmətin bir
neçə müəssisəsində o cümlədən 4,5,6,9,15 saylı Cəza çəkmə müəssisələrində təşkil olunan
kompyüter kursları səmərəlidir. Bu kursları müəssisədən kənarda fəaliyyət göstərən ixtisaslaşmış
şirkətlər həyata keçirir və kursları müvəffəqiyyətlə bitirənlər mvafiq sertifikatla təmin olunurlar.
Lakin qeyd edilməlidir ki, bu kurslar məhduddur və burada təhsil almaq üçün növbələr vardır.
“Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında”
Azərbaycan Respublikası Qanunu da cəzasını başa vurmuş şəxslərin sosial adaptasiyasının təmin
olunmasında təhsilə xüsusi yer ayırır. Qanunun 6-cı maddəsində Cəza çəkməkdən azad edilmiş
şəxslərin sosial adaptasiyasının təmin edilməsi üçün həmçinin aşağıdakı tədbirlərin keçirilməsini
də nəzərdə tutur:
• Cəza çəkməkdən azad edilmiş şəxslərin peşə hazırlığı işinin təşkili, onların işlə, tibbi və
sosial yardımla təmin edilməsi sahəsində müvafiq tədbirləri həyata keçirmək;
• Təhsil almalarına şərait yaratmaq.
16
Qanunun 13-cü maddəsində Cəza çəkməkdən azad edilmiş şəxslərin təhsilinin və peşə
hazırlığının təşkili məqsədi ilə aşağıdakılar nəzərdə tutulur:
• Müvafiq icra hakimiyyəti orqanı cəza çəkməkdən azad edilmiş şəxslərin orta peşə-ixtisas
və texniki-peşə təhsili, habelə qısamüddətli peşə hazırlığı kursları vasitəsilə peşələrə
yiyələnmələrinə şərait yaradır;
• Cəza çəkməkdən azad edilmiş qadınların himayəsində olan 14 yaşına çatmamış uşaqların
məktəbəqədər tərbiyə müəssisələrinə və ya internat məktəblərinə yerləşdirilməsi
qanunvericilikdə müəyyən olunmuş qaydada həyata keçirilir
17
.
Lakin qanunvericilikdə nəzərdə tutulmuş bu müddəaların praktikada tətbiqində problemlər
mövcuddur. Cəzasını başa vurmuş bir çox şəxslər sonradan nə təhsilə, nə də əməyə cəlb
olunmaqda müvafiq dövlət qurumlarından hər hansı yardım ala bilmirlər. Belə insanlara
cəmiyyətdə olan münasibət, xüsusən də keçmiş qadın məhkumlara olan münasibət onların sosial
adaptasiyasını mürəkkəbləşdirir.
16
Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan
respublikası Qanunu. Maddə 6.
17
Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan
respublikası Qanunu. Maddə 6.
|