Azərbaycan Respublikası Prezidentinin Fərmanı


qəzeti, 18 iyun 2017-ci il, № 130, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 6



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə191/233
tarix25.10.2022
ölçüsü1,52 Mb.
#66208
1   ...   187   188   189   190   191   192   193   194   ...   233
qəzeti, 18 iyun 2017-ci il, № 130, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 6, 
maddə 1048) ilə 77-ci maddənin 3-cü hissəsi yeni redaksiyada verilmişdir. 
Əvvəlki redaksiyada deyilirdi: 
3. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin «a» və «b» bəndləri ilə ləğv edilərkən işçilərə: 
orta əmək haqqından az olmamaqla işdənçıxarma müavinəti; 
işdən çıxarıldığı gündən yeni işə düzələn günədək ikinci və üçüncü aylar üçün orta əmək haqqı 
ödənilir. 


97
 
31 may 2017-ci il tarixli 675-VQD nömrəli
 Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” 
qəzeti, 18 iyun 2017-ci il, № 130, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 6, 
maddə 1048) ilə 77-ci maddənin 4-cü hissəsi yeni redaksiyada verilmişdir. 
Əvvəlki redaksiyada deyilirdi: 
4. İşəgötürən bu maddənin birinci hissəsi ilə və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə 
müəyyən edilmiş xəbərdarlıq müddətləri əvəzinə işçiyə onun razılığı ilə azı iki aylıq əmək haqqını bir 
dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. 
98
 
5 oktyabr 2001-ci il tarixli 186-IIQD nömrəli “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci 
maddəsinin 5-ci hissəsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu 
(Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2001-ci il, № 11, maddə 679) ilə 77-ci maddənin 
5-ci hissəsinin dördüncü cümləsindən "müəssisəni satın alan yeni mülkiyyətçiyə, o cümlədən" sözləri 
çıxarılmışdır.
Əvvəlki redaksiyasında deyilirdi: 
5. Bu maddənin üçüncü hissəsində nəzərdə tutulan orta əmək haqqı müvafiq icra hakimiyyəti 
orqanı tərəfindən işçiyə verilən müvafiq arayışlar əsasında ödənilir. Həmin arayış işdən çıxan gündən bir 
ay müddətində müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan şəxslərə verilir. Bu ödəmələr 
işəgötürən, müəssisə ləğv edildikdə isə onun əmlakının yeni mülkiyyətçisi (əmlakın operativ idarəçiliyini 
həyata keçirən hüquqi, fiziki şəxs) tərəfindən ödənilməlidir. Bu qayda müəssisəni satın alan yeni 
mülkiyyətçiyə, o cümlədən bu maddənin dördüncü hissəsində nəzərdə tutulan hala şamil olunmur. 
31 may 2017-ci il tarixli 675-VQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” 

Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   187   188   189   190   191   192   193   194   ...   233




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin